Ahmedalhasan313. wordpress com



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə58/59
tarix30.10.2018
ölçüsü2,54 Mb.
#76441
1   ...   51   52   53   54   55   56   57   58   59

ahmedalhasan313.wordpress.com 
127 
 
Onunla bu işin sahibi tanınar.” Sonra dedi: “Bütün fərəc Bəni-Abbasdan olan filankəsin 
ölümündədir.” 
-  İsbatul-Huda:  3/736,  hədis  102;  Biharul-Ənvar:  52/234,  hədis  100;  Bəşarətul-İslam:  116; 
Mucəmul-Əhadis: 3/467, hədis 1031; Ğeybəti-Numani: 288, hədis 16 
 
 
 
Əlavələr 
HƏRƏKATÇININ HƏRƏKATI 
Əbi Cəfər (ə.s) buyurdu: “… Bilirsənmi “əl-bida ma ləbədna” nədir? Bu o deməkdir ki, 
əgər HƏRƏKATÇI hərəkət edərsə, ONUNLA BİRLİKDƏ HƏRƏKƏT ET.”  
- Kafi: 1/535 
Zur ibn Ceyş nəql edir: İmam Əli (ə.s) Nəhrəvanda bir xütbə dedi və nəhayət belə buyur-
du: “Peyğəmbərin (s) ailəsinə baxın, HƏRƏKATÇI hərəkət edərsə, onunla birlikdə hərə-
kət edin, onlar sizi haraylasalar, onları zəfərlə dəstəkləyin. Mükafatlandırılacaqsınız, və 
heç vaxt onlardan qaçmayın və onlardan önə keçməyin, əks halda bəlalar sizi sarsacaq.” 
SONRA o (ə.s) ƏMRİN SAHİBİNİN ortaya çıxması ilə zühurdan bəhs etdi.” 
- Cəmi-Əhadisul-Şiə (Burucerdi): 13/73 
Əbu Bəsir nəql edir: Əba Əbdillah (ə.s) buyurdu: Atam mənə dedi: “AZƏRBAYCANDA 
MÜTLƏQ BİR OD QALXACAQ ki, heç nə onun qarşısında dura bilməyəcək. Elə ki, bu 
baş verdi evinizin fərşi olun (evinizdən kənara çıxmayın). Biz nə etsək siz də onu edin. 
BİZİM HƏRƏKATÇIMIZ hərəkətə keçdiyi zaman isə SÜRÜNƏ-SÜRÜNƏ DƏ OLSA 
ONA TƏRƏF TƏLƏSİN...” 
- Biharul-Ənvar: 52/135, hədis 40; Ğeybəti-Numani (azəricə): s.212, hədis 1 
Əbu  Cəfər  Muhəmməd  ibn  Əli  (ə.s)  buyurdu:  “ŞƏRQ  TƏRƏFDƏ  üç  və  ya  yeddi  gün 
davam edən və BÖYÜK ZƏFƏRANA OXŞAYAN BİR OD gördüyünüz zaman, inşallah, 
Ali-Muhəmmədin (ə.s) fərəcini gözləyin. 
– ər-Rəcət: 157; Mucəmul-Əhadis: 3/253, h.783; Ğeybəti-Numani: 14cü bab, s.286, h.13 
Əba Əbdillah (ə.s) buyurdu: “Camaat Ərəfatda vuquf etdikləri zaman sürətli bir dəvəyə 
minən bir süvari gəlib onlara bir xəlifənin ölüm xəbərini çatdıracaq. O öldüyü zaman Ali-


Ansarullah Production 
128 
 
Muhəmmədin  (ə.s)  və  bütün  insanların  fərəci  baş  verəcək.”  Sonra  buyurdu:  “ŞƏRQ 
TƏRƏFDƏN  bir  neçə  gecə  görünən  BÖYÜK  BİR  OD  gördüyünüz  zaman  Al-i 
Muhəmmədin  (ə.s)  fərəci  baş  verəcək.  Bu,  Qaimin  (ə.s)  gəlişindən  azacıq  əvvəl  baş 
verəcək.” 
-  Əqdüd-dürər:  106;  Burhanul-Müttəqi:  109,  hədis  20;  İsbatul-Huda:  3/737,  hədis  106  və  107; 
Biharul-Ənvar: 52/240, hədis 107; Ğeybəti-Numani (azəricə): 300, hədis 37 
48-  Saleh  ibn  Səhl  dedi:  {İstəyən  kimsə  baş  verəcək  əzabı  istədi}  [70:1]  ayəsi  haqqında 
İmam Cəfər Sadiq (ə.s) belə buyurdu: Bu ayənin təvili gələcəkdədir. Əzab SƏVİYYƏDƏ 
(atəşdə)  olacaq.  Bəni-Əsəd  torpaqlarına  qədər  çatıb  Səqif  qəbiləsinə  sıçrayacaq.  Ali-
Muhəmmədə zülm edən hər yeri yandıracaq. Və bu, Qaimin zühurundan əvvəldir.” 
49-  Cabir,  İmam  Muhəmməd  Baqir  (ə.s)’ın  belə  buyurduğunu  nəql  edir:  “Surəni  necə 
oxuyursunuz?” Dedim ki: “Hansı surəni?” Buyurdu ki: {İstəyən kimsə baş verəcək əzabı 
istədi} [70:1] Dedim ki: “Səələ Sailun bi Əzab-il Vâqi” Buyurdu ki: “Bu ayə “Salə Seylun” 
şəklindədir (yəni bir sel gəldi). Kufə yaxınlarındakı SƏVİYYƏDƏ OD gələcək və Bəni-
Əsəd qəbiləsinə çatacaq və Səqif qəbiləsinə sıçrayacaq və Ali-Muhəmmədə zülm edən hər 
yeri yandıracaq.” 
- Ğeybəti-Numani: bab 14, Qaimin qiyamından əvvəl baş verəcək əlamətlər, hədis 48 və 49 
İmam  Baqir  (ə.s)  buyurdu:  “Allahın  TALİQANDA  bir  xəzinəsi  var,  nə  qızıldır  nə  də 
gümüş. XORASANDAN  ON  İKİ  MİN  əsgərdir,  şüarları:  ‘ƏHMƏD  ƏHMƏD’dir. 
HAŞİMOĞULLARINDAN  BİR  ŞƏXS,  boz bir  ata  minmiş,  qırmızı  bir  boyun  sarğısı 
geymiş,  onlara  başçılıq  edəcək.  Sanki  onu  Fəratı keçərkən  görürəm.  Əgər  onu  eşitsən, 
MƏNSUR'>BUZ ÜSTÜNDƏ İMƏKLƏMƏK MƏCBURİYYƏTİNDƏ BELƏ QALSAN, ARXASIN-
DAN GET.” 
- Mutəhabul-Ənvar əl-Muzi’a: səh.343 
MƏNSUR 
Allah  buyurmuşdur:  {Kim  haqsız  yerə  öldürülmüşsə,  artıq  onun  varisinə  ixtiyar 
vermişik. Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki o Mənsur olmuşdur (ona 
kömək  olunmuşdur).}  [17:33]  İmam  Baqir  (ə.s)  buyurdu:  “O,  Hüseyn  (ə.s)’dır,  o  qisas 
aldıqda  həddi  aşmır,  çünki  o,  MƏNSUR  olmuşdur.”  Sonra  o  (ə.s)  buyurdu:  “Allah 
MEHDİNİ DƏ MƏNSUR ADLANDIRMIŞDIR.” 
- Biharul-Ənvar: 15/30 
Nəim ibn Həmmad, Əbu Ərtadan rəvayət edir: “Süfyani Kufəyə girər və üç günlük bir 
işğaldan sonra altmış min adamı öldürər. Burada on səkkiz gecə qalar. Kufənin mallarının 
hamısını  bölüşdürər.  Ancaq  Süfyaninin  Kufəyə  girişi  Türklər  və  Rumlarla  Qirqisiyada 
vuruşmasından  sonradır.  Sonra  onların  aralarına  fitnələr  salar  və  onlardan  bir  qrup 


ahmedalhasan313.wordpress.com 
129 
 
Xorasana  qayıdar.  Süfyani  öldürər,  qalaları  yıxar,  Kufəyə  girər.  Sonra  Xorasan  əhlini 
axtarar. Xorasandan Mehdiyə itaət edəcək bir qrup zühur edər. Sonra Süfyani Mədinəyə 
bir ordu göndərər, Peyğəmbər (s)'in soyundan bəzi insanları Kufəyə gətirər. Sonra Mehdi 
və MƏNSUR çıxıb qaçar və Süfyani də onları araşdırar. Mehdi və MƏNSUR Məkkəyə 
çatdığında Süfyaninin ordusu  da Beydada batmış olar. Sonra Mehdi Mədinəyə gələrək 
Bəni-Haşimdən  həbsdə  olanları  qurtarar.  Və  bu  vaxt  Qara  Bayraqlılar  çıxaraq  bir  su 
kənarına çatarlar və bunu eşidən Süfyani ilə yaxınları qaçarlar…” 
- Qutubi-Sittə: Bölüm 4, hədis 49 
Allah Rəsulu (s) buyurdu: “Və o, Mədinəyə göndəriləcək, və bir nəfəri öldürəcək və sonra 
Mehdi və MƏNSUR (oradan) qaçacaq.” 
- Mucəmul-Əhadis: cild 5 
Rəsulullahdan  (s)  nəql  edilən  Aşura  ziyarətnaməsində  belə  buyurulur:  “…Sənin 
məqamını əziz edən və sənin səbəbinlə məni əzizləyib ikramlı edən Allahdan istəyirəm 
ki, Muhəmmədin (s) Əhlibeytindən olan MƏNSUR İMAMIN önündə sənin intiqamını 
almağı mənə nəsib etsin…” 
- Məfatihul-Cənan: Aşura ziyarətnaməsi 
Allah  Rəsulu  (s)  belə  buyurdu:  “...  MEHDİ  VƏ  MƏNSUR  və  onlardan  sonra  gələnlər 
Mehdilər olan İmamlardır, və Allah Öz Kitabında, Peyğəmbərinin (s) dili ilə bildirdiyini 
icra edəcək...” 
- Şərhul-Əxbar fi Fəzail Əimmətil-Əthar: 3/400 
Digər xarakteristika budur ki, İmam Mehdi (ə.s) bir damla qan axıtmayacaq və xilafət ona 
veriləcək. Əbu Səid nəql edir: Mən Allah Rəsulundan (s) eşitdim ki, belə buyurur: “QAİM 
bizdəndir,  MƏNSUR  bizdəndir,  SƏFAHƏND  bizdəndir,  MEHDİ  bizdəndir.  Qaimə 
gəldikdə, xilafət ona gələcək və o bir damla qan axıtmayacaq, MƏNSURA gəldikdə, onun 
(bayrağı) kimi bayraq yoxdur. Səffaha gəldikdə o öldürər, qan tökər və malları dağıdar. 
Məhdiyə gəldikdə isə o yer üzü zülm ilə dolduğu kimi, onu ədalətlə doldurar.” 
- Mucəmul-Əhadis: 9/399 
Cabir Cufi nəql edir: Əbu Cəfər (ə.s) buyurdu: “Sizə söyləyəcəyim əlamətləri bir il içində 
görənə qədər əlinizi və ayağınızı oynatmadan gözləyin. Mədinədə bir edam olacaq, orada 
bir nəfər öldürüləcək və Mehdi ilə MƏNSUR oradan qaçacaq və Al-i Muhəmmədin (ə.s) 
gənc və yaşlıları götürüləcək, onlardan həbs ediləndən başqa heç kim qalmayacaq. Ordu 
iki adamı axtarmağa gedəcək. Mehdi oradan Musanın sünnəti üzərə qorxulu və təmkinli 
bir halda xüruc edəcək, nəhayət Məkkəyə yetişəcək. Ordu gələcək və Beydaya çatacaqlar 
və o, onun (Süfyaninin) ordusudur, yer üzü onları udacaq. Onlardan sadəcə bir xəbərçi 
sağ qalacaq…” 
- Biharul-Ənvar: 52/224 


Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə