Ansarullah Production
46
Əbi Abida əl-Həda nəql edir: Mən Əbu Cəfər (ə.s)’dan bu əmrin/məsələnin nə zaman baş
verəcəyi haqqında soruşdum. O (ə.s) buyurdu: “Əgər sən onun (ə.s) bir yöndən gələcəyini
ümid etsən, lakin o (ə.s) BAŞQA BİR YÖNDƏN GƏLSƏ, İNKAR ETMƏ.”
- Bəşarətul-İslam: s.148
Müfəzzəl İmam Sadiq (ə.s)’dan soruşdu: “Ey Mövlam, MEHDİNİN ZÜHURU necə
başlayacaq ki, ona təslim olacaqlar?" O (ə.s) buyurdu: "Ey Müfəzzəl, o (ə.s) anlaşılması
üçün ŞÜBHƏ ilə zühur edəcək. Belə ki, onun zikri məşhurlaşacaq və əmri bilinəcək, adı,
ləqəbi və nəsəbi ilə çağırılacaq. Beləliklə sadiqlərin və azğınların, qəbul edənlərin və
etməyənlərin dillərində o qədər zikr ediləcək ki, bəhs edilən isbatlara uyğun gəlsin və ona
olan dəlillər isbatlansın. Bu səbəbdən biz ondan bəhs etdik və onun haqqında dəlillər
verdik, onun nəsəbini, adını və ləqəbini açıqladıq.”
- Biharul-Ənvar: 53/3
BU İŞİN SAHİBİ ÖZÜ BU İŞ BARƏDƏ DƏLİL
GƏTİRƏCƏK
Əba Cəfərə (ə.s) dedim: “Biz bu işin sahibini elə bir sifətlə vəsf edirik ki, heç bir insanda
o sifət (xüsusiyyət) yoxdur.” Buyurdu: “Xeyr, vallah. O ÖZÜ BU İŞ BARƏDƏ SİZƏ
DƏLİL GƏTİRMƏYİNCƏ VƏ SİZİ ONA TƏRƏF ÇAĞIRMAYINCA HEÇ VAXT BU
İŞ BAŞ VERMƏYƏCƏK.”
- Biharul-Ənvar: 52/366, hədis 139; Ğeybəti-Numani (aze): səh.366, hədis 3
Əba Əbdillah (ə.s) belə buyurdu: “... ƏGƏR BİR KİMSƏ (QAİM OLDUĞUNU) İDDİA
ETSƏ, ONDAN YALNIZ (QAİMİN) CAVAB VERƏ BİLƏCƏYİ ÇƏTİN SUALLARI
SORUŞUN.”
- Kafi: 1/340, h.20; Biharul-Ənvar: 52/157, h.18; Ğeybəti-Numani (aze): s.187, hədis 9
İmam Sadiq (ə.s) buyurdu: “Bu elə bir məsələdir ki, SAHİBİNDƏN BAŞQASI ONU
İDDİA ETMƏZ, əks halda Allah (yalnışlıqla) onu iddia edənin ömrünü kəsər.”
- Kafi: 1/373
Abdullah ibn Haris nəql edir: Mən Əli ibn Əbu Talib (ə.s)’a dedim: “Ey möminlərin Əmiri
(ə.s), mənə Qaiminizdən sonrakı hadisələrdən xəbər verin.” O (ə.s) buyurdu: “BU ONA
(QAİMƏ) HƏVALƏ EDİLMİŞ BİR ŞEYDİR və Allah Rəsulu (s) bu haqda məndən vəd
almışdır ki, onu Həsən və Hüseyndən (ə.s) başqa heç kimə deməyim.”
- Kəmalud-din və Təmamun-Nima: s.77
Bəziləri, xüsusən də təqlidçilər deyirlər ki, “İmam Mehdinin ə.s. elçisi gəlibsə, və o
Əhməd əl Həsəndirsə, onda nəyə görə bircə dənə də mərceyi-təqlid, və ya alimlərimiz
onu qəbul etmirlər? Əgər haqdırsa niyə onu yalançı sayırlar? Bu dəlil deyilmi ki, o
ahmedalhasan313.wordpress.com
47
yalançıdır? Biz o alimlərdən daha yaxşı tanıyacağıq Elçini?” Budur, İmam Baqir (ə.s)
buyurur ki, bu işin sahibini tanıya bilməyəcək insanlar, ta ki ÖZÜ BU İŞ BARƏSİNDƏ
DƏLİL GƏTİRMƏYİNCƏ VƏ BİZİ ONA TƏRƏF ÇAĞIRMAYINCA… Deməli müctehid-
lər Qaimi (ə.s) tanıma meyarı deyil və hətta hamı kimi onlar da imtahan olunacaqlar və
çoxu imtahandan keçə bilməyəcək və Qaimə (ə.s) qarşı dilləri ilə sona qədər savaşacaqlar.
Əgər onlar meyar olsaydı, deyilməzdimi ki, Qaim çıxdığı zaman onu o zamanın
alimlərindən soruşun?
İmam Əhməd əl Həsən (ə.s) buyurmuşdur:
“Allahı işarələrlə və açıq-aydın ayətlərlə tanıyanlara, Allahı öz qəlblərində qorxaraq yad
edənlərə və Allahın, mömin, ilahi idraka sahib qullarına…
[Əlif, Lam, Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir
Kitabdır. O kəslər ki, qeybə iman gətirir, namazı iqamə edir və Bizim onlara verdiyimiz
ruzidən (Allah yolunda) xərcləyirlər.] (Bəqərə 2:1-3)
Qeyb, Əhlibeytin (ə.s) də insanlara təfsir etdiyi və görənlər üçün bəyan etmiş olduqları
İmam Mehdi Muhəmməd ibn əl-Həsən (ə.s)’dır. O (ə.s) “Allah”ın “Ha”sıdır və Qələmin
“Nun”udur. Ona hidayət edən Kitab haqqında müttəqilərin heç bir şəkki yoxdur, [Əlif.
Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir, lakin
insanların çoxu (buna) inanmır.] (Rad 13:1).
Kitab “Kun”un (“Kun (ن ك)” ərəbcədən tərcümədə “ol” deməkdir) “Kaf(ك)”ıdır (Ərəbcə
“ك” hərfi). Çünki onun vasitəsilə sizə ruzi bəxş edilər, onun vasitəsilə yağmur yağar, onun
vasitəsilə insanlar qurtular və onun vasitəsilə insanlar sıxılar. Yüksəlişdə, “Kaf” “Nun”da
gizlənər və alçalışda “Nun” “Kaf”da gizlənər, beləliklə hər kim “Nun”u görmək istəyirsə
“Kaf”a baxmalıdır və hər kim qeybi bilmək istəyirsə, ilk növbədə Kitabı axtarmaqdan və
onu tanımaqdan başqa bir seçimi yoxdur. Ələs, bu gizli elmə yalnız pak olanlar toxunar.
Elə isə nəfsinizi təmizləyin ki yüksələsiniz və yüksəlişin ən yaxşısı Təqvadır. Zira
müqəddəs olan müqəddəsdən başqasına yaxınlaşmaz və müqəddəs olan müqəddəsdən
başqasını sevməz. Həmçinin Kitab birdir və hissələrə bölünməmişdir, çünki o, Bir olana
hidayət edər və yönəldər. O, Vahid və Qəhhar olan Allaha hidayət edər. Beləliklə
salamatlıq yollarının nə qədər olmasından asılı olmayaraq, hamısı, Qeybə tutunmuş
dosdoğru yolda (Siratil Müstəqimdə) cəm olar. Əgər bir şəxs Allahın möhkəm ipinə
çatmaq üçün ona tutunmasa, o (ip) onunla bağlarını qoparar və onu cəhənnəmə atar.
Beləliklə o (şəxs) SAMİRİ və BƏLAM İBN BAURA kimi olar. Açıq-aydın nur olduğu
düşündüyü halda zülmətlərdə ağlını itirər. Onun misalı özünü müqərrəb mələklərdən
hesab edən bir itin misalı kimidir.” (İmamın (ə.s) sözlərinin sonu)
Odur ki, Qeybə inanmaq üçün əvvəlcə Kitaba iman etmək gərəkdir. Kitabı tanımayan
Qeybi də tanımayacaqdır. Və bugün Kitab Əhməd əl Həsən (ə.s)’dır ki, insanları Siratil-
Müstəqimə, yəni İmam Mehdi (ə.s)’a doğru yönəldir. Və gətirdiyi elmin qarşısında dura
Dostları ilə paylaş: |