ahmedalhasan313.wordpress.com
37
– Biharul Ənvar: 52/213
Əmirəl-Möminin (ə.s) buyurdu: “Mehdi əqbəl və QIVRIM SAÇLIDIR. Yanağında xal
vardır. ŞƏRQ TƏRƏFDƏN XÜRUC EDƏCƏK. BU BAŞ VERDİYİ ZAMAN SÜFYANİ
ÇIXACAQ və hamilə qadının hamiləlik müddəti qədər: doqquz ay hakimiyyət edəcək.
Şamda xüruc edəcək...”
- Təfsirul-Burhan: 3/354, h.1; əl-Məhəccə: 177; Biharul-Ənvar: 52/252, h.142; Yənabiul-Məvəddə:
427; Mucəmul-Əhadis: 5/357, h.1794; Qeybəti-Numani: s.344-345, h.14
Hər iki hədis Mehdinin Süfyanidən öncə xüruc etməsinə işarət edir. Burada Mehdinin
İmam Muhəmməd ibn əl-Həsən (ə.s) olduğunu iddia edə bilmərik, çünki Süfyaninin
xürucu İmam Mehdinin xürucundan əvvəlki beş qaçınılmaz əlamətdən biridir. Odur ki,
bu hədislər sübut edir ki, Süfyanidən əvvəl bir Mehdi ortaya çıxacaq ki, o da vəsiyyətdə
adı keçən və Mehdilərin ilki olan Əhməd əl Həsən (ə.s)’dır.
Kəbul-Əhbar dedi: “... Əlinin (ə.s) övladlarından olan QAİMİN, YUSİFİN QEYBƏTİ
KİMİ qeybə çəkilməsi, İsa ibn Məryəmin qayıdışı kimi bir qayıdışı olacaq. SONRA
qırmızı ulduzun (planetin) çıxması, Zəvranın xarabalığa çevrilməsi, Məzvərənin batması,
SÜFYANİNİN ÇIXMASI və Abbas övladlarının Ərməniyyə və Azərbaycan gəncləri ilə
döyüşməsindən sonra zühur edəcək. Bu döyüş elə bir döyüşdür ki, minlər və minlərlə
insan burada qətlə yetiriləcək. Hər kəs üzərində QARA BAYRAQLAR dalğalanan
bəzəkli bir qılıncdan yapışacaq. Bu elə bir döyüş olacaq ki, onu qırmızı ölüm və boz taun
müşayət edəcək.”
- Biharul-Ənvar: 52/225, hədis 89; İsbatul-Huda: 3/532, hədis 464; Muntəxəbul-Əsər: s.300, h.2;
Ğeybəti-Numani (azəricə): səh.152-153, hədis 4
Əmirəl Möminin (ə.s) buyurdu: “Dünyanın gözü oyulmamış və səmada qırmızılıq
görsənməmiş QİYAMƏT (Qaimin qiyamı) qopmayacaq. O qırmızılıq ərşi daşıyan
mələklərin yer əhli üçün tökdükləri göz yaşlarıdır. O ZAMAN dindən nəsibi olmayan bir
dəstə çıxıb övladlarımın haqqını tələb etdiklərini iddia edəcəklər, halbuki onlar övladla-
rımdan uzaqdırlar. Onlar nalayiq və nəsibsiz bir dəstədir. Şərr insanlara müsəllətdirlər,
zalımlar üçün fitnə hazırlayırlar, şahlar üçün qan tökürlər. Onlar Kufənin qara camaatı
içərisindən çıxacaqlar. Onlara rəngi də, qəlbi də qara olan bir şəxs başçılıq edəcək. Onun
dini xarabdır və xeyirsiz bir şəxsdir. Əsli-kökü bərbad, özü rəzil və zorbadır. Onu ən şərr
nəsildən olan zinakar və facir analar böyütmüşdür. Allah o nəsli qurutsun! O, MƏNİM
NƏSLİMDƏN OLAN MÜTƏĞƏYYİB ŞƏXSİN QEYBƏ ÇƏKİLƏCƏYİ İLDƏ
ORTAYA ÇIXACAQDIR. O qırmızı bayrağın və yaşıl ələmin sahibidir...”
- Biharul Ənvar: 52/226, hədis 90; Ğeybəti Numani: bab 10, hədis 5
Diqqət edin ki, hədisdə “SONRA … SÜFYANİNİN ÇIXMASI” deyə buyurulur və
bildiyimiz kimi, Süfyani İmam Mehdinin (ə.s) qiyam əlamətlərindən, yəni Höccətin (ə.s)
qiyamından əvvəl baş verəcək hadisələrdən biridir. Həmçinin, hədisdə “YUSİFİN
Ansarullah Production
38
QEYBƏtİ KİMİ QEYBƏ ÇƏKİLMƏSİ” ifadəsi də keçir ki, bu da Əhməd əl Həsən (ə.s)’a
işarə etməkdədir. Elə isə burada bəhsi keçən Qaim yenə də Yəmanidir.
Əhməd əl Həsən (ə.s) “Tövhid” kitabında belə buyurmuşdur: “... Beləliklə Muhəmməd
(s), Hacərul-Əsvədi (Qara Daşı) daşıdı və bu daşıma, Qaimin və Günahın Daşıyıcısının
və günaha işarət edən QARA BAYRAĞIN DAŞIYICISI’nın Muhəmməd (s)’dən
olacağına işarədir. Həmçinin buna da işarədir ki, Muhəmməd (s), onu öz sülbündə
daşıyan şəxsdir. Çünki o (Qaim), Muhəmməd (s)’in qızı olan Fatimədə (s.ə) yerləşir və
ona görə də günahın həqiqi daşıyıcısı, Rəsulullah Muhəmməd (s)’dir. Allahın bu daşı
örtmək istədiyi qara rəng isə qulların günahlarına işarədir və o rəng insanlara öz
günahlarını xatırladır ki, Allahın Evində olduqları vaxt, bəlkə tövbə edər və məğfirət
diləyərlər. Həmçinin bu, Haqqın Qaimi olan Al-i Muhəmmədin Qaiminin (ə.s) QARA
BAYRAQLARI ilə də eyni rəngdədir. Ona görə də QARA BAYRAQLAR DAŞA İŞARƏ
EDİR VƏ DAŞ DA BAYRAQLARA işarət edir. Onların hər ikisi də, qara rəngləri ilə,
Zərr Aləmində məxluqatdan alınan şəhadət və əhdi pozma günahına işarə edirlər. Eyni
zamanda onlar, bu günahın daşıyıcısının, günaha işarə edən QARA BAYRAĞIN
DAŞIYICISININ, və şəhadət və əhd kitabı ilə seçilmiş qulun çəkdiyi əziyyətə də işarə
edirlər. Və o şəxs, Hacərul-Əsvəddir və o, Ali-Muhəmmədin Qaimidir (ə.s).”
SÜFYANİNİN VƏ QAİMİN – YƏMANİNİN XÜRUCU
Əba Cəfər Baqirdən (ə.s) Süfyani barədə soruşdum. Buyurdu: “Ondan əvvəl Şeysbani
çıxmayınca Süfyanidən sizə nə? O Kufə torpağında çıxacaq. Su qaynayıb çıxan kimi
çıxacaq. O SİZİN nümayəndə heyətinizi qətlə yetirəcək. Bundan sonra SÜFYANİNİ VƏ
QAİMİN XÜRUC ETMƏSİNİ GÖZLƏYİN.”
– Biharul-Ənvar: 52/250, h.136; Mucəmul-Əhadis: 3/268, h.794; Qeybəti-Numani: 342, h.8
SÜFYANİ VƏ QAİMİN XÜRUC ETMƏSİ ifadəsi yenə də Yəmaninin (ə.s) da Qaim
olduğunu bir daha sübut edir. Çünki bilirik ki, Süfyani İmam Mehdi (ə.s)’ın zühur
əlamətlərindəndir, xüruc deyil. O HALDA BURADA BAŞQA BİR QAİMDƏN SÖHBƏT
GEDİR. VƏ O QAİM YƏMANİDİR. Və kiçik bir vurğu da var bu hədisdə ki, “SİZİN
nümayəndə heyəti” deyə buyurur İmam Baqir (ə.s).
Əba Əbdillah (ə.s) buyurdu: “YƏMANİ və SÜFYANİ iki yarış atı kimidirlər.”
– Əmali (Şeyx Tusi): 2/275; Biharul-Ənvar: 52/253, h.143; s.275, h.170; Mucəmul-Əhadis: 3/478,
h.1043; Ğeybəti-Numani: 18ci bab, s.345, h.15
Əba Əbdillahın (ə.s) belə buyurduğunu eşitdim: “Süfyani çıxdığı zaman bir qoşun BİZƏ
tərəf, bir qoşun da SİZƏ tərəf göndərəcək. Bu baş verdiyi zaman nə yolla olur olsun,
BİZƏ TƏRƏF GƏLİN.”
– Dəlailul-İmamə: 261; Biharul-Ənvar: 52/253, h.145; Mucəmul-Əhadis: 3/470, h.1034; Ğeybəti-
Numani (azəricə): 346, h.17
Dostları ilə paylaş: |