ahmedalhasan313.wordpress.com
29
əmrlərinə qarşı çıxarsa, Allahın, mələklərin və bütün insanların lənəti o kəsin üzərinə
olsun.”
- Hadiyəl-Kübra (Hüseyn ibn Həmdan əl-Hasibi): “İmam Həsən əl-Əskəri (ə.s) babı” bölümü
Seyyid Əba Əbdillah Hüseyn ibn Həmdan əl-Hasibi nəql edir ki, Muhəmməd ibn Saleh
ibn Əli mənə dedi ki: “Mövlam İmam Əba Muhəmməd Həsən (ə.s)'ın hüzuruna daxil
olub soruşdum: “Ey Mövlam! Sizdən sonra dini bilgiləri kimdən öyrənim, həqiqət
yolunda kimə iqtida edim?” İmam (ə.s) buyurdu: “Dini bilgiləri Nasibilərin Rafizilikdə
günahlandırdıqları, Müqəssirənin Ğüluvda günahladırdıqları, Ğulatların küfrdə
günahlandırdıqları və Əhli-Beytin (ə.s) seçkin əshabı arasında qısqanılan kəsdən öyrən,
ondan istə, dini elm barəsində hər istədiyini onda tapacaqsan, haqq və həqiqət ondadır.”
Sonra Muhəmməd ibn Saleh ibn Əli dedi: “Mövlam İmam Əskərinin (ə.s) saydıqları
bütün bu xüsusiyyətləri Seyyidim Əbu Şüeyb Muhəmməd ibn Nuseyrdə tapdım və
anladım ki, İmamın (ə.s) işarət etdiyi kəs o idi. Və ona tabe olaraq haqq və həqiqət yoluna
iqtida etmiş oldum.”
- Hadiyəl-Kübra (Hüseyn ibn Həmdan əl-Hasibi): “İmam Həsən əl-Əskəri (ə.s) babı” bölümü
Hüseyn ibn Həmdan dedi: Mənə Əhməd ibn Yusif, İshaq ibn Muhəmməddən, o da Əbu
Sukeynadan, o da Muhəmməd ibn Sinandan rəvayət etdi ki, Müfəzzəl ibn Ömər İmam
Əba Əbdillah Cəfər (ə.s)'dan nəql etdi: “Allah (svt) peyğəmbərlikdən sonra İmaməti
Əmirəl-Möminin Əli (ə.s) və onun 11 övladında qərar qıldı. Onları Məkkə əhli arasında
Öz əmr və nəhylərini xatırladan Höccətlər, elm və sirrinin mədənləri təyin etdi. Hər
İmama (ə.s) BİR BAB olmaqla, onlara 12 bab təyin etdi. Mömin bir kəs İmamın (ə.s)
elminə o bab'dan daxil olar. Hər kim bir babı inkar edərsə, birbaşa İmamı (ə.s) inkar
etmişdir. Və Allah münkirin iman və əməllərini qəbul etməkdən imtina edər. On birinci
bab zühur edincə, on birinci İmam (ə.s) da zühur edər, və on ikinci İmam (ə.s) qeybətə
çəkildiyi zaman on ikinci bab da onunla (ə.s) birlikdə qeyb (məxfi) olar.” Sonra İmam
Sadiq (ə.s) belə buyurdu: “On birinci İmam (ə.s) oğlum Əli Nəqidən (ə.s) olan oğlum
Həsəndir (ə.s), Əli (ə.s) də oğlum Muhəmməddən (ə.s), Muhəmməd (ə.s) də oğlum Əlidən
(ə.s), o da oğlum Musa Kazımdandır (ə.s). Onun (yəni Həsən Əskəri (ə.s)) BABI
MUHƏMMƏD İBN NUSEYR'dir. Bablığı zamanında çoxu onu qısqanacaq. Elə ki, bu
qısqanclıq onların çoxunu ondan ayıracaq, onu bizə şikayət belə edəcəklər ki, biz
onlardan uzağıq, onlar da bizdən uzaqdırlar. Axirətdə də onlar itirənlərdəndirlər.”
- Hadiyəl-Kübra (Hüseyn ibn Həmdan əl-Hasibi): “İmam Həsən əl-Əskəri (ə.s) babı” bölümü
Müfəzzəl ibn Ömərdən nəql olunur ki, İmam Cəfər Sadiq (ə.s) ona İmam Mehdi (ə.s)'ın
anadan olacağı vaxtı, yeri, onun zamanındaki çətinlikləri və qeybətini xəbər verdi. Və
buyurdu: “Daha sonra qeybətə çəkilərək gözlərdən gizli qalacaq.” Müfəzzəl soruşdu: “Ey
Mövlam! Bu əsnada onunla kim danışacaq?” İmam (ə.s) buyurdu: “Qeybəti əsnasında
Ansarullah Production
30
BABI olaraq onu əvəz edən ƏBU ŞÜEYB MUHƏMMƏD İBN NUSEYR ƏN-NUMEYRİ
onu görəcəkdir, daha sonra o (yəni İmam Mehdi (ə.s)) Məkkədə zühur edəcəkdir.”
- Hidayətül-Kübra (Əllamə Əbu Əbdullah Hüseyn ibn Həmdan əl-Hasibi): bab 14, səh.395-396;
Biharul-Ənvar: cild 53, səh. 1-16
Muəmməd Deynuridən rəvayətlə o zamanlarda yaşanan vəkillik mübahisələrinin hansı
boyutlarda olduğunu göstərən hadisələri qısaca nəql edək: “İmam Həsən Əskərinin (ə.s)
vəfatından bir və ya iki il sonra Həcc niyyətile Ərbildən Deynura gəldim. İnsanlar
çaşqınlıq içində idilər. Gəlişimə çox sevindilər. Ələvilər evimdə toplandılar. Əhlibeytə
(ə.s) təslim edilmək üzrə aramızda 16000 Dinar topladıq. Bu malları özünlə götürüb
lazımi yerə təslim etməyini istəyirik dedilər. Dedim ki, mən də çaşqın haldayam,
zamanımızın qapısının (Bab) kim olduğunu bilmirik. Biz sənin bu malı yanında sahibinə
daşımağını istəyirik. Çünki sənin çox əmin və kərim olduğunu bilirik. Bu malı sənə dəlil
təqdim edə bilməyən heç kəsə verməməyini istəyirik, dedilər. Yüklərinin hər birini ayrı
torbalarda və yüklüklərin içindəki malları alıb yola düşdüm. Qarmisiynə çatdığım zaman
içində yaşayan Əhməd ibn Həsəni ziyarət etdim. Məni görüb çox sevindi. Hara getdiyimi
və nə götürdüyümü dediyim zaman mənə 1000 Dinar və içində nə olduğunu bilmədiyim,
içi dolu yüklük verdi. Bunları sənə dəlil gətirə bilməyən heç kəsə vermə, deyə təmbeh
etdi. Bağdada çatdığım zaman İmamın vəkilini tapmaq üçün çox əlləşməyə başladım.
Araşdırmalarım nəticəsində Bağdadda üç nəfərin vəkillik iddia etdiyini eşitdim. Əhməd
ibn Abdullah əl-Bəxtani, İshaq əl-Əhmər, Osman ibn Səid adındakı şəxslərin vəkillik
iddiasında olduqlarını öyrəndim.
İlk əvvəl əl-Baxtaninin evinə getdim. Onun, heybətli, yaşlı əlinin altında xidmətçiləri olan
geniş bir evdə yaşayan varlı bir şeyx olduğunu gördüm. Ona İmamın vəkilinə verilməli
mallarla bərabər gəldiyimi dediyim zaman vəkilin özü olduğunu və malları özünə
verməyim lazım olduğunu dedi. Malları verə bilməyim üçün vəkilin özü olduğuna dair
mənə dəlil göstərməyi lazım olduğunu dediyim zaman gözləməyimi istədi. Yanında üç
gün qalmağıma baxmayaraq heç bir dəlil göstərə bilmədiyi üçün yanından ayrılıb İshaq
əl-Əhmərin yanına getdim.
İshaq əl-Əhməri əl-Bəxtanidən daha gənc və daha zəngin gördüm. Ona da İmamın
vəkilinə verilmək üzrə mallarla bərabər gəldiyimi dediyim zaman vəkilin özü olduğunu
və malları ona verməyimi istədi. Malları verə bilməyim üçün vəkilin o olduğuna dair dəlil
istədiyim zaman mənə gözləməyimi dedi. Yanında üç gün qalmağıma baxmayaraq heç
bir dəlil göstərə bilmədiyi üçün yanından ayrılıb Osman ibn Səidin yanına getdim.
Osman ibn Səidi digərlərinin əksinə mütəvazi, kasıb, kiçik və xidmətçiləri olmayan bir
evdə yaşayan bir şeyx olaraq gördüm. Halımı soruşdu, mən də İmamın vəkilinə verilmək
üzrə mallarla bərabər gəldiyimi dəlil gətirən kəsə verəcəyimi dedim. Bu malı sahibinə
vermək istəyirsənsə Səmərraya get, sahibi Səmərrada FİLAN OĞLU FİLANDIR. Sən
orada axtardığını tapacaqsan dedi.
Dostları ilə paylaş: |