ahmedalhasan313.wordpress.com
35
Onlar bu şəxsləri ona nişan verəcəklər. O, həmin şəxsləri Sahiblərinin yanına aparacaq və
onlar onunla görüşəcəklər. Sahibləri onlara növbəti gecə üçün vəd verəcək...”
- Təfsiri-Əyyaşi: 2/56, hədis 49, səh.140, hədis 8; Təfsiri-Qummi: 2/205; Kafi: 8/313, hədis 487;
Məcməul-Bəyan: 5/144: Əqdüd-Dürər: 133; Biharul-Ənvar: 52/341; Mucəmul-Əhadis: 5/2;
Qeybəti-Numani (azəricə): səh.197-199, hədis 30.
İmam Baqir (ə.s) Mehdinin hərəkatı haqqında söhbət edərkən belə buyurdu: “Nəhayət o
(ə.s) Zələbyəyə (Livanda bir şəhər) yetişər, ÖZ ATASININ SOYUNDAN BİR NƏFƏR
ayaqlanar, bədəni və qəlbi ən sərt olanlardandır, əmrin sahibi xaric, və o deyər: “Ey sən,
nə edirsən? Allaha and olsun ki, sən camaatı, heyvanları qorxudan kimi qorxudursan. Bu,
Allah Rəsulunun (s) zamanındandır yoxsa nədir belə?” Beləliklə sonra BEYƏTƏ
MÜYƏSSƏR OLAN MÖVLA deyər: “Əgər susmasan, bu gördüyünlə boynunu
vuracağam.””
- Mucəmul-Əhadis: 5/26-29
Əbi Əbdillah Cəfər Sadiq (ə.s) buyurdu: “Beləliklə Qaim rükn və məqam arasında
duracaq, VƏZİRİ də onun yanında olacaq... Və o, Məkkədən çıxacaq, o və onunla birlikdə
olan 300 və bir neçə nəfər, və onlar rükn və məqam arasında ona beyət edəcəklər. Onunla
birlikdə Allah Rəsulunun (s) ƏHDİ və BAYRAĞI vardır. Beləliklə də o, dua edib oranı
tərk edəcək, VƏZİRİ DƏ ONUNLA BİRLİKDƏ OLACAQ.”
- Biharul-Ənvar: 52/222-223
Əmirəl möminin Əli (ə.s) buyurdu: “Sonra Hirada onun (Qaim) üçün 500 qapılı bir
məscid tikiləcək. QAİMİN XƏLİFƏSİ orada namaz qılacaq. (Bu məscid ona görə tikiləcək
ki,) Kufə məscidi onlar üçün dar olacaq. ON İKİ ADİL İMAM (ə.s) orada namaz qılacaq-
lar.”
- Biharul-Ənvar: 52/474; Təhzibul-Əhkam: 3/253
İmam Baqir (ə.s) dedi: … “Bayraqların içində doğru yolda olanı Yəmaninin bayrağıdır...
YƏMANİ XÜRUC ETDİYİ ZAMAN CAMAATA VƏ HƏR BİR MÜSƏLMANA SİLAH
SATMAQ HARAM OLACAQ...”
– ər-Rəcət: 157; Mucəmul-Əhadis: 3/253, h.783; Ğeybəti-Numani: 14cü bab, s.286, h.13
Birinci hədisin son cümləsinə diqqət edək: "YALNIZ İŞLƏRİNDƏN MƏSUL OLAN
XİDMƏTÇİDƏN BAŞQA." Və həmçinin Yəmaninin (ə.s) nəyə görə fiqhi məsələlərdə
fətvalar verdiyini də bu hədis açıqlayır ki, bu xadim barədə "İŞLƏRİNDƏN MƏSUL
OLAN" deyilir. İkinci hədisdə isə “YANINDA OLAN MÖVLA” ifadəsi də açıq-aydın
İmam Mehdinin (ə.s) xidmətçisinin var olduğundan və zühurdan əvvəl müəyyən işlər
görəcəyindən xəbər verir. Digər hədisdə də İmam Mehdi (ə.s)’ın VƏZİRİNDƏN bəhs
edilir ki, bu da bir daha vəzirin önəmli bir şəxs olmasına işarə edir. Və digər hədisdə də
Yəmaninin hökm vermə hüququnun da olduğunu görürük, bu da ilk hədisi bir daha
Ansarullah Production
36
təsdiqləyir, belə ki Yəmani (ə.s) İmam Mehdi (ə.s)’ın işlərindən MƏSULDUR. Odur ki, bu
Mövla və ya Xidmətçi və ya Vəzir Yəmanidən başqası deyildir.
İmam Əhməd əl Həsən (ə.s) belə buyurur: “Lakin heyhat! Az qala bir dənə də hədisi başa
düşməyən bu ağılsızlarla nə edə bilərəm?! Və əsla sevinməyin, ey zalımlar! Sizi tərk edib
torpaqlarınızdan hicrət etdiyim üçün sevinməyin. Çünki, Atam Muhəmməd ibn əl-
Həsən əl-Mehdi (ə.s) ilə birlikdə qayıtmağım çox çəkməyəcək. O (ə.s) sizə qılıncların
kölgəsi altında, qılınc və ölümdən başqa heçnə verməyəcəkdir.”
- İmam Mehdi (ə.s) ilə Görüş Xütbəsindən
İmam Sadiq (ə.s) buyurmuşdur: Rəsulullah (s) əshabına belə buyurdu: “Müjdələr olsun o
kəslərə ki, mənim nəslimdən olan Qaimə yetişib, QİYAMINDAN ƏVVƏL onu təqib
edəcək, onun YARDIMÇISINA yardım edəcək və düşmənini rədd edəcək və ondan öncə
hidayət edici İmamları mövlalar edinəcək. Onlar, mənim əshabımdır və onlar mənim
eşqimə və sevgimə sahib kəslərdir. Və onlar, ümmətimin mənə ən comərd olanlarıdır."
Rəfa deyir ki (Rəsulullah (s) belə buyurdu) “Və onlar, Allahın yaratdıqlarının mənə qarşı
ən comərd olanlarıdır.”
- Ğeybəti-Tusi: səh.457
Həmçinin mühüm bir məsələni də qeyd edək ki, bu bölümdə keçən hədislər mütəşabihdir
və fərqli zamanlarda fərqli şəxslərə işarət etməkdədir. Belə ki, İmam Mehdi (ə.s)’ın kiçik
qeybəti dövründə ona (ə.s) işarət edən bu hədislər, bugün İmam Əhməd əl Həsən (ə.s)’a
və onun qeybəti dövrünə işarət edir. Qeyd edək ki, İmam Əhməd əl Həsən (ə.s)’ın birinci
qeybəti 2008-2015’ci illərdə baş vermişdir.
İsa (ə.s) buyurmuşdur:
[İndi isə məni göndərənin yanına gedirəm. Nə var ki, içinizdən heç biri mənə, ‘Hara
gedirsən?’ deyə soruşmur. Amma sizə bunları dediyim üçün ürəyiniz kədərlə doldu. Sizə
həqiqəti deyirəm, mənim gedişim sizin xeyrinizədir. Getməsəm, YARDIMÇI sizə gəlməz.
Amma getsəm, onu sizə göndərərəm. O gəlincə dünyanın günah, doğruluq və gələcək hökm
barədəki günahını dünyaya göstərəcək.] [İncil, Yuhanna 16:5-11]
MEHDİNİN QEYBƏTİ VƏ SÜFYANİNİN XÜRUCU
Həzləm ibn Bəşir deyir: Mən Əli ibn Hüseyndən (ə.s) Mehdinin xurucunu və onun
təfərrüatları və əlamətləri barəsində məlumat verməsini istədim, o (ə.s) dedi: “Onun
xurucundan öncə Cəzirədə (İraq) Əvf Silmi adlı bir nəfər xuruc edər, onun evi Tikritdə
olacaq və onun öldürülməsi Dəməşq məscidində olacaq və sonra Şüeyb ibn Salehin
xurucu olar Səmərqənddən və sonra Süfyani lənətlənmiş Vadi əl-Yabisdən xuruc edər
(çıxar) və o, Utba ibn Əbu Süfyanın oğludur. ƏGƏR SÜFYANİ ÇIXARSA MEHDİ
QEYBƏTƏ ÇƏKİLƏR və sonra O (Mehdi) ONDAN SONRA XURUC EDƏR.”
Dostları ilə paylaş: |