ahmedalhasan313.wordpress.com
31
Yanından ayrılıb Səmərrada deyilən yerə getdim. Qapıçıya vəkili soruşduğum zaman
biraz məşğul olduğunu və biraz sonra gələcəyini söylədi. Uzun müddət keçmədən
yanıma vəkil gəldiyində ayağa qalxdım və salamlaşdıqdan sonra məni evinə qəbul etdi.
Halımı soruşdu, mən də İmamın vəkilinə verilmək üzrə mallarla bərabər gəldiyimi, və
onları dəlil gətirən kəsə verəceyimi dedim. Sən yol yorğunusan, otur, yemək yeyib dincəl,
namazdan sonra mən sənə istədiyin dəlili gətirəcəyəm dedi. Yeməyimi yeyib
dincəldikdən sonra namazımı qıldım. Namazdan sonra əlində bir kağızla yanıma gəldi.
Bəsmələ ilə başlayan yazını mənə oxumağa başladı. Əhməd ibn Muhəmməd Deynuri
yanında 16.000 dinar bu qədər zənbillə bərabər gəldi. Bütün zənbillərin içini bir-bir
saymağa başladı. Filankəsdən alınan zənbildə bu qədər paltar bu qədəri bu növdən bu
qədəri də bu rəngdən şəklində hər zənbilin kimdən alındığı və içində nə olduğunu
ayrıntılı bir şəkildə bir-bir saydı. Ən son olaraq Deynurdan çıxıb Qarmisinə gəldiyində
Əhməd ibn Həsəndən bir torba içində 1000 dinar və içinde bu paltarlar, bu qədəri bu
rəngdə yüklüklə yola qoyuldu şəklində bitirdi. Qəlbimdəki şübhəni apardığı üçün Allaha
şükr etdim. Ona malı vermək istədiyim zaman malları Bağdada Osman ibn Səidə aparıb
verməyimi əmr etdi. Ona, bu mala ehtiyacı olan Şiəmizin kimlər olduğunu bildirəcəyik,
dedi.
- Əbu Cərir İbrahim ibn Rüstəm ət-Təbəri, “Dəlailul-İmamə”: səh.277
Beləliklə bu hədislərdən anlaşılır ki, İmam Mehdi (ə.s)’ın həqiqi naibi Muhəmməd ibn
Nuseyr olmuş və ikinci naib deyə tanınan Osman ibn Səid isə əslində Muhəmməd ibn
Nuseyrin işlərindən məsul şəxs və onun yardımçısı olmuşdur. Deynuridən nəql edilən
hədisdə də FİLAN OĞLU FİLAN olaraq keçməsi heç də təsadüfi deyildir, zira ona qarşı
insanlarda olan nifrətin və həsədin olması onun İmam Mehdi (ə.s)’ın naibliyi dövründə
özünü gizli saxlamasına gətirib çıxarmışdır. Lakin Nuseyrin məqamını qısqananlar tarixi
saxtalaşdıraraq onun barəsində yalanlar uydurmuş və insanları İmamın (ə.s) həqiqi
qapısından uzaq salmışlar. Odur ki, haqqı axtaran kəslər üçün bir hədis belə kafidir,
inkarçılara gəldikdə, yüzlərlə dəlil də təqdim olunsa, qəbul etməyəcəklər. Lakin haqq
sayın çoxluğu ilə tanınmaz. Haqqı tanıyan onun əhlini də tanıyar.
Digər tərəfdən Muhəmməd ibn Nuseyr özündən sonra əmrin ƏHMƏD adlı şəxsə
keçəcəyini bildirmişdir ki, bu da İmam Əhməd əl Həsən (ə.s)’n haqqaniyyətinin
dəlillərindəndir.
Səid deyir ki, Əbu Şueyb MUHƏMMƏD İBN NUSEYR ən Numeyri xəstə olduğu zaman
ondan soruşdular: “Səndən sonra bu əmr kimdədir?” O güclə özünü toplayıb asta səslə
buyurdu: “ƏHMƏD”. Onun vəfatından sonra isə ardıcılları üç qrupa ayrıldılar: bir qrupu
dedi ki, “O, onun oğlu Əhməddir”, digər qrup dedi ki, “O, Əhməd ibn Muhəmməd ibn
Musa ibn əl-Fəratdır”, üçüncü qrup isə dedi ki, “O, Əhməd ibn Əbəl-Həsən ibn Bəşir ibn
Yəziddir”. Və bununla öz aralarında təfriqəyə düşmüş oldular.
Ansarullah Production
32
- Ğeybəti-Tusi: səh.399, hədis 373; Biharul-Ənvar: 51/269
ƏHLİBEYT (Ə.S) YƏMANİYƏ TƏRƏF ÇAĞIRIR
Əba Əbdillah (ə.s) buyurdu: “Süfyani mütləq baş verəcək. O Rəcəb ayında zühur edəcək.”
Bir nəfər ona dedi: “Ya Əba Əbdillah, o zühur etdiyi zaman bizim halımız necə olacaq?”
Buyurdu: “Bu baş verdiyi zaman BİZƏ TƏRƏF GƏLİN.”
- Biharul-Ənvar: 52/249, h.135; Mucəmul-Əhadis: 3/463, h.1024; Ğeybəti-Numani: 18ci bab,
s.341, h.7
Əba Əbdillahın (ə.s) yanında Süfyanidən danışıldı. Həzrət buyurdu: “Nə qədər ki ONUN
GÖZÜNÜ OYACAQ ŞƏXS SƏNADAN ZÜHUR ETMƏYİB, o necə zühur edə bilər?”
- Biharul-Ənvar: 52/245, h.123; Bəşarətul-İslam: 123; Mucəmul-Əhadis: 3/478, h.1044; Ğeybəti-
Numani: bab 14, s.312, h.60
İmam Baqir (ə.s) dedi: “Süfyaninin, Yəmaninin və Xorasaninin ortaya çıxması (xüruc
etməsi) eyni ildə, eyni ayda və eyni gündə baş verəcək. Onların ortaya çıxmağı sapa
düzülmüş muncuqların məsəli kimi olacaq ki, biri o birisinin ARDINCA gələcək. Hər
tərəfdə sıxıntı baş verəcək. Onlarla düşmənçilik edənin vay halına. Bayraqların içində ƏN
DOĞRU YOLDA OLANI YƏMANİNİN BAYRAĞIDIR. O HİDAYƏT BAYRAĞIDIR.
ÇÜNKİ, O İNSANLARI SİZİN SAHİBİNİZƏ TƏRƏF DƏVƏT EDƏCƏK…”
- ər-Rəcət: 157; Mucəmul-Əhadis:3/253, h.783; Ğeybəti-Numani: bab 14, s.286, h.13
Xalid Saiq Əbu Abdullah (ə.s)’dan nəql edir: “Süfyanidən qaçış yoxdur və onun xürucu
Rəcəb ayından qeyri bir vaxt deyildir.” Və bir nəfər ona (ə.s) dedi: “Ey Əba Abdullah,
əgər o (Süfyani) çıxarsa bizim vəziyyətimiz necə olacaq?” O (ə.s) dedi: “Əgər bu baş
verərsə, BİZƏ TƏRƏF GƏLİN.”
– Biharul-Ənvar: cild.52 səh.249 hədis 135
Yunis ibn Əbu Yafur Əbu Əbdullahdan (ə.s) nəql edir: “Əgər Süfyani çıxarsa, o öz
ordularını BİZƏ və SİZƏ doğru göndərəcək. Əgər bu baş verərsə, mümkün olan hər bir
asan vəya çətin yolla BİZƏ doğru gəlin.”
– Dəlailul-İmamə: s.261; Biharul-Ənvar: 52/253, hədis 145
Əba Əbdillah (ə.s) buyurdu: “Süfyani mütləq baş verəcək. O, rəcəb ayında XÜRUC
edəcək.” Bir nəfər ona dedi: “Ya Əba Əbdillah, o xüruc etdiyi zaman bizim halımız necə
olacaq?” Buyurdu: “Bu baş verdiyi zaman BİZƏ tərəf gəlin.”
- Biharul-Ənvar: 52/249, hədis 135; Mucəmul-Əhadis: 3/463, hədis 1024; Qeybəti-Numani (az):
səh.341, hədis 7
Dostları ilə paylaş: |