ahmedalhasan313.wordpress.com
33
"Əba Əbdillahın (ə.s) belə buyurduğunu eşitdim: Süfyani çıxdığı zaman bir qoşun BİZƏ
TƏRƏF, bir qoşun da SİZƏ tərəf göndərəcək. Bu baş verdiyi zaman nə yolla olur olsun,
BİZƏ TƏRƏF GƏLİN."
- Dəlailul-İmamə: 261; Biharul-Ənvar: 52/253, hədis 145; Mucəmul-Əhadis: 3/470, hədis 1034;
Ğeybəti-Numani (az): səh.346, hədis 17
İmam Sadiqdən (ə.s) nəql olunur: “Ey Sudeyr evində otur və Hələs ol (evini tərk etmə).
Gecə və gündüz onun içində yaşa. Əgər bir kəs Süfyaninin çıxdığını elan edərsə, o zaman
BİZƏ DOĞRU GƏL, hətta piyada olsa belə.”
– Biharul-Ənvar: 52/303
Fazil dedi: Mən Əbu Abdullah (ə.s) ilə idim. Bu vaxt Əbu Muslimdən bir kitab gəldi, o
(ə.s) dedi: “Sənin kitabın üçün bizdən olan hər hansı bir cavab yoxdur - sonra İmam (ə.s)
dedi - Allah qulların tələsmələrindən ötrü tələsməyəcəkdir. Bir dağı yerindən hərəkət
etdirmək, sonu gəlib çatmamış bir səltənəti məhv etməkdən daha asandır.” Və sonra mən
dedim: “Canım sənə fəda olsun, sizinlə bizim aramızda olan əlamət nədir?” İmam (ə.s)
dedi: “Ey Fuzeyl bu yer üzündə gəzməyin, ta ki Süfyani çıxanadək. Əgər Süfyani çıxarsa.
BİZƏ CAVAB VERİN, BİZƏ CAVAB VERİN, BİZƏ CAVAB VERİN (İmam (ə.s) üç dəfə
təkrar etdi) və bu qəti olanlardandır.” dedi.
– Vəsailuş-Şiə: cild 15, səh.52
Əbu Bəkr əl-Həzrəmidən nəql edilir: “XORASANDAN QARA BAYRAQLAR çıxan
zaman mən və Əban, Əba Əbdillahın (ə.s) yanına daxil olduq. Dedik: “Nə deyirsiniz?”
Buyurdu: “Evinizdə oturun. Elə ki gördünüz BİR NƏFƏRİN ətrafına TOPLANMIŞIQ,
o zaman silahla BİZƏ QOŞULUN.”
- Hilyətul-Əbrar: 2/644; Biharul-Ənvar: 52/138, hədis 44; Mustədrəkul-Vəsail: 11/36, hədis 7;
Mucəmul-Əhadis: 3/465, hədis 1028; Ğeybəti-Numani (azəricə): səh.216, hədis 6
Əbu Bəsir rəvayət edir ki, Əba Əbdillah (ə.s) buyurdu: Atam mənə dedi: “Azərbaycanda
mütləq bir alov qalxacaq ki, heç bir şey onun qarşısında dura bilməyəcək. Elə ki, bu baş
verdi EVİNİZİN FƏRŞİ OLUN (evinizdən kənara çıxmayın). BİZ nə etsək SİZ də onu
edin. BİZİM HƏRƏKATÇIMIZ hərəkətə keçdiyi zaman isə sürünə-sürünə də olsa ONA
tərəf tələsin. Allaha and olsun ki, sanki mən onu görürəm ki, rükn və məqam arasında
YENİ BİR KİTAB üzərə insanlardan beyət alır. Ərəblərə qarşı sərt mövqe tutur.” Sonra
buyurdu: “Vay olsun Ərəblərin zalımlarına, yaxınlaşan əzaba görə.”
- Biharul-Ənvar: 52/135, hədis 40; Ğeybəti-Numani: səh.212, hədis 1
Əmirəl Möminin Əli (ə.s) buyurdu: "HAQQ VƏ HİDAYƏT BAYRAĞI BİZİMLƏDİR,
hər kim ondan üz çevirsə, həddi aşmışdır, hər kim onu tərk etsə, zərər içindədir. HƏR
KİM ONA TUTUNARSA, DOĞRU YOLDADIR. Əgər onu izləsəniz bizim nəzərimizlə
Ansarullah Production
34
hidayət olunarsınız, ondan üz çevirsəniz, Allah sizi ya bizim əlimizlə, ya da iradə etdiyi
şəkildə cəzalandırar.
- Süleym ibn Qeysin Kitabı: s.257-259
İmam Sadiq (ə.s) buyurur ki, "BİZƏ TƏRƏF GƏLİN". Həmçinin buyurur ki, "SÜFYANİ-
DƏN ÖNCƏ ONUN GÖZÜNÜ OYACAQ ŞƏXS - YƏMANİ - ZÜHUR EDƏCƏK.
Həmçinin İmam Baqir əs buyurur ki, "YƏMANİ XÜRUC ETDİYİ ZAMAN ONA TƏRƏF
TƏLƏS". Və digər hədisdən də aydın olur ki, Süfyaninin gözünü oyacaq şəxs onunla
döyüşəcək olan Yəmanidir, və o, İlk Qaimdir. Bəli, buradan da aydın olur ki, İmam Sadiq
(ə.s) "BİZƏ TƏRƏF" dedikdə, Yəmaniyə və onun əshabına tərəf yönəlməyi nəzərdə tutur,
çünki o, bizi Sahibimiz İmam Mehdiyə (ə.s) tərəf dəvət edir. Həmçinin hədisdə buyurulur
ki, bir qoşun BİZƏ tərəf, yəni Əhlibeytdən (ə.s) olan birinə tərəf göndəriləcək. Bir dəstə
də SİZƏ tərəf – təbii ki “SİZ” deyə İmam Sadiq (ə.s) öz əshabına, şiələrinə müraciət edir.
İmam (ə.s) BİZƏ TƏRƏF deyir, yəni Əhlibeytə (ə.s) tərəf çağırır. Deməli bu zamanda
Şiələr arasında ixtilaflar, parçalanmalar olacaq, və o ixtilafda olanlardan hamısı yalnış
TƏRƏFDƏ olacaqlar, Yəmaninin (ə.s) dəvətinə icabət edənlər xaric, və bu ixtilaflara səbəb
olanlar əməlsiz alimlərdir ki, şiələri doğru yoldan ayırmaqda və parçalamaqdadırlar. O
zaman BİZƏ TƏRƏF gəlin deyir İmam Sadiq (ə.s). Digər hədisdə isə “BİZ nə etsək SİZ də
onu edin” deyə buyurulur. Elə isə Əhlibeytin (ə.s) qiyamdan ƏVVƏL nə etdiyini haradan
və necə biləcəyik? Təbii ki, bunun sadəcə bir yolu vardır ki, bu da Yəmaninin (ə.s)
qiyamından əvvəl, zühuru dövründə ona iman edib təslim olmaq onu və ailəsini təqib
etməkdir.
QAİMİN İŞLƏRİNDƏN MƏSUL OLAN XADİM
Əba Əbdillah Sadiq (ə.s) buyurdu: “Bu işin sahibinin iki qeybə çəkilməsi olacaq. Onlardan
biri o qədər uzanacaq ki, hətta bəziləri “ölüb”, bəziləri “öldürülüb”, bəziləri də “həlak
olub” deyəcəklər. Bu zaman əshabı içərisindən ona etiqadda yalnız az saylı insan sabit
qalacaq. Nə dostlarından, nə də qeyrilərindən heç kəs onun yerini bilməyəcək. YALNIZ
İŞLƏRİNDƏN MƏSUL OLAN XİDMƏTÇİDƏN BAŞQA.”
- Ğeybəti-Tusi: 61, h.260; s.161, h.120; Əqdüd-Dürər: 134; Müntəxəbu-Ənvarul-Mudiə: 81;
Burhanul-Müttəqi: 171, h.4; İsbatul-Huda: 3/499, h.278; s.500, h.280; Biharul-Ənvar: 52/152,
h.5; Mucəmul-Əhadis: 3/365, h.913; Ğeybəti Numani: bab 10, s.185, h.5
Əbu Cəfər Muhəmməd ibn Əli (ə.s) buyurdu: “Bu işin sahibinin bu dərələrin birində – əli
ilə Zi Tuvaya işarə etdi – bir qeybə çəkilməsi olacaq. Zühur etməsinə az qalmış
YANINDA OLAN MÖVLA gəlib onun bir neçə səhabəsi ilə görüşəcək və deyəcək: “Siz
burada neçə nəfərsiniz?” Deyəcəklər: “(Təxminən) qırx nəfər.” Deyəcək: “Əgər Sahibinizi
görsəniz halınız necə olar?” Deyəcəklər: “Allaha and olsun, əgər bizə dağları yerindən
qoparmağı əmr etsə, onunla birgə onları yerindən qopararıq.” Sonra (növbəti il) onların
yanına gəlib deyəcək: “Mənə içərinizdən on nəfər rəhbər və ən üstün şəxs göstərin.”
Dostları ilə paylaş: |