Ansarullah Production
130
Cabir ibn Abdullah əl-Ənsari belə nəql edir: Bir dəstə yəmənli şəxs nümayəndə olaraq
Allah Rəsulunun (s) yanına göndərilmişdilər. Həmin vaxt Peyğəmbər (s) buyurdu:
“Yəmən əhli gülərüzlülüklə sizə tərəf gəlir.” Onlar Allah Rəsulunun (s) yanına daxil
olduqda həzrət dedi: “(Bunlar) elə bir dəstədirlər ki, qəlbləri incə, imanları möhkəmdir.
MƏNSUR ONLARDANDIR. O, yetmiş min nəfərlə birgə qiyam edib mənim və vəsimin
xələfinə yardım edəcək...”
- Biharul-Ənvar: 34/17, hədis 6 və s.112, hədis 60; Ğeybəti-Numani (azəricə): s.40, bab 2, hədis 1
ŞÜEYB İBN SALEHİN ÇIXIŞI
Əbul-Həsən Rza (ə.s) buyurdu: “Bu işdən öncə Süfyani, Yəmani, Mərvani və ŞÜEYB İBN
SALEH olacaq. Elə isə bu şəxs (Muhəmməd ibn İsmail) bunu necə deyə bilər?”
- İsbatul-Huda: 3/735, hədis 97; Biharul-Ənvar: 52/233, hədis 99; Mucəmul-Əhadis: 4/166, hədis
1227; Ğeybəti-Numani (azəricə): 283, hədis 12
İmam Əli (ə.s) buyurdu: “Ey Cabir! Çan yüksək səslə çaldığı zaman, kabusların sərsəmliyi
insanları əhatələdiyi zaman, camış danışdığı zaman, o gün çox qəribə hadisələr olacaq.
Atəş mənim baxışımla tutuşduğu zaman, Al-i Osmanın (l.ə) bayrağı qara vadidə görün-
düyü zaman, Bəsrə çaşqınlığa düştüyü zaman və bir-birlərini əzmək məqsədilə hər qrup
digərini axtardığı zaman, Xorasan orduları hərəkətə başladığı zaman, TALİQANDA
ŞÜEYB İBN SALEH TƏMİMİYƏ TABE OLUNDUĞU ZAMAN, Səid Susiyə Xuzistanda
beyət edildiyi zaman, Kürdlərin amalı üçün bayraq qaldırıldığı zaman, Ərəblər Ermənis-
tan və Slavlar üzərində zəfər qazanar, Heraklit Konstatinopoldakı Sinanın patriklərinə
təslim olar. O zaman, TURUN ÜZƏRİNDƏ AĞACDAN MUSA (Ə.S) İLƏ DANIŞAN
KƏSİN ZÜHURUNU GÖZLƏYİN. Bu, hər kəsə görünən açıq işarətlərlə ortaya çıxacaq
və onlar üçün açıq-aydın olacaqdır.
- Tutunciyyə (İki Körfəz) xütbəsi
İmam Baqir (ə.s) buyurdu: “Allahın TALİQANDA bir xəzinəsi var, nə qızıldır nə də
gümüş. XORASANDAN ON İKİ MİN əsgərdir, şüarları: ‘ƏHMƏD ƏHMƏD’dir.
HAŞİMOĞULLARINDAN BİR ŞƏXS, boz bir ata minmiş, qırmızı bir boyun sarğısı
geymiş, onlara başçılıq edəcək. Sanki onu Fəratı keçərkən görürəm. Əgər onu eşitsən,
BUZ ÜSTÜNDƏ İMƏKLƏMƏK MƏCBURİYYƏTİNDƏ BELƏ QALSAN, ARXASIN-
DAN GET.”
- Mutəhabul-Ənvar əl-Muzi’a: səh.343
Həzləm ibn Bəşir deyir: Mən Əli ibn Hüseyndən (ə.s) Mehdinin xürucu və onun təfərrüat-
ları və əlamətləri barəsində məlumat verməsini istədim, o (ə.s) buyurdu: “Onun xurucun-
dan öncə Cəzirədə (İraq) Əvf Silmi adlı bir nəfər xuruc edər, onun evi Tikritdə olacaq və
onun öldürülməsi Dəməşq məscidində olacaq və SONRA SƏMƏRQƏNDDƏN ŞÜEYB
İBN SALEHİN XÜRUCU OLAR və sonra Süfyani lənətlənmiş Yabis vadisindən xüruc
ahmedalhasan313.wordpress.com
131
edər (çıxar) və o, Utba ibn Əbu Süfyanın oğludur. ƏGƏR SÜFYANİ ÇIXARSA MEHDİ
QEYBƏTƏ ÇƏKİLƏR və sonra o (Mehdi) ONDAN SONRA XÜRUC EDƏR.”
– Biharul Ənvar: 52/213
Əmirəl-möminin (ə.s) buyurdu: “ XORASANDA QAİM qiyam edib Kufan və Moltan
əraziləri üzərində qələbə çalacaq və Bəni-Kavan Cəzirəsini keçəcək. BİZDƏN OLAN BİR
QAİM GİLANDA QİYAM EDƏCƏK və Abir və Deyləman ona cavab verəcək (qoşula-
caq). Bu zaman övladım üçün müxtəlif ərazilərdən və tərəflərdən türklərin bayraqları
aşkar olacaq... Sonra ÜMİD EDİLƏN QAİM VƏ MƏCHUL İMAM qiyam edəcək.”
- Biharul-Ənvar: 52/235, hədis 104; Mucəmul-Əhadis: 3/16, hədis 570; Qeybəti-Numani (azəricə):
s.308-310, hədis 55
Əbu Cəfər (ə.s) buyurdu: “Sanki mən ŞƏRQ TƏRƏFDƏN ÇIXAN BİR QÖVM görürəm
ki, haqqı tələb edirlər, lakin haqqı onlara vermirlər. Sonra yenə tələb edirlər, lakin yenə
də vermirlər. Onlar belə olduğunu görüncə qılınclarını çiyinlərindən asacaqlar. Bu dəfə
istədikləri şeyi onlara verəcəklər, lakin onlar qəbul etməyəcəklər. Beləcə qiyam edəcəklər
və onu (əldə etdikləri hakimiyyəti) yalnız sizin SAHİBİNİZƏ TƏHVİL VERƏCƏKLƏR.
Onlardan öldürülənlər şəhiddirlər. Əgər mən o zamanda yaşasaydım özümü BU İŞİN
SAHİBİ üçün saxlayardım.”
- Biharul-Ənvar: 52/243, h.116; Mucəmul-Əhadis: 3/269, h.796; Ğeybəti-Numani (az): 307, h.50
Əmirəl möminin Əli (ə.s) buyurdu: “Nəhavənd və Deynur arasında baş verəcək bir döyüş
Abbas övladlarının tərəfdarları üçün necə də dəhşətli olacaqdır. Bu döyüş yoxsul və zəif
düşmüş Əli şiələrinin döyüşüdür. Onlara HƏMƏDANDAN OLAN BİR ŞƏXS başçılıq
edəcək. Onun adı Peyğəmbərin (s) adı ilə eyni olacaq. O şəxs təriflənmiş bir şəxsdir. Orta
boylu, gözəl əxlaqlı, parlaq rəngli, gur səsli, uzun kiprikli, uzun boyunlu, seyrək saçlı və
aralı dişlidir. Atının üzərində durduğu zaman elə görünəcək ki, sanki önündən buludlar
çəkilən bədirlənmiş aydır. O elə bir dəstəyə başçılıq edəcək ki, Allaha sığınıb Ona
yaxınlaşan və ibadət edən ən xeyirli dəstədir. Onlar ərəb igidləri ilə birgə bu çətin və ağır
döyüşdə vuruşacaqlar. O gün məğlubiyyət düşmənlərindir. O gün düşmənlər məhv
olacaqlar.”
- Biharul Ənvar: 52/226, hədis 90; Ğeybəti Numani: bab 10, hədis 5
Allah Rəsulu (s) buyurdu: “Şərqdən kiçik QARA BAYRAQLARLA çıxan BİR NƏFƏR
Şamlını öldürəcək, odur Mehdiyə (ə.s) itaət edən.”
- əl-Mehdiyyil-Müntəziril-Mavud: bab 30, s.328
Əbu Cəfər Baqir (ə.s) buyurdu: “ XORASANDAN gələcək olan Qara Bayraqlar Kufəyə
doğru yaxınlaşacaq, onlar (bu şəkildə) yürüyəcəklər, və beləliklə əgər MEHDİ Məkkədə
ortaya çıxarsa, ONUN (Mehdi ) ÜÇÜN BEYƏT TƏLƏB EDƏCƏKLƏR.”
- Əqdüd-Dürər: s.129
Ansarullah Production
132
Əsbağ ibn Nəbatə nəql edir: Əmirəl möminin Əli (ə.s) uzun bir rəvayətdə belə buyurdu:
“QARA BAYRAQLAR yer üzünün ŞƏRQİNDƏN gələcək. Üzərində işarə olmaz, nə
pambıqdandır nə kətandan nə də ipəkdən. Nizəsinin başı Böyük Seyyidin möhürü ilə
möhürlüdür. ALİ-MUHƏMMƏD (Ə.S)’DAN BİR NƏFƏR ona rəhbərlik edəcək. Şərqdə
ortaya çıxar və qoxusu, müşk qoxusu kimi qərbdə yayılar. Qorxu bir ay onların önündən
gedər. Nəhayət atalarının qanını (intiqamını) tələb edərək Kufəyə çatarlar. Onlar bu halda
ikən YƏMANİNİN ATI və Xorasaninin atı sanki iki yarış atı kimi yarışacaqlar…”
- Şeyx Əli Yəzdi əl-Hairi: s.103; Biharul-Envar: cilt 52 s.274
“Mehdidən öncə Bəni-Abbas içində Qara Bayraqlar çıxacaq, sonra XORASANDAN,
BAŞLARINDA ŞÜEYB İBN SALEH TƏMİMİNİN OLDUĞU, qara sarıqlı, ağ paltarlı
bir ordu toplanacaq və bu ordu Süfyaninin ordusunu məğlub edəcək. Nəhayət Qüdsə
enəcəklər və Mehdi üçün səltənət hazırlayacaqlar. Bu ordunun çıxması ilə, xəlifəliyi
Mehdinin təslim alması arasında keçən zaman 72 aydır.”
– Məlahim vəl-Fitən (türkcə): s.127, hədis 303
Əmirəl Möminin (ə.s) buyurdu: “Şübhəsiz ki, üyüdən bir dəyirman olacaq. O dəyirman
öz mehvəri üzrə qalxıb ayağı üstə sabit olunca Allah ƏSLİ NAMƏLUM (XAMİL
ƏSLƏHU) OLAN SƏRT BİR BƏNDƏ göndərəcək. Qələbə onunla və onun əshabı ilə
olacaq. Onun əshabı uzun saçlı, bığlı, qara geyimlidirlər. Onlar QARA BAYRAQLARIN
sahibləridir...”
– ər-Rəcət: 157; Mucəmul-Əhadis: 3/253, h.783; Ğeybəti-Numani: 14cü bab, s.286, h.13
“Qara Bayraqlar, Abbasoğulları üçün çıxar. Sonra başqa bir dəfə də XORASANDAN
çıxar ki, sarıqları qara, paytarları ağdır. Onların rəhbəri TƏMİMDƏN ŞÜEYB İBN
SALEH deyilən bir şəxsdir ki, Süfyaninin adamlarını məğlub edər. BEYTÜL-MƏQDİSƏ
enər, Mehdinin hakimiyyətinə zəmin hazırlayar, ona Şamdan üç yüz nəfər yardım edər,
onun xürucu ilə Mehdiyə əmrin təslim edilməsi arasında YETMİŞ İKİ AY zaman vardır.”
– Məlahim vəl-Fitən (türkcə): s.160, hədis 399
Rəsul-i Əkrəm Əli (ə.s)’ın əlini tutdu və buyurdu: “Bunun sülbündən bir nəfər çıxacaq,
yer üzünü ədalətlə dolduracaq. Bunu gördüyünüz zaman TƏMİM QƏBİLƏSİNDƏN
bir nəfərə tabe olun ki, o ŞƏRQ tərəfdən çıxar və o MEHDİNİN BAYRAQDARIDIR.”
– Məlahim vəl-Fitən (türkcə): s.161, hədis 403
Əl-Həkimin Müstədrəkində nəql edir ki, Abdullah ibn Məsud dedi: Allah Rəsulu (s) dedi:
“Biz Əhlibeyt Allah tərəfindən dünyaya qarşı axirət üçün seçilmişik və ümmətlərdə Biz
Əhlibeyt bəlalarlarla, qovulmalarla, sürgünlərlə üzləşəcəyik, O VAXTADƏK Kİ, QARA
BAYRAQLAR ŞƏRQDƏN qaldırılacaq. Onlar haqqı istəyəcəklər, lakin onlara verilmə-
yəcək. Onlar yenə istəyəcəklər və onlara verilməyəcək. Və onlar qələbəni əldə edənədək
vuruşacaqlar. Belə ki, sizlərdən və ya sizin zürriyyələrinizdən (nəsillərinizdən) kim
ahmedalhasan313.wordpress.com
133
onunla rastlaşarsa, ona vacibdir ki, mənim Əhlibeytimdən (ə.s) olan İMAMA doğru
getsin, HƏTTA BUZ ÜZƏRİNDƏ SÜRÜNƏCƏK VƏZİYYƏTDƏ OLSA BELƏ, çünki
onlar hidayət bayrığıdırlar. Onlar onu mənim ƏHLİBEYTİMDƏN OLAN BİR NƏFƏRƏ
ötürəcəklər. Onun adı adıma, atasının adı atamın adına bənzərdir. O yer üzündə
hökmranlıq edəcək və yer üzü zülmət və ədalətsizliklə dolduqdan sonra, onu ədalət və
əmin amanlıqla dolduracaqdır.”
– Müstədrək: cild 4, səh.464
Əban ibn Təğlib nəql edir: Əba Əbdillah (ə.s) belə buyurdu: “Haqq bayrağı zühur edincə
şərq və qərb əhli ona lənət edəcəklər. Bilirsən nəyə görə?” Dedim: “Xeyr.” Buyurdu: “O
xüruc etməmişdən qabaq camaatın ONUN AİLƏ ÜZVLƏRİNDƏN gördükləri (əziyyət-
lərə) görə.”
- Hilyətul-Əbrar: 2/631; Biharul-Ənvar: 52/363, hədis 134; Mucəmul-Əhadis: 3/500, hədis 1071;
Ğeybəti-Numani: 336, hədis 4
Mənsur ibn Hazim nəql edir: Əba Əbdillah (ə.s) buyurdu: “Haqqın bayrağı ucaldığı
zaman şərqin və qərbin camaati ona LƏNƏT EDƏCƏK.” Dedim: “Nəyə görə?” Buyurdu:
“BƏNİ-HAŞİMDƏN ÇƏKDİKLƏRİNƏ GÖRƏ.”
- Hilyətul-Əbrar: 2/631; Biharul-Ənvar: 52/363, hədis 135; Ğeybəti-Numani: 337, hədis 5
Bu hədislərdən bizə məlum olur ki, Şüeyb ibn Salehin xürucu İlk Mehdi Əhməd əl Həsən
(ə.s)’ın xürucundan əvvəl olacaqdır. Onu da qeyd edək ki, Şüeyb ibn Saleh o şəxsin şifrəli
adıdır.
MİSİR SAHİBİ
İmam Əli bin Əbu Talib (ə.s) buyurdu: “Və beləcə MİSİRİN SAHİBİ (Misirli) uzun
səssizlikdən sonra, olduğu yerdən zahir olaraq sirlərlə dolu bir mağaranı açacaq. Və şüarı
“İntiqam! İntiqam!” olacaq. Və Məhdi (ə.s)'ın qiyamı üçün orada ZƏMİN HAZIRLAYA-
CAQ...”
- Mazağ'al Ali ən Axirəz-Zaman (Seyid Əli Aşur): səh.329, hədis 503
İmam Əli (ə.s) MİSİR SAHİBİ barəsində buyurdu: “Onu onlarla bərabər ikən kimsə
tanımaz, övliya kimi səbirlidir və QARA BAYRAĞI O QALDIRAR. O insanlar üçün
aşikar, fəqət gizlilikdədir. Vallahi o, Məhdi (ə) üçün ZƏMİN HAZIRLAYANDIR.”
- Mazağ'al Ali ən Axirəz-Zaman (Seyid Əli Aşur): səh.308, hədis 500
Ümmül-Möminin, İmam Əli (ə.s)'ın "Cifr" kitabına istinadən nəql edir ki, o, Misirdəki
İslam barədə müjdə verdi və bildirdi ki, İslam din gününə qədər Misirdən çıxmayacaq.
Və o bildirdi ki, axırzamanda əzəmətli MƏHDİ ÜÇÜN MİNBƏR məhz MİSİRDƏ
QURULACAQ və buna ZƏMİN YARADACAQ OLAN ŞƏXS elə bir kimsə olacaq ki,
dəmir kimi şücaətli və güclü qəlbə sahibdir. Allah onun qəlbində seçkin qulları üçün
Ansarullah Production
134
açdığı bir dəlik açacaq. Və ona ilham ruhu üfürəcək, elə ki, o MÜHƏDDİSLƏRDƏN
olacaq (mələklər onunla danışacaqlar).
Mazağ'al Ali ən Axirəz-Zaman (Seyid Əli Aşur): səh.328, hədis 501
İmam Əli (ə) buyurdu: “MİSİRDƏ bir MİNBƏR tikəcəyəm, Dəməşqi (Şamı) viran
edəcəyəm, Yəhudi və Məsihiləri bütün ərəb ölkələrindən çıxarıb ərəbləri bu əsa ilə
qovacağam...”
- Biharul-Ənvar: cild 53, səh.60
“Qərb əhli hücum edib Misirə daxil olan kimi, Süfyaninin hakimiyyəti bərqərar olunar.
ONDAN ƏVVƏL İSƏ BİR ŞƏXS CAMAATI PEYĞƏMBƏRİN (S) ƏHLİ-BEYTİNƏ
(Ə.S) DOĞRU DƏVƏT EDƏCƏK.”
- Biharul-Ənvar: cild 52, səh.208
Əmirəl möminin (ə.s) buyurdu: “Və Süfyan ailəsinin atlısı yalanlarla ortaya çıxacaq, və
Yəmaninin bayrağı ondan qısa zaman sonra qaldırılacaq və o, haqqa və doğru yola
çağıran hidayət bayrağıdır. Sonra Misir məsələləri MEHDİYƏ ZƏMİN HAZIRLAYAN
GÖRKƏMLİ SƏRKƏRDƏNİN əllərində, MİSİRİN səmasından gələn çoxlu sayda
nidalarla başlayacaq, və Qüdsə (Kufəyə) doğru çağıracaq, ÖZ ƏMRİ İLƏ TANINDIĞI
KİMİ...”
- Mazağ'al Ali ən Axirəz-Zaman (Seyid Əli Aşur): səh.330-331, h.506
İmam Əli (ə.s) buyurdu: “…Bu zaman Siddiqul-Əkbər və əshabı Misirə yollanarlar.
Həzrət oranın MİNBƏRİNƏ ÇIXAR VƏ CAMAATA XİTAB EDƏR, ONLAR ÜÇÜN
DANIŞAR..."
- Bəşarətül-İslam: səh.71
İmam Əli (ə) buyurdu: “Misir camaatına müjdə verin ki, onlar Qüdsə daxil olacaqlar və
Qüds ilə onların təyin edilmiş vaxtları var. Və MİSİR SAHİBİ MEHDİ (Ə.S)'IN
HAKİMİYYƏTİNƏ ZƏMİN YARADACAQDIR...”
- Mazağ'al Ali ən Axirəz-Zaman (Seyid Əli Aşur): səh.329-330, h.504
Nəim bin Həmmad, Kə'bul Əxbardan nəql edir: “Nə zaman ki, günün əvvəlində sizlərə
MİSİR MİNBƏRİNDƏN Allahın qulu ABDULLAH ƏMİRƏL-MÖMİNİNDƏN bir
xitab gələrsə, o zaman günün sonunda Şamdan Rəhmanın qulu ABDULLAH tərəfindən
gələcək xitabı gözləyin. O məğribin sahibi və şərlilərin ən şərlisidir."
- Məlahimu vəl-Fitən" kitabından
Nəim bin Həmmad, Kə'bul-Əxbardan nəql edir: “Bir adam Şama, bir adam da Misirə
malik olduqlarında, Şamlı ilə MİSİRLİ savaşıb, Şamlı Misir qəbilələrini əsir etdiyində və
ahmedalhasan313.wordpress.com
135
yenə Şərqdən (Xorasandan) KİÇİK QARA BAYRAQLI BİR NƏFƏR göründüyü zaman
məhz o, Məhdi (ə.s)'ın itaətinə girər.”
- Kitabul-Burhan: bab 7, səh.68, h.8
“Süfyani Misir əhli ilə döyüşəcək və oraya daxil olaraq dörd ay müddətində cinayət
törədəcəkdir.”
- Əsrəz-Zühur (Şeyx Korani): səh.128
Nəim bin Həmmad Rəşid bin Lahiyədən, o da Əbu Qabildən, o da Abdullah ibn
Ömərdən, o da Kə'bul-Əxbardan nəql edir: “MİNBƏR ABDULLAHDAN ABDULLAHA
KEÇƏRSƏ MİSİRİ TƏRK EDİN.”
- İbn Həmmad "Əl-Məlahimu vəl-Fitən": səh.282
İmam Əli (ə.s) buyurub: “MİSİRDƏ ƏMİRLƏRİN RƏHBƏRİ QİYAM EDƏCƏK VƏ
ORDUNU SƏFƏRBƏR EDİB YARAQLANDIRACAQDIR.”
- Əsrəz-Zühur (Şeyx Korani): səh.126
Abdullah Cərni belə nəql edir: Əmirəl Möminin (ə.s)’ın yanına getdim və o (ə.s) belə
buyurdu: “Bir nəfər mənim yanıma gələnə qədər sənə üç şeyi söylədim?” Mən “Xeyr”
dedim. O (ə.s) buyurdu: “Mən Abdullaham, mən öz haqq və ədaləti ilə DƏBBƏTÜL-
ƏRZƏM. Mən Rəsulullahın (s) qardaşıyam. Mən Abdullaham! Sənə Mehdinin burnu və
gözləri haqda demişəm?” Dedim ki, “Xeyr”. O (ə.s) əlini sinəsinə vurub dedi: “MƏN”.
- Biharul-Ənvar: 39/243
Hafiz Əbu Nueymin rəvayət etdiyi hədisi-şərifdə Rəsuli-Əkrəm (s) buyurur: “Elə bir
müşkül zamanda MƏĞRİB MƏMLƏKƏTİNİN ƏN UZAQ BÖLGƏSİNDƏN və Rəsuli-
Əkrəmin (s) möhtərəm qızı Fatimənin (s.ə) övladlarından bir nəfər ortaya çıxacaq. O,
axırzamanda fəaliyyət göstərəcək olan Mehdidir. Və Mehdinin zühuru da qiyamət
əlamətlərinin ilkidir.”
- Cəlaləddin Suyutinin Təsnifindən hədislər, Axırzaman Mehdisinin əlamətləri (Əli ibn
Hüsaməddin əl Müttəqi, Qəhrəman Nəşriyyat Kitab Evi, s.16)
Qurtubinin "ət-Təzkirah" və Şeyx Muhəmməd Huseyn əl Bərzəncinin "İşərətus-Səat"
kitabında isə yazılır Allah Rəsulundan (s) nəql olunub ki: “MƏHDİ MƏĞRİB
ÖLKƏLƏRİNDƏN BİRİNDƏ anadan olacaq və Dənizi keçərək bu tərəflərə gələcəkdir.”
- İşərətul-Səat: səh.178
Ansarullah Production
136
İmam Əhməd əl Həsən (ə.s) bütün insanlara
səslənərək ona yardım edilməsini istəmişdir:
...Və bugün sizdən yardım tələb edirəm, cəddim Hüseynin (ə.s) tələb etdiyi kimi.
Bizə yardım edəcək bir kəs varmı? Bundan əvvəl atalarınızın etdiyi kimi bizdən
üz çevirsəniz ya da bizə xəyanət etsəniz, atamın səbirli olduğu kimi, Rəhman mənə
əmri vəhylə bildirənə qədər, mən də səbrli olacağam. Keçən il məni, Muslim ibn
Əqili (ə.s) tərk etdikləri kimi tərk etdikləri zaman, səbrli olduğum kimi... O zaman
çox azı istisna olmaqla heç bir dəstəkçim qalmamışdı. Və onlar məni yalnız
Səddamın qorxusundan, Allah ona lənət etsin, və bu dünyaya olan
acgözlülüklərindən dolayı tərk etdilər. Lakin Allah məni Səddamdan qorudu,
baxmayaraq ki, onun kafir qüvvələri məni tutmaq üçün hər cür səy göstərdilər...
Əlavə məlumat üçün:
ahmedalhasan313.wordpress.com
qarabayraqlar313. wordpress.com
ilkmehdi.wordpress.com
siyahsancaklar.wordpress.com
Youtube kanalı:
Ahmed el Hasan
Document Outline - Önsöz
- MƏSUM VƏ HÖCCƏT OLAN YƏMANİNİN BAYRAĞI
- ƏZABDAN ÖNCƏ GÖNDƏRİLƏN ELÇİ YƏMANİDİR
- HÖCCƏTDƏN ƏVVƏL VƏSİNİN GƏLİŞİ
- QAİMİN ZÜHURU VƏ ƏZABIN GƏLMƏSİ
- MEHDİ SÜFYANİDƏN ƏVVƏL ŞƏRQDƏN GƏLİR
- YƏMANİ YƏMƏNDƏN QİYAM ETMƏYƏCƏK
- QAİMİN QEYBƏTİ DÖVRÜNDƏ ONUNLA ƏLAQƏDƏ OLANLAR
- MUHƏMMƏD İBN NUSEYR
- ƏHLİBEYT (Ə.S) YƏMANİYƏ TƏRƏF ÇAĞIRIR
- QAİMİN İŞLƏRİNDƏN MƏSUL OLAN XADİM
- MEHDİNİN QEYBƏTİ VƏ SÜFYANİNİN XÜRUCU
- SÜFYANİNİN VƏ QAİMİN – YƏMANİNİN XÜRUCU
- YƏMANİNİN (Ə.S) ZÜHUR TARİXİ
- QAİM SİZİN GÖZLƏDİYİNİZ ŞƏXS DEYİL
- GİZLİ İMAM YƏMANİDİR
- BU İŞİN SAHİBİ GƏNC OLARAQ GERİ DÖNƏCƏK
- KİMSƏ QAİM OLDUĞUNU İDDİA ETSƏ İNKAR ETMƏMƏLİYİK
- BU İŞİN SAHİBİ ÖZÜ BU İŞ BARƏDƏ DƏLİL GƏTİRƏCƏK
- MƏRCEYİ-TƏQLİD QAİMƏ (Ə.S) QARŞI
- QAİM’Ə (Ə.S) QARŞI QURANLA DÖYÜŞƏNLƏR
- ƏHMƏD ƏL HƏSƏN (Ə.S) MƏSUMDUR
- BƏTRİYYƏ ADLANANLAR KİMLƏRDİR
- QARA KƏNİZİN OĞLU YƏMANİDİR
- YUSİFƏ BƏNZƏRLİYİ OLAN YƏMANİDİR
- MUSAYA BƏNZƏRLİYİ OLAN YƏMANİDİR
- İSAYA BƏNZƏRLİYİ OLAN YƏMANİDİR
- DƏBBƏTÜL-ƏRZ YƏMANİDİR
- YƏMANİDƏN ÖNCƏ QALXAN BÜTÜN BAYRAQLAR TAĞUTDUR
- AXIRZAMANDA QURULACAQ BƏNİ-ABBAS HÖKUMƏTİ
- VƏSİYYƏT HAQQINDA AÇIQLAMA
- YƏMANİ YALANÇI OLA BİLƏRMİ
- QAİM ƏHMƏD ƏL HƏSƏNDİR (Ə.S)
- ATASI ÖZÜNDƏN ÜSTÜN OLAN MEHDİ
- ALLAHIN NÜMAYƏNDƏSİNİN OĞLU YƏMANİDİR
- FƏRƏC DUASINDA QAİMİN ÖVLADLARI
- YEDDİNCİDƏN OLAN BEŞİNCİ YƏMANİDİR
- ON BİRİNCİNİN [İMAM MEHDİNİN (Ə.S)] ÖVLADI
- QAİMDƏN SONRA MEHDİLƏRİN HAKİMİYYƏTİ
- BƏSRƏ DƏCCALI YOXSA MEYSAN DƏCCALI
- MEHDİNİN (Ə.S) DAVRANIŞI – YENİ İSLAM
- QAİMİN QEYBƏTİ DÖVRÜNDƏ ŞİƏLƏRİN HALI
- NƏ ÜÇÜN QEYBƏT?
- İMTAHAN VƏ ƏLƏNMƏLƏR QAÇINILMAZDIR
- YƏMANİNİN YAXINLARI ONU İNKAR EDƏCƏKLƏR
- QAİMƏ QİYAMINDAN ƏVVƏL İMAN EDƏNLƏR
- BÖYÜK VƏ KİÇİK ŞURA
- QAİM İNTİQAMA QÜREYŞDƏN BAŞLAYACAQ
- QAİMDƏN ƏVVƏL QİYAM EDƏN QAİMLƏR
- FİTNƏLƏRLƏ NECƏ BAŞ ETMƏLİ
- Əlavələr
- HƏRƏKATÇININ HƏRƏKATI
- MƏNSUR
- ŞÜEYB İBN SALEHİN ÇIXIŞI
- MİSİR SAHİBİ
Dostları ilə paylaş: |