Ansarullah Production
114
lər ki, səsləri qulaqlarını keçmir, qəzəbi bədənlərini aşmır, bizi aşkarda tərif etmirlər, bizə
dost olanla düşmənçilik etmirlər, bizə tənə vuranla oturmurlar, bizi təhqir edənlə
danışmırlar, bizə nifrət edəni sevmirlər, bizi sevənə nifrət etmirlər.” Dedim: “BƏS
ÖZLƏRİNİN ŞİƏ OLDUĞUNU DEYƏN BU FƏRQLİ ŞİƏLƏRLƏ NECƏ
DAVRANIM?” Buyurdu: “ONLARIN ARASINDA SEÇİLMƏ, ARINMA VƏ
DƏYİŞİLMƏ BAŞ VERƏCƏK. İLLƏR GƏLİB ONLARI ARADAN APARACAQ.
Onlara, onları öldürən bir qılınc və həlak edən bir ixtilaf üz gətirəcək. Bizim şiələrimiz o
kəslərdir ki, it kimi hürməzlər (və ya ulamazlar), qarğa kimi tamahkar və acgöz olmazlar.
Bizim şiələrimiz acından ölsələr də camaata əl açmazlar.” Dedim: “Sizə fəda olum, bu
xüsusiyyətlərə sahib kəsləri harada tapım?” Buyurdu: “Onları yer üzünün ətraf
yerlərində axtar. Onlar o kəslərdirlər ki, yaşayışları aşağı səviyyəlidir, evləri dəyişkəndir.
Əgər camaat içərisində olsalar tanınmazlar. Əgər gözdən itsələr axtarılmazlar. Xəstə
olsalar heç kəs onlara baş çəkməz, elçi düşsələr heç kəs onlara qız verməz. Əgər ölsələr
cənazələrində heç kəs iştirak etməz. Onlar o kəslərdirlər ki, mal-mülkləri barədə bir-
birlərinə təsəlli verirlər. Qəbirlərində bir-birlərini ziyarət edirlər. Onların istəkləri bir-
birlərindən fərqlənməz, hərçənd (yaşadıqları) şəhərlər fərqlənsə belə.”
- Biharul-Ənvar: 68/164, h.16; Mucəmul-Əhadis: 4/10, h.1089; Ğeybəti-Numani (aze): s.224, h.4
YƏMANİNİN YAXINLARI ONU İNKAR EDƏCƏKLƏR
Əbu Əbdillah (ə) buyurdu: “Qaimin (ə) qeybət günləri çox uzun olacaq. Elə ki, həqiqət
aşkar olacaq və pis fitrətə sahib Şiədən olan hər kəsin dönəkliyi nəticəsində əqidə
çirkabdan təmizlənəcək. Bu kəslər, Qaimin (ə) hökmranlığı dövründə varisliyi, gücü və
geniş bir təhlükəsizliyi GÖZLƏDİKLƏRİ HALDA, MÜNAFİQ OLDUQLARINDAN
qorxulan kəslərdir..." Sonra İmam (ə) buyurdu: "…İslamın adından başqa, Quranın
yazısından başqa heç nəyin qalmadığı və əmrin sahibi, onun üçün açıqlanmış bir səbəblə
yalnış yola sürüklənmiş qəlblərdən dolayı arzulandığı zaman, nəhayət ONA ƏN YAXIN
OLAN, ƏN DÜŞMƏN KƏS OLACAQDIR. Ona görə də Allah onu GÖRMƏDİYİNİZ
ƏSGƏRLƏRLƏ dəstəkləyəcəkdir, əlləri ilə Öz Nəbisinin (s) dinini aşkar edəcək və
müşriklər istəməsə də, onu bütün dinlər üzərində qalib edəcək."
- Kəmalud-Din: s.356; Qeybəti-Tusi: s.172; Biharul-Ənvar: 51/222
Bu hadisə də artıq baş vermiş və bir zamanlar Əhməd əl Həsənə (ə.s) ən yaxın olanlar,
onun (ə.s) qeybəti dövründə onun ən acımasız düşmənlərinə çevrilmiş və İraq höküməti
ilə birləşib onun (ə.s) dəvətini təhrif etməyə cəhd etmişlər və hal-hazırda da buna davam
etməkdədirlər. Hətta bu işdə Əhməd əl Həsənin (ə.s) qardaşı Muhəmməd ibn İsmail də
onlarla əlbir olmaqdan çəkinməmiş və öz doğma qardaşına xəyanət etmişdir. Beləliklə də
həqiqətən də Yusifin (ə.s) başına gələnlər Əhməd əl Həsənin də başına gəlmiş və hadisə
təkrarlanmışdır, hədislərdə də birdirildiyi kimi. Onu da qeyd edək ki, bu sadəcə Əhməd
əl Həsən (ə.s)’a deyil, həm də İmam Mehdi (ə.s)’a aid olan bir hədisdir. Çünki Əhlibeyt
ahmedalhasan313.wordpress.com
115
(ə.s) hədisləri mərtəbə-mərtəbədir, bir zahiri varsa, bir batini də vardır ki, zamanı gəldiyi
vaxt açılır.
Zürarə rəvayət edir ki, Əna Əbdillah Cəfərin (ə) belə dediyini eşitdim: “QİYAM
etməsindən ÖNCƏ Qaimin (ə) QEYBƏ ÇƏKİLMƏSİ olacaq.” Dedim: “Nəyə görə?”
Buyurdu: “Çünki qorxacaq.” Bunu deyib əli ilə qarnına işarə etdi və bununla öldürülməyi
nəzərdə tuturdu.
- Kafi: 1/337, h.5, səh.338, h.9, səh.340, h.18, səh.342, h.29; Kəmalud-Din: 342, h.24, səh.346, h.32,
səh.481, h.7 və 10; Qeybəti-Tusi: 332, hədis 274; Qeybəti-Numani: 192, hədis 21 və 22
İmamın (ə.s) qarnına işarə etməsi heç də təsadüfi deyildir. Burada yaxınlar tərəfindən
xəyanətə uğramış insanın çəkdiyi acı nəzərdə tutulur.
Əbu Xalid Kabuli nəql edir: İmam Zeynəl Abidin (ə.s) vəfat etdiyi zaman İmam
Muhəmməd Baqirin (ə.s) yanına gəldim və dedim: “Sizə fəda olum, mənim atanıza
bağlılığımı, ona yaxınlığımı və insanlardan inzivaya çəkildiyimi bilirsiniz.” İmam (ə.s)
buyurdu: “Doğru dedin, ey Əbu Xalid. Nə istəyirsən?” Mən dedim: “Sizə fəda olum,
atanız mənim üçün bu Əmrin Sahibini elə xüsusiyyətlərlə tanıtdı ki, onu yolda görsə,
əlindən tutardım.” İmam (ə.s) buyurdu: “Ey Əbu Xalid, elə isə nə istəyirsən?” Mən dedim:
“Mənə onun adını deməyinizi istəyirəm, beləliklə onu adı ilə tanıya bilim.” İmam (ə.s)
buyurdu: “Ey Əbu Xalid! Vallahi, mənə çox təhlükəli bir sual verdin.” Sonra da belə
buyurdu: “Məndən elə bir məsələ haqqında soruşdun ki, əgər o mövzu haqqında biri ilə
danışmaq məcburiyyətində qalsaydım, (sadəcə) səninlə danışardım. Məndən elə bir
mövzu haqqında soruşdun ki, əgər BƏNİ-FATİMƏ (Fatiməoğulları) onu tanısaydılar,
parça-parça etmək üçün can atardılar.”
- Biharul-Ənvar: 51/31; Mucəmul-Əhadis: 3/229; Ğeybəti-Numani: s.299
QAİMƏ QİYAMINDAN ƏVVƏL İMAN EDƏNLƏR
Zürarə nəql edir: Əba Əbdillah (ə.s) belə buyurdu: “Bir carçı səmadan belə nida edəcək:
‘Həqiqətən də əmir filankəsdir.’ Başqa bir nidaçı isə belə səslənəcək: ‘Həqiqətən də yalnız
Əli və onun şiələri nicat tapan kəslərdir.’” Dedim: “Elə isə bundan sonra Mehdi ilə kim
vuruşacaq?” Buyurdu: “Şeytan da belə nida edəcək: Həqiqətən də yalnız filankəs və onun
şiələri nicat tapan kəslərdir. Bəni-Üməyyədən olan bir şəxsin adını çəkəcək.” Dedim:
“Düzü yalandan kim ayıra biləcək?” Buyurdu: “Bunu yalnız BİZİM HƏDİSLƏRİMİZİ
NƏQL EDƏN, o baş verməmişdən əvvəl “O BAŞ VERƏCƏK” DEYƏN və özlərinin
haqq və doğru olduqlarını BİLƏN şəxslər ayırd edə biləcəklər.”
- İsbatul-Huda: 3/736, hədis 104; Mucəmul-Əhadis: 3/457, hədis 1018; Biharul-Ənvar: 52/294,
hədis 46; Qeybəti-Numani (azəricə): s.296-297, hədis 28
Zürarə nəql edir: Əba Əbdillaha (ə.s) dedim: “Heyrət edirəm, Allah işinizi yoluna qoysun!
Heyrət edirəm ona ki, necə olur ki, Beyda çölünün qoşunu udması və səmadan edilən
Dostları ilə paylaş: |