ahmedalhasan313.wordpress.com
119
- Üsuli-Kafi, Höccət kitabı: 1/413
Əmirəl möminin (ə.s) buyurdu: “Vay olsun Mehdi və əsgərlərindən, hakimiyyətin
taxtlarından yapışmış kəslərə gələcək günə. Onlar ölənə qədər orada oturacaqlar. Farslar
üçün də rəhbərlər vardır. Vay olsun onlara (hakimiyyəti) Mehdiyə veməsələr.”
- Cifr kitabı (İmam Əli ə.s.)
Əmirəl möminin Əli (ə.s) buyurdu: “Xilafət, ZƏVRAYA qayıdacaq və o, ŞURA olacaq. O
zaman Süfyani çıxacaq və doqquz ay hökm sürəcək və millətləri rəzil edəcək. Sonra,
bayrağı İsa ibn Məryəm (ə.s)’dan təslim alan Mehdi (ə.s) zühur edəcək.”
– Məlahim vəl-Fitən: s.134
QAİM İNTİQAMA QÜREYŞDƏN BAŞLAYACAQ
Muhəmməd ibn Müslim rəvayət edir ki, Əba Cəfər (ə.s) buyurdu: “Əgər insanlar
bilsəydilər ki, Qaim qiyam etdiyi zaman nə edəcək və nə qədər insan öldürəcək,
əksəriyyəti onu görmək istəməzdilər. Bilin, o birinci QÜREYŞDƏN başlayacaq və onlarla
yalnız qılıncla rəftar edəcək. Hətta bir çox şəxslər deyəcəklər: bu şəxs Muhəmməd
ailəsindən (ə.s) deyil, əgər Muhəmməd ailəsindən (ə.s) olsaydı rəhm edərdi.”
- Əqdüd-Dürər: 227; İsbatul-Huda: 3/539, hədis 501; Biharul-Ənvar: 52/354, hədis 113;
Bəşarətul-İslam: 263; Mucəmul-Əhadis: 3/304; Qeybəti-Numani: 256, hədis 18
Bişr ibn Qalib əl-Əsədi nəql edir: Hüseyn ibn Əli (ə.s) mənə dedi: “Ey Bişr, görəsən Qaim
Məhdi gəlib QÜREYŞDƏN 500 nəfərin əl-qolunu bağlayıb boynunu vurduqda, sonra
yenə əl-qollarını bağlayıb 500 nəfərin boynunu vurduqda, sonra yenə də əl-qollarını
bağlayıb 500 nəfərin boynunu vurduqda onlardan geriyə nə qalacaq?” Dedim: “Allah
işinizi yoluna qoysun, onların sayı bu həddə çatacaq?” Buyurdu: “Bir qövmü sevənlər də
həmin qövmdən sayılır.” (Abdullah ibn Şərik deyir:) Bişrin qardaşı Bəşir ibn Qalib mənə
dedi: “Şəhadət verirəm ki, Hüseyn ibn Əli (ə.s) altı dəfə qardaşım üçün təkrar etdi.”
- İsbatul-Huda: 3/540, hədis 506; Biharul-Ənvar: 52/349, hədis 100; Mucəmul-Əhadis: 3/183,
hədis 706; Qeybəti-Numani (azəricə): səh.206, hədis 23
İmam Cəfər Sadiq (ə.s) buyurdu: “O (bayraq) bizimlədir və QAİM (ə.s) qalxmayınca
qaldırılmayacaq. O qiyam etdiyi zaman onu açıqlayacaq. Şərqdə və qərbdə elə bir kəs
qalmayacaq ki, onu lənətləməsin. Onun önündə bir ay, arxasınca bir ay, sağında bir ay və
solunda da bir ay (boyunca) qorxu olacaq, Ey Əbu Muhəmməd, o intiqam, qəzəb və kədər
içində ortaya çıxacaq, Allahın bu məxluqata olan qəzəbindən dolayı. Rəsulullah (s)’ın
Uhudda geyindiyi köynəyi əynindədir, sarığı Səhabdır və zirehi Rəsulullahın zirehi olan
Səbiğadır, qılıncı Rəsulullah (s)’ın qılıncı olan Zülfüqardır. O SƏKKİZ AY boyunca onu
qınından çıxarıb döyüşəcək, durmadan öldürəcək. (Öldürməyə) başladığı ilk yer Bəni-
Şeybə olacaq, onların əllərini kəsib Kəbədən asacaq, bir carçı da belə səslənəcək: “Bunlar
Ansarullah Production
120
Kəbənin oğrularıdır!” SONRA QÜREYŞƏ DOĞRU İRƏLİLƏYƏCƏK, ONLARLA
YALNIZ QILINCLA DAVRANACAQ, və onlara qılıncdan başqa bir şey verməyəcək. İki
kitab oxumadan oranı tərk etməyəcək, bir kitab Bəsrədə, o birisi isə Kufədə…”
- Biharul-Ənvar: 52/361
“Qüreyş” Rəsulullahın (s) dövründə onun qohumları, yaxınları olan tayfanın adı idi. Və
bugün Qüreyş əhli Qaimin (ə.s) yaxınları sayılır. Nəyə görə Qaim (ə.s) Qüreyşdən
başlayacaq? Çünki ona qarşı zülm etdilər. Və burada Qüreyş əhli İraq camaatı
arasındadır, zira Əhməd əl Həsən (ə.s) İraqa gəldi, İmam Muhəmməd Mehdi (ə.s) da Kufə
camaatına gələcək, çünki İmam Hüseynin (ə.s) intiqamı alınacaq. Və bugünün Qüreyş
əhli İraq camaatıdır.
Kəbdən nəql edilir: “Əgər Yəmani çıxarsa, Qüreyş Beytül-Məqdisdə qətl ediləcək.”
- Məlahim vəl-Fitən (İbn Həmmad): 384/1
QAİMDƏN ƏVVƏL QİYAM EDƏN QAİMLƏR
Əba Əbdillah Cəfər ibn Muhəmməd (ə.s) buyurdu: Əmirəl-Möminin (ə.s) özündən sonra
Qaimin qiyamına qədər baş verəcək hadisələrdən danışdı. Hüseyn ibn Əli (ə.s) dedi: “Ey
möminlərin Əmiri, nə vaxt Allah yer üzünü zalımlardan təmizləyəcək?” Əmirəl-möminin
(ə.s) dedi: “Haram qan tökülmədən Allah yer üzünü zalımlardan təmizləməyəcək.” Sonra
Bəni-Üməyyə və Bəni-Abbas barədə uzunca danışıb dedi: “Xorasanda QAİM qiyam edib
Kufan və Moltan əraziləri üzərində qələbə çalacaq və Bəni-Kavan Cəzirəsini keçəcək.
BİZDƏN OLAN BİR QAİM Gilanda qiyam edəcək və Abir və Deyləman ona cavab
verəcək (qoşulacaq). Bu zaman övladım üçün müxtəlif ərazilərdən və tərəflərdən
türklərin bayraqları aşkar olacaq. Onlar şər və fəsad olan bir dövrdə zahir olacaqlar.
Həmin vaxt Bəsrə xarabalığa çevriləcək, Misirdə əmirlərin rəhbəri olan BİR ŞƏXS
QİYAM EDƏCƏK.” Sonra həzrət (ə.s) uzun bir hadisə nəql etdikdən sonra dedi: “Minlər
hazır olduqda, cərgələr nizamlandıqda, qoç quzunu öldürdükdə başqa bir nəfər qiyam
edəcək, inqilabçı inqilab edəcək, kafirlər həlak olacaq. Sonra ÜMİD EDİLƏN QAİM VƏ
MƏCHUL İMAM qiyam edəcək. O şərəf və fəzilət sahibidir. O sənin övladlarındandır ey
Hüseyn. Onun kimi övlad yoxdur. O iki rükn arasında iki köhnə paltarda zühur edəcək.
İnsanlar və cinlər üzərində qələbə çalacaq. Yer üzündə şərr insan saxlamayacaq. Onun
zamanına yetişib onun dövründə yaşayanların və onun günlərini görənlərin xoş halına!”
- Biharul-Ənvar: 52/235, hədis 104; Mucəmul-Əhadis: 3/16, hədis 570; Qeybəti-Numani (azəricə):
s.308-310, hədis 55
Bu və bunun kimi hədislər vardır ki, bir neçə Qaimin qiyamından bəhs etməkdədir və bu
da göstərir ki, hədislərdə keçən “Qaim” ləqəbi sadəcə İmam Mehdi (ə.s)’a xas olan bir
ləqəb deyil. Hətta haqq və batil Qaimlər də olacaqdır zühurun astanasında.
Dostları ilə paylaş: |