Ansarullah Production
116
nida kimi əcib şeyləri görmələrinə BAXMAYARAQ CAMAAT YENƏ DƏ QAİMLƏ
VURUŞACAQ?!” Buyurdu: “Şeytan onlardan ƏL ÇƏKMƏYƏCƏK. Əqəbə günündə
Allah Rəsulu (s) üçün etdiyi kimi nida edəcək.”
- Biharul-Ənvar: 52/295, h.47; Mucəmul-Əhadis: 3/456, h.1014; Qeybəti-Numani: s.297, h.29
Hişam ibn Salim nəql edir: Əbu Əbdillah (ə.s) belə buyurduğunu eşitdim: “Güclü səslər
ikidir. Biri gecənin əvvəlində, o biri isə ikinci gecənin axırında eşidiləcək.” Dedim:
“Bunlar necə olacaq?” Buyurdu: “Biri səmadan olacaq, o biri də İblisdən.” Dedim: “Bunu
ondan necə ayırmaq olacaq?” Buyurdu: “O BAŞ VERMƏMİŞDƏN ÖNCƏ ONA
ETİQAD EDƏNLƏR ONU AYIRA BİLƏCƏKLƏR.”
- Biharul-Ənvar: 52/295, hədis 49; Mucəmul-Əhadis: 3/457, hədis 1017; Qeybəti-Numani (azəri-
cə): s.298, hədis 31
32- Əbdür-Rəhman ibn Müslimə əl-Cəriri nəql edir: Əba Əbdillaha (ə.s) dedim: “Camaat
bizə rişxənd edib deyirlər: Əgər o iki səs baş versə, haradan bilinəcək ki, hansı haqdır,
hansı batil?” Buyurdu: “Siz onlara nə cavab verirsiniz?” Dedim: “Heç bir cavab vermirik.”
Buyurdu: “Onlara belə deyin: O səslər baş verdiyi zaman o kəslər doğrunu (yalandan)
ayırd edə biləcəklər ki, DAHA ÖNCƏ MÖMİN OLUB ONLARA İMAN GƏTİRMİŞ-
DİLƏR.” Sonra dedi: “İzzət və cəlal sahibi olan Allah deyir: {Belə isə, arxasınca gedilməyə
HAQQA TƏRƏF HİDAYƏT EDƏN KƏS daha layiqdir, yoxsa hidayət edilməyincə doğru
yolu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?} [10:35]”
- Kafi: 8/208, hədis 252; əl-Məhəccə: 99; Təfsirul-Burhan: 2/185, hədis 2; Biharul-Ənvar: 52/296,
hədis 50; s.299, hədis 64; Mucəmul-Əhadis: 5/161, hədis 1584; Qeybəti-Numani (azəricə): s.298-
299, hədis 32
Allah Rəsulu (s) buyurdu: “Ey Əli (ə.s), şahanə imana və ən böyük yəqinliyə sahib olanlar
axırzamanda yaşayan bir ümmətdir, onlar heç vaxt peyğəmbəri və onlardan pərdələnmiş
höccəti görməyiblər, belə ki, onlar AĞIN ÜSTÜNDƏKI QARAYA (yəni nəql edilmiş
hədislərə) iman gətirmişlər.”
- Biharul-Ənvar: 52/125
Hədislərdən də aydın olur ki, səmadan gələn səsi eşidən hamı qəbul etməyəcək. çünki
şeytan insanları çaşdıracaq. Və səsi qəbul edənlər Yəmaniyə (ə.s) iman gətirənlər olacaq
ki, bugün onun (ə.s) dəvətinə ləbbeyk demiş, YARDIMÇISINA – YƏMANİYƏ yardım
etməkdə və onun düşmənini rədd etməkdədir.
İmam Sadiq (ə.s) buyurmuşdur: Rəsulullah (s) əshabına belə buyurdu: “Müjdələr olsun o
kəslərə ki, mənim nəslimdən olan Qaimə yetişib, QİYAMINDAN ƏVVƏL onu təqib
edəcək, onun YARDIMÇISINA yardım edəcək və düşmənini rədd edəcək və ondan öncə
hidayət edici İmamları mövlalar edinəcək. Onlar, mənim əshabımdır və onlar mənim
eşqimə və sevgimə sahib kəslərdir. Və onlar, ümmətimin mənə ən comərd olanlarıdır."
ahmedalhasan313.wordpress.com
117
Rəfa deyir ki (Rəsulullah (s) belə buyurdu) “Və onlar, Allahın yaratdıqlarının mənə qarşı
ən comərd olanlarıdır.”
- Qeybəti-Tusi: səh.457
Allah Rəsulu (s) buyurdu: “QEYBƏT DÖVRÜNDƏ ondan (ə.s) olan SÖZ üzərində
möhkəm duranlar, qırmızı kükürddən daha əndər olacaqlar.”
- Bəşarətul-İslam: s.18
BÖYÜK VƏ KİÇİK ŞURA
Allah Rəsulu (s) buyurdu: “Ümmətimin bəlası böyük və kiçik şuralardandır.” Əshab bu
barədə soruşdu və o (s) belə buyurdu: “Böyük Şura mən öldükdən sonra qardaşımın (Əli
ə.s.) və qızımın haqqının qəsb edilməsi ilə başlayacaq. KİÇİK ŞURA isə böyük qeybət
dönəmində ZƏVRA’DA mənim Sünnəmi və qanunlarımı dəyişməklə olacaq.”
- Mənaqibul-İtrəti Miatain və Xəmsin Əlaməti əl-Təbətəbaəş: s.130; Bəyanul-Əimmə: 1/295
Kiçik Şura – demokratiya – Bağdadda baş verdi və Əli Sistani Seyyid Həkimi ilə birlikdə
Allah Rəsulunun sünnəsini dəyişmək üçün bir addım atdılar.
Ansarullah Production
118
Şəkildəki mətnin tərcüməsi:
Sual: Böyük Mərceyi-Təqlid Ayətullahul-Üzma Seyyid Əli Hüseyni əl-Sistani; Ey
Seyyidim və Mövlam, keçən günlərdə ətrafda söz-söhbət gəzirmiş ki, sizi təmsil edən bir
Mərceyi-Təqlid Amerikalılardan 200 milyon dollar miqdarında pul alıb və belə ki o pul
işğalı mühafizə üçün söz-söhbət və onlara qarşı hər hansı bir fətva verilməməsi və bunu
etməyə cəhd edən hər kəsi pərişan etmək üçün idi. Və bu dedi-qodu hər yerdə yayıldı.
Beləliklə sizin bu haqda fikrinizi öyrənməyə ehtiyacım yarandı. Və mən qəti şəkildə
əminəm ki, bu bir yalandır, lakin öz elmimlə istədim ki sizin də bu barədə fikrinizi
öyrənim. Əmr sizindir ey seyyidim.
Cavab: Bismihi Təala. Bəli, biz o pulu məhrum olanlar, kasıblar və ehtiyacı olanlar üçün
aldıq.
Cəmadiul-Əvvəl, 1432 (Sistaninin ofisinin möhürü)
Bu sənəd Əhlibeyt (ə.s)’a xəyanətin bariz nümunəsidir. Bu sənəd Səqifənin geri
qayıtmasıdır. Bəlkə bəzilərinə adi bir şey kimi gələn və hətta bəzilərinin təqdir etdiyi bu
razılaşma əslində Əhlibeyt (ə.s)’ın, Şiələrə aşıladığı həqiqi tövhid inancının məhv edilmə-
sinin təməlinin atılmasının başlanğıcının qoyulmasıdır. Əhlibeyt (ə.s)’ın bizlərə öyrətdiyi
Hakimiyyətullah inancının məhvi üçün çalışan axırzaman alimlərinin atdığı böyük
addımlardan biridir. Çünki insanları demokratiyaya çağıran Amerika hökumətinin
məqsədi məhz insanların hakimiyyətullah inancını məhv etməkdir ki, Əhlibeytin (ə.s) və
bütün peyğəmbərlərin Xəlifə olaraq seçilməsinin başlıca məqsədi yer üzündə Allahın
hakimiyyətini qurmaq olmuşdur və İmam Mehdi (ə.s)’ın zühurunun təməli də məhz İlahi
Ədalət Dövlətini quraraq hakimiyyətullahı yer üzündə yaymaqdır. Lakin axırzaman
alimləri tağutlarla əlbir olaraq tədriclə insanların qəlbindən bu inancı silmək üçün artıq
neçə illərdir ki, addımlar atmaqdadırlar. Bu müqavilələr nəticəsində nəhayət İraqda xalq
səsverməsi yolu ilə ilk dəfə şiələrin də qatıldığı seçkilər keçirildi və bu seçkilərin baş
tutmasında Əli Sistaninin xüsusən rolu olmuşdur. Belə ki, Əli Sistani bütün şiə camaatını
seçkilərdə iştiraka təşviq etmiş və hətta qadınların seçkilərə getməsinin – haşa – Zeynəb
(s.ə)’nın Yezidin sarayında çıxışına bərabər olduğunu söyləmişdir.
Odur ki, özünü Əhlibeyt (ə.s) şiəsi adlandıranlar kimlərin ardınca getdiklərinə diqqət
etsinlər. Əks halda Qaim (ə.s) qiyam etdiyi zaman əməlsiz alimlərin, fətva əhlinin,
mürciələrin fitnəsinə düşüb ona (ə.s) qarşı savaşanlardan olacaqlar. Çünki əməlsiz
alimlərin çoxu son nəfəslərinə qədər Qaim (ə.s)’a qarşı savaşacaqlar.
Əbdür-Rəhman ibn Kəsir Əbi Əbdillah (ə.s)’dan Allahın {İman gətirdikdən sonra iman-
larına zülmə qatışdırmayanlar…} [6:82] ayəsi haqqında belə nəql edir: “Muhəmmədin (s)
vilayət haqqında gətirdiyi əmrə iman edib filan və filanın vilayətini ona qarışdırmayanlar
nəzərdə tutulmuşdur. Çünkü filan və filanın vilayətini Əli (ə.s)’ın vilayətinə qarışdıranlar
zülm etmişdir.”
Dostları ilə paylaş: |