Ansarullah Production
112
Buyurdu: “Çünki QORXACAQ.” Bunu deyib əli ilə qarnına işarə etdi və bununla
öldürülməyi nəzərdə tuturdu.
- Kafi: 1/337, h.5, səh.338, h.9, səh.340, h.18, səh.342, h.29; Kəmalud-Din: 342, h.24, səh.346, h.32,
səh.481, h.7 və 10; Qeybəti-Tusi: 332, hədis 274; Qeybəti-Numani: 192, hədis 21 və 22
Əbu Cəfər Baqir (ə.s) buyurdu: “Sizlər hər zaman bizdən olan bir şəxsə tərəf boynunuzu
uzadıb "o budur" deyəcəksiniz və bu səbəbdən də ALLAH ONU APARACAQ. Ta ki,
Allah bu iş üçün ELƏ BİR ŞƏXSİ məbus edəcək ki, doğulub doğulmadığını, yaradılıb
yaradılmadığını BİLMƏYƏCƏKSİNİZ.”
- İsbatul-Huda: 3/535, h.480; Biharul-Ənvar: 51/139, h.10 və 11; Mucəmul-Əhadis: 3/228, h.851;
Ğeybəti-Numani (azərbaycanca): bab 10, h.32 və 33, s.200
Bu hədislərdən həmçinin görürük ki, doğulub doğulmadığı bilinməyən, yəni özü
açıqlayana qədər kim olduğu məlum olmayan şəxs Yəmanidir.
İMTAHAN VƏ ƏLƏNMƏLƏR QAÇINILMAZDIR
Malik ibn Zəmrə nəql edib dedi: Əmirəl-Möminin (ə.s) öz şiələrinə dedi: “Quşlar
arasındakı arılar kimi olun. Elə bir quş yoxdur ki, arıları zəif və dəyərsiz hesab etməsin.
Əgər quşlar bilsəydilər ki, onların daxillərində necə bir bərəkət var, onlara etdiklərini
etməzdilər. Dilləriniz və cisimlərinizlə camaata qarışın, qəlbləriniz və əməllərinizlə
onlardan ayrılın. Hər kəsin elədiyi özünədir və hər kəs qiyamət günü öz sevdiyi ilə
birlikdə olar. Sizlərə gəlincə isə ey şiələr, biriniz o birinizin üzünə tüpürmədikcə, biriniz
o birinizi yalançı adlandırmadıqca və sizlərdən bu əmrə yalnız gözdəki sürmə və ya
yeməkdəki duz qədər olan insan – hansı ki, duz yeməkdəki ən az şeydir – sabit
qalmadıqca istədiyinizə və arzuladığınıza çatmayacaqsınız.”
- Biharul-Ənvar: 2/79, hədis 70; Əvalimul-Ulum: 3/304, hədis 3; Qeybəti-Numani: s.24
Əbdül Kərim nəql edir: Əba Əbdillah (ə.s)’ın yanında Qaimdən söz düşdü, həzrət
buyurdu: “Dövran dönüb (uzun zaman keçməmiş) bu necə baş verə bilər? O zaman
deyəcəklər ki, “ölüb və ya həlak olub, görəsən hansı dərəyə gedib?” Dedim: “Dövranın
dönməsi nədir?” Buyurdu: “Şiələrin öz aralarında ixtilaf etməsi.”
- Biharul-Ənvar: 52/227, hədis 91; Mucəmul-Əhadis: 3/421, hədis 974; İlzamun-Nasib: 2/161;
Qeybəti-Numani: s.165, hədis 20
Muhəmməd ibn Əbu Yəqub əl-Bəlxi nəql edir: Əbul-Həsən Rza (ə.s)’ın belə buyurduğunu
eşitdim: “Siz daha çətin və daha böyük bir şeylə imtahan olunacaqsınız. Siz anasının
bətnində olan cəninlə və südəmər körpə ilə imtahan olunacaqsınız. Onun barəsində
deyəcəklər: qeybə çəkilmişdir, ölmüşdür. Həmçinin deyəcəklər: heç bir imam yoxdur.
Halbuki, Allah Rəsulu (s) da qeybə çəkilmiş, qeybə çəkilmiş və qeybə çəkilmişdi. Və
budur, mən də öz yatağımda ölürəm.”
ahmedalhasan313.wordpress.com
113
- Biharul-Ənvar: 51/155, hədis 7; Mucəmul-Əhadis: 4/159, hədis 1216; Ğeybəti-Numani (azəricə):
s.195-196, hədis 27
Əbu Cəfər Muhəmməd ibn Əli Baqir (ə.s) buyurdu: “Sizin bu sözlərinizdən insanların
qəlbləri ikrah hiss edər. Elə isə ondan bir azını onlara deyin. Kim onu qəbul etsə, daha
çoxunu deyin. Kim onu inkar edərsə, (daha deməyin,) saxlayın. Şübhəsiz, elə bir fitnə baş
verəcək ki, BÜTÜN dost və sirdaşlar həmin vaxt süqut edəcəklər. Hətta tükü tükdən seçə
bilən şəxslər belə süqut edəcəklər. Yalnız biz və şiələrimiz qalacağıq.”
- Biharul-Ənvar: 52/115, hədis 36; Ğeybəti-Numani (azəricə): s.224, hədis 3
Umeyrə binti Nəfil nəql edir: Hüseyn ibn Əli (ə.s)’ın belə buyurduğunu eşitdim: “Bir-
birinizdən ayrılmadan, bir-birinizin üzünə tüpürmədən, bir-birinizin küfrünə şəhadət
vermədən və bir-birinizə lənət oxumadan gözlədiyiniz iş (fərəc) baş verməyəcək.” Ona
dedim: “O zamanda bir xeyir olacaq?!” Hüseyn (ə.s) buyurdu: “Bütün xeyir elə o
zamandadır. (Həmin vaxt) bizim Qaimimiz qiyam edəcək və bütün bunları aradan
aparacaq.”
- Ğeybəti-Tusi: 437, hədis 429; İsbatul-Huda: 3/726, hədis 48; Biharul-Ənvar: 52/211, hədis 58;
Ğeybəti-Numani (azəricə): s.227-228, hədis 9
Malik ibn Zəmrə nəql edir: Əmirəl Möminin (ə.s) buyurdu: “Ey Malik ibn Zəmrə, şiələr
bu şəkildə olduqları zaman halın necə olacaq?” Bunu deyib barmaqlarını bir-birinə
keçirdi. Dedim: “Ey möminlərin Əmiri, görəsən bunda bir xeyir var?!” Buyurdu: “Bütün
xeyir elə onda olacaq, ey Malik. Həmin vaxt bizim Qaimimiz qiyam edəcək və Allaha və
Rəsuluna (s) yalan nisbət verən yetmiş nəfər şəxsin yanına gəlib onları öldürəcək. Daha
sonra Allah onları bir iş üzərinə cəm edəcək.”
- İsbatul-Huda: 3/537, hədis 491; Biharul-Ənvar: 52/115, hədis 34; Mucəmul-Əhadis: 3/30, hədis
584; Ğeybəti-Numani: s.228, hədis 11
Əbu Cəfər (ə.s) buyurdu: “Ey Ali-Muhəmmədin şiələri, gözdəki sürmətək təmizlənəcək-
siniz. Belə ki, gözünə sürmə çəkən şəxs sürməni nə vaxt çəkdiyini bilir, lakin nə vaxt
təmizləyib aradan gedəcəyini bilmir. Eynilə, bir nəfər səhəri bizim yolumuzda olduğu
halda açacaq, axşama isə ondan çıxmış bir halda çıxacaq, (habelə) axşama bizim
yolumuzda olduğu halda çıxacaq, səhəri isə ondan çıxmış halda açacaq.”
- Biharul-Ənvar: 52/101, hədis 2; Ğeybəti-Numani: s.229, hədis 12
Səfvan ibn Yəhya nəql edir: Əbul-Həsən Rza (ə.s) buyurdu: And olsun Allaha ki,
gözünüzü dikdiyiniz iş SİZ ARINMAYINCA, TƏMİZLƏNMƏYİNCƏ və sizlərdən
olduqca az adam sabit qalmayınca baş verməyəcək.”
- Biharul-Ənvar: 52/114, hədis 30; Ğeybəti-Numani (azəricə): s.231, hədis 15
Əba Əbdillah (ə.s) buyurdu: ... “Bilin, ƏGƏR daha öncədən bildirilən say – üç yüz on üç
sayı – tamam olsaydı, İSTƏDİYİNİZ BAŞ VERƏRDİ. Lakin bizim şiələrimiz o kəslərdir-
Dostları ilə paylaş: |