ahmedalhasan313.wordpress.com
123
bu, mənim diqqətimi çəkdi. 23 Yanvardan əvvəl bu şeylər mövcud deyildi. 23 Yanvarda
iddia edildi və Facebookda afişalar yayınlandı. YouTube videosu düzəldildi. 12 nəfər
Ənsarlarla əlaqə qurmağa başladı. 23 Yanvardan əvvəl heç nə yox idi. 23 Yanvarda
internet birdən birə onların iddiaları ilə doldu.
Beləliklə, Misir Ənsarları Abdullah Haşim ilə birlikdə Ofisə qarşı birləşdilər, həmçinin
dünyanın bir çox yerlərindən olan Ənsarlar da Qara Bayraqlara qoşularaq Ofisə qarşı
birləşdilər. Və bütün dəlillər qarşılığında Ofis, Ənsarların qarşısına tutarlı bir dəlil qoya
bilmədi.
Və bütün bu fitnələrdə insanların tutunması lazım olan tək şəxs Allahın Höccəti və onun
dəvəti olmalıdır və onu tanımağın da yeganə yolu bir höccəti tanıdan 3 dəlildir ki, hər
kim bu 3 dəlillə gəlsə və Allah da onun ömrünü kəsməsə, o kəs qəti olaraq Allahın
xəlifəsidir. Və bizdən tələb edilən də Allahın ipindən, yəni o xəlifədən möhkəm
yapışmaqdır.
Əba Əbdillahın (ə.s) belə dediyini eşitdim: “Bu işin sahibinin iki qeybə çəkilməsi olacaq.
Onlardan birində onun (xəbəri) yaxın şəxslərinə çatacaq, digərində isə deyiləcək: həlak
olub, hansı dərəyə gedib?” Dedim: “Bu baş verdikdə nə edək?” Buyurdu: “ƏGƏR BİR
KİMSƏ (QAİM OLDUĞUNU) İDDİA ETSƏ, ONDAN YALNIZ (QAİMİN) CAVAB
VERƏ BİLƏCƏYİ ÇƏTİN SUALLARI SORUŞUN.”
- Kafi: 1/340, h.20; İsbatul-Huda: 3/445, h.30; Biharul-Ənvar: 52/157, h.18; Mucəmul-Əhadis:
3/364, h.911; Ğeybəti Numani (azəricə): bab 10, h.9, s.187-188
Rəsulullah (s) belə buyurdu: “Ruhum əlində olan (Allah)’a and olsun ki, özünüzdən
əvvəlkiləri izləyəcəksiniz, ADDIM-ADDIM, NÖQTƏ-NÖQTƏ, belə ki, onların yolun-
dan ayrılmayacaqsınız və İsrailoğullarının yolu da sizdən ayrılmayacaq.”
- Təfsiri-Əyyaşi: 1/303; Müsnədi-Əhməd: 5/340; Sünəni-Tirmizi: 3/332
Əbu Abdullah Cəfər Sadiq (ə.s) belə buyurdu: “Hədid surəsindəki bu ayə: {Bundan öncə
kitab verilən şəxslər kimi olmayın. Onların MÜDDƏTLƏRİ UZADILDI və beləcə
qəlbləri qəsavətləndi. Onların əksəriyyəti fasiq oldular.} [57:16] ayəsi qeybət dövründə
yaşayan insanlar barəsində nazil olmuşdur. Sonra izzətli və uca Allah deyir: {Həqiqətən
də Allah yeri öldükdən sonra dirildər. Sizlər üçün ayələri izah etdik ki, bəlkə düşünəsiniz.}
[57:17]. (Sonra) buyurdu: “Buradakı “müddət” QEYBƏT MÜDDƏTİDİR.
Allah əzzə və cəllə belə demək istəyir: Ey Muhəmməd ümməti, ey şiələr! daha öncə kitab
verilmiş şəxslər kimi olmayın ki, onlar üçün müddət uzadıldı. Bu ayənin təvili başqa
zamanların deyil, MƏHZ QEYBƏT DÖVRÜNÜN İNSANLARI barədədir. Allah şiələri
onun höccəti barədə şəkk etməkdən, yaxud Allahın yer üzünü bir göz qırpımı belə olsun
ondan boş saxlayacağını zənn etməkdən çəkindirmişdir. Necə ki, Əmirəl Möminin (ə.s)
Kumeyl ibn Ziyad ilə etdiyi söhbətində buyurur: “Xeyr, and olsun Allaha ki, Allahın
höccət və dəlilləri naqis olmasın deyə yer üzü Allahın höccətindən xali qalmaz. İstər
Ansarullah Production
124
aşkarda və məlum olsun, istərsə də gizlində və naməlum. Allah-təala bununla şiələri şəkk
və şübhəyə düşməkdən çəkindirmiş, belə edəcəkləri təqdirdə müddətlərinin uzanacağı
və qəlblərini qəsavət bağlayacağı barədə xəbərdarlıq etmişdir.” Sonra dedi: “Məgər bu
ayədən sonra gələn ayədə Allahu-təalanın nə dediyini eşitməmisən? Orada Allah
buyurur: {Bilin ki, həqiqətən də Allah yer üzünü öldükdən sonra dirildər. Sizlər üçün
ayələri izah etdik ki, bəlkə düşünəsiniz.}. Yəni, Qaim zühur etdiyi zaman Allah zəlalət
başçılarının zülmü ilə ölmüş olan yer üzünü onun ədaləti ilə dirildər.”
- Təvilul-ayat, 2/662, hədis 14; İsbatul-Hidayə, 3/53, hədis 457; Təfsirul-Burhan, 4/291, hədis 1 və
3; Əl-məhəccətul-beyza, s.219, 220; Qeybəti-Numani (azəricə): s.23
İmam Sadiq (ə.s) atalarından (ə.s) nəql edir: Rəsulullah (s) buyurdu: “Mən meraca
götürüldüyüm zaman Rəbb-Təala mənə vəhy etdi: “... (Axırzamanda) LAT VƏ UZZA
ortaya çıxacaq, o (Qaim ə.s.) da onları yandıracaq. O gün onların yanındakı insanların
azğınlığı BUZOV VƏ SAMİRİNİN AZĞINLIĞINDAN DAHA ŞİDDƏTLİ olacaq.”
- Kəmalud-Din: s.253; Ğeybəti-Tusi: s.173; Biharul-Ənvar: 52/379; İlzamun-Nasib: 1/169
Əba Əbdillah (ə.s) buyurdu: “Qaim (ə.s) xüruc etdiyi zaman əvvəllər bu işin ƏHLİ hesab
edilən şəxslər ondan ÇIXACAQ, günəşə və aya pərəstiş edənə oxşayanlar isə ona daxil
olacaqlar.”
- Biharul-Ənvar: 52/363, hədis 137; Bəşarətul-İslam: 222; Mucəmul-Əhadis: 3/501, hədis 1073;
Qeybəti-Numani (azəricə): səh.360, hədis 1
Əbu Əbdillah (ə) buyurdu: “Qaimin (ə) qeybət günləri ÇOX UZUN olacaq. Elə ki, həqiqət
aşkar olacaq və pis fitrətə sahib Şiədən olan hər kəsin dönəkliyi nəticəsində əqidə
çirkabdan təmizlənəcək. Bu kəslər, Qaimin (ə) hökmranlığı dövründə varisliyi, gücü və
geniş bir təhlükəsizliyi GÖZLƏDİKLƏRİ HALDA, MÜNAFİQ OLDUQLARINDAN
QORXULAN kəslərdir..." Sonra İmam (ə) buyurdu: "…İslamın adından başqa, Quranın
yazısından başqa heç nəyin qalmadığı və əmrin sahibi, onun üçün açıqlanmış bir səbəblə
yalnış yola sürüklənmiş qəlblərdən dolayı arzulandığı zaman, nəhayət ONA ƏN YAXIN
OLAN, ƏN DÜŞMƏN KƏS OLACAQDIR. Ona görə də Allah onu GÖRMƏDİYİNİZ
ƏSGƏRLƏRLƏ dəstəkləyəcəkdir, əlləri ilə Öz Nəbisinin (s) dinini aşkar edəcək və
müşriklər istəməsə də, onu bütün dinlər üzərində qalib edəcək."
- Kəmalud-Din: s.356; Qeybəti-Tusi: s.172; Biharul-Ənvar: 51/222
Əsbağ ibn Nəbatə nəql edir: İmam Əli (ə.s) buyurdu: “Yüz əlli il sonra sizə kafir əmirlər,
xəyanətkar katiblər və fasiq başçılar üz gətirəcək. Tacirlər çoxalacaq, mənfəətlər azalacaq.
Sələmçilik aşkarda ediləcək, zinazadələr çoxalacaq, sifah (zina) çoxalacaq, marif inkar
ediləcək, hilallar böyüyəcək, qadınlar qadınlarla, kişilər də kişilərlə kifayətlənəcəklər.”
Bir nəfər dedi ki, Əli ibn Əbu Talib (ə.s) bu sözləri dediyi zaman bir nəfər qalxıb dedi: “Ey
möminlərin Əmiri, həmin dövrdə biz nə edək?” Buyurdu: “QAÇMAQ, QAÇMAQ
(lazımdır). Bu ümmətin qariləri əmirlərə meyl etmədikcə və yaxşıları pislərini
Dostları ilə paylaş: |