ahmedalhasan313.wordpress.com
125
çəkindirdikcə Allahın ədaləti onların üzərində olacaq. Əgər belə etməsələr və sonra
(ortaya çıxan vəziyyətdən) narahat olub “lə iləhə illəllah!” desələr, Allah ərşindən onlara
deyəcək: “Yalan deyirsiniz, dediyiniz sözdə doğru deyilsiniz.”
- Biharul-Ənvar: 52/228, hədis 92; Ğeybəti-Numani: 277, hədis 3
Abdullah ibn Sənan nəql edir: Mən və atam Əba Əbdillah (ə.s)’ın yanına daxil olduq.
Həzrət buyurdu: “Bir hidayət imamı və aşkar bayraq görmədiyiniz bə yalnızca ğəriq
duası oxuyan şəxsin nicat tapacağı bir hala düşdükdə halınız necə olacaq?” Atam dedi:
“Allaha and olsun ki, bu bəladır. Sizə fəda olum, bəs o zaman biz nə edək?” Buyurdu:
“Bu baş verincə, ki sən o zamanı görməyəcəksən, iş sizin üçün aydın olanadək əlinizdəki-
lərdən yapışın.”
- İsbatul-Huda: 3/534, hədis 472; Kəmalud-din: 348; Biharul-Ənvar: 52/133, hədis 37; Mucəmul-
Əhadis: 3/399, hədis 953; Qeybəti-Numani (azəricə): s.168, hədis 4
Müfəzzəl ibn Ömərdən nəql edilir: Bir dəfə Əba Əbdillah (ə.s)’ın məclisində idim və
mənimlə birgə başqa bir neçə nəfər var idi. Həzrət bizə dedi: “Məbadə yayıb məşhur
edəsiniz (yəni, Qaim (ə.s)’ın adını).” Mən elə zənn etdim ki, həzrət mənim yanımdakıları
nəzərdə tutur. Lakin mənə dedi: “Ey Abdullahın atası, məbadə danışıb yayasınız. Allaha
and olsun ki, (imamınız) bir müddət sizdən qeybdə olacaq və gizli qalacaq. O qədər ki,
hətta deyəcəklər: “Ölüb ya həlak olub, hansı vadiyə gedib?” Möminlərin gözləri ona
ağlayacaq, gəmi dəniz dalğaları arasında yırğalandığı kimi onlar da yırğalanacaqlar. Bu
zaman YALNIZ Allahın əhd aldığı, qəlbinə iman yazdığı və Özündən olan bir ruhla
gücləndirdiyi şəxslər nicat tapacaqlar. ON İKİ ŞÜBHƏLİ BAYRAQ qalxacaq ki, hansı
hansındandır bilinməyəcək.” Müfəzzəl deyir: Mən ağladım. Həzrət mənə dedi: “Səni
ağladan nədir?” Dedim: “Sizə qurban olum, necə ağlamayım? Bir halda ki, deyirsiniz
hansı hansından olduğu bilinməyən on iki şübhəli bayraq qalxacaq.” Müfəzzəl deyir: Bu
zaman həzrət (ə.s) evin içəriyə günəş düşən pəncərəsinə baxıb dedi: “Bu günəş aydındır?”
Dedim: “Bəli.” Buyurdu: “Allaha and olsun ki, BİZİM ƏMRİMİZ ONDAN DAHA
AYDINDIR.”
- Biharul-Ənvar: 51/147, hədis 18; Bəşarətul-İslam: 148; Mucəmul-Əhadis: 3/429; Qeybəti-
Numani: s.158, hədis 9
Müfəzzəl ibn Ömər nəql edir: Əba Əbdillah (ə.s) buyurdu: “Bu dəstənin Allaha ən yaxın
olduqları və Allahın da onlardan ən çox razı olduğu vaxt o vaxtdır ki, o zaman onlar
Allahın höccətini itirəcəklər. O onlardan gizli qalacaq, onlara görünməyəcək və onlar
onun yerini bilməyəcəklər. Lakin onlar bu dövr ərzində yəqin şəkildə biləcəklər ki,
Allahın höccəti aradan getməyib və verdiyi vəd puç olmayıb. Bu baş verincə səhər-axşam
fərəci gözləyin. (Həmçinin) Allahın düşmənlərinə ən çox qəzəb etdiyi vaxt da höccətinin
(gözlərdən) itdiyi və aşkar olmadığı zamandır. Allah əzzə və cəllə (əzəli elmi ilə) bilmişdir
ki, onun dostları şübhəyə düşməyəcəklər. Əgər bilsəydi ki, şübhəyə düşəcəklər, o zaman
Ansarullah Production
126
bir göz qırpımı belə öz höccətini onlardan gizləməzdi. Bu (Allahın qəzəbi), yalnız ən şərr
insanlar üçün olacaq.”
- Kafi: 1/333, hədis 1; Kəmalud-din: 338, hədis 10; Ğeybəti-Tusi: 457, hədis 468; İlamul-vəra: 404;
Biharul-Ənvar: 52/94, hədis 9; Ğeybəti-Numani (azəricə): s.172, hədis 1
İbrahim ibn Ömər əl-Yəmani nəql edir: Əba Cəfər (ə.s)’ın belə dediyini eşitdim: “Bu işin
sahibinin iki qeybə çəkilməsi olacaqdır.” Həmçinin belə dediyini eşitdim: “Qaim qiyam
etdiyi zaman boynunda heç kəsin beyəti olmayacaq.”
- Hilyətul-Əbrar: 2/592; Biharul-Ənvar: 52/155, hədis 12; Mucəmul-Əhadis: 3/233, hədis 759;
Ğeybəti-Numani: s.184, hədis 3.
Hişam ibn Salim nəql edir: Əba Əbdillah (ə.s) buyurdu: “Qaim qiyam etdiyi zaman
boynunda heç kəsin sazişi, əhdi və ya beyəti olmayacaq.”
- Kafi: 1/342, hədis 27; Kəmalud-din: 479, hədis 2; Biharul-Ənvar: 51/39, hədis 16, 17; Ğeybəti-
Numani: 208, hədis 46
Əyyub ibn Nuh nəql edir: Əbul-Həsən əs-Salis (İmam Hadi) (ə.s) belə buyurdu: “Elə ki,
bayrağınız aranızdan qalxdı, ayaqlarınızın altından fərəci gözləyin.”
- Kafi: 1/341, hədis 24; Kəmalud-din: 381, hədis 4; Biharul-Ənvar: 51/155, hədis 8; Ğeybəti-
Numani: s.204, hədis 39
Əbul Carud nəql edir: Əbu Cəfər (ə.s) mənə dedi: “Ey Əbəl-Carud, əgər dövran dönüb
(elə bir zaman gəlsə) ki, camaat “ölüb ya həlak olub, hansı vadiyə gedib?” desə və onu
axtaran “o necə sağ ola bilər, indiyə onun sümükləri çürüyər!” – desə, o zaman onu
gözləyin. Elə ki eşitdiniz (zühur edib), hətta qar üzərində sürünməklə də olsa ona tərəf
tələsin.”
- Kəmalud-din: 326, hədis 5; İlamul-Vəra: 302; İsbatul-Huda: 3/468, hədis 131; Biharul-Ənvar:
51/136, hədis 1; Ğeybəti-Numani: 161-162, hədis 12
Əba Əbdillah (ə.s) buyurdu: “Camaat Ərəfatda vuquf etdikləri zaman sürətli bir dəvəyə
minən bir süvari gəlib onlara bir xəlifənin ölüm xəbərini çatdıracaq. O öldüyü zaman Ali-
Muhəmmədin (ə.s) və bütün insanların fərəci baş verəcək.” Sonra buyurdu: “ŞƏRQ
TƏRƏFDƏN bir neçə gecə görünən böyük bir od gördüyünüz zaman Ali-Muhəmmədin
(ə.s) fərəci baş verəcək. Bu, Qaimin (ə.s) gəlişindən azacıq əvvəl baş verəcək.”
- Əqdüd-dürər: 106; Burhanul-Müttəqi: 109, hədis 20; İsbatul-Huda: 3/737, hədis 106 və 107;
Biharul-Ənvar: 52/240, hədis 107; Ğeybəti-Numani (azəricə): 300, hədis 37
İbn Əbu Yaruf nəql edir: Əba Əbdillah (ə.s) mənə dedi: “Filankəsin həlakını – Bəni-
Abbasdan olan bir şəxsin adını dedi –, Süfyaninin çıxışını, Nəfsi-Zəkiyyənin qətlini, yerə
batan qoşunu və səsi əlində tut.” Dedim: “Səs nədir, carçının (səsi)dir?” Buyurdu: “Bəli.
Dostları ilə paylaş: |