ahmedalhasan313.wordpress.com
127
Onunla bu işin sahibi tanınar.” Sonra dedi: “Bütün fərəc Bəni-Abbasdan olan filankəsin
ölümündədir.”
- İsbatul-Huda: 3/736, hədis 102; Biharul-Ənvar: 52/234, hədis 100; Bəşarətul-İslam: 116;
Mucəmul-Əhadis: 3/467, hədis 1031; Ğeybəti-Numani: 288, hədis 16
Əlavələr
HƏRƏKATÇININ HƏRƏKATI
Əbi Cəfər (ə.s) buyurdu: “… Bilirsənmi “əl-bida ma ləbədna” nədir? Bu o deməkdir ki,
əgər HƏRƏKATÇI hərəkət edərsə, ONUNLA BİRLİKDƏ HƏRƏKƏT ET.”
- Kafi: 1/535
Zur ibn Ceyş nəql edir: İmam Əli (ə.s) Nəhrəvanda bir xütbə dedi və nəhayət belə buyur-
du: “Peyğəmbərin (s) ailəsinə baxın, HƏRƏKATÇI hərəkət edərsə, onunla birlikdə hərə-
kət edin, onlar sizi haraylasalar, onları zəfərlə dəstəkləyin. Mükafatlandırılacaqsınız, və
heç vaxt onlardan qaçmayın və onlardan önə keçməyin, əks halda bəlalar sizi sarsacaq.”
SONRA o (ə.s) ƏMRİN SAHİBİNİN ortaya çıxması ilə zühurdan bəhs etdi.”
- Cəmi-Əhadisul-Şiə (Burucerdi): 13/73
Əbu Bəsir nəql edir: Əba Əbdillah (ə.s) buyurdu: Atam mənə dedi: “AZƏRBAYCANDA
MÜTLƏQ BİR OD QALXACAQ ki, heç nə onun qarşısında dura bilməyəcək. Elə ki, bu
baş verdi evinizin fərşi olun (evinizdən kənara çıxmayın). Biz nə etsək siz də onu edin.
BİZİM HƏRƏKATÇIMIZ hərəkətə keçdiyi zaman isə SÜRÜNƏ-SÜRÜNƏ DƏ OLSA
ONA TƏRƏF TƏLƏSİN...”
- Biharul-Ənvar: 52/135, hədis 40; Ğeybəti-Numani (azəricə): s.212, hədis 1
Əbu Cəfər Muhəmməd ibn Əli (ə.s) buyurdu: “ŞƏRQ TƏRƏFDƏ üç və ya yeddi gün
davam edən və BÖYÜK ZƏFƏRANA OXŞAYAN BİR OD gördüyünüz zaman, inşallah,
Ali-Muhəmmədin (ə.s) fərəcini gözləyin.
– ər-Rəcət: 157; Mucəmul-Əhadis: 3/253, h.783; Ğeybəti-Numani: 14cü bab, s.286, h.13
Əba Əbdillah (ə.s) buyurdu: “Camaat Ərəfatda vuquf etdikləri zaman sürətli bir dəvəyə
minən bir süvari gəlib onlara bir xəlifənin ölüm xəbərini çatdıracaq. O öldüyü zaman Ali-
Ansarullah Production
128
Muhəmmədin (ə.s) və bütün insanların fərəci baş verəcək.” Sonra buyurdu: “ŞƏRQ
TƏRƏFDƏN bir neçə gecə görünən BÖYÜK BİR OD gördüyünüz zaman Al-i
Muhəmmədin (ə.s) fərəci baş verəcək. Bu, Qaimin (ə.s) gəlişindən azacıq əvvəl baş
verəcək.”
- Əqdüd-dürər: 106; Burhanul-Müttəqi: 109, hədis 20; İsbatul-Huda: 3/737, hədis 106 və 107;
Biharul-Ənvar: 52/240, hədis 107; Ğeybəti-Numani (azəricə): 300, hədis 37
48- Saleh ibn Səhl dedi: {İstəyən kimsə baş verəcək əzabı istədi} [70:1] ayəsi haqqında
İmam Cəfər Sadiq (ə.s) belə buyurdu: Bu ayənin təvili gələcəkdədir. Əzab SƏVİYYƏDƏ
(atəşdə) olacaq. Bəni-Əsəd torpaqlarına qədər çatıb Səqif qəbiləsinə sıçrayacaq. Ali-
Muhəmmədə zülm edən hər yeri yandıracaq. Və bu, Qaimin zühurundan əvvəldir.”
49- Cabir, İmam Muhəmməd Baqir (ə.s)’ın belə buyurduğunu nəql edir: “Surəni necə
oxuyursunuz?” Dedim ki: “Hansı surəni?” Buyurdu ki: {İstəyən kimsə baş verəcək əzabı
istədi} [70:1] Dedim ki: “Səələ Sailun bi Əzab-il Vâqi” Buyurdu ki: “Bu ayə “Salə Seylun”
şəklindədir (yəni bir sel gəldi). Kufə yaxınlarındakı SƏVİYYƏDƏ OD gələcək və Bəni-
Əsəd qəbiləsinə çatacaq və Səqif qəbiləsinə sıçrayacaq və Ali-Muhəmmədə zülm edən hər
yeri yandıracaq.”
- Ğeybəti-Numani: bab 14, Qaimin qiyamından əvvəl baş verəcək əlamətlər, hədis 48 və 49
İmam Baqir (ə.s) buyurdu: “Allahın TALİQANDA bir xəzinəsi var, nə qızıldır nə də
gümüş. XORASANDAN ON İKİ MİN əsgərdir, şüarları: ‘ƏHMƏD ƏHMƏD’dir.
HAŞİMOĞULLARINDAN BİR ŞƏXS, boz bir ata minmiş, qırmızı bir boyun sarğısı
geymiş, onlara başçılıq edəcək. Sanki onu Fəratı keçərkən görürəm. Əgər onu eşitsən,
MƏNSUR'>BUZ ÜSTÜNDƏ İMƏKLƏMƏK MƏCBURİYYƏTİNDƏ BELƏ QALSAN, ARXASIN-
DAN GET.”
- Mutəhabul-Ənvar əl-Muzi’a: səh.343
MƏNSUR
Allah buyurmuşdur: {Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar
vermişik. Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki o Mənsur olmuşdur (ona
kömək olunmuşdur).} [17:33] İmam Baqir (ə.s) buyurdu: “O, Hüseyn (ə.s)’dır, o qisas
aldıqda həddi aşmır, çünki o, MƏNSUR olmuşdur.” Sonra o (ə.s) buyurdu: “Allah
MEHDİNİ DƏ MƏNSUR ADLANDIRMIŞDIR.”
- Biharul-Ənvar: 15/30
Nəim ibn Həmmad, Əbu Ərtadan rəvayət edir: “Süfyani Kufəyə girər və üç günlük bir
işğaldan sonra altmış min adamı öldürər. Burada on səkkiz gecə qalar. Kufənin mallarının
hamısını bölüşdürər. Ancaq Süfyaninin Kufəyə girişi Türklər və Rumlarla Qirqisiyada
vuruşmasından sonradır. Sonra onların aralarına fitnələr salar və onlardan bir qrup
ahmedalhasan313.wordpress.com
129
Xorasana qayıdar. Süfyani öldürər, qalaları yıxar, Kufəyə girər. Sonra Xorasan əhlini
axtarar. Xorasandan Mehdiyə itaət edəcək bir qrup zühur edər. Sonra Süfyani Mədinəyə
bir ordu göndərər, Peyğəmbər (s)'in soyundan bəzi insanları Kufəyə gətirər. Sonra Mehdi
və MƏNSUR çıxıb qaçar və Süfyani də onları araşdırar. Mehdi və MƏNSUR Məkkəyə
çatdığında Süfyaninin ordusu da Beydada batmış olar. Sonra Mehdi Mədinəyə gələrək
Bəni-Haşimdən həbsdə olanları qurtarar. Və bu vaxt Qara Bayraqlılar çıxaraq bir su
kənarına çatarlar və bunu eşidən Süfyani ilə yaxınları qaçarlar…”
- Qutubi-Sittə: Bölüm 4, hədis 49
Allah Rəsulu (s) buyurdu: “Və o, Mədinəyə göndəriləcək, və bir nəfəri öldürəcək və sonra
Mehdi və MƏNSUR (oradan) qaçacaq.”
- Mucəmul-Əhadis: cild 5
Rəsulullahdan (s) nəql edilən Aşura ziyarətnaməsində belə buyurulur: “…Sənin
məqamını əziz edən və sənin səbəbinlə məni əzizləyib ikramlı edən Allahdan istəyirəm
ki, Muhəmmədin (s) Əhlibeytindən olan MƏNSUR İMAMIN önündə sənin intiqamını
almağı mənə nəsib etsin…”
- Məfatihul-Cənan: Aşura ziyarətnaməsi
Allah Rəsulu (s) belə buyurdu: “... MEHDİ VƏ MƏNSUR və onlardan sonra gələnlər
Mehdilər olan İmamlardır, və Allah Öz Kitabında, Peyğəmbərinin (s) dili ilə bildirdiyini
icra edəcək...”
- Şərhul-Əxbar fi Fəzail Əimmətil-Əthar: 3/400
Digər xarakteristika budur ki, İmam Mehdi (ə.s) bir damla qan axıtmayacaq və xilafət ona
veriləcək. Əbu Səid nəql edir: Mən Allah Rəsulundan (s) eşitdim ki, belə buyurur: “QAİM
bizdəndir, MƏNSUR bizdəndir, SƏFAHƏND bizdəndir, MEHDİ bizdəndir. Qaimə
gəldikdə, xilafət ona gələcək və o bir damla qan axıtmayacaq, MƏNSURA gəldikdə, onun
(bayrağı) kimi bayraq yoxdur. Səffaha gəldikdə o öldürər, qan tökər və malları dağıdar.
Məhdiyə gəldikdə isə o yer üzü zülm ilə dolduğu kimi, onu ədalətlə doldurar.”
- Mucəmul-Əhadis: 9/399
Cabir Cufi nəql edir: Əbu Cəfər (ə.s) buyurdu: “Sizə söyləyəcəyim əlamətləri bir il içində
görənə qədər əlinizi və ayağınızı oynatmadan gözləyin. Mədinədə bir edam olacaq, orada
bir nəfər öldürüləcək və Mehdi ilə MƏNSUR oradan qaçacaq və Al-i Muhəmmədin (ə.s)
gənc və yaşlıları götürüləcək, onlardan həbs ediləndən başqa heç kim qalmayacaq. Ordu
iki adamı axtarmağa gedəcək. Mehdi oradan Musanın sünnəti üzərə qorxulu və təmkinli
bir halda xüruc edəcək, nəhayət Məkkəyə yetişəcək. Ordu gələcək və Beydaya çatacaqlar
və o, onun (Süfyaninin) ordusudur, yer üzü onları udacaq. Onlardan sadəcə bir xəbərçi
sağ qalacaq…”
- Biharul-Ənvar: 52/224
Dostları ilə paylaş: |