Ansarullah Production
20
Bir gün və günün bir hissəsi - İmam Muhəmməd Mehdi (ə.s)'ın qeybət müddətidir. Bu
haqda İmam Əhməd əl Həsən (ə.s) belə buyurmuşdur:
“Beləliklə bunlar 28 hərfdir ki, Ayın mövqeləri kimidirlər və onlar, Muhəmməd və Al-i
Muhəmməd, İmamlar və Mehdilərdir (ə.s). Təqvim ayından geriyə bir gün və ya bir gün
və günün bir hissəsi qalır ki, orada Ay (12ci İmam) qeyb olur (zira ay ya 29 ya da 30 gün
olur). Və bir gün və ya bir gün və günün bir hissəsi (yaxud bir hərf və ya bir hərf və hərfin
bir hissəsi) Vəlinin məqamından asılıdır. Belə ki o, Muhəmməd (s) üçün sadəcə bir
gündür (yaxud bir hərfdir, zira o, Allaha ən yaxın olandır) və o gün qeyb günüdür, və o,
gizli və qorunmuş isimdir ki, məxluqata açıqlanmamışdır, həmçinin o, Allahın Özündən
başqa heç kimin bilmədiyi sirridir. Əli və Fatimə (ə.s) üçün o, bir gün və günün bir
hissəsidir. Həsən və Hüseyn (ə.s) üçün günün bir hissəsi artan şəkildə davam edir, bunun
kimi İmamlar və Mehdilər üçün də bu şəkildə davam edir.
Al-i Muhəmməd (ə.s) üçün günün bir hissəsi (pərdə), məsumun mərtəbəsinə görə artıb
azalır. Və bilin ki, İmam Mehdinin (ə.s) qeybəti mərtəbəsinə görədir, yəni bir gün və
günün bir hissəsi (yaxud bir hərf və hərfin bir hissəsi) və ya 1000 il və 1000 ilin bir hissəsi:
{O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da (bu işlər) sizin saydığınız
(illərdən) min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir.} [32:5]
Aydan geriyə qalan gün, hilalların və qəmərlərin qeyb olduğu gündür. Və o, Allah
qatında min il və min ilin bir hissəsidir. Məlumdur ki, İmam Mehdinin (ə.s) qeybəti ilə
əlaqədar ittifaq vardır. Odur ki, onun (ə.s) bir gün və günün bir hissəsi müddətində qeyb
olması lazımdır ki, Allahın sözü tamamlanmış olsun. Əgər bu söz (Əhməd) bu yer üzünə
gəlsə, haqq və batil əhli arasında haqq-ədalətlə hökm verəcək. Odur ki bu, hesab (hökm)
üçün bir şərtdir. Bu, Allahın, Öz peyğəmbərlərinə, elçilərinə və vəsilərinə verdiyi vəddir.
Bu söz Qaim (ə.s) və onunla birlikdə gələn əzabdır. O, öz yanında elmin 28 hərfini
daşıyaraq gəlir ki, insanlar arasında onun 27’sini yaysın ki, bununla onlar (Əhlibeytə (ə.s)
xas qılınmış) son hərfi və ya həqiqəti və künhü tanımaqdakı acizliklərini bilsinlər.”
MEHDİ SÜFYANİDƏN ƏVVƏL ŞƏRQDƏN GƏLİR
Əmirəl-Möminin (ə.s) buyurdu: “Mehdi əqbəl
2
və QIVRIM SAÇLIDIR. Yanağında xal
vardır. ŞƏRQ TƏRƏFDƏN XÜRUC EDƏCƏK. BU BAŞ VERDİYİ ZAMAN SÜFYANİ
ÇIXACAQ və hamilə qadının hamiləlik müddəti qədər: doqquz ay hakimiyyət edəcək.
Şamda xüruc edəcək...”
- Təfsirul-Burhan: 3/354, h.1; əl-Məhəccə: 177; Biharul-Ənvar: 52/252, h.142; Yənabiul-Məvəddə:
427; Mucəmul-Əhadis: 5/357, h.1794; Qeybəti-Numani: s.344-345, h.14
2
Əqbəl: Gözlərinin qarası burnuna tərəf olan və ya baxışları burnuna tərəf baxan şəxs.
ahmedalhasan313.wordpress.com
21
Yəhya ibn Fazil Novfili nəql edir: …Əbəl Həsən Musa ibn Cəfər (ə.s) buyurdu: “O, Ali-
Muhəmməd (ə.s)’dan olan MEHDİDİR. Geniş qarınlı, QIVRIM SAÇLI, ayaqları azacıq
çölə əyilmiş, geniş çiyinli, TÜND DƏRİLİDİR, GECƏDƏN SONRA QARANLIĞIN
ARDINDAN GƏLƏN SARIMTILLIQ KİMİ…”
- Biharul-Ənvar: 83/81
İmam Əli (ə.s) buyurdu: “MEHDİDƏN ƏVVƏL ONUN ƏHLİBEYTİNDƏN BİR
NƏFƏR ŞƏRQDƏN gələcək, o qılıncı çiynində SƏKKİZ AY daşıyacaq, öldürəcək və
şikəst buraxacaq. Və O Beytül-Məqdisə doğru irəliləyəcək və ölmədən oraya yetişəcək.”
- Kənzul-Ümmal əl-Mümahidun (Şeyx Korani): 7/261
İmam Sadiq (ə.s) buyurdu: “Süfyanidən ƏVVƏL Misirli və YƏMANİ vardır.”
- Biharul-Ənvar: 52/210
“Belə ki, sonra Allah, Süfyaniyə qarşı ŞƏRQDƏN MEHDİNİN NAZİRİNİN xürucunu
qərar verəcəkdir və beləliklə o (Mehdinin naziri) Sufyanini Şam yolunun üstündə məğlub
edəcəkdir.”
– Şərhi-Əhqaqul-Haqq (Seyyid Mərəşi): 29/620
İsa əl-Xəşəb dedi: Mən Hüseyn ibn Əli (ə.s)’a dedim: “Sən bu işin sahibisən?” O (ə.s)
buyurdu: “Xeyr, lakin bu işin sahibi qovulub yurdsuz qalandır, atası məvtur olandır,
ƏMİSİ İLƏ KÜNYƏLƏNMİŞDİR və qılıncı çiynində SƏKKİZ AY daşıyacaqdır.”
- Kəmalud-Din: s.318
Əbu Cəfər Baqirin (ə.s) belə dediyini eşitdim: “Bu işin sahibində 4 peyğəmbərin əlaməti
vardır: Musanın əlaməti, İsanın əlaməti, Yusifin əlaməti, və Muhəmmədin (s) əlaməti.”
… Dedim: “Bəs Muhəmmədin (s) əlaməti nədir?” Buyurdu: “Qiyam etdiyi zaman Allah
Rəsulunun (s) davrandığı kimi davranacaq. Bir fərqlə ki, o Muhəmmədin irsini açıqlaya-
caq və Allah razı qalanadək SƏKKİZ AY QILINCINI ÇİYNİNDƏN ASIB MƏHV EDƏ-
CƏK…”
- əl İmamətu vət-Təbsirə: 93, h.84; İsbatul-vəsiyyə: 226; Kəmalud-Din: s.152, h.16; s.326, h.6;
s.329, h.11; Dəlailul-İmamə: 291; Təqribul-Məarif: 190; Ğeybəti Tusi: 160, h.57; İlamul-Vəra: 403;
Ğeybəti Numani (azəricə): 10cu bab, s.176, h.5
İmam Cəfər Sadiq (ə.s) buyurdu: “O (bayraq) bizimlədir və QAİM (ə.s) qalxmayınca
qaldırılmayacaq. O qiyam etdiyi zaman onu açıqlayacaq. Şərqdə və qərbdə elə bir kəs
qalmayacaq ki, onu lənətləməsin... qılıncı Rəsulullah (s)’ın qılıncı olan Zülfüqardır. O
SƏKKİZ AY boyunca onu qınından çıxarıb döyüşəcək, durmadan öldürəcək…”
- Biharul-Ənvar: 52/361
Ansarullah Production
22
Bu hədislərdən məlum olur ki, SƏKKİZ AY qılıncı çiynində daşıyan İmam Mehdi (ə.s)
deyil, onun (ə.s) Əhlibeytindən bir nəfərdir ki, Yəmanidir və həmçinin Mehdilərdəndir.
Əbu Bəkr Həzrəmidən nəql edilir: “XORASANDAN QARA BAYRAQLAR çıxan zaman
mən və Əban, Əba Əbdillahın (ə.s) yanına daxil olduq. Dedik: “Nə deyirsiniz?” Buyurdu:
“Evinizdə oturun. Elə ki gördünüz bir nəfərin ətrafına toplanmışıq, o zaman silahla bizə
qoşulun.”
- Hilyətul-Əbrar: 2/644; Biharul-Ənvar: 52/138, hədis 44; Mustədrəkul-Vəsail: 11/36, hədis 7;
Mucəmul-Əhadis: 3/465, hədis 1028; Ğeybəti-Numani (azəricə): səh.216, hədis 6
Əbu Cəfər (ə.s) buyurdu: “Sanki mən ŞƏRQ TƏRƏFDƏN çıxan bir qövm görürəm ki,
haqqı tələb edirlər, lakin haqqı onlara vermirlər. Sonra yenə tələb edirlər, lakin yenə də
vermirlər. Onlar belə olduğunu görüncə qılınclarını çiyinlərindən asacaqlar. Bu dəfə
istədikləri şeyi onlara verəcəklər, lakin onlar qəbul etməyəcəklər. Beləcə qiyam edəcəklər
və onu (əldə etdikləri hakimiyyəti) yalnız sizin SAHİBİNİZƏ təhvil verəcəklər. Onlardan
öldürülənlər şəhiddirlər. Əgər mən o zamanda yaşasaydım özümü BU İŞİN SAHİBİ
üçün saxlayardım.”
- Biharul-Ənvar: 52/243, h.116; Mucəmul-Əhadis: 3/269, h.796; Ğeybəti-Numani (az): 307, h.50
Əsbağ ibn Nəbatə nəql edir: Əmirəl möminin Əli (ə.s) uzun bir rəvayətdə belə buyurdu:
“QARA BAYRAQLAR yer üzünün ŞƏRQİNDƏN gələcək. Üzərində işarə olmaz, nə
pambıqdandır nə kətandan nə də ipəkdən. Nizəsinin başı Böyük Seyyidin möhürü ilə
möhürlüdür. ALİ-MUHƏMMƏD (Ə.S)’DAN BİR NƏFƏR ona rəhbərlik edəcək. Şərqdə
ortaya çıxar və qoxusu, müşk qoxusu kimi qərbdə yayılar. Qorxu bir ay onların önündən
gedər. Nəhayət atalarının qanını (intiqamını) tələb edərək Kufəyə çatarlar. Onlar bu halda
ikən YƏMANİNİN ATI və Xorasaninin atı sanki iki yarış atı kimi yarışacaqlar. Tozlu,
qumlu, kədərli üzlər, qınanmış insanlar… Onları görsən belə deyəcəklər: “Bugündən
sonra burda oturmağımızda bir xeyir yoxdur. “Allahım, biz tövbəkarlarıq”, onlar, Allahın
Öz Kitabında bəhs etdiyi Əbdəl(dəyişdirilənlər)dir, “Allah tövbə edənləri və özlərini
təmizləyənləri sevər” və onların timsalı Ali-Muhəmməd (ə.s)’dır.”
- Şeyx Əli Yəzdi əl-Hairi: s.103; Biharul-Ənvar: cild 52, s.274
Allah Rəsulu (s) Abbasın və Əli (ə.s)’ın əlini tutub dedi: “Bu kişinin (Abbasın) nəslindən
bir nəfər çıxacaq ki, yer üzünü haqsızlıq və zülmlə dolduracaq. Bu kişinin (İmam Əlinin)
nəslindən bir nəfər çıxacaq ki, yer üzünü ədalət və bərabərliklə dolduracaq. Belə ki, əgər
bunun baş verdiyini görsəniz, üzərinizə düşən YƏMANİ olan şəxsin ardınca getməkdir,
zira o ŞƏRQDƏN gələcək və odur MEHDİNİN BAYRAQDARI.”
- əl-Mehdiyyul-Müntəzirul-Məvud: bab 2, s.207
Bildiyimiz kimi, əlamət bir hadisə baş verməzdən öncə baş verməlidir, və o əlamət
hadisənin yaxınlaşdığına işarətdir. Birinci hədisdə MEHDİ SÜFYANİDƏN ƏVVƏL VƏ
Dostları ilə paylaş: |