Ansarullah Production
18
Eynilə Məkkə əhlinin Əbu Süfyana (l.ə) uyaraq cəddim Rəsulullah (s) ilə savaşdığı kimi,
siz də, pulu və dünyası ziyandan başqa bir şeyini artırmayan kəslərə uydunuz. Məni
ciddiyə almadınız, halbuki mən sizi Allahın Kitabına, Allahın ən böyük vəlisi İmam
Mehdi (ə.s)’a doğru və batil əhlinə qarşı çıxmağa dəvət etməkdəyəm. Eynilə cəddim
Hüseyn (ə.s)’ın xüruc etdiyi kimi, sadəcə və sadəcə cəddim Rəsulullahın (s) ümmətini
islah etmək üçün atam İmam Mehdi (ə.s)’ın əmri ilə xüruc etdim. Əgər siz zəlalət
imamlarına uydunuzsa, sizdən əvvəlki atalarınız da Hüseyn ibn Əli (ə.s)’ı öldürmək üçün
zəlalət fəqihləri olan Şəbs ibn Rəbiyə, Şimr ibn Zilcövşənə, Şüreyh Qaziyə, yardım
edilənİbn Ziyad və Yezidə (l.ə) uymuşdu. Doğrusu gözdə tikan və boğazda sümük var,
biz Allah üçünük və Allaha qayıdacağıq. Zülm edənlər aqibətlərini biləcəklər. Güc və
qüdrət sadəcə Uca və Ulu olan Allah ilədir.
Onun (s.v.t) sözlərinə çox diqqət edin: [Həqiqətən, qullarımdan bir zümrə var idi ki,
onlar: 'Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin
ən yaxşısısan!'– deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə)
Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz. Bu gün Mən səbr
etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!']
(Müminun (23):109-111)
Elə isə lağ edib bol-bol gülün və atalarınızın yolunu davam etdirin. Yaxında bunların
qarşılığını axan qanlar olaraq alacaq və sonrakı nəsillər tərəfindən lənətlənəcəksiniz,
eynilə Muhəmmədə (s) qarşı savaşan və onu lağa qoyan kəslərin bugün lənətləndiyi kimi.
Və sabah bilməyiniz sizə heç bir fayda vermədiyi zaman, kimin qazandığını biləcəksiniz.”
– İmamın (ə.s) sözlərinin sonu.
HÖCCƏTDƏN ƏVVƏL VƏSİNİN GƏLİŞİ
Əhməd əl Həsən (ə.s) buyurdu: “Onlar sizdən soruşarlar: Vəsi necə Höccətdən əvvəl gələ
bilər? Bunun örnəyi Harundur, o Musadan əvvəl Misirə göndərildi, və açıq bir Quran
mətni ilə: [Bir zaman Rəbbin Musaya demişdi: 'Get o zalım qövmün – Firon xalqının
yanına! Onlar qorxmurlarmı?' (Musa) dedi: 'Ey Rəbbim! Qorxuram ki, onlar məni
yalançı hesab edələr, (belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə
Harunu da göndər.] (Şüəra (26):10-13) Bu ayələr açıqlayır ki, Musa (ə.s) Allahdan,
Harunu göndərməsini istədi, yəni eynilə Onun (s.v.t) onu məlumatlandırdığı kimi
Harunu da məlumatlandırmasını istədi. Və dəvət Harun ilə başladı və o insanları Musanı
qəbul etməyə hazırladı. [(Allah) dedi: 'Xeyr, (bu mümkün deyil)! İkiniz də
möcüzələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi)
eşidirik.] (Şüəra (26):15). Bu ayə göstərir ki, Allah Musanın (ə.s) istəyini cavabladı, sadəcə
o da deyil, əslində, Harun qarşılaşmanı öz öhdəsinə götürmüş kəs idi. [Sehrbazlar
səcdəyə qapanıb dedilər: 'Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!'] (Taha
ahmedalhasan313.wordpress.com
19
(20):70). Harun (əvvəlki ayədə) Musadan əvvəl gəldi, çünki onlarla qarşı-qarşıya gələn o
idi və Musanın Vəsisi Harun, Dəvətin diyarında göndərildi və ora Misir idi, Musadan
əvvəl, əslində o danışan və qarşılaşan olaraq qaldı, Musa mövcud ikən; çünki Musa bunu
istədi. Lakin Musa (ə.s) onun üzərinə Höccət idi və Harun Musanın əmri olmadan
danışmazdı [… ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Harunu da göndər].
Musa (ə.s) nə istəyir? Danışan kimdir? O, danışanın Harun olmağını istədi və Allah ona
cavab verdi və sehrbazlar da Musadan əvvəl Haruna iman etdiklərini dedilər. Buna
diqqət etdinizmi? [Sehrbazlar səcdəyə qapanıb dedilər: 'Biz Harunun və Musanın
Rəbbinə iman gətirdik!']. İndi bu sona çatdı? Yəni bu məsələnin yanında Vəsinin özü
üzərinə höccət olan Höccətdən əvvəl göndərilə bilməsi sonamı çatdı? Və bundan əvvəl 3
nümunə verdim: Lut və İbrahim, Muhəmməd (s) və Əli (ə.s), Süleyman və Davud, onların
hamısına salam olsun, və bu, dördüncü nümunədir və bu dördü kifayətdir. Əslində sənə
verdiyim son nümunə də kifayətdir. Yerdə qalan, onların səndən İmam Mehdinin (ə.s)
yüksəldilib yüksəldilmədiyini soruşmalarıdır, o zaman onun örnəyi İsanın və onun
Vəsisinin örnəyidir.
Onlar İmam Mehdinin (ə.s) həyatının necə olduğuna dair bir fikrə belə sahib deyillər,
İmam Mehdinin (ə.s) uzun həyatına nümunə olaraq İsa və Xızırı (ə.s) zikr edirlər və bu,
onların onun (ə.s) yüksəldiyinə inandıqları mənasına gəlir.”
- Əhməd əl Həsən (ə.s), “Saleh Qul ilə” kitabından alıntı
QAİMİN ZÜHURU VƏ ƏZABIN GƏLMƏSİ
[Onlar SƏNİ tələsdirib ƏZABIN tez gəlməsini istəyirlər. Allah Öz VƏDinə əsla xilaf
çıxmaz! Rəbbinin dərgahında BİR GÜN sizin saydığınızın MİN İL kimidir!] [22:47]
Əba Əbdillah (ə.s) Allahın “Və əgər əzabı az bir dəstənin gəlişinə qədər təxirə salsaq”
ayəsi barədə buyurdu: “‘ƏZAB’ Qaimin QİYAMIDIR...”
- Təvilul-Ayat: 1/223, hədis 3; İsbatul-Huda: 3/541; Təfsirul-Burhan: 2/208, hədis 1, s.209, h.8;
Biharul-Ənvar: 51/58, hədis 51; Qeybəti-Numani (azəricə): səh.268, hədis 36
Müfəzzəl ibn Ömər deyir ki, İmam Sadiqdən (ə.s): [Böyük əzabdan əvvəl onlara kiçik
əzabı dadızdırarıq.] (Səcdə (32):21) ayəsi haqqında soruşdum. Buyurdu: “Kiçik əzab
bahalıq, böyük əzab isə, Mehdinin (ə.s) qılıncla zühurudur.”
- İsbatul-Huda: 3/564, hədis 646
İmam Rza (ə.s) buyurdu: “Qaim vəddir. Allah isə vədinə xilaf çıxmaz.”
- Qeybəti-Numani (azəricə): bab 18, s.342, hədis 10
Dostları ilə paylaş: |