ahmedalhasan313.wordpress.com
11
Bismillahir
Rahmanir Rahim
MƏSUM VƏ HÖCCƏT OLAN YƏMANİNİN BAYRAĞI
İmam Mehdi (ə.s)’ın qiyamından əvvəl, tək hidayət bayrağı MƏSUM olan Yəmani’nin
bayrağıdır:
İmam Baqir (ə.s) belə buyurdu: “...
BAYRAQLARIN İÇİNDƏ DOĞRU YOLDA OLANI
YƏMANİNİN BAYRAĞIDIR. O HİDAYƏT BAYRAĞIDIR. ÇÜNKİ, O İNSANLARI
SİZİN SAHİBİNİZƏ TƏRƏF DƏVƏT EDƏCƏK.
YƏMANİ XÜRUC ETDİYİ ZAMAN
CAMAATA VƏ HƏR BİR MÜSƏLMANA SİLAH SATMAQ HARAM OLACAQ.
YƏMANİ XÜRUC ETDİYİ ZAMAN ONA TƏRƏF TƏLƏS. ÇÜNKİ, ONUN BAYRAĞI
ƏN DOĞRU BAYRAQDIR. HEÇ BİR MÜSƏLMANA ONDAN ÜZ ÇEVİRMƏSİ
HALAL DEYİLDİR. KİM BELƏ EDƏRSƏ CƏHƏNNƏM ƏHLİDİR. ÇÜNKİ O
İNSANLARI HAQQA VƏ DOĞRU YOLA TƏRƏF ÇAĞIRACAQ.”
– Rəcət: 157; Mucəmul-Əhadis: 3/253, h.783; Ğeybəti-Numani: 14cü bab, s.286, h.13
Təkcə bu hədis Yəmaninin MƏSUM, HÖCCƏT, VİLAYƏT SAHİBİ və bir ELÇİ olduğunu
göstərməyə kifayət edir. Zira hədisdə buyurulur ki, “Heç bir müsəlmana ondan üz
çevirməsi halal deyil. Kim belə edərsə cəhənnəm əhlidir”. Yəni Yəmani vilayətə sahibdir,
məsumdur və Allahın höccətlərindən bir höccətdir, əks halda ondan üz çevirmək niyə
halal olmasın və niyə insanı cəhənnəm oduna salsın?! Həqiqət budur ki, o doğru yola
yönəldən bir məsum olmasaydı, ondan üz döndərmək insanları cəhənnəm oduna
salmazdı, eynilə Həsəni və Xorasani kimi, zira onlar haqqında bu söz deyilməyib və onları
dəstəkləməyin vacib olması bizə buyurulmamışdır.
Həmçinin, hədisdən də göründüyü kimi Yəmani bir Elçidir – SİZİ SAHİBİNİZƏ TƏRƏF
DƏVƏT EDƏCƏK. Bu da təsdiqləyir ki, İmam Mehdi (ə.s)’ın bir elçisi olacaq ki, zühurdan
əvvəl insanları ona (ə.s) tərəf çağıracaq. Bəlkə də o Elçinin də elçiləri olacaq ki, insanları
Mehdiyə dəvət edəcəklər. İmam Əhməd əl Həsən (ə.s) Nübüvvət Möhrü kitabı, s.34’də
buyurmuştur: “Beləliklə əvvəlcə savaş, sözlü doktrinal savaşdır. Çünki Mehdi, Əlidir
(ə.s) və Hüseyndir (ə.s). Və Əli (ə.s) Cəməl savaşı ilə başlayan Müqəddəs Əsgər-i Qiyam
savaşını, bir gənci, əlində Quranla, onu (ə.s) öldürmək üçün ona qarşı ordu səfərbər edən
insanlara göndərmədən başlatmadı. Beləliklə şeytanın əsgərlərinin cavabı, o gənci
öldürmək və Quranı cırıb atmaq oldu. Bununla yanaşı Hüseyn (ə.s) öz əshabı ilə birlikdə
insanlarla danışmadan və onlara nəsihət vermədən öz Müqəddəs Əsgər-i Qiyam savaşını
başlatmadı. Lakin onlar, ona və əshabına qılınclarla cavab verdilər. Və o (ə.s) öz əshabına
dedi ki, “Qalxın, Allah sizə mərhəmət etsin! Çünki bunlar, xalqın sizə elçiləridir.” –
İmamın (ə.s) sözlərinin sonu.