Ansarullah Production
8
Və Şəvvalın üçü İmam Mehdi əleyhissəlam mənə, təzyiq göstərən və zalım hökmdarlara
qarşı inqilab etməyi insanlara bildirməyimi buyurdu. Və addımları hesab etmək və surətli
fəaliyyət göstərməkdə və Haqqı tətbiq etmək və “lə iləhə illəllah” şüarının yüksəlməsini
təmin etmək üçün haqq yolundakıları və insanları, haqqı dəstəkləməyə Dəvət etdim.
Doğrusu, Allahın Kəlamı çox Ucadır. Doğrusu, Allahın Kəlamı çox Ucadır. Doğrusu,
Allahın Kəlamı çox Ucadır. Və Münafiqlərin kəlamı çox aşağıdır. Elə isə Allahı
dəstəkləyin, O da, sizi dəstəkləyəcəkdir.”
- Əhməd əl Həsən (ə.s), İmam Mehdi (ə.s) ilə Görüş Xütbəsindən
2008ci ildə Əhməd əl Həsənin (ə.s) qeybət dövrü başladı və 2013cü ildən etibarən 313
nəfərin 42sini bir araya topladı. Daha sonra, Səudiyyə kralı Abdullahın (l.ə) öldüyü 23
Yanvar, 2015ci il tarixində ən yaxın əshabına İmam Muhəmməd ibn əl-Həsən əl-Mehdi
(ə.s)’ın zühu müjdəsini verdi. Eyni zamanda eyni ilin 19 Martında Qara Bayraqlar onun
(ə.s) əmri ilə qaldırıldı.
Əhməd əl Həsən (ə.s) öz haqqaniyyətini bütün peyğəmbər və elçilərin insanlara təqdim
etdiyi ilahi dəlillərlə sübut etmişdir. Bu dəlillər aşağıdakılardır:
1. O, Allah Rəsulu Muhəmmədin (s), vəfat gecəsində İmam Əli (ə.s)’a diqtə etdiyi
Vəsiyyətində zikr edilmişdir.
O, Allah Rəsulu Muhəmmədin (s) Vəsiyyəti ilə gəlmişdir ki, Əhlibeytin (ə.s) buyurduğu
kimi onu öz sahibindən başqa heç kim iddia edə bilməz. Və o, Vəsiyyətdə keçən “Əhməd”
adının ona istinad edildiyini iddia edən ilk şəxs və Mehdilərin ilkidir.
O, həmçinin Şiə hədis kitablarında keçən, İmam Mehdinin (ə.s) qiyamından əvvəl ən
böyük 5 əlamətdən biri olaraq zikr edilən vəd edilmiş Yəmani və İmamın (ə.s) qiyamına
zəmin hazırlayan kəsdir. O kəs ki, hidayət bayrağı ilə gələcəyi və insanları haqqa və doğru
yola, və Sahibimiz İmam Mehdi (ə.s)’a tərəf dəvət edəcəyi söylənilmişdir. Əhlibeyt (ə.s)
Yəmaninin Allahın məsum höccəti olduğunu, onu izləməyin vacib olduğunu və ondan
üz çevirməyin insanı cəhənnəm atəşinə düşürəcəyini bildirmişdir.
“Yəmani” ləqəbi onun nəslinin Peyğəmbərimizin (s) nəslinə dayandığına işarət edir, zira
Rəsulullah (s) da özünü “Yəmani” adlandırmışdır (o dövrlərdə Məkkə Tühamənin,
Tühamə də Yəmənin bir hissəsi sayılırdı). “Yəmani” ləqəbi həmçinin onun, İmam Mehdi
(ə.s)’ın sağ əli (Ərəbcədən “yəmin” sağ tərəf deməkdir) olduğunun göstəricisidir, eynilə
İmam Əli (ə.s)’ın, Rəsulullahın (s) sağ əli olduğu kimi. Lakin bu, bəzilərinin iddia etdiyi
kimi, onun bugünki Yəmən adlı ölkədən çıxacağı anlamına gəlmir.
O, İmam Mehdi (ə.s)’ın 313 yaxın əshabının ilki və 2015ci ildə, vəd edilmiş Qara
Bayraqları qaldıran şəxsdir. Və o, İmam Mehdi (ə.s)’a zəmin hazırlayan Al-i Muhəmmə-
din (ə.s) Qaimidir. Lakin müsəlmanlar, xüsusən də şiələr, hədislərdəki “Qaim” ləqəbinin
həmişə İmam Mehdi (ə.s)’a aid olduğunu düşünmüşlər. Həqiqət budur ki, bu ləqəb həm
ahmedalhasan313.wordpress.com
9
də Yəmaninin ləqəbidir ki, İmam Mehdi (ə.s)’ın əmri altında bütün böyük savaşlarda
onun əshabına liderlik edəcək və İlahi Ədalət Dövlətini qurub İmam Mehdi (ə.s)’a təhvil
verəcəkdir.
2. O, Allah Rəsulunun (s) silahı olan İlahi Elm ilə gəlmişdir.
O, öz haqqaniyyətini Sünni, Şiə, Xristian və Yəhudilərin hamısının öz kitabları ilə sübut
etməkdədir. Onun dəvətinin haqqaniyyəti hətta Buddizm və Hinduizm dinlərində də
mövcuddur. Və bu zamana qədər onun açıqladığı elm və dəlilləri inkar etməyə heç kimin
elmi çatmamış və bundan sonra da çatmayacaqdır.
3. O, həmçinin, Allah Rəsulunun (s) bayrağı olan “Beyət Allahadır” bayrağı ilə gəlmişdir.
O, bu çağda Allahın Hakimiyyətinə və Allahın Xilafətinə, və Onun Öz məxluqatı üzərinə
təyin etdiyi xəlifəyə doğru çağıran yeganə şəxsdir.
Beləliklə o, öz haqqaniyyətini və axırzamanda doğulacağı, və yer üzünü haqq-ədalətlə
dolduracağı gözlənilən Mehdi olduğunu sübut etmək üçün təqdim edilməsi mümkün
olan bütün dəlillərlə gəlmişdir.
Bu 3 şey – Vəsiyyət, Elm və Allahın Hakimiyyətinə Dəvət – Allahın Höccətini Tanıma
Qanunudur ki, bütün ilahi kitablarda mövcuddur və bütün elçilər insanlara bu dəlillərlə
gəlmişdilər.
Üstəlik Allah Əhməd əl Həsəni (ə.s) dinindən, irqindən, milliyətindən asılı olmayaraq,
dünyanın dörd bir tərəfindən insanların gördükləri minlərlə yuxularla dəstəkləmişdir.
Onlar yuxularında Peyğəmbərlərin və Vəsilərin, Əhməd əl Həsənin haqqaniyyətinə və
onu izləyib ona inanmağın vacibliyinə şahidlik etdiklərini görürlər. Və Allah onu möcüzə
və kəramətlərlə dəstəkləmişdir.
Hədislərdə indiyə qədər çözülməmiş bəzi sirlər Əhməd əl Həsən (ə.s)’ın gəlişi ilə
aydınlanmış və əsrlərdir insanların oxuyub anlaya bilmədiyi ziddiyyətli məsələlər
açıqlanmışdır. Bu ziddiyyətli məsələlərdən biri budur ki, hədisləri oxuyanlar Əhlibeyt
(ə.s)’ın Mehdiyyət haqqında olan hədislərini diqqətlə incələdikləri zaman hədislərdəki
ziddiyyətlərlə qarşılaşır və bu dolaşıqlığı çözə bilmirlər. Çünki hədislərdə Mehdinin
əlamətləri sayılarkən ziddiyyətlər ortaya çıxır və sanki fərqli insanlardan bəhs edilirmiş
kimi bir fikir ortaya çıxır. Və bu ziddiyyətlər Əhməd əl Həsən (ə.s)’ın gəlişi ilə son buldu
və nəticədə məsələ aydın olmağa başladı. Belə ki, Əhməd əl Həsən (ə.s) Mehdilərin
həqiqətlərini, Yəmani hikmətini, Peyğəmbərin (s) vəsiyyətinin əhəmiyyətini ortaya
qoyaraq bütün bu ziddiyyətləri aradan qaldırdı. Nəhayət hədislərə fərqli bir baxış açısı
gətirdi və artıq oxuduğumuz hədislərdəki bəzi şifrələr çözülməyə başladı.
Bir nəfər öz yanındakı ibn Səvda deyilən bir şəxslə birlikdə Əmirəl-Möminin (ə.s)’ın
yanına gəlib ona dedi: “Ey möminlərin Əmiri, bu adam Allaha və Onun Peyğəmbərinə
yalan nisbət verir və (dediyinə də) səni şahid gətirir.” Əmirəl-Möminin (ə.s) buyurdu:
Dostları ilə paylaş: |