Ansarullah Production
16
yer üzü insanlarının bu elçini rədd etmələridir. Ona görə də o, onlar üçün bir cəzadır:
[Haradadır onlarda öyüd almaq, halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi.]
Elə isə bu elçi kimdir? Və inu kim göndərmişdir?
Allah subhanəhu və təala belə buyurmuşdur: [Göylərdə və yerdə olanların hamısı
Hökmran, Müqəddəs, Qüdrətli, Müdrik Allahın şəninə təriflər deyir. Ümmilərin
arasına özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın )ayələrini oxuyar, onları
(pis əməllərdən) təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər
açıq-aydın azğınlıq içində idilər. Hələ onlara qoşulmamış başqalarına da. O,
Qüdrətlidir, Müdrikdir. Bu, Allahın lütfüdür, onu istədiyinə verir. Allah böyük lütf
sahibidir.] [Cumuə 62:1-4]
[Hələ onlara qoşulmamış başqalarına da.] Yəni O (s.v.t) onlara da özlərindən bir elçi
göndərəcək. O, onlara Onun ayələrini oxuyar, onları təzkiyə edər, onlara Kitabı və
Hikməti öyrədər...
Muhəmməd (s), Allaha dönüşündən sonra gələn başqa kəslərə ayələri oxuyan kəs əsla ola
bilməz. Elə isə bir elçi olmalıdır və o elçi, ümmilərin, yəni öz zamanının Ümmü
Qurasındakıların arasına göndərilər. O elçinin bu xüsusiyyətləri var: ayələri oxumaq,
insanları təzkiyə etmək, yəni göylərin mələkutuna baxa bilmələri üçün onları təmizləmək
və onlara Kitabı və Hikməti öyrətmək.
Allah (s.v.t) belə buyurmuşdur: [Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların
arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.] [Yunus 10:47]”
Və İmam Əhməd əl Həsən (ə.s) başqa bir suala cavabında belə buyurmuşdur: “Bu dəvət
bir çox dəlillə dəstəklənmişdir. Mən (‘Mən’dən Allaha sğınıram) heç kimə demədim ki,
mənə kor-koranə tabe olun. Əksinə onlara, atəşdən xilas olsunlar deyə gözlərini
açmalarını, höccəti ayərd etmələrini və haqqın sahibini tanımalarını söylədim. Çünki
haqq dövlətlərin yanında batil dövlətlər də vardır, eynilə Rəsulullah (s)’in yanında
Müseyləmətül-Kəzzabın və digərlərinin var olduğu kimi.
Müfəzzəl ibn Ömərdən nəql edilir: Bir dəfə Əba Əbdillah (ə.s)’ın məclisində idim və
mənimlə birgə başqa bir neçə nəfər var idi. Həzrət bizə dedi: “Məbadə yayıb məşhur
edəsiniz (yəni, Qaim (ə.s)’ın adını).” Mən elə zənn etdim ki, həzrət mənim yanımdakıları
nəzərdə tutur. Lakin mənə dedi: “Ey Abdullahın atası, məbadə danışıb yayasınız. Allaha
and olsun ki, (imamınız) bir müddət sizdən qeybdə olacaq və gizli qalacaq. O qədər ki,
hətta deyəcəklər: “Ölüb ya həlak olub, hansı vadiyə gedib?” Möminlərin gözləri ona
ağlayacaq, gəmi dəniz dalğaları arasında yırğalandığı kimi onlar da yırğalanacaqlar. Bu
zaman YALNIZ Allahın əhd aldığı, qəlbinə iman yazdığı və Özündən olan bir ruhla
gücləndirdiyi şəxslər nicat tapacaqlar. ON İKİ ŞÜBHƏLİ BAYRAQ qalxacaq ki, hansı
hansındandır bilinməyəcək.” Müfəzzəl deyir: Mən ağladım. Həzrət mənə dedi: “Səni
ağladan nədir?” Dedim: “Sizə qurban olum, necə ağlamayım? Bir halda ki, deyirsiniz
ahmedalhasan313.wordpress.com
17
hansı hansından olduğu bilinməyən on iki şübhəli bayraq qalxacaq.” Müfəzzəl deyir: Bu
zaman həzrət (ə.s) evin içəriyə günəş düşən pəncərəsinə baxıb dedi: “Bu günəş aydındır?”
Dedim: “Bəli.” Buyurdu: “Allaha and olsun ki, BİZİM ƏMRİMİZ ONDAN DAHA
AYDINDIR.”
- Biharul-Ənvar: 51/147, hədis 18; Bəşarətul-İslam: 148; Mucəmul-Əhadis: 3/429; Qeybəti-
Numani: s.158, bölüm 10, hədis 9
İmam (ə.s) haqq dəvətin günəşdən daha açıq olduğunu açıqlamışdır. O, günəşdən daha
açıqdır, çünki onun dəlilləri Nəbilərin, Elçilərin, Rəsulullah Muhəmmədin (s) və
İmamların (ə.s) dəlilləridir. Elə isə bu dəvətin dəlillərinə diqqət edin və onları Rəsulullah
Muhəmmədin (s) dəlilləri ilə qarşılaşdırın. Dəlillərin saysız olduğunu görəcəksiniz və
onların arasında Rəsulullahın (s) vəsiyyəti, Əhlibeytin (ə.s) rəvayətləri, elm, haqq,
hidayət, mübahilə, təbərra andı, möminlərin Elçiliyi, İmamların və nəbilərin (ə.s)
gördükləri kəşflər və yuxular, möcüzələr və qeyblər də vardır.
Bütün bu dəlillər sizə fayda vermirsə, [Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.
O (tüstü ki,) insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır.] (Duxan 44:10-11) və o
zaman digərləri ilə birlikdə deyəcəksiniz ki, [(Onlar:) 'Ey Rəbbimiz! Bizi bu əzabdan
qurtar, biz də iman gətirək'– deyəcəklər.] (Duxan 44:12) və sizə belə cavab veriləcək:
[Haradadır onlarda öyüd almaq, halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi. Onlar
ondan üz çevirib “öyrədilmiş” və “dəli” dedilər.] (Duxan 44:13-14)
Həmd Allahadır. Keçmiş ümmətlərin halına heç diqqət etmədinizmi? Çünki bugün sizin
halınız, yəhudilərin nəbiləri ilə olan halının eynisidir. Allahın sözünə və Qurandakı
qissələrinə heç diqqət etmədinizmi? Bir özünüzə baxın, sizin halınız Zəkəriyya, Yəhya və
İsa (ə.s) ilə lağ edən yəhudi alimlərin və onları təqib edənlərin halının eynisi deyilmi?
Allah xətrinə sizdən soruşuram, sizinlə onlar arasındakı fərq nədir?!
Sizi mənimlə və bu haqq dəvətə iman edənlərlə lağ etməyə sövq edən nədir? Öz-özündən
soruşub Rəbbinə dön və ['Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab
çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!'] (İsra 17:14)
Əsrlər boyunca məsxərə edənlər kimlər olub? Nəbilərin, Elçilərin (ə.s) və möminlərin
məsxərə etdiyini heç eşitmiş və ya oxumusunuzmu? Lakin daima görəcəksiniz ki,
məsxərə etmək və alçaltmaq nəbilərin və elçilərin dəvətlərini təkzib edən və inkar edən
kəslərin əsas götürdüyü şeylərdir.
Siz pis xalq, mənə qarşı çıxdınız, ey İraq xalqı! Amerikanı izləyən, onun yanında dayanan
və onun demokratiyasını qəbul edən böyüklərinizə uydunuz. Zalımların Səqifəsini qəbul
etdiniz və Əmirəlmöminin Əli (ə.s)’ı bir kənara atan kəslərin əllərinə bəhanə verdiniz.
Allahın qoyduğu şeyə və Onun hakimiyyətinə kafir olaraq arxanızı çevirdiniz və bu
qoxumuş dünyanı istəyərək bu haqq dəvətlə savaşdınız.
Dostları ilə paylaş: |