Ansarullah Production
56
qədər məsum idi. Niyə bu belədir? Allah (s.v.t) sadəcə Muhəmməd və Al-i Muhəmmədi
(ə.s) yaratmışdır. Onlar Rəbbin ən mükəmməl surətidir. O (s.v.t) onları Öz surətlərində
yaratdı. Onlardan qəsdim Muhəmməd (s), Fatimə, Əli, Həsən və Hüseyndir (ə.s). Allah
(s.v.t) onları ən mükəmməl formada yaratdı. Və onlardır yerdə qalan məxluqatı
yaradanlar. Bəli, Allah hər şeyi və hər kəsi yaratdı. Və O (s.v.t) insanlara yaratmaq
bacarığı verən Kəsdir. Lakin Allah (s.v.t) birbaşa Yaradıcı olaraq sadəcə o pak ruhları
yaratdı, və o pak ruhlar digər ruhları yaratdı, və onlar da digərlərini və bu şəkildə davam
etdi.
İkinci növ ismət olan qazanılmış ismətə gəldikdə isə, 14 məsum istisna olmaqla, bütün
peyğəmbərlər, elçilər, salehlər bu kateqoriyaya aiddir. Yəni onların isməti qazanılmış
ismət idi. Hər bir peyğəmbər və elçi xəta etmişdir, Muhəmməd (s) xaric. O, peyğəmbər
olduğunu bilməzdən əvvəl də heç bir xəta etmədi, bildikdən sonra da. Qazanılmış ismət
o deməkdir ki, şəxs məsum olaraq doğulmamışdır, və o öz-özlüyündən məsum deyil.
Doğrusu o öz səmimiyyəti və Allaha bağlılığı ilə ismətin məlum bir dərəcəsinə çatdı.
Qazanılmış ismət zati ismətdən aşağıdır. Çünki təsvir edildiyi kimi, isməti zati olmayan
şəxs şübhəsiz ki, keçmişdə bəzi xətalar və ya günahlar etmişdir. Bu məsələ Qurani
Kərimin bir çox yerlərində çox aydın şəkildə vurğulanmışdır. Və bunu sübut etmək üçün
bir dənə nümunənin də kifayət olmasına baxmayaraq, gəlin Qurandan bir çox fərqli
nümunələrə baxaq.
Birinci nümunə – Adəm (ə.s).
Adəm (ə.s) bir peyğəmbər idi və o, ilk peyğəmbər idi. Peyğəmbər və məsum olmağına
baxmayaraq o, böyük bir xəta etdi. Çünki o doğuşdan məsum deyildi. Onun isməti
qazanılmış ismət idi. Daha doğrusu o, müəyyən bir zaman dilimində Allaha bağlılığı ilə
məsumluq əldə etdi. Adəmin (ə.s) etdiyi xəta budur ki, hər şeyin Yaradıcısı olan Allah
ona, ağaca yaxınlaşmamasını və ondan yeməməsini əmr etdiyi zaman, Adəm Allahın
birbaşa əmrinə üsyan edərək ağacdan yedi və İblisə (l.ə) tabe oldu. Çünki İblis (l.ə) ona
fısıldadı və dedi ki, “ey Adəm, sənə əbədilik ağacının və heç vaxt səni tərk etməyəcək
hökmranlığın harada olduğunu göstərib deyimmi?” Beləliklə iblis ona bunu bildirdi və
ayənin sonunda da buyurulur ki, Adəm öz Rəbbinə üsyan etdi və bundan sonra Allah
onu əfv etdi. Beləliklə, bəzi peyğəmbərlərin xətalar etməsi ilə bağlı bir ziddiyət yoxdur və
bu aşikardır. Allah onların xətalarını zikr etmişdir. Və bu da nümunələrdən biri idi.
İkinci nümunə – Nuh (ə.s).
Allah Nuha (ə.s) vəd etmişdi ki, bütün salehlər xilas olacaq və onunla birlikdə yer üzünə
varis olacaqlar. Və bu, Allahın Nuha vədi idi və Nuh bu vədə inandı və bu vədi 950 il
müjdələdi. Və Nuh (ə.s), peyğəmbərlərdən biri olmasına baxmayaraq, hətta Ulul-Əzm
ahmedalhasan313.wordpress.com
57
peyğəmbərlərindən biri olmasına baxmayaraq – ki Ulul-Əzm ən böyük mürsəl nəbilərdir
– o, Allahın hökmünə şübhə etdi. O, Allahın hökmünü sorğuladı. O, Allahı, vədini
tamamlamadı deyə günahlandırdı. Necə? Qurani-Kərim buyurur: Bismillahir Rəhmanir
Rəhim, [Nuh Rəbbini çağırıb dedi: 'Ey Rəbbim! Axı
oğlum da mənim ailəmdəndir.
Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin ən hikmətlisisən!' O dedi: 'Ey Nuh!
O, sənin ailəndən deyildir. Doğrusu, bu, pis bir işdir. Elə isə bilmədiyin bir şeyi
Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm'. O
dedi: 'Ey Rəbbim! Bil-mədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni
bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram'.] [Hud: 45-47].
Beləliklə Nuh Allaha yalvarır və deyir ki, əgər məni bağışlamasan, Sənə qarşı etdiyim bu
günahı bağışlamasan, mən ziyana uğrayanlardan olaram. Və bu, Qurandan olan ikinci
nümunə idi ki, peyğəmbərlərin və elçilərin, hətta Nuh (ə.s) kimi Ulul-Əzm
peyğəmbərlərinin də isməti zati ismət deyildi.
Üçüncü nümunə – Musa (ə.s).
O da Ulul-Əzm peyğəmbəri olmasına baxmayaraq, böyük bir xəta etdi. İndi bunun
detayına girməyəcəyəm. Lakin məsələ ona yetişdi və Quranda da keçdiyi kimi o,
Allahdan bir şey istədi və Rəbbinə dedi: [Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi
onunla danışdı. (Musa) dedi: 'Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım'. O dedi:
'Sən məni görə bilməzsən. Lakin dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni
görəcəksən'. Rəbbi dağa göründükdə onu parça-parça et-di. Musa da bayılaraq yerə
sərildi. Özünə gəldikdə isə dedi: 'Sən pak və müqəd-dəssən! Sənə tövbə etdim və mən
iman gətirənlərin birincisiyəm!'] [Əraf: 143].
Dördüncü nümunə – Yusif (ə.s).
Yusif (ə.s) bir çox xəta etmişdir. Qurani-Kərimdə keçən Yusifin xətalarının bəziləri
bunlardır: Yusifin Züleyxa ilə bağlı düşüncələri var idi. Züleyxanın da Yusiflə bağlı
düşüncələri var idi. Əlbəttə bu yalnış hərəkət və əməl idi. Çünki Yusif özü bunu etiraf
etmişdi. Quranda buyurulur ki, [(Qadın) ona meyl etmişdi. Əgər (Yusif) Rəbbinin
dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan
uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımız-dandır.] [Yusif: 24] və Yusif
dedi ki, [Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna
olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhm-
lidir'.] [Yusif: 53]. Yusif başqa bir xəta da etdi. O, birbaşa Yaradandan istəmək əvəzinə,
Allahın yaratdığı bir məxluqdan yardım istədi. Quranda bu belə keçir: [(Yusif) onlardan
qurtulacağını yəqin etdiyi kimsəyə dedi: 'Rəbbinin (Ağanın) yanında məni yada sal!'
Lakin şeytan ona (Yusifi) ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə
Dostları ilə paylaş: |