Ansarullah Production
58
il də qaldı.] [Yusif: 42]. İmam Əhməd əl Həsən (ə.s) bu hadisəyə bir şərh verdi və
buyurdu ki, həqiqətən də Allah, Yusifin zindanda 3 il qalmağını uyğun gördü və təqdir
etdi. Lakin Yusif bu xətasından sonra əlavə 4 il zindanda qaldı.
Beşinci nümunə – Yunus (ə.s).
Zün-Nun (Balıq Sahibi) Yunus. [Zün-Nunu da (yada sal!) Bir zaman o qəzəbli halda
(qövmündən) ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da
zülmətlər içində yalvarıb demişdi: 'Səndən başqa heç bir ilah yoxdur! Sən paksan,
müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!'] [Ənbiya: 87]. Yunusun
hekayəsi məşhurdur. Bu hekayə Tövratda da, İncildə də, Suhuf-i İbrahimdə də keçir. Və
bu, bir çox insandan gizli bir məsələ deyil.
Beləliklə bunlar Qurani-Kərimdən olan, xətalar və ya günahlar etmiş, Allahın elçiləri
haqda 5 nümunədir. Və Əhlibeytin (ə.s) hədisləri bundan daha artığını buyurur. Bu 5
nümunə Adəm, Nuh, Yusif, Musa və Yunus (ə.s) idi. Peyğəmbərlərin və elçilərin
doğuşdan ölənə qədər məsum olduqlarını deyənlərin dəlilinə gəldikdə, onlar deyirlər ki,
bunun dəlili Qurani-Kərimin bu ayəsindədir: [(Məryəm) ona işarə etdi. Onlar dedilər:
'Beşikdə olan körpə ilə necə danışaq?' (Körpə dil açıb) dedi: 'Həqiqətən də, mən
Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi.] [Məryəm: 29-30].
Bəziləri İsanın (ə.s) beşikdə danışması möcüzəsinə işarə edərək deyirlər ki, baxın həm İsa
(ə.s), həm də digər peyğəmbər-lər və elçilər doğulandan ölənə qədər məsumdurlar. Lakin
bu, heç də peyğəmbər-lərin və elçilərin doğuşdan məsum olmalarının dəlili deyil. Çünki
İsanın danışması, anası Məryəmin günahsızlığını təsdiqləmək üçün gələn bir əmr idi. Və
bu, sarayda Yusifin sədaqətinə şahidlik edən körpənin danışmağı ilə eyni mövqedədir.
Və Yusif Züleyxa ilə, günahlandırıldığı qeyri-məşru əlaqə qurmadı. Və orada olan körpə
nə nəbi idi, nə də rəsul. Ona görə də insanlar, İsanın beşikdə danışmasını zati ismətin
dəlili olaraq istifadə edə bilməzlər. Doğrusu o, nümunələrdən bir nümunə idi. Bu, o
xüsusi zaman üçün baş vermiş bir möcüzə idi və bu, zati ismətin dəlili deyildi. Sizə
peyğəmbərlərdən və elçilərdən olan xətaları Qurani-Kərimdən göstərdik. Şübhəsiz ki,
sizdən gizli olan şey daha böyükdür. Aləmlərin Rəbbi olan Allaha həmd olsun…
Əhməd əl Həsən (ə.s) buyurdu ki, bugün mövcud olan Əhməd əl Həsənin bu təkrardakı
(rəcətdəki) isməti qazanılmış ismətdir. Ona necə məsum olmağı öyrədən, onun atası
İmam Muhəmməd ibn əl-Həsən (ə.s)’dır.
Allahın səlatı və salamı Muhəmməd və Al-i Muhəmmədin, İmamların və Mehdilərin
üzərine olsun.
- Əba Sadiq Abdullah Haşim
ahmedalhasan313.wordpress.com
59
Həmçinin İmam Əhməd əl Həsən (ə.s) məsumluq haqqında bir kitabında belə açıqlama
etmişdir:
“Məsumluq, Allah tərəfindən haram edilən şeydən çəkinmək üçün, Allahdan möhkəm
yapışmaqdır və iki yönə sahibdir; quldan bir yön ki, o ixlasdır və Rəbbdən bir yön ki, o
da yardımdır.
Beləliklə, hər insan bu halda öz insani fitrətinə yerləşdirilmiş ismət qabiliyyətinə sahibdir.
Allahın Höccətlərə isə ixlas dərəcələrindən dolayı məsumluqda bənzərsizdirlər. Çünki,
Allaha qarşı olan bu ixlas ilə, onlar elə bir səviyyəyə çatırlar ki, o səviyyədə onların
üzərinə enən yardım, onları Allahın haramlarından qoruyan bir qala kimi olur. Həmçinin,
Höccətlər (ə.s); həqiqəti, qədəri və aqibəti bilən Allahın, onların ismətlərini göstərib,
onlara itaəti əmr etməsi məsələsində də bənzərsizdirlər. Çünki onlar, insanları zəlalətə
götürməzlər və onları hidayətdən də çıxarmazlar.
Bəzi insanların xəyal etdiyi şeyə, yəni məsumun mütləq olaraq (bir şeyi) ehmal edib
unuda bilməyəcəyinə gəldikdə, bu açıqlama rədd edilmişdir. Çünki onların bu sözü
məsumun içində zülmət olmayan nur olduğu mənasına gəlir və bu yalnışdır. Çünki,
içində zülmət olmayan nur Allahdır. Beləliklə, geriyə məsumun nur və bir zülmət qüsur
olduğu qalır ki, bu onun varlığının kimliyidir və onun hərəkəti üzərində bir təsirə
sahibdir. Və onun bu zülmətə sahib olmasından dolayı, təsiri; unutma, ehmalkarlıq və
məxluqa xas olan digər şeylər kimi olacaqdır. Lakin bu ixlaslı qulda (məsumda), bu
şeylərin varlığı, mümkün ola biləcək ən az səviyyədədir və bəlkə də, bəzi hallarda
çətinliklə diqqətə alına bilər. Amma mövcud olaraq qalar və Yuşanın (ə.s) hadisəsində
olduğu kimi, unutmağa səbəb ola bilər.
[(Gənci) dedi: 'Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? (O zaman) mən balığı
unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. O da qəribə bir
şəkildə dənizdə yol tutub getmişdir'.] [Kəhf: 63]
Yuşa (ə.s), Musanın (ə.s) vəsisidir və o, Musanın (ə.s) vəfatından sonra İsrailoğullarını
Müqəddəs Torpağa girməyə yönəltmiş kəsdir...
Əbu Əbdillah (ə.s) buyurur: “Musa, Yuşa ibn Nuna vəsiyyət etdi.” [Kafi: cild 1, s.293,
hədis 761]
Əmmar Səbbati nəql edir: Əbu Əbdillaha (ə.s) dedim: “İmamların mövqeyi nədir?” İmam
(ə.s) buyurdu: “İmamların mövqeyi, Zülqərneynin, Yuşanın və Süleymanın dostu Asəfin
mövqeyi kimidir.” Dedim: “Nə ilə hökm edirsiniz.” İmam (ə.s) buyurdu: “Allahın hökmü
ilə, Davud soyunun hökmü ilə və Muhəmmədin (s) hökmü ilə… Bunları, Ruhul-Qüds
bizə bildirir…” [Kafi: cild 1, s.398, hədis 1037]
Dostları ilə paylaş: |