Ansarullah Production
64
çəkilməzdən əvvəl yazıb buraxdığı elmdən yararlanaraq insanları özlərinə cəlb etdilər və
xaincəsinə bir fitnənin təməlini atdılar.
Həmçinin birinci hədisdə ZİNDANDAN bəhs edilir ki, bu əlamət də İmam Mehdi (ə.s)’a
aid deyildir. Digər hədisdə isə Süfyaninin Mehdidən (ə.s) sonra çıxacağı söylənilir ki, bu
Mehdi Yəmanidən başqası deyildir.
MUSAYA BƏNZƏRLİYİ OLAN YƏMANİDİR
Həsən ibn Məhbub əz-Zərrad nəql edir: İmam Rza (ə.s) mənə dedi: “Həqiqətən də ey
Həsən, elə bir amansız və dəhşətli fitnə baş verəcək ki, bu zaman bütün dost və sirdaşlar
aradan gedəcək. Bu, şiələrin mənim övladlarımdan olan dördüncü şəxsi itirdikləri zaman
baş verəcək. Onun itkisinə yer və göy əhli hüzünlənəcək. Onun itkisinə görə neçə-neçə
mömin və möminələr kədərlənib həsrət çəkəcək, narahat və qəmgin olacaqlar.” Sonra
həzrət başını aşağı saldı və bir qədər sonra başını qaldırıb dedi: “Atam anam qurban olsun
adı babamın adı ilə eyni olan şəxsə. Atam anam qurban olsun mənə və MUSA İBN
İMRANA bənzəyən şəxsə. Onun üzərində nurdan köynəklər vardır. O, qüds işığının
şüası ilə aydınlanıb. Sanki mən insanlar ƏN ÜMİDSİZ olduqları zamanda onu görürəm.
O zaman insanlar bir nida eşidəcəklər. Bu elə bir nida olacaq ki, yaxında olan onu eşitdiyi
kimi uzaqda olan da eşidəcək; möminlərə rəhmət olacaq, kafirlərə isə əzab.” Dedim:
“Atam anam sizə qurban olsun, o nida nədir?” Buyurdu: “Rəcəb ayında eşidiləcək üç
səsdir. Birincisində deyiləcək: “Bilin, Allahın lənəti olsun zalımlara!”. İkincisində:
“Yaxınlaşmalı olan yaxınlaşmışdır, ey möminlər”. Üçüncüsündə isə günəş çıxan zaman
bir əl görəcəklər ki, belə səslənəcək: “Bilin, Allah zalımları məhv etmək üçün filankəsi
göndərmişdir”. Bu zaman möminlərə fərəc və qurtuluş gələcək, Allah onların qəlblərinə
rahatlıq verəcək və qəlblərindəki qəzəbi aradan aparacaq.”
- Dəlailul-İmamə: 245; Muxtəsəru-bəsairud-dərəcat: 214; ər-Rəcət (Astrabadi): 159; Ğeybəti-
Numani: s.196, hədis 28
Humran ibn Əyən nəql edir: Əbu Cəfər Baqir (ə.s)’a dedim: ... “Sizi and verirəm Allah
Rəsulu (s) ilə olan qohumluğunuza, siz bu işin sahibi və qiyam edəcək şəxssiniz?”
Buyurdu: “Xeyr.” Dedim: “Atam anam sizə qurban olsun, bəs o kimdir?” Buyurdu:
“Rəngi qırmızımtıldır, gözləri çuxurludur, qaşları çatmadır, çiyinlərinin arası genişdir,
saçında kəpək vardır, üzündə bir iz (xal) vardır. Allah MUSAYA rəhmət etsin.”
- İsbatul-Huda: 3/538, hədis 494; Biharul-Ənvar: 51/40, hədis 20 və 21; Mucəmul-Əhadis: 3/238,
hədis 764; Ğeybəti-Numani (azəricə): 238, hədis 3
Əbu Cəfər Baqirin (ə.s) belə dediyini eşitdim: “Bu işin Sahibində dörd peyğəmbərin
əlaməti vardır: MUSANIN ƏLAMƏTİ, İsanın əlaməti, Yusifin əlaməti, və Muhəmmədin
(s) əlaməti.” Dedim: “Musanın əlaməti nədir?” Buyurdu: “QORXU İÇİNDƏ OLUB
GÖZDƏ-QULAQDA OLACAQ.” Dedim: “Bəs Muhəmmədin (s) əlaməti nədir?” Buyur-
du: “Qiyam etdiyi zaman Allah Rəsulunun (s) davrandığı kimi davranacaq. Bir fərqlə ki,
ahmedalhasan313.wordpress.com
65
o Muhəmmədin irsini açıqlayacaq və Allah razı qalanadək SƏKKİZ AY QILINCINI
ÇİYNİNDƏN ASIB MƏHV EDƏCƏK…”
- əl İmamətu vət-Təbsirə: 93, h.84; İsbatul-vəsiyyə: 226; Kəmalud-Din: s.152, h.16; s.326, h.6;
s.329, h.11; Dəlailul-İmamə: 291; Təqribul-Məarif: 190; Ğeybəti Tusi: 160, h.57; İlamul-Vəra: 403;
Qeybəti Numani (azəricə): 10cu bab, s.176, h.5
Zürarə rəvayət edir ki, Əba Əbdillah Cəfərin (ə) belə dediyini eşitdim: “QİYAM
ETMƏSİNDƏN ÖNCƏ Qaimin (ə) QEYBƏ ÇƏKİLMƏSİ olacaq.” Dedim: “Nəyə görə?”
Buyurdu: “Çünki QORXACAQ.” Bunu deyib əli ilə qarnına işarə etdi və bununla
öldürülməyi nəzərdə tuturdu.
- Kafi: 1/337, h.5, səh.338, h.9, səh.340, h.18, səh.342, h.29; Kəmalud-Din: 342, h.24, səh.346, h.32,
səh.481, h.7 və 10; Qeybəti-Tusi: 332, hədis 274; Qeybəti-Numani: 192, hədis 21 və 22
Müfəzzəl ibn Ömər nəql edir ki, Əba Əbdillah (ə) buyurdu: “Bu işin sahibinin bir qeybə
çəkilməsi olacaq ki, bu zaman o deyəcək: “Sizdən qorxduğum zaman (sizdən) qaçdım,
sonra Rəbbim mənə hikmət əta etdi, məni Öz ELÇİLƏRİNDƏN etdi.” [Şüəra 21]
- İsbatul-Huda: 3/535, hədis 477; Biharul-Ənvar: 52/157, hədis 19, s.292, hədis 39; Mucəmul-
Əhadis: 5/304, hədis 1735; Qeybəti-Numani (azəricə): s.189, hədis 10 və digər mənbələr.
İSAYA BƏNZƏRLİYİ OLAN YƏMANİDİR
{Onlar (həm də) küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də:
“Həqiqətən, BİZ ALLAHIN ELÇİSİ MƏRYƏM OĞLU İSA MƏSİHİ ÖLDÜRDÜK!”–
dediklərinə görə (lənətə düçar edildilər.) Halbuki onu nə öldürdülər, nə də çarmıxa
çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun
barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir
məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.} [4:156-157]
Əbu Cəfər Baqirin (ə.s) belə dediyini eşitdim: “Bu işin Sahibində 4 peyğəmbərin əlaməti
vardır: “Musanın əlaməti, İsanın əlaməti, Yusifin əlaməti, və Muhəmmədin (s) əlaməti.”
Dedim: “Musanın əlaməti nədir?” Buyurdu: “Qorxu və həmişə gözdə-qulaqda olma.”
Dedim: “İsanın əlaməti nədir?” Buyurdu: “İSA HAQQINDA DEYİLƏNLƏR ONUN
HAQQINDA DA DEYİLƏCƏK.”
- əl İmamətu vət-Təbsirə: 93, h.84; İsbatul-vəsiyyə: 226; Kəmalud-Din: s.152, h.16; s.326, h.6;
s.329, h.11; Dəlailul-İmamə: 291; Təqribul-Məarif: 190; Ğeybəti Tusi: 160, h.57; İlamul-Vəra: 403;
Ğeybəti Numani (azərbaycanca): 10cu bab, s.176, h.5.
Bu hədisdə bizə bir mesaj verilir ki, sanki elə bir hadisə baş verəcək ki, insanlar Qaim
(ə.s)’ın öldürüldüyünə inanacaqlar. Lakin bu onlara belə göstərilmiş olacaq və Qaim (ə.s)
yenidən ortaya çıxdığı zaman insanlar bunu təəccüblə qarşılayacaqlar. Ki başqa
hədislərdə də buna işarə edildiyini görürük. Allahu Alim!
Dostları ilə paylaş: |