Ansarullah Production
66
Əbul Carud nəql edir: Əbu Cəfər (ə.s) mənə dedi: “Ey Əbəl-Carud, əgər dövran dönüb
(elə bir zaman gəlsə) ki, camaat “ölüb ya həlak olub, hansı vadiyə gedib?” desə və onu
axtaran “O NECƏ SAĞ OLA BİLƏR, İNDİYƏ ONUN SÜMÜKLƏRİ ÇÜRÜYƏR!” –
desə, o zaman onu gözləyin. Elə ki eşitdiniz (zühur edib), hətta qar üzərində sürünməklə
də olsa ona tərəf tələsin.”
- Kəmalud-din: 326, hədis 5; İlamul-Vəra: 302; İsbatul-Huda: 3/468, hədis 131; Biharul-Ənvar:
51/136, hədis 1; Ğeybəti-Numani: 161-162, hədis 12
Əba Əbdillah (ə.s)’ın yanında Qaimdən (ə.s) söz düşdü, həzrət buyurdu: “Bilin, o qiyam
etdiyi zaman camaat deyəcək: Bu necə ola bilər? Onun ki, SÜMÜKLƏRİ FİLAN QƏDƏR
İL BUNDAN ƏVVƏL ÇÜRÜMÜŞ OLMALIYDI?!”
- Ğeybəti-Tusi: 59, hədis 56; İsbatul-Huda: 3/499, hədis 276; Biharul-Ənvar: 51/148, hədis 19;
Ğeybəti-Numani: 162, hədis 14 və digər mənbələr.
Bu hədisdə öldüyü və sümüklərinin çürümüş olduğu iddia edilən şəxs də məhz
Yəmanidir. Əvvəla bugün İmam Mehdi (ə.s)’ın öldüyünü və ya basdırıldığını iddia edən
heç kim yoxdur, çünki sümüklərinin çürümüş olduğunu iddia etmək yalnız onun basdı-
rıldığına inanan kəslərin sözləri ola bilər. Odur ki, burada öldürüldüyü iddia ediləcək
şəxs Yəmanidən başqası deyildir. Zira digər hədislərdə İsa (ə.s) barədə deyilənlərin Qaim
(ə.s) barədə də deyiləcəyi bizlərə açıqlanmışdır.
Kəbul-Əhbar dedi: “Qiyam edib yer üzünü başqa cür edəcək Mehdi Əlinin (ə.s)
nəslindəndir. O həmin şəxsdir ki, İsa ibn Məryəm (ə.s) onunla Rum və Çin nəsranilərinə
höccəti tamam edəcək. Həqiqətən Qaim Əlinin (ə.s) nəslindəndir. O insanlar içərisində
yaradılış, əxlaq, GÖRKƏM və HEYBƏT BAXIMINDAN İSA İBN MƏRYƏMƏ ƏN
ÇOX OXŞAYAN şəxsdir. İzzət və cəlal sahibi olan Allah peyğəmbərlərə verdiyini ona da
verəcək və üstəlik bunu bir qədər də artırıb onu daha fəzilətli edəcək. Əlinin (ə.s)
övladlarından olan Qaimin Yusifin qeybəti kimi qeybə çəkilməsi, İSA İBN MƏRYƏMİN
QAYIDIŞI KİMİ BİR QAYIDIŞI olacaq…”
- Biharul-Ənvar: 52/225, hədis 89; İsbatul-Huda: 3/532, h.464; Muntəxəbul-Əsər: 300, h.2;
Qeybəti-Numani (azəricə): səh.152-153, hədis 4 (Tərcüməçinin qeydi: Bəlkə bu hədis yeganə
hədisdir ki, orada İmam Mehdi (ə) İsa ibn Məryəmə bənzədilir. Digər hədislərdə həzrət,
əziz babası həzrət Peyğəmbərə (s) bənzədilir.)
Əmirəl Möminin Əli (ə.s) buyurdu: ... “Ey Yəmanın oğlu, həqiqətən də Peyğəmbər (s)
ağzının mübarək suyunu mənim ağzıma atmış və əlini sinəmə çəkərək demişdir: İlahi, ...
ona Musanın mətanət və dözümlülüyünü əta et, İSAYA BƏNZƏR ŞƏXSİ ONUN
NƏSLİNDƏ QƏRAR VER...”
- Biharul-Ənvar: 28/70, hədis 31; Əvalim: 3/304; Ğeybəti-Numani (azəricə): 148-149, hədis 3
ahmedalhasan313.wordpress.com
67
DƏBBƏTÜL-ƏRZ_YƏMANİDİR_Allah_Rəsulu_belə_buyurdu:_“Qeyb_dövründə_onun_(İmam_Mehdinin_ə.s.)_SÖZÜ'>DƏBBƏTÜL-ƏRZ YƏMANİDİR
Allah Rəsulu belə buyurdu: “Qeyb dövründə onun (İmam Mehdinin ə.s.) SÖZÜ üzərində
sabit olanlar QIRMIZI KÜKÜRDDƏN daha müşərrəfdir.”
- Bəşarətul-İslam: s.18
Rəsulullahın (s) bəhs etdiyi, böyük qeybətdəki söz nədir? İmam Mehdi (ə.s) zühur
etmədiyi halda onun böyük qeybətdəki sözü nə ola bilər? O, necə və haradan gələ bilər?
Şiələrin sayı təxminən 500 milyon olduğu halda Rəsulullah (s) nə üçün onların, nadir bir
kimyəvi birləşmə olan qırmızı kükürddən daha müşərrəf olduğunu deyir? Xeyr! Bu söz
İmam Mehdi (ə.s)’ın öz dili ilə deyəcəyi söz ola bilməz. Əksinə, bu söz məhz onun (ə.s)
göndərmiş olduğu bir Elçinin insanlara çatdırdığı mesajdır ki, hər kim ona tutunarsa,
İmam Mehdi (ə.s) zühur etdiyi zaman onun (ə.s) yanında olar, hər kim ona tutunmazsa,
yolunu itirib sərgərdan qalar. Və bu Elçi Dəbbətül-Ərzdir ki, axırzamanda ortaya çıxacağı
söylənilmişdir.
{O SÖZ onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən bir DƏBBƏ çıxardarıq
ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.} [27:82]
Əbi Əbdillah (ə.s)’dan soruşuldu: “Sənə fəda olum, xüruc nə zaman olacaq?” Buyurdu:
“O (s.v.t) onun üçün insanları bir araya toplamağı dilədiyi zaman.” Sonra belə soruşuldu:
“Bundan əvvəl onun bir əlaməti olacaqmı?” İmam (ə.s) belə buyurdu: “Bəli, bir çox
əlamət. ŞƏRQDƏN DƏBBƏTÜL-ƏRZİN XÜRUC ETMƏSİ də bunlardan biridir.”
- Biharul-Ənvar: 83/62
Gəlin indi baxaq görək Dəbbətül Ərz kimdir:
Əli ibn İbrahim Məhziyar İmam Mehdi (ə.s)’dan soruşdu: “Bu əmr nə vaxt yetişəcək?”
İmam (ə.s) buyurdu: “Filan ildə. O vaxt SƏFA VƏ MƏRVƏ ARASINDAN DƏBBƏTÜL-
ƏRZ ÇIXACAQ VƏ İNSANLARI BİR ARAYA TOPLAYACAQ. MUSANIN ƏSASI və
SÜLEYMANIN ÜZÜYÜ onun yanındadır.”
- Bəşarətul-İslam: s.236
Ziyad ibn Münzir nəql edir: Əbu Cəfər (ə.s) buyurdu: “Qaim zühur etdiyi zaman Allah
Rəsulunun (s) bayrağı, SÜLEYMANIN ÜZÜYÜ, MUSANIN DAŞI VƏ ƏSASI ILƏ
ZÜHUR EDƏCƏK. Sonra öz carçisina əmr edəcək ki, səslənib belə desin: Agah olun, heç
biriniz nə yemək, nə su, nə də (miniyi üçün) ot götürməsin. Əshabı deyəcək: O bizi və
heyvanlarımızı aclıqdan və susuzluqdan öldürmək istəyir. O yola düşəcək və əshabı da
onunla birgə gələcəklər. Dayandıqları ilk yerdə daşa vuracaq və ondan yemək, su və ot
çıxacaq. Bundan sonra onlar yeyəcək, içəcəklər və həmçinin, heyvanları da (yeyəcək).
Nəhayət gəlib Kufənin arxasında Nəcəfə çatacaqlar.”
Ansarullah Production
68
- Bəsairud-dərəcat: 188, hədis 54; Kafi: 1/231, hədis 3; Kəmalud-din: 670, hədis 17; Biharul-Ənvar:
13/185, hədis 20 və digər mənbələr; Ğeybəti-Numani: 264, hədis 28
Abdullah Cərni belə nəql edir: Əmirəl Möminin (ə.s)’ın yanına getdim və o (ə.s) belə
buyurdu: “Bir nəfər mənim yanıma gələnə qədər sənə üç şeyi söylədim?” Mən “Xeyr”
dedim. O (ə.s) buyurdu: “Mən Abdullaham, mən öz haqq və ədaləti ilə DƏBBƏTÜL-
ƏRZƏM. Rəsulullahın (s) qardaşıyam. Sənə Mehdinin burnu və gözləri haqda
demişəm?” Dedim ki, “Xeyr”. O (ə.s) əlini sinəsinə vurub dedi: “MƏN”.
- Biharul-Ənvar: 39/243
Allah Rəsulu (s) Əmirəl möminin (ə.s) haqda belə buyurdu: “O, DƏBBƏTÜL-ƏRZDİR
ki, Allah onun haqda Öz Kitabında belə buyurmuşdur: {O söz onların başlarının üstünü
aldığı zaman onlar üçün yerdən bir DƏBBƏ çıxardarıq ki, onlarla danışıb insanların
ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.}.” Sonra o (s) buyurdu: “AXIRZA-
MANDA Allah səni ən gözəl surətdə ortaya çıxaracaq və səninlə, düşmənləri zəhərləyən
bir zəhər də olacaq.”
- Biharul-Ənvar: 39/243
İmam Əli (ə.s) əlini sinəsinə vuraraq “Mən” dediyi zaman, Mehdi deyə çağırdığı bu
şəxsin, zamanın Höccətinin sağ əli və vəziri olduğunu bildirmək istəyir. Çünki İmam Əli
(ə.s) özü, o zamanın Höccəti olan Rəsulullahın (s) sağ əli və vəziri idi. Həmçinin diqqət
etməli olduğumuz ən önəmli məsələlərdən biri də budur ki, İmam Əli (ə.s) özünün
Dəbbətül-Ərz olduğunu qeyd edir və Mehdinin xüsusiyyətlərini açıqlarkən buyurur ki,
“MƏN”. Deməli bu Mehdi də İmam Əli (ə.s) kimi Dəbbətül-Ərz ləqəbini daşıyır. Bu ləqəb
İmam Əli (ə.s) ilə bu Mehdi arasındakı ortaq ləqəbdir. Həmçinin bizə məlum oldu ki,
Dəbbətül-Ərz İmam Mehdi (ə.s) deyil. Elə isə sözü gedən bu Mehdi kimdir? Bu Mehdi,
Mövlanın zühuruna az qalmış, ondan əvvəl gələcək olan Dəbbətül-Ərzdir. Və Mövla
zühur edənə qədər insanların, üzərində sabit olmaları tələb olunan söz ONUN
SÖZÜDÜR. Bu şəxs bizi İmam Zaman Ağaya dəvət edən Yəmanidir və o, Rəsulullahın
(s) vəsiyyətdə Əhməd deyə zikr etdiyi ilk Mehdidir, və hər kim ondan üz çevirərsə,
cəhənnəm əhlidir. Bütün insanlar, məxsusən də şiələr Dəbbətül-Ərz ilə imtahan
ediləcəklər və çoxu bu imtahandan keçə bilməyəcək. Bu imtahandan keçənlər İmam
Mehdi (ə.s)’ın qiyamından əvvəl bu şəxsin yolunu tutanlar olacaqlar. Və əksəriyyət bu
imtahanı keçə bilməyərək ələnəcəklər. Ona görə də, Rəsulullah (s) bu imtahanı keçənləri
qırmızı kükürdə bənzədir. Və bu şəxs Səfa və Mərvədən, yəni Əli (ə.s) və Fatimə (ə.s)’ın
soyundan gələn Yəmani və ilk Mehdidir.
Əbi Əbdillah Cəfər Sadiq (ə.s) buyurdu: “Beləliklə Qaim rükn və məqam arasında
duracaq, VƏZİRİ də onun yanında olacaq... Və o, Məkkədən çıxacaq, o və onunla birlikdə
olan 300 və bir neçə nəfər, və onlar rükn və məqam arasında ona beyət edəcəklər. Onunla
Dostları ilə paylaş: |