ahmedalhasan313.wordpress.com
69
birlikdə Allah Rəsulunun (s) ƏHDİ və BAYRAĞI vardır. Beləliklə də o, dua edib oranı
tərk edəcək, VƏZİRİ DƏ ONUNLA BİRLİKDƏ OLACAQ.”
- Biharul-Ənvar: 52/222-223
Əmr ibn Sabit nəql edir ki, İmam Baqir (ə.s) buyurdu: “… Sonra Müntəsir rəcət edəcək və
öz düşmənlərini qətlə yetirəcək… Sonra SƏFA qəzəblə qiyam edəcək və bütün
düşmənləri məhv edəcək. Ey Cabir, bilirsənmi Müntəsir və Səfa kimdir? Müntəsir
Hüseyn ibn Əli (ə.s)’dır, SƏFA İSƏ ƏLİ İBN ƏBU TALİB (ə.s)’dır.”
- əl-İxtisas: h.122
İmam Əli (ə.s)’ın ziyarətnaməsində belə deyilir: “Salam olsun sənə, ey peyğəmbərlərin
soyundan olan ALLAHIN SƏFASI.”
Səfanın Mərvəsi kimdir?
İmam Sadiq (ə.s) buyurmuşdur: “MƏRVƏ bir QADINA verilmiş addır.”
Beləliklə, Səfa ilə Mərvədən gələn, yəni Əli (ə.s) və Fatimə (ə.s)’ın soyundan gələn SALEH
QUL, Əhməd əl Həsən (ə.s)’dır.
Əhməd əl Həsən (ə.s) buyurmuşdur: “Qulağı olan hər kəs eşitsin: Bu, Dəbbətül-Ərzdir
ki, insanlarla danışır və bu, gəlməsi nəzərdə tutulan Əli ibn Əbu Talib (ə.s)’dır.”
YƏMANİDƏN ÖNCƏ QALXAN BÜTÜN BAYRAQLAR
TAĞUTDUR
Malik ibn Əyən əl-Cuhəni nəql edib deyir: Əbu Cəfərin (ə.s) belə buyurduğunu eşitdim:
“Qaimin (ə.s) QİYAMINDAN ÖNCƏ qalxan və ya xüruc edən BÜTÜN bayraqların
sahibi TAĞUTDUR.”
– Bihar-ul Ənvar: 25/114, hədis 15; Ğeybət-i Numani: bab 5, hədis 9
Əbi Əbdillah Cəfər Sadiq (ə.s) buyurdu: “Qaimin qiyamından əvvəl qaldırılan HƏR BİR
BAYRAQ SAHİBİ ZALIM HAKİMDİR və Allahdan qeyrisinə ibadət edir.”
- Üsuli-Kafi: 8/295
Əli ibn Huseyn (ə) buyurdu: “Allaha and olsun ki, biz Əhlibeytdən (ə) hər hansı bir şəxs,
Qaimin (ə) QİYAMINDAN ÖNCƏ QİYAM ETMƏZ və hər kim qiyam edərsə, eynilə
yumurtadan vaxtsız çıxıb uşaqların oyun-oyuncağına çevrilən cücəyə bənzəyər."
- Vəsailuş-Şiə: 15/51, hədis 2, “Qaimin (ə) qiyamından əvvəl qılıncla xuruc edənlərin hökmü” babı
Cabir nəql edir: Əbu Cəfər Muhəmməd ibn Əli Baqir (ə.s) buyurdu: “Biz Əhlibeytdən
olan Qaimin xürucu Allah Rəsulunun (s) xürucu kimidir. Qaimin qiyamından əvvəl biz
Əhlibeytdən olan qiyamçıların məsəli isə yuvasından uçmaq istəyən lakin (uça bilməyib)
yerə düşən və uşaqların əlində oyuncağa çevrilən bala quşun mələsi kimidir.”
Ansarullah Production
70
- Biharul-Ənvar: 52/139, hədis 48; Ğeybəti-Numani: s.219-220, hədis 14
Muhəmməd ibn Yəqub, Muhəmməd ibn Yəhyadan, o da Muhəmməd ibn Hüseyndən, o
da Əli ibn Numandan, o da Suveydil-Qəlaidən nəql edir ki, Bəşir adında bir şəxs, İmam
Cəfər Sadiqə (ə.s) dedi: “Mən yuxuda gördüm ki, sizə belə deyirəm: “İtaəti müsəlmanlara
Allah tərəfindən vacib edilən İmam ilə birgə (onun rəhbərliyi altında) OLMADAN cihad
etmək HARAMDIR, necə ki leş, qan və donuz ətinin yeyilməsinin haram olduğu kimi.
Və siz mənə (yuxuda) deyirsiniz ki, BƏLİ elədir.” Həmin şəxs yuxusunu danışıb
qurtarandan sonra İmam Cəfər Sadiq (ə.s) buyurdu: “Sən düz dedin. Bəli elədir, elədir.”
- Vəsailuş-Şiə, 15/45, hədis 1. “Cihadın vacib şərtinin İmamın (ə) əmri və izni ilə olması və adil
olmayan İmam ilə (Allahın Höccəti olmayanla) birlikdə cihad etməyin haram olması” babı
Əba Əbdillah Cəfər ibn Muhəmməd (İmam Sadiq) (ə.s) uzun bir hədisdə belə buyurdu:
“Qaimimizin QİYAMINA QƏDƏR zülmü dəf etmək, yaxud haqqı bərpa etmək üçün biz
Əhlibeytdən HEÇ KƏS qiyam etməyib və ETMƏYƏCƏK. Amma əgər bəla tufanı bizdən
birini yerindən qopartsa və nəticədə qiyam etsə, onun qiyamı bizim və şiələrimizin qəm
qüssəsini artıracaqdır.”
– Mədiynətul-Məaciz (Haşim Bəhrani): 6/142. Səhifeyi Səccadiyyənin müqəddiməsinə istinadən
Ubeyd ibn Zürarə deyir: Muhəmməd ibn Abdullah ibn Həsən qiyam edən il İmam Sadiq
(ə.s) ilə görüşdüm və ona dedim: “Sizə fəda olum, Muhəmməd ibn Abdullah qiyam
etmişdir, onunla birləşsək, ona kömək etsək sözünüz nə olar?” Həzrət (ə) buyurdu:
“SAKİT OLUN! Ta o vaxta qədər ki, göy sakitdir və o vaxta qədər ki, yer sakitdir.”
- Vəsailuş-Şiə: 15/55, Bab 13 “Qaimin (ə) qiyamından əvvəl edilən qiyamların hökmü”
Ömər ibn Hənzələ İmam Cəfər Sadiq (ə.s)’dan belə nəql edir: İmam Cəfər Sadiq (ə.s)’ın
belə buyurduğunu eşitdim: “Qaimin qiyamından öncə beş əlamət var: “Səmadan səsin
gəlməsi, Süfyaninin çıxması və yerin onları udması, nəfsi-zəkiyyənin öldürülməsi,
Yəmaninin çıxması.” İmam (ə.s)’a dedim: “Sənə fəda olum, əgər saydığınız bu beş
əlamətdən ƏVVƏL SEYYİD BİR ŞƏXS QİYAM EDƏRSƏ, BİZ DƏ ONA QOŞULUB
ONA DƏSTƏK OLA BİLƏRİK?” İmam (ə) buyurdu: “XEYR!”
- Fürui-Kafi: cild 8, səhifə 310
Əbdul Məlik ibn Əmr deyir ki, İmam Sadiq (ə.s) mənə belə dedi: “Ey Əbdul Məlik, sənə
nə olub ki, mən səni öz yaşadığın ölkənin (yerin) camaatı ilə birlikdə bu yerlərə cihad
etməyə gedən görmürəm?” Dedim: “Haralara (cihad etmək üçün getməyi) deyirsiniz?”
Dedi: “Cuddə (Səudiyyə Ərəbistanında olan şəhər), Əbadan (İranın Xuzistan vilayətində
olan şəhər), Məssisə (Amudərya və Sırdərya çayları vadisi olan Orta Asiya torpaqları) və
Qəzvin.” Dedim: “Sizin əmrinizin (hökumətinizin) intizarında olduğum üçün və sizə
iqtida etdiyim üçün.” Dedi: “Allaha and olsun ki, doğrudur”, (və bu ayəni tilavət etdi):
{Əgər bu işdə bir xeyr olsaydı, onlar bizdən qabağa keçə bilməzdilər} [46:11].” Dedim:
Dostları ilə paylaş: |