ahmedalhasan313.wordpress.com
71
“Bəs Zeydilər deyirlər ki, Cəfərlə (İmam Sadiq ə.s.) bizim aramızda ziddiyyət yoxdur,
yalnız (bir fərqlə ki) o cihadı vacib görmür.” Dedi: “Mən cihadı vacib görmürəm? Bəli,
Allaha and olsun ki, mən cihadı vacib görürəm, lakin öz elmimi tərk edib onların
cahilliyinin ardınca getməyə nifrət edirəm.”
- Vəsailuş-Şiə: cild 15, bab 12, hədis 19955
Bu hədislərdən məlum olur ki, ilk hədisdəki Qaim (ə.s) 12-ci İmam Muhəmməd Mehdi
(ə.s) deyil, ondan öncə qiyam edən Yəmanidir (ə.s) və o ilk Qaimdir. Aşağıdaki
hədislərdən də məlum olur ki, YƏMANİ və QAİM eyni şəxslərdir. Çünki biz bilirik ki,
bütün İmamlar (ə.s) Qaimdirlər (bu haqda hədis kitablarında bir çox hədis rəvayət
edilmişdir). Və Yəmaninin (ə.s) bayrağı haqq olduğu üçün ondan öncə qalxan bayraqların
HAMISI tağutdur. Çünki əgər buradaki Qaim 12-ci İmam (ə.s) olsaydı, o halda Yəmaninin
(ə.s) bayrağı da tağut sayılacaqdı. Lakin hədisləri bir birinə tutuşdurduqda ilk hədisdə
məhz kimdən söhbət getdiyi aydın olur.
Həmçinin diqqət edilməli bir xüsus da Qaimdən öncəki BÜTÜN bayraqların tağut
olmasından gedir və bəzi İran inqilabı tərəfdarlarının iddiasına görə bu hədis İran inqila-
bında qaldırılmış və bugün də dalğalanmaqda olan İran hökuməti bayrağına aid deyil.
Və onlar bununla hədisin xüsusi deyil, ümumi olduğunu göz ardı etmiş olurlar. Çünki
hədisdə "BÜTÜN" kəliməsi keçməkdədir. Və buna görə də bu hədis ÜMUMİ sayılır.
Hədis xüsusi olsaydı hədisdə "BÜTÜN" kəliməsi yerinə ya "BƏZİ, ƏKSƏR və s." kəlimələr
keçər, ya da heç bir kəlimə keçməzdi. Və o halda hədisi İran inqilabı bayrağına aid etmə-
mək mümkün olardı. Lakin "BÜTÜN" kəliməsi onların bu iddialarını puç etməkdədir.
Əba Əbdillah (ə.s) buyurdu: “YƏMANİ və Süfyani iki yarış atı kimidirlər.”
– Əmali (Şeyx Tusi): 2/275; Biharul-Ənvar: 52/253, h.143; s.275, h.170; Mucəmul-Əhadis: 3/478,
h.1043; Ğeybəti-Numani: 18ci bab, s.345, h.15
Əbu Cəfər Muhəmməd ibn Əli (ə.s) buyurdu: “Süfyani və QAİM bir ildədirlər.”
– Əqdüd-Dürər: 87; İsbatul-Huda: 3/737, hədis 105; Biharul-Ənvar: 52/239, h. 106; Muntəxəbul-
Əsər: 458, h.21; Mucəmul-Əhadis: 3/373, h.803; Ğeybəti-Numani (azəricə): 14cü bab, s.300, h.36
İmam Baqir (ə.s) dedi: “BAYRAQLARIN İÇİNDƏ ƏN DOĞRU YOLDA OLANI
YƏMANİNİN BAYRAĞIDIR. O HİDAYƏT BAYRAĞIDIR. Çünki, o insanları sizin
Sahibinizə tərəf dəvət edəcək. Yəmani xüruc etdiyi zaman camaata və hər bir müsəlmana
silah satmaq haram olacaq. Yəmani xüruc etdiyi zaman ona tərəf tələs. ÇÜNKİ, ONUN
BAYRAĞI ƏN DOĞRU BAYRAQDIR.”
– ər-Rəcət: 157; Mucəmul-Əhadis:3/253, h.783; Ğeybəti-Numani (azəricə): s.286, h.13
Ansarullah Production
72
AXIRZAMANDA QURULACAQ BƏNİ-ABBAS
HÖKUMƏTİ
Əbu Bəkr əl-Xəzrəmi nəql edir: Əbu Cəfər Baqir (ə.s) buyurdu: “BƏNİ-ABBAS mütləq
hakimiyyət edəcək. Elə ki hakimiyyət etdilər, sonra ixtilafa düşdülər və işləri (birlikləri)
parçalandı, Xorasani və Süfyani onlara qarşı qiyam edəcəklər. Bu şərqdən, o isə qərbdən.
İki yarış atı kimi Kufəyə doğru tələsəcəklər. Biri bu yandan, biri o yandan. Nəhayət
onların (Bəni-Abbasın) həlak olmaları onların əli ilə baş verəcək. Bilin, onlar Bəni-
Abbasdan bir nəfəri belə (sağ) saxlamayacaqlar.”
- ər-Rəcət (Əstrabadi): 154; Biharul-Ənvar: 52/234, hədis 100; Mədinətul-Məaciz: 3/89, hədis 748;
Ğeybəti-Numani (azəricə): 289-290, hədis 18
Muhəmməd ibn Samit nəql edir: Əba Əbdillah (ə.s)’a dedim: “Bu işdən öncə bir əlamət
olacaq?” Buyurdu: “Bəli” … “Abbasinin həlakı, Süfyaninin ortaya çıxması, Nəfsi-
zəkiyyənin qətli, Beydada batma və səmadan səs.” Dedim: “Sizə fəda olum, bu işin
uzanmasından qorxummu?” Buyurdu: “Xeyr, həqiqətən də bu (əlamətlər) sapa
düzülmüş muncuq dənələri kimidir ki, biri o birinin ardınca gələcək.”
- Əqdüd-dürər: 49; Burhan (Müttəqi Hindi): 114, hədis 11; Biharul-Ənvar: 52/235, hədis 102;
Mucəmul-Əhadis: 3/450, hədis 1005; Ğeybəti-Numani (azəricə): 293, hədis 21
Yaqub ibn Sərrac nəql edir: Əba Əbdillah (ə.s)’a dedim: “Şiələrinizin fərəci nə vaxtdır?”
Buyurdu: “Abbas övladları ixtilaf etdiyi, hakimiyyətləri zəiflədiyi, daha öncə tamah
salmayanların onlara tamah saldığı, ərəblər başıboş buraxıldıqları, hər caynağı olanın
caynağını qaldırdığı zaman, Süfyani zühur etdiyi, Yəmani gəldiyi və Həsəni hərəkətə
keçdiyi zaman bu işin sahibi Allah Rəsulunun (s) mirası ilə birlikdə Mədinədən çıxıb
Məkkəyə tərəf (hərəkət edəcək).” Dedim: “Allah Rəsulunun (s) mirası nələrdir?”
Buyurdu: “Qılıncı, zirehi, əmmaməsi, əbası, bayrağı, əsası, atı, sursatı və yəhəri.”
- Kafi: 8/224, hədis 285; Biharul-Ənvar: 52/242, hədis 112; Bəşarətul-İslam: 133; Mucəmul-
Əhadis: 3/497, hədis 1068; Ğeybəti-Numani (azəricə): 303, hədis 42
Əbu Sadiq nəql edir: Əmirəl Möminin (ə.s) buyurdu: “Abbas övladlarının hakimiyyəti
asanlıq içərisində olacaq, çətinlikdə deyil. Türk, Deyləm, Sind, Hind, Barbar və
Teyləsanlılar bir yerə yığışsalar belə onları aradan apara bilməyəcəklər. Onlar
hakimiyyətdə olduqları müddətcə daim cah-cəlal və bolluq içərisində olacaqlar. Nəhayət
dostları və bayraqdaşları onlardan üz çevirəcəklər. Allah ciddi
6
bir şəxsi onlara müsəllət
edəcək. O şəxs onların hakimiyyətləri başlayan yerdən (Xorasandan) çıxacaq. Hansı
şəhərə yollansa oranı fəth edəcək, hansı bayraq ona qarşı çıxsa məğlub edəcək, elə bir
6
Əbu Əli deyir: Dilçilər deyirlər: “əl-iləc” kafir deməkdir, “əl-ilc” xilqətcə ciddi olan şəxs demək-
dir.
Dostları ilə paylaş: |