Ansarullah Production
80
İmam Sadiq (ə.s) buyurdu: “Bu elə bir məsələdir ki, SAHİBİNDƏN BAŞQASI ONU
İDDİA ETMƏZ, əks halda Allah (yalnışlıqla) onu iddia edənin ömrünü kəsər.”
- Kafi: 1/373
YƏMANİ YALANÇI OLA BİLƏRMİ
Bismillahir Rəhmanir Rəhim. Həmd olsun Aləmlərin Rəbbi Allaha. Allahın salamı və
rəhməti Muhəmməd və Al-i Muhəmmədin, İmamların və Mehdilərin üzərinə olsun.
{Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü. Onlar dedilər: 'Bizim
məbudlarımız yaxşıdır, yoxsa o?' Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər.
Doğrusu, onlar höcətləşən adamlardır. O, yalnız və yalnız Bizim nemət verdiyimiz və
İsrailoğullarına nümunə etdiyimiz bir quldur. Və biz onu İsrailoğullarına ilahi
qüdrətin bir nümunəsi etdik. İstəsəydik, sizdən yer üzündə hökmran olan mələklər
(bərqərar) edərdik. Həqiqətən o, Saat üçün bir elmdir. Onun haqqında şəkk etməyin
və Mənə tabe olun. Budur, düz yol!} [Zuxruf Surəsi (43):57-61]
Qüreyşlilər və Ərəblər, Muhəmməddən (s) istədikləri cavabla bağlı, sual halında ifadə
edilən xürafələr üzərindən bəhs edərdilər. Və sualları, iddia etdikləri üzrə; bütlərin
ilahlığı ilə Xristianların iddia etdiyi, İsanın (ə.s) ilahlığının qarşılaşdırılma-sı idi. Bu arada,
sual verilən və bütləri ilahlaşdırmağı rədd edən kəs (s) olduğunu və Allahın qullarından
bir qul və yer üzündəki Xəlifələrindən bir Xəlifə olduğunu deyirdi. Bu səbəbdən, Allah
(s.v.t) onları məsxərə edənlər olaraq tanıtdırır. Sualları, sual verilən kəsin belə, etiraf edib
inanmayacağı, bir yalnış və zənn üzərinə inşa edilmişdi. Və bu metod, müşrik öndərlər
tərəfindən; İlahi Dəvətin dəlilləri, onları boyunlarından yaxaladığı zaman; hər dəfə
istifadə edilmişdir. Və beləliklə onlar sual verilən kəs tərəfindən belə qəbul edilməyən və
inanılmayan, sırf ilahi dəvətin ətrafında qarışıqlıq yarada bilmək üçün, xürafələrinə və
zəlalətə dayanmış yalnış suallarına bir cavab tələbində ola bilmək üçün xürafəyə və zənnə
dayanmış bir sual forumu yaradarlar. Bu insanlara cavab da, Quranın açıqladığı kimi
{Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən
adamlardır.}, onların sırf məsxərəçi olduqlarını onlar üçün dəqiqləşdirmək üzrə,
suallarının yalnış ehtimala dayandığını açıqlamaq olacaqdır. Və ona görə də ilahi mətn
buna keçər: {İstəsəydik, sizdən yer üzündə hökmran olan mələklər (bərqərar) edərdik.},
yəni; istəsəydik sizdən mələklər kimi məsum, təmiz və arındırılmış; Allah Təalanı,
Muhəmməddən (s) sonra müvəffəq qılacaq, Muhəmmədin (s) yüksək aləmə çıxışından
sonra da, onu müvəffəq qılacaq və bir-birinin ardınca müvəffəq olacaq olanları, xəlifələr
edərdik. Həmçinin, Allah Təala öncədən İsanı (ə.s) Allahın qulu, yer üzündə Öz xəlifəsi
etdi. Allah, İsa haqqında belə buyurur: {Və biz onu İsrailoğullarına ilahi qüdrətin bir
nümunəsi etdik.}, sonra O (s.v.t) belə buyurur: {İstəsəydik, sizdən yer üzündə hökmran
olan mələklər (bərqərar) edərdik.} və bu, iki ayədə keçən “etmək”, {O (İsa), yalnız və
yalnız Bizim nemət verdiyimiz və İsrailoğullarına nümunə etdiyimiz bir quldur. Və
ahmedalhasan313.wordpress.com
81
biz onu İsrailoğullarına ilahi qüdrətin bir nümunəsi etdik. İstəsəydik, sizdən yer
üzündə hökmran olan mələklər (bərqərar) edərdik.}, mənası; O (s.v.t) İsanı (ə.s)
İsrailoğulları tərəfindən axtarılan və izlənilən bir misal, model və öndər etmişdir. Və
Allah istəsəydi; izləyə biləcəyiniz, öyrənə biləcəyiniz və izlənilən bir nümunə olaraq ala
biləcəyiniz; eynilə Allahın İsanı (ə.s) İsrailoğullarına bir nümunə etdiyi kimi; sizin
aranızdan bu ümmətdə də Xəlifələr edərdi.
Və həqiqət budur ki, o özlərini Quran yorumçusu olaraq çağıranlarla bağlı olaraq,
çaşqınlıq əsla uzaqlaşmır və bunun; {İstəsəydik, sizdən yer üzündə hökmran olan
mələklər (bərqərar) edərdik}; mənasını belə yorumlayırlar: “sizin yerinizə edərdik”!
Mənalar, bu çirkin formada təhrif edilərsə və əlverişsizin əlverişli olması, əlverişlinin isə
əlverişsiz olması məqsədilə kəlimələr tamamilə söhbətin mənasını dəyişdirmək üçün
əlavə edilərsə, o halda söhbətin bir mənası olmazdı. Ağlı başında bir insan, necə olar ki,
“sizdən”in mənasının “sizin yerinizə” olduğunu deyə bilər?! Bu tamamilə bir kəsin
“bəli”nin mənasının “xeyr”, və “xeyr”in mənasının da “bəli” olduğunu deməsi kimidir!
Halbuki, Cinləri vəya İnsanoğlunu, mələklərdən saymağın bir səbəbi vardır ki, bu da
itaətdə və ya daxili saflıq və təmizlikdə, yaxud da mələkutda onlarla yüksəlmədə onlara
bənzər olduqlarıdır. Bu, əsasən Quranda keçmişdir; Allah İblisi mələklərdən saymışdır,
çünki o, itaətsizlik etməzdən əvvəl cənnətdəki yüksəlişinə istinadən, mələklərdən
sayılmışdır: {Bir zaman mələklərə: 'Adəmə səcdə edin!'– demişdik. İblisdən başqa
hamısı səcdə etdi. O, imtina etdi.} [Taha (20):116] {Bir zaman Biz mələklərə: 'Adəmə
səcdə edin!'– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür
göstərdi və kafir oldu.} [Bəqərə (2):34].
Və təqdim edilən ayələrdəki “etmək” ilə, Adəm (ə.s)’ı, Onun ərzində, Allahın ilk Xəlifəsi
“etmək” ilə eynidir: {Sənin Rəbbin mələklərə: 'Mən yer üzündə bir canişin bərqərar
edəcəyəm!'– dedikdə, onlar: 'Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs
tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?'–
söylədilər. O dedi: 'Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!'} [Bəqərə (2):30].
Və Allah Təalanın Davudu (ə.s) yer üzündə Xəlifə etməyi ilə də eynidir: {Ey Davud! Biz
səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin
istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan
azanları Hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.} [Sad
(38):26]. Beləliklə, əgər ayələri nizamlasaq və onları bir-birinin ardınca sıra ilə oxusaq,
Quranın açıq şəkildə Xəlifə təyin etmə məsələsinin Adəm (ə.s) ilə başladığından və
Muhəmməddən (s) sonra davam etmiş olduğundan bəhs etdiyini görürük: {Sənin
Rəbbin mələklərə: 'Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!'– dedikdə… Ey
Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm
ver... O (İsa), yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrailoğullarına nümunə
etdiyimiz bir quldur. Və biz onu İsrailoğullarına ilahi qüdrətin bir nümunəsi etdik.
İstəsəydik, sizdən yer üzündə hökmran olan mələklər (bərqərar) edərdik.}.
Dostları ilə paylaş: |