Ansarullah Production
92
olan, yaxınlarından ayrılan və atası "məvtur" olan şəxs bayraqların sahibidir. O ƏMİSİ
İLƏ KÜNYƏLƏNİB, ADI DA PEYĞƏMBƏRİN ADIDIR.”
24 - ..."Bu işin sahibi qovulub didərgin düşən şəxsdir, atası məvturdur, ƏMİSİNİN (ADI
İLƏ) KÜNYƏLƏNMİŞDİR və yaxınlarından aralı düşəcək şəxsdir. Onun adı PEYĞƏM-
BƏRİN adıdır.
- Dəlailul İmamə: 261; İsbatul-Huda: 3/535, h.478; Biharul-Ənvar: 51/37, h.9-11; Mucəmul-
Əhadis: 3/235, h.762; Ğeybəti-Numani (azəricə): bab 10, s.193-194, hədis 22 və 24
İsa əl-Xəşəb dedi: Mən Hüseyn ibn Əli (ə.s)’a dedim: “Sən bu işin sahibisən?” O (ə.s)
buyurdu: “Xeyr, lakin bu işin sahibi qovulub yurdsuz qalandır, atası məvtur olandır,
ƏMİSİ İLƏ KÜNYƏLƏNMİŞDİR və qılıncı çiynində SƏKKİZ AY daşıyacaqdır.”
- Kəmalud-Din: s.318
Allah Rəsulu (s) buyurdu: “Mənim adım ƏHMƏDDİR, mən Abdullaham və mənim
adım İsraildir.”
- Təfsirul-Əyyaşi: 1/44; Burhan: 1/95; Bihar: 7/178
Əmirəl möminin (ə.s) buyurdu: “O kitabı açacaq və cavabları oxuyacaq. Ey ƏBU ƏL
ABBAS, sən insanların İMAMISAN.”
- İlzamun-Nəsib (Yəzdi əl-Hairi): cild 2
Və bu hədisdə də Qaimin künyəsi Əbu əl Abbas olaraq zikr edilir ki, bu da İmam Mehdi
(ə.s)’ın künyəsi deyildir. Və ƏL ABBAS İmam Əhməd əl Həsən (ə.s)’ın künyəsidir. Zira
onun böyük oğlunun adı Abbasdır. Və tanıyanlar onu (ə.s) Əbu Əl Abbas deyə çağırırlar.
{Bir zaman Məryəm oğlu İsa demişdi: 'Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə
göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək
ƏHMƏD ADLI ELÇİSİ ilə (sizi) müjdələyən bir elçisiyəm!'} [Saff Surəsi: 6]
İmam Əhməd əl Həsən (ə.s) “İmam Mehdi (ə.s) ilə Görüş” xütbəsində belə buyurmuşdur:
“... mən Mehdi (ə.s)'dan Müsəlmanlara, İsa (ə.s)'dan Xristianlara və İlyas (ə.s)'dan
Musəvilərə göndərilmiş bir Elçiyəm.”
Və bu ayə həm Rəsulullah Muhəmməd (s) haqqında, həm də Axırzamanda gələcək olan
Qurtarıcı haqda enmişdir ki, adı Əhməddir.
İsa (ə.s) buyurmuşdur:
[Sizə həqiqəti deyirəm, mənim gedişim sizin xeyrinizədir. Getməsəm, YARDIMÇI sizə
gəlməz. Amma getsəm, onu sizə göndərərəm. O gəlincə dünyanın günah, doğruluq və
gələcək hökm barədəki günahını dünyaya göstərəcək.] [İncil, Yuhanna, 16:5-11]
ahmedalhasan313.wordpress.com
93
ATASI ÖZÜNDƏN ÜSTÜN OLAN MEHDİ
Allah Rəsulu (s) Hüseyn (ə.s)’dan tutub buyurdu: “Ey Səlman! Dünya haqsızlıq və zülmlə
dolduqdan sonra onu haqq və ədalətlə dolduracaq olan, ümmətimin Mehdisi mənim bu
övladımın nəslindəndir. İmam oğlu İmamdır, alim oğlu alimdir, vəsi oğlu vəsidir.
Özündən öncəki atası İmam, vəsi və alimdir.” Səlman dedi: “Ey Allahın Rəsulu, Mehdi
üstündür yoxsa atası?” Buyurdu: “ATASI ONDAN ÜSTÜNDÜR. Onların ilkində
onların hamısının savabı var, çünki Allah onları onun vasitəsilə hidayət etmişdir.”
- Süleym ibn Qeysin kitabı: s.429
Əbi Əbdillah Cəfər Sadiq (ə.s) atalarından nəql edir: Allah Rəsulu (s) buyurdu: “Və O
(Allah) məndən Əlini, Həsəni, Hüseyni və Hüseynin soyundan 12 İmamın geri qalanını
seçdi. Onların (Hüseyn (ə.s)’ın soyundan olan) doqquzuncusu (onların) batinidir, və
(onların) zahiridir, və ONLARIN ƏN YAXŞISIDIR, və o Qaimdir.”
- Ğeybəti-Numani: s.73
Əbi Amir Səid ibn Qəzvandan, o da Əbu Bəsirdən, o da Əbi Əbdillah (ə.s)’dan, o da
atalarından nəql edir ki, Allah Rəsulu (s) belə buyurdu: “Vəsilər Hüseyn (ə.s)’dandır,
onlar Hüseyn (ə.s)’ın övladlarından olan doqquz nəfərdir. Onlar dini mübaliğəçilərin
bidətlərindən, azğınların hiylələrindən və cahillərin təfsirlərindən arındıracaqlar. Onların
doqquzuncusu onların ən zahir olanı və onların natiqidir. O, Qaimdir və o, ONLARIN
ƏN YAXŞISIDIR.”
- İstibsar: s.8-9
Şiə aləmində İmamların (ə.s) fəzilət və üstünlükləri haqda məlumat sahibi olanlar bilirlər
ki, İmam Hüseyn (ə.s)’ın nəslindən olan doqquzuncu İmam, yəni İmam Mehdi (ə.s) digər
səkkiz İmamdan (ə.s) üstün sayılır. Odur ki, bu hədislərə diqqət etdiyimiz zaman ilk hədis
ilə sonrakı iki hədisdə bəhsi keçən Mehdinin əslində bir nəfər olmadığı ortaya çıxır. İlk
hədisdə Mehdinin atasının özündən üstün olduğu bildirilir, digər hədislərdə isə
hamımızın da bildiyi kimi Qaimin özündən əvvəlki səkkiz İmamdan (ə.s) üstün olması
açıqlanır. Odur ki, ilk hədisdə bəhsi keçən Mehdinin atasının heç şübhəsiz İmam
Muhəmməd ibn əl-Həsən əl-Mehdi (ə.s) olduğu inkaredilməz həqiqətdir. Və bu
hədislərdən ortaya çıxan nəticə budur ki, İmam Mehdi (ə.s)’ın oğlu var və o, dünyanı
ədalətlə dolduracaq olan Mehdidir. Və bu Mehdi, vəsiyyət hədisində keçən ilk Mehdidən
başqası deyildir. Və o, Əhməd əl Həsən (ə.s)’dır.
İmam Əli ibn Hüseyn (ə.s) buyurdu: “Sanki SİZİN SAHİBİNİZİ Nəcəfin zirvəsində,
ATASININ ƏNSARLARI ilə birlikdə, Allah Rəsulunun BAYRAĞINI qaldırdığı yerdə
görürəm. O elə bir tayfadan keçməyəcək ki, onu məhv etmiş olmasın.”
- Yəvmul-Xələs li Kəmal’i Süleyman: s.248
Ansarullah Production
94
{Sonra Quzunun Sion Dağında dayandığını gördüm. Onunla birlikdə 144 000 nəfər vardı.
Alınlarında ONUN və ATASININ adları yazılı idi.} [İncil: Vəhy bölümü, 14:1]
İncildən olan bu pasajda keçən Quzu, Əhməd əl Həsən (ə.s)’dır.
ALLAHIN NÜMAYƏNDƏSİNİN OĞLU YƏMANİDİR
1) İlahi, Öz nümayəndənə və NÜMAYƏNDƏNİN OĞLUNA - itaət və haqları vacib
etdiyin, çirkinliklərdən uzaqlaşdırdığın...
- Məfatihul-Cənan: s.1260
2) İlahi, Öz nümayəndən və NÜMAYƏNDƏNİN OĞLUNUN fərəc və zühurunu
tezləşdir, ONLARIN fərəci ilə bizim də işimizə fərəc ver...
- Məfatihul-Cənan: s.1144-1145
İmam Zaman (ə.f) haqqında Məfatihul Cənan kitabında keçən dualara nəzər yetirsəniz,
"nümayəndə" sözünün məhz onun haqda keçdiyini görərsiniz. BƏS BURADAKI
NÜMAYƏNDƏNİN OĞLU KİMDİR???
İkinci duaya fikir versəniz, bu duada bir FƏRƏCDƏN söhbət gedir, və bildiyimiz kimi
fərəcini gözlədiyimiz şəxs İmam Zamandır (ə.s), lakin burada onun oğlunun da fərəc
edəcəyindən danışılır ki, bu şəxs İmam Mehdi (ə.s)’ın OĞLU, Əhlibeytin (ə.s) Yəmanisi,
İlk Mehdi, Əhməd Əl Həsəndir (ə.s).
“Sənin vəsinə (İmam Mehdi ə.s.), və sənin əhdini daşıyanlara və ONUN ÖVLADLA-
RINDAN OLAN İMAMLARA salam olsun...”
- Biharul-Ənvar: 99/114 və 52/20
İmam Cəfər Sadiq (ə.s) buyurdu: “Əgər sizə bir nəfər haqqında bir şey desək, onda deyil,
ONUN OĞLUNDA VƏ YA OĞLUNUN OĞLUNDA çıxarsa İNKAR ETMƏYİN.”
- Biharul-Ənvar: 26/225; Nimətullah Cəzairi: s.435
İmamlardan nəql edilən Sahibəzzaman duasında belə buyurulur: “Allahım, ona və
AİLƏSİNƏ, OĞLUNA, SOYUNA, ümmətinə və bütün rəiyyətinə, onların razı və
məmnun olduqlarını ver.”
- Məfatihul-Cənan: s.616 və ya s.778
İmam Rzanın duasında keçən İmam Mehdinin zühur əsri haqqındakı bəyanatında belə
buyurulur: “Allahım, ona və AİLƏSİNƏ, OĞLUNA, SOYUNA və ümmətinə, və bütün
rəiyyətinə onların razı qalacağı şeyi ver...” Ta ki belə buyurdu: “Allahım, onun dövrünün
hökmdarlarını və ONDAN SONRAKI İMAMLARI mübarək qıl və onları ümidlərinə
çatdır və onların həyatını uzun et və onların zəfərini əziz qıl.”
- Misbahul-Mütəhacid: s.409
Dostları ilə paylaş: |