ahmedalhasan313.wordpress.com
95
FƏRƏC DUASINDA QAİMİN ÖVLADLARI
Siz heç bilirdinizmi ki, Axır Zamanın əməlsiz alimləri İmam Mehdi (ə.s)’dan sonra onun
zürriyyəsindən olan 12 Mehdinin varlığını gizlədirlər? Ən azından 12 Mehdilər barədə
məlumatınızın az olması buna sübutdur. Bəs niyə? Və buna görə də özünü İmamın Vəsisi
sayan və özünü dövrünün yeganə ələmi hesab edən bəzi üləmalar böyük səy hesabına bu
həqiqəti gizlətməyə çalışır ki, öz naib və vəsi və rəhbərlikləri haqda yalanlarını asanlıqla
camaatın beyinlərinə yedirə bilsinlər və insanları hakimiyyətullah inancından
uzaqlaşdırsınlar. Əks halda insanlar heç vaxt seçkilər və səsvermə ilə rəhbərlərin
seçilməsinə razı olmaz və beləliklə axırzaman alimlərinin də iç üzü açılmış olardı.
Və siz heç bilirsinizmi ki, hər gün oxuduğunuz “fərəc” duasını sizə dəyişdirilmiş və
natamam olaraq təlim ediblər?! Çünki duanın bitdi dediyiniz hissəsindən sonrakı ilk
cümlə 12 İmamdan sonrakı 12 Mehdiyə işarə edir!!
İndi isə buyurun DÜZGÜN “FƏRƏC” DUASINA nəzər salın!
“Allahummə kun li-vəliyyik’əl-qaim bi əmrikə Muhəmməd ibn əl-Həsən əl-Mehdi əleyhi
və əla əbâih, əfzəlus-salatu vəssəlam, fî hazîh’is-sâəti və fî kulli sâətin, vəliyyən və hafizən
və qaidən və nâsirən və dəlîlən və muəyyida; hətta tuskinəhû ərzakə tav’an və tuməttiəhû
fîhâ tulân və ərza, və təc’aləhu və zurriyətəhu minəl əimmətil varisin.”
Tərcüməsi:
“Allahım! Qaim olan vəlin Muhəmməd ibn əl-Həsənil Mehdinin, səlat və salam onun və
atalarının üzərinə olsun, (insanların) təslimiyyətiylə birlikdə yer üzünə yerləşdirib
(hakim qılıb) uzun zaman orada faydalandırana qədər, indi və hər zaman dostu,
qoruyucusu, rəhbəri, yardımcısı, yol göstərəni və qüvvətləndiricisi ol və ONU VƏ
ÖVLADLARINI VARİS İMAMLARDAN ET.”
- Biharul Ənvar: 94/349; Əqbəl Seyyid ibn Tavus: səhifə 86
http://shiaonlinelibrary.com/…/%D8%A7%D9%84%D8%B5%D9%81%D8%…
Beləliklə, çoxumuzun bildiyi və hər gün oxuduğu fərəc duası belə Mehdilərə işarət etdiyi
halda bunu insanlardan gizlədən alimlərə təqlid edənlər bir daha tutduqları yolu gözdən
keçirsinlər.
YEDDİNCİDƏN OLAN BEŞİNCİ YƏMANİDİR
Allah Rəsulu (s) buyurdu: "Ya Əli, sən məndənsən, mən də səndənəm. Sən mənim
qardaşım və vəzirimsən. Mən vəfat etsəm, insanların qəlbində sənə qarşı olan nifrətləri
ortaya çıxacaq. Və məndən sonra səssiz məşəqqətli bir fitnə olacaq ki, hər "vəliyah" və
"bitana" (o fitnəyə) düşəcək. Bu, Şiələrinin, SƏNİN OĞULLARINDAN OLAN
YEDDİNCİNİN BEŞİNCİSİNİ İTİRDİKLƏRİ zaman olacaq. Göy və yer əhli bu itkiyə
Ansarullah Production
96
hüzünlənəcək. Onu itirdikləri zaman nə qədər mömin və möminələr kədər içində,
nigaran və çaşqınlıqda olacaqlar."
- Biharul-Ənvar: 26/350; Qeybəti-Məram: 1/212
Abdurrahman ibn Əbu Leyla nəql edir ki, İmam Əli (ə) buyurdu: Mən, Ümmü Sələmənin
evində, Peyğəmbərin (s) yanında idim... ta ki Allah Rəsulu (s) bizə tərəf döndü və səsini
ucaldaraq dedi: “ÖVLADLARIMDAN YEDDİNCİNİN BEŞİNCİSİNİ İTİRSƏNİZ
diqqətli olun.” Mən dedim: “Ey Allahın Nəbisi, bu qeybət nədir?” O (s) buyurdu:
“SƏSSİZLİK, ta ki Allah ona XÜRUC etmək izni verənə qədər.”
- Biharul-Ənvar: 36/333; İsbatul-Huda: 1/589; Mucəmul-Əhadis (Şeyx Korani): səh.65
Əli ibn Cəfər nəql edir ki, qardaşı Musa ibn Cəfər (ə.s) buyurdu: “Elə ki, YEDDİNCİDƏN
OLAN BEŞİNCİ ÖVLAD GÖZDƏN İTDİ, amandır, aman, dininizdən ehtiyatlı olun.
Məbadə sizi ondan uzaqlaşdıralar! Həqiqətən də bu işin sahibinin elə bir QEYBƏ
ÇƏKİLMƏSİ olacaq ki, həmin vaxt DAHA ÖNCƏLƏR BU İŞƏ ETİQAD EDƏN
ŞƏXSLƏR etiqadlarından DÖNƏCƏKLƏR. Bu, Allah tərəfindən bir imtahandır ki,
onunla bəndələrini imtahan edəcək. Əgər atalarınız və babalarınız bundan daha doğru
və daha səhih bir din tanısaydılar, şübhəsiz ki, onun ardınca gedərdilər." Deyir, dedim:
"Ey ağam, yeddincidən olan beşinci övlad kimdir?" Buyurdu: "Ey oğlum, SİZİN
AĞILLARINIZ ONU DƏRK ETMƏZ, düşüncələriniz onu daşımaqdan aciz olar. Lakin
ƏGƏR YAŞASANIZ, onu görəcəksiniz."
- Kafi: 1/336; Hidayətul-Kübra: 361; Kəmalud-Din: 359, h.1; Qeybəti-Numani (aze): s.161, h. 11
Bu hədislərdə keçən Rəsulullahın (s) övladlarından YEDDİNCİNİN BEŞİNCİSİ İmam
Mehdi (ə.s) deyildir. Çünki İmamların sayının 12 olduğunu hamımız bilirik. Və İmam Əli
(ə.s)’ın da Rəsulullahın (ə.s) övladı olmadığı da məlum məsələdir. Halbuki hədisdə İmam
Əli (ə.s) xaric 12 nəfərdən (7+5) bəhs edilir. Və bu halda 11ci övlad İmam Mehdi (ə.s)’dır.
Və burada 12ci şəxsin kimliyi tarix boyu gizli qalmış və nəhayət bu işin sahibinin özü
tərəfindən açıqlanmışdır. Beləliklə, 11ci övlad, İmam Muhəmməd ibn əl-Həsən (ə.s)dır.
Və 12ci övlad bugünə qədər hamı üçün bir sirr olaraq gizli qalmış və ağıllarımızın bu
zamana qədər dərk etmədiyi kəsdir ki, özü gələrək bu sirr pərdəsini araladı və beləliklə
də hədislərdəki qarışıqlıqlar aradan qalxdı. Və bu şəxs, İmam Muhəmməd Mehdi (ə.s)ın
oğlu Əhməd əl Həsən (ə.s)dır. Və bu hədislərdə keçən qeybət də onun qeybətidir ki, artıq
baş vermişdir.
ON BİRİNCİNİN [İMAM MEHDİNİN (Ə.S)] ÖVLADI
Əsbağ ibn Nubatə’dən: Bir gün Mö’minlərin Əmirinin (ə.s) yanına getdim və gördüm ki,
həzrət fikirli şəkildə yeri eşir. Dedim: “Ey Əmirəl Mö’minin! Yeri eşirsiniz. Ona bir
meylinizmi var?” Buyurdu ki: “Xeyr, Allah’a and olsun, nə ona nə də dünyaya bir an belə
meyl etməmişəm. Lakin mən, mənim nəslimdən dünyaya gələcək ON BİRİNCİDƏN
Dostları ilə paylaş: |