Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə105/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   101   102   103   104   105   106   107   108   ...   118

U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 331 –  
Şərqin  idealı  –  insanın 
kamilləşməsi,  Qərbin  idealı 
–  cəmiyyətin  təkmilləşdiril-
məsidir.  
Ə
bu Turxan 
İnsan nə üçün dua edərkən üzünü yerə yox, göyə tutur? Axı, Al-
lahı  göydə  axtarmaq  elə  yerdə  axtarmaq  qədər  sadəlövh  bir  təsəvvür-
dür. Bəlkə belə məqamlarda insan öz mənəvi dünyasına müraciət etsə 
daha  məntiqli  olar?  Axı  mənəvi  dünyanın  da  öz  səması,  özünün  əl-
çatmaz göyləri vardır.  
Yaxud göyün bəlkə başqa, məcazi bir mənası da vardır? Şərq və 
Qərb  simvolikalarına  görə  göy  və  yerin  sətiraltı  mənası  nədən  ibarət-
dir? Qədim türklərin Göy tanrıçılığı ilə 
mavi rəngin rəmziləşdirilməsi arasında 
nə kimi əlaqə vardır? Göy sadəcə hən-
dəsi  məkan,  yaxud  uzaqlara  bir  işarə-
dirmi, yoxsa nə isə daha dərin bir mə-
nanı ifadə edir? Göy bəlkə elə mənə-
vi  dünyanın  ifadəsidir?  Bütün  elmi 
nailiyyətlərə  baxmayaraq,  hələ  də  bir  sirr  olaraq  qalan,  «qapısı  bağlı 
olan göylər» (S.Vurğun) elə məhz mənəvi dünya, ruh aləmi deyilmi?  
İnsan kosmosda, göyün ənginliyində nə axtarır? Doğrudanmı in-
sanın  əsas  məqsədi  göylərə  qalxmaq,  uzaq  planetlərin  və  ulduzların 
sirrini öyrənməkdir? Yoxsa, uzaqlara gedən yol fırlanıb insanın özünə 
qayıdır?  
İnsan üçün öz cismini öyrənmək kainatın quruluşunu bilməkdən 
daha maraqlı olmalı deyilmi? Yoxsa insan üçün bədən sadəcə təbiətin 
bir  hissəsi  və  təbiət  qanunlarının  daşıyıcısı  olmaqla  maraq  kəsb  edir? 
Bəs  o  öz  iç  dünyasına  öz  bədəni  vasitəsilə  deyil,  hansı  yolla  daxil 
olmalıdır? 
Bəlkə  İ.Götenin  dediyi  kimi,  insan  özünü  doğrudan  da  ancaq 
dünyanı dərk etdiyi dərəcədə dərk edə bilər? 
Min  illərin  fəlsəfi  düşüncələri,  nəhayət,  belə  bir  qənaətə  gətirir 
ki,  insanın  hissi  dünyadan  uzaqlaşaraq  öz  iç  aləminə  çəkilməsi  də, 
onun dünyaya yaxınlaşmaq, bu dünyanın ahəngini, qanunauyğunluqla-
rını  daha  dərindən  öyrənmək  təcrübəsi  də  –  fərqli  istiqamətdə  gedən 
proseslər  olsa  da,  əslində  eyni  məqsədə  xidmət  edir.  Fikir  məkanı  da 
həndəsi məkan kimi əyilir və dövrə qapananda özündən ayrılmış insan 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 332 – 
 
Gəlin  istədiyimiz  kimi  dü-
şünək  və  düşündüyümüz  ki-
mi yaşayaq. 
Reyhani 
yenidən özünə qayıdır.  
İnsan dünyanı öyrəndikcə, yaşadığı hissi dünyanın dərinliklərinə 
nüfuz etdikcə özündən uzaqlaşmır, başqa bir yolla yenə özünə qayıdır. 
İnsanı özünə qaytarmalı olan yollardan biri daxili aləmdən, digəri təbi-
ətdən, xarici aləmdən keçir. Özünü öyrənmək istəyən insanın qarşısın-
da bu dünyaya  yaxınlışmaq,  yoxsa  əksinə, ondan uzaqlaşmaq alterna-
tivi vardır? Bu yolların hansı daha optimaldır? 
Artıq  neçə  əsrdir  ki,  insan  onu  əhatə  edən  aləm  haqqında,  hissi 
dünya haqqında məqsədyönlü şəkildə biliklər  əldə edir və dünyanı öz 
maraq dairəsinə uyğun surətdə dəyişdirməyə çalışır. Bu, Qərb təfəkkü-
rünün «anlamadığın şeyə sahib ola bilməzsən» (İ.Göte) prinsipinə uy-
ğun olan bir seçimdir.  İ.Göte bu məqamda məhz bir qərbli kimi fikir 
yürüdür.  Bir  şərqli  isə  «ürəyimə 
yatmayan  mənim  deyil»,  –  deyər-
di, anlamağı yox, duymağı, sevməyi 
önə  çəkərdi.  Şərqliyə  görə,  dünya-
nın  dərki  və  əməli  surətdə  dəyişdi-
rilməsi insan üçün kənar bir hadisə-
dir  və  onu  özündən  uzaqlaşdırır.  Özünə  yaxınlaşmaq,  özünü  tapmaq 
üçün  insan  hər  cür  təcrübi  və  rasional  biliyin  təsirindən  xilas  olaraq, 
ancaq  qəlbinin  səsini  dinləməlidir.  Çünki  insan  qəlbi  sanki  dünyanın 
kiçik modelidir. Aida İmanquliyeva da diqqəti bu məsələyə yönəldərək 
fikrini  əsaslandırmaq  üçün  Emersona  müraciət  edir:  «İnsan  kainatın 
mənəvi  mərkəzidir,  təbiətin,  tarixin  və  son  nəticədə  kainatın  özünün 
sirlərinin cavabı onda saxlanılır».
1
  
Lakin  Qərbin  digər  böyük  romantik  şairi  U.Uitmenin  xəyal  hü-
dudları  kosmosda,  sonsuzluqda,  əbədiyyətdə  deyil,  yeni  yaranmış 
möhtəşəm  Amerika  dövlətinin  sərhədləri  çərçivəsində  idi.  Düzdür, 
Uitmenin təsəvvüründə Amerika özü bir sonsuzluq idi və gənc demo-
kratik  Amerika  dövlətinin  insanlara  verdiyi  azadlığın  da  hüdudu  yox 
idi. Amma hər halda söhbət konkret bir ölkədən və onun nə vaxtsa bü-
tün yer kürəsini əhatə etməli olan qüdrətindən gedir.  
                                                 
1
 Bax: A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 130. 


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 333 –  
Yandırmasa idi, atəşi da-
ha  parlaq  nur  zənn  edərdi-
lər.  
Ə
bu Turxan 
Şair sanki əsr  yarım sonra gündəmə gələcək kürəsəlləşməni ha-
mıdan öncə xəbər verərək Amerikanın timsalında bütöv bir dünya ob-
razı  yaradır. Müasir amerikan ideoloqu S.Hantinqton sanki şairin ide-
allarının  gerçəkləşməsini  təsdiq  edərək  yazır:  “Amerika  dünyaya  çev-
rilir. Dünya Amerikaya çevrilir. Amerika yenə də Amerikadır: Kosmo-
politik? İmperialist? Millətçi? Bax bu məsələdə amerikanların necə se-
çim  edəcəyi  həm  millətin  taleyini,  həm  də  bütün  dünyanın  taleyini 
müəyyənləşdirəcəkdir.”
1
 
Əslində  bu  gün  ABŞ-ın  super-
dövlətə çevrilməsi təkcə siyasətçilərin, 
iqtisadi  inkişafın,  elmi-texniki  tə-
rəqqinin  deyil,  həm  də  insan  azadlı-
ğını, onun böyük daxili mənəvi po-
tensialını  tərənnüm  edən  romantik  poeziyanın  sayəsində  mümkün 
olmuşdur.   
Uitmen də azad Amerika torpağında yeni dünya qurmaq üçün in-
sanı öz içərisindəki ucsuz-bucaqsız daxili gücü işə salmağa çağırırdı: 
 
Ey mənimlə mürgü vuran okeanlar, 
Mən daha yatmayacağam, mən oyanmaq istəyirəm.  
Mən indi sizin nəhayətsizliyinizi necə də gözəl duyuram, 
Burada, dərinliklərdə indiyədək misli görünməmiş  
 
böyük dalğalar və fırtınalar yetişir.
 2
  
 
Lakin  bu  nəhayətsizlik,  böyük  dalğalar,  fırtınalar  əslində  yalnız 
bir gücü simvolizə edir. Bu, insanın daxili aləmindən qaynaqlanan mə-
nəvi gücdür. Bu kontekstdə qaranlıqların öz bətnində saxladığı böyük 
güc potensialı da yada düşür ki, son nəticədə bu güc işığın doguluşu ilə 
özünü büruzə verir.  
İlk baxışda digər romantik şairlərə nisbətən Uitmen xeyli dərəcə-
də realistdir. Belə ki, o, uzaq keçmişlərdən və ya əlçatmaz gələcəkdən, 
                                                 
1
 С.Хантингтон.  Кто  мы?:  Вызовы  американской  национальной  идентич-
ности. Пер. с англ. А.Башкирова. – М.: АСТ, 2004, стр. 572.    
2
 У.Уитмен.  Рожденный  на  Поманоке  //  Г.У.Лонгфелло.  Уолт  Уитмен. 
Стихотворения и поэмы, səh. 320. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə