Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə101/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   97   98   99   100   101   102   103   104   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 316 – 
 
Sanki bütün dünya dediklərinizi eşidən bir qulaqmış kimi danışın. 
Əslində bu həqiqətən də belədir. 
Bütün  etdikləriniz  sonda  sizə  dönəcəkmiş  kimi  çalışın.  Əslində 
bu həqiqətən də belədir. 
Sanki  özünüzə  arzu  edirmiş  kimi  xahiş  edin.  Əslində  bu 
həqiqətən də belədir. 
Sanki  Tanrınız  sizin  həyatınıza  möhtacmış  kimi  həyatınızı  yaşa-
yın. Əslində bu həqiqətən də belədir. 
− Nə vaxta qədər özünü bizdən gizlədəcək və bizi narahat qoya-
caqsan? Sən bizimlə daha əvvəl heç bir insanın və kitabın danışmadığı 
bir dillə danışırsan, – dedi Himbal. 
− Özünü bizə tanıt ki, biz də səni hansı qulaqla dinləməliyik, bi-
lək.  Əgər  sən,  gözlədiyimiz  doqquzuncu  yoldaşsansa,  bizə  bir  dəlil 
göstər ki, inanaq, – dedi Bennun. 
− Bir çox qulağınızın olduğunu etiraf etdiyin üçün sənə əhsənlər 
olsun, Bennun! Məhz buna görə də dinləyə bilmirsiniz. Əgər tək qula-
ğınız olsaydı və eşitdiyinizi anlaya bilsəydiniz, heç bir dəlilə ehtiyacı-
nız olmazdı. 
−  Gözlənilən  doqquzuncu  yoldaş  ənənələrimizə  görə  dünyanı 
mühakimə  etmək  üçün  gələcək.  Biz  gəmi  yoldaşları  mühakimə  etmə 
kürsüsündə  onunla  bərabər  oturacağıq.  Bu  cəza  günü  üçün  indidən 
hazırlıqlara başlayaqmı? 
 
 


Mixail Nüaymə 
 
 
 
 
– 317 –  
 
 
 
“Gözlərin pıçıltısı”
  
kitabından 
 
 
Ey dəniz 
 
Yorulmadınmı, bir irəli çalxanırsan, bir geri,  
nə istəyirsən? 
Hara gedirsən duracaq bilmədən? 
Sanki sən də mənim kimi 
iki könüllüsən; kölə və azad. 
Biri qaçmaq istəyir o birindən, 
amma qaçmaq imkansız! 
Söylə, ey dəniz! 
Səndə həm xoş,  
həm bəd niyyətmi var? 
 
Sükunətində güvənmi var, 
dalğalarında ürkəklikmi? 
Qabarman asan, çəkilişin çətin, 
Alçalışın zillət, yüksəlişin qürurmu? 
Səssizliyində hüzün, coşqunda müjdəmi var? 
 
Söylə, ey dəniz, 
Səndə həm xoş,  
həm bəd niyyətmi var? 
 
Durdum, gecə zil-qara, 
dəniz bir irəli, bir geri, 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 318 – 
 
nə dəniz cavab verdi mənə, 
nə torpaq. 
Gecə ağarmağa başlayanda, 
və dan yeri söküləndə, 
bir çay zümzüməsi gəldi qulağıma: 
kainat bükülmə və açılmadır 
insanlar içində yaxşılar da var, pislər də 
dənizdə də qabarma və çəkilmə var!  
 
 
Qovğa 
 
Qəlbimə bir şeytan girdi 
və bir mələk gördü orada. 
Göz açıb qapayıncayadək 
bir qovğa başladı aralarında. 
İkisi də bu ev mənimdir deyir. 
Mən onlara şahidlik edirəm 
və hərəkətə gəlirəm 
Tanrımdan soraraq. 
Kainatda başqa Tanrı varmı? 
Onunmu əli yaratdı qəlbimi, 
yoxsa Sənin əlinmi? 
Bu günədək özümü  
şübhə və çaşqınlıq içində gördüm 
qəlbimdəki məlunmu, 
yoxsa bir mələkmi, bilmirəm.  
 
 
İnsanları görəndə 
 
 
İnsanları görəndə, 


Mixail Nüaymə 
 
 
 
 
– 319 –  
Bir atəş yandırmışdılar 
Cəhaləti yaxmaq üçün. 
Bir taxt, bir heykəl qurmuşdular, 
Sitayişçün biliyə.  
İnancımı qoydum ovcuma, 
Dedim: budur, mənim biliyim, 
Yüksəldin onu! 
 
Axmaq ağlımı atəşə çəkdim, 
Dedim: budur mənim cəhalətim, 
Yox edin onu! 
 
Ağlımı taxtlarına oturtdular, 
İnancımı yaxdılar, heç acımadan. 
 
İnsanları görəndə  
Bir çarmıx tikdilər 
Gərmək üçün yalanı. 
Bir tac qoydular, 
Hökmdar etmək üçün həqiqəti. 
 
İçimdə nə varsa qoydum ortaya. 
Dedim: budur mənim yalanım, 
Mismarlayın onu! 
 
Sevinclə göstərdim qəlbimi, 
Dedim: budur mənim həqiqətim, 
Tac qoyun başına. 
 
Qəlbimi mismarladılar! 
Mənliyimi tanrılaşdırdılar! 
 
 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 320 – 
 
 
 
Yaxşılıq və pislik 
 
 
Qəribədir,  
Yuxumda eşitdim 
Bir mələyin bir şeytana səsləndiyini: 
 
Bəli, bəli əziz qardaşım. 
Sənin cənnətin var ola bilərdimi mənim cəhənnəmim olmasaydı? 
Biz ekizik, bizdə eyni deyilmi 
əbədilik və yox olmağın sirri, 
ikimiz də eyni cövhərdən yaradılmadıqmı? 
Hamı qardaşını unutsa da sən unudarsanmı? 
Başını aşağı əydi nurun oğlu, 
Keçmiş xatirələrini düşünərək, 
Gözləri yaşla doldu əyilərkən, 
Atəşin oğluna sarılıb əhf diləyəndə. 
Bəli, bəli əziz qardaşım, 
Sənin atəşindən yarandı mənim cənnətim. 
İkisi də uçdu yanaşı, 
Daldılar sis pərdəsinin arxasına. 
 
 
 
 
 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə