Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə100/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   96   97   98   99   100   101   102   103   ...   118

Mixail Nüaymə 
 
 
 
 
– 313 –  
−  Əslində  sən  bizə  köstəbək  deyərək  bizə  lağ  edirsən.  Bizdə  nə 
gördün  ki,  bizə  bu  sifəti  layiq  görürsən?  Nuhun  atəşini  söndürməyən 
biz  deyilikmi?  Bu  mağaranı  ki,  daha  əvvəllər  bir  ovuc  dilənçinin  sı-
ğındığı mağaradan başqa bir şey deyildi − hər hansı bir kralın sara-
yından daha zəngin bir saray halına gətirən biz deyilikmi? Sərhədləri-
ni genişlədən biz deyilikmi? Burada nəhəng və geniş torpaqlara sahib 
bir  krallıq  meydana  gətirən  biz  deyilikmi?  Əgər  biz  köstəbəksək,  heç 
olmasa qazmağı yaxşı bilirik. 
−  Doğrudur,  Nuhun  atəşinin  bu  günə  qədər  yanması  lazim  idi! 
Lakin  sadəcə  Minbərin  üzərində.  Qəlbləriniz  yanacaq,  siz  də  Minbər 
olmadığınız müddətcə onun sizə nə faydası ola bilər? 
Bəli, gəmi bu gün qızıl və gümüş ilə zənginləşmişdir. Lakin o bu 
ağırlığına  görə  inləyir,  bağırsaqları  sarsılır  və  hardasa  batmaq  üzrə-
dir. Halbuki, ana gəmi sadəcə həyat yüklü idi, özünə faydası olmayan 
yükləri daşımazdı. Buna görə də böyük dənizlər ona zərər verə bilmədi. 
Dostlarım, daşınmağında xeyir olmayan yüklərdən çəkinin! Ulu-
hiyyətinə  tam  mənada  inanmış  insan  üçün  heç  bir  ağırlığın  hər  hansı 
bir faydası yoxdur. Çünki o, hər hansı bir yük daşımadan bütün dünya-
nı onsuzda zatında daşıyır. 
Mən sizə deyirəm ki, qızılınızı və gümüşünüzü dənizə atıb canını-
zı onlardan qurtarmalısınız, onlar sizi dənizin dibinə batırar. Çünki in-
san malının köləsidir. Əgər kölə olmaq istəmirsənizsə, əlinizdəkini sər-
bəst buraxın ki, başqası da sizi sərbəst buraxsın. 
Heç nəyə dəyər yükləməyin! Ən kiçik bir şeyə belə dəyər  yüklə-
məyə gücünüz çatmaz. Bu gün siz bir dilim çörəyə dəyər yükləyirsiniz. 
Madam elədir, niyə görə günəşə, havaya, dənizə, aya, insan tərinə və 
insanın çörəyi bişirən zəkasına dəyər yükləmirsiniz? 
Heç bir şeyə dəyər yükləməyin ki, sizin həyatınıza da dəyər yük-
ləməsinlər.  İnsana  görə,  öz  həyatının  bahalı  saydığı  şeylər  qədər  də-
yəri yoxdur. Həyatınızı qızıl kimi ucuz tutmaqdan çəkinin! 
Gəmi  ilə  aranızdakı  məsafəni  çox  uzaqlaşdırdınız.  Yer  üzünün 
sərhədlərini öz sərhədləriniz etsəniz belə, yenə də həbsxana  yalnızlığı 
çəkəcəksiniz. Lakin Mirdad sizdən ucsuz-bucaqsız olanı əhatə etmənizi 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 314 – 
 
istəyir. 
Şübhə yoxdur ki, dəniz, yer üzünü əhatə edən bir su damlasıdır. 
Lakin bütün yer üzünü əhatə edən bir damla! Dəniz harda, insan har-
da! Sahili olmayan o okean! Amandır, dənizlə insanı müqayisə edəcək 
dərəcədə axmaq olmayın və sərhədlərini də çəkdik deməyin! 
Ebimarın dediyi kimi qazma işini yaxşı etmiş ola bilərsiz. Eynən 
qaranlıqda  davamlı  olaraq  çalışan  köstəbəklərin  etdiyi  kimi.  Lakin 
unutmayın ki, köstəbəklər nə qədər çox yuva və yol düzəltsələr, günəş-
dən o qədər uzaqlaşmış olacaqlar. 
Mən  sizin  tunellərinizi  yaxşı  bilirəm,  Ebimar.  Siz  sənin  sözünə 
görə, görüntüdə dünya zövqlərindən, təcrübələrindən yoxsun və Tanrı-
ya sarılmış bir ovuc insansınız. Sizi dünyaya bağlayan yolların nə qə-
dər  ziqzaqlı  və  nə  qədər  qaranlıq  olduğunu  bilirsiz?  Həm  də  o  qədər 
çox  ki!  Mən  sizin  arzularınızın  üsyanlarını  eşitmirəm  sanırsız,  ya  da 
bədənlərinizi, tapındığınız ilahi minbər üzərində sürünərkən və qıvra-
narkən görmədiyimi düşünürsünüz? Bəlkə sadəcə bir ovuc ola bilərsi-
niz, lakin böyük orduları əhatə edən bu bir ovuca əhsən! 
Həqiqətən qazmağı yaxşı bacarsaydınız, indiyə qədər sadəcə yer 
üzündə  deyil,  tam  əksinə  günəşə  və  səmada  üzən  bütün  planetlərə  də 
yol açmış olardınız. 
Çağırın köstəbəkləri. Pəncələri və dişləri ilə qaranlıqda tunellə-
rini qazsınlar. Sizin isə krallığa gedən yolunuzu tapmaq üçün gözünü-
zü qırpmağa belə ehtiyacınız yoxdur. Siz bu yuvada oturarkən xəyal et-
məlisiniz. Çünki xəyal krallığınız olan sonsuz varlığın içində gizlənmiş 
mükəmməl  xəzinəyə  gedən  ilahi  rəhbərinizdir.  Cəsarətsizliyi  bilməyən 
o uca qəlblərinizlə rəhbərinizi izləyin! Harda ayaq izlərinə rast gəlsəz, 
çox  uzaqlarda  belə  olsa,  bilin  ki,  bu  sizin  köklərinizin  orda  olduğuna 
aid bir dəlildir. Çünki sizdə tapılmayanı və sizin bir hissəniz olmayanı 
xəyal edə bilməzsiniz. 
Ağacın  budaqları  köklərinin  şaxələnə  bildiyi  uzaqlıqdan  daha 
uzağa  çata  bilər.  Lakin  insan  sonsuza  qədər  gedə  bilər.  Çünki  onun 
kökləri sonsuz və əzəlidir. 
Özünüzə  sərhəd  qoymayın.  Tam  tərsinə,  əlinizin  çatmadığı  bir 
yer  qalmayana  qədər  gedin;  bütün  dünyanı  əhatə  edəcək  şəkildə  ge-


Mixail Nüaymə 
 
 
 
 
– 315 –  
din;  özünüzlə  görüşdüyünüz  yerdə  Tanrı  ilə  qarşılaşana  qədər  gedin! 
Gedin! Gedin! 
Qaranlığın  görüşü  əngəlləyən  bir  pərdə  olduğu  inancına  qapıl-
mayın! Əgər siz qaranlığın gözlərini örtdüyü insanlardan utanmırsızsa, 
heç olmasa gecə həşəratları və yarasadan utanın. 
Dostlarım, mütləq mənada qaranlıq yoxdur. Lakin işığın dərəcə-
ləri vardır. Hər növ varlığın işığa olan ehtiyacı da müxtəlif dərəcələr-
də olur. Əgər işığı həddindən artıq çox olarsa, onu kor edər, az olarsa 
yenə kor edər. Günün ortasında sizin üçün Finiks quşunun səhərindən 
başqa bir şey deyildir. Sizin gecə yarınız da, qurbağa üçün günün or-
tası  kimidir.  Demək  ki,  qaranlıq  özü  bir  örtüyə  ehtiyac  hiss  edərkən, 
başqa bir şey üçün necə örtü ola bilər? 
Amandır! Bir şeyi ya da bir işi örtməyə cəhd etməyin. Çünki biri 
sizin sirrlərinizi deməzsə, sirrlərinizi sirrlərinizin pərdəsi deyər. Qaza-
nın içindəkini bilən qazanın qapağı deyildirmi? Qapaqları qaldırıldığı 
zaman, içi qurd və ilanlarla dolu olan qazanlara yazığım gəlir! 
Sizə deyirəm ki, ciyərlərinizdəki hər nəfəs içinizdəki bütün sirrlə-
ri havaya yayar. Hər bir nəzəriniz də, gözlərinizdəki arzuları və qorxu-
ları,  bütün  ağlayışları  və  gülüşləri  uzaqlara  aparar.  Qapınızı  döyən 
hər xəyal bilin ki, bütün qapıları çalmışdır. 
Bunun üçün özünüzə yüklədiyiniz yüklərə diqqət edin! Baxacağı-
nız  yerlərə  diqqət  edin!  Qapılarınızı  hansı  xəyallara  açacağınıza  və 
hansılarına  örtəcəyinizə  diqqət  edin!  Lakin  əgər,  dərdsiz  və  kədərsiz 
yaşamaq istəyirsizsə, Mirdad sizə yolu göstərəcək. 
 
 
Dərdlərdən qurtuluş 
 
− Yolu bizə göstər! – Mikaster dedi. 
− Budur sizi dərddən və kədərdən qurtaracaq yol: 
Düşüncələrinizin  bütün  kainatın  görə  biləcəyi  və  oxuya  biləcəyi 
şəkildə yer üzündə atəşdən olan hərflərlə yazıldığını düşünün. Əslində 
bu həqiqətən də belədir. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə