Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə96/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   92   93   94   95   96   97   98   99   ...   118

Mixail Nüaymə 
 
 
 
 
– 301 –  
özündən  yardım  istəniləcək  müqəddəs  anlayış  ruhundan  başqa,  hər 
şeydən yardım dilənir. Qəlbləri parçalayan insan fəryadı, hələ də dün-
yanın  dərinliklərindən  eşidilir.  Atmosfer  insan  iniltiləri  ilə  doludur. 
Dəniz onun göz yaşları ilə şorlaşmışdır. Dünya onun məzarları ilə do-
ludur.  Səma  isə  onun  dualarını  ağır  eşidir.  Bütün  bunlar  insanın 
“mən”in mənasını bilmədiyinə görə baş verir. Çünki ona görə “mən” 
həm qundaq, həm də qundaqlanmış uşaqdır. 
İnsan “mən” dediyində sözü iki hissəyə ayırır: biri “mən”i bürü-
yən qundaqdır; digəri isə, sonsuz olan Tanrının zatıdır. İnsan özündən 
başqa  bir  şey  olduğunu  və  ya  özünə  düşman  olduğunu  zənn  edərək 
varlığının zatı ilə savaşır. 
Bir-birindən fərqli olan bu güclərin savaşında insan ətini parça-
layar və çaylar kimi qanını tökər. Bu vaxt ata və ana olan Tanrı da bü-
tün  bunları  şəfqətlə  və  sevgi  ilə  izləyər.  Çünki  Tanrı  insanın  qanını 
tökməsilə, ətini parçalaması ilə, əslində, sadəcə ağrısından azad oldu-
ğunu və Tanrı ilə olan bərabərliyini örtən pərdələri parçaladığını çox 
yaxşı bilir. 
İnsanın  mücadilə  edib  qan  tökməsi,  özünü  itirməsi  və  sonda  da 
özünə gəlib əti ilə “Mən”in əksiyini tamamlayıb, onu yenə qanına bü-
rüməsi onun qismətidir. 
Ey  Rahiblər,  “mən”  sözünün  çox  istifadəsinin  qadağan  olması-
nın  səbəbi  budur.  Çünki  siz,  onunla  sadəcə  uşağı  deyil,  həm  uşağı, 
həm də qundağı nəzərdə tutduğunuz müddətcə və yenə o sizin üçün qa-
zan  deyil,  bir  ələk  olduğu  müddətcə,  batil  olanı  ələyərsəniz  və  ələmə-
nizdən  də  ölümdən  –  bütün  dözülməz  ağrıları  və  dərdləri  ilə  hər  cür 
ölümdən – başqa bir şey əldə edə bilməzsəniz. 
 
 
Qazanlar və ələklər 
 
Tanrının  sözü  yaratdığı  hər  şeyi  əridən,  onları  bir-birinə  qarış-
dıran və nəticədə tam bir birlik meydana gətirən qazandır. Bir şeyi nə 
qiymətinə  görə  qəbul  edər,  nə  də  qiymətsiz  olduğu  üçün  rədd  edər. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 302 – 
 
Çünki O, sahib olduğu anlayış ruhuna görə bilir ki, yaratdığı hər şey 
bölünməz bir bütündür. Çünki o yaratdıqlarından bir hissə atsa, özün-
dən  bir  hissə  atmış  kimi  olacaq.  Onun  vəzifəsi  isə  hər  zaman  birlik 
meydana gətirməkdir, məqsədi də hər zaman eyni olmuşdur. 
İnsanın sözünə gəlincə;  bir ələkdir insan sözü. O yaratdığı bəzi 
şeyləri  bir-birinə  qarşı  qızışdırıb,  davamlı  olaraq  onları  döyüşdürər. 
Özünə dost bildiklərini hər zaman seçib, düşmən olanları ələyər. Lakin 
çox keçməz, hər şey alt-üst olar və dünənin düşmənlərindən bu günün 
dostlarını  seçməyə,  bu  günün  dostlarından  da  sabahın  düşmənlərini 
ələməyə başlayar. 
Bax beləcə döyüş qığılcımı insan və nəfsi arasında daima tutuş-
muş  olaraq  qalar.  Döyüşmə  nə  qədər  çirkin  və  nə  qədər  amansızdır! 
Elə deyilmi? Bu isə, özünün və yaratdığının bölünməz bir bütün oldu-
ğunu  insana  bildirənin  sadəcə  Ruhu`l-Qüds  olduğuna  görədir.  Yenə 
insana sadəcə Ruhu`l-Qüds özünə düşmən gördüklərini ələməklə, özü-
nə dost olanları ələmiş olduğunu izah edə bilər. Çünki “dost” və “düş-
mən” sözlərinin ikisi də “mən” kəlməsinin yaratdıqlarından başqa bir 
şey deyildir. Biri olmasa, digəri də olmaz. Yaradılanı ələyin ki, yara-
danı  da  onunla  birlikdə  ələyə  biləsiz.  Bu,  insanın  hər  zaman  etdiyi 
əməldir. Çünki o, hər zaman “mən”i ələyir, sonra da geri dönüb tək-
rar ona sahib olur. 
Özünüz üçün şər görüb, nifrət etdiyiniz və çölə atdığınız şeyi siz-
dən başqaları özlərinə faydalı görüb mütləq alarlar. O zaman, bir şey 
eyni  anda  necə  həm  yaxşı,  həm  pis  ola  bilər?  Əslində  o  nə  pis,  nə  də 
yaxşıdır.  Ancaq  sizin  “mən”iniz  onu  faydasız,  sizdən  başqa  digər 
“mən” isə onu faydalı görmüşdür. 
Mən sizə yarada bilənin yaratdığını ortadan qaldıra biləcək qüd-
rətdə  olduğunu  söyləmədimmi?  Düşmənçiliyi  yaratdığınız  kimi  orta-
dan qaldıra bilərsiniz. Yaxud da, onu yenidən yaradıb dosta dönüşdü-
rə bilərsiniz. Bunun üçün “mən”iniz ələk deyil, qazan olmalıdır. Yenə 
mütləq anlayış ruhuna sahib olmalısız. 
Buna görə sizə deyirəm ki, dua etdiyiniz zaman, ilk əvvəl anlayış 
ruhunu istəyin. 
Dostlarım, ələkdən uzaq olun! Çünki Tanrının sözü həyatın özü-


Mixail Nüaymə 
 
 
 
 
– 303 –  
dür.  Həyat  isə,  içindəki  heç  bir  şeyin  bölünə  bilmədiyi  bir  bütündür; 
hər zaman tarazlıq içində olan bir bütün və yaradıcısı Müqəddəs Təsli-
sə layiq olan bir qazandır. 
Dostlarım, ələkdən çəkinin! Nə zaman ki ələkdən imtina edəcək-
səniz,  o  zaman  özünü  hər  şeyə  nüfuz  etmiş,  hər  şeyi  əhatə  etmiş  kimi 
görəcəksəniz. 
Dostlarım ələkdən çəkinin! Sözünüzü dərk edə bilməniz üçün əv-
vəlcə  sözünüzün  tərifini  istəyin.  Siz  sözünüzün  tərifini  bildiyiniz  müd-
dətcə, ələklərinizi atəşə atmış olacaqsınız. Çünki sizin sözünüz və Tan-
rının sözü birdir. Yeganə fərq Tanrının sözünün sərbəst, sizin sözünü-
zün isə hələ də pərdəli olmasıdır. 
Mirdad sizdən pərdələri atmanızı istəyir. 
Tanrının sözü zamanla müqayisə edilməyən bir zaman; məkanla 
məhdudlaşdırıla  bilməyən  bir  məkandır.  O  zaman,  sizin  sözünüzə  nə 
olur  ki,  təqvimlərin  və  ölçülərin  hüdudları  içində qapalı  qalır. Yoxsa, 
Tanrı  ilə  birlikdə  olmadığınız  bir  zaman  olmuşdur?  Sizə  nə  olur  ki, 
əzəliliyi və əbədiliyi saat və mövsümlərin halqaları ilə qiymətləndirir, 
səmanı qarış-qarış qəfəslə əhatə edirsiniz? 
Tanrının  sözü  həyatdır.  Doğulmamışdır.  Buna  görə  ölümsüzdür 
və  ölməyəcək.  Sizin  sözünüz  isə,  bir  tərəfdən  doğum,  bir  tərəfdən  də 
ölüm ilə əhatə olunmuşdur. Siz sadəcə Tanrının həyatı ilə yaşamırsız? 
O zaman, ölümü bilməyən ölümün qaynağı necə ola bilər? 
Tanrının  sözü,  əhatəli  bir  birlikdir.  Onun  pərdələri  və  qəfəsləri 
yoxdur. Ancaq sizin sözlərinizi pərdələr və qəfəslər parça-parça edir. 
Siz,  ey  rahiblər,  özünüzlə  ən  kiçik  varlıq  arasına  tək  bir  maneə 
qoymaqdan  acizsiniz.  Əgər  əksini  düşünürsünüzsə,  o  zaman  özünüzü 
aldatmış olarsınız. 
Mən sizə deyirəm ki, sizin ətləriniz və sümükləriniz sadəcə sizin 
ətləriniz  və  sümükləriniz  deyildir.  Kim  sizin  əllərinizlə  ətlərinizi  və 
sümüklərinizi yediyiniz, gec-tez onları geri verəcəyiniz səmanın və ye-
rin dərinliklərinə batan əlləri saya bilər? 
Sizin gözlərinizdəki işıq da sadəcə sizin işığınız deyildir. O, eyni 
zamanda  günəşdə  və  kainatda  sizə  qatılan  hər  şeyin  işığıdır.  Mənim 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə