Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə97/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   93   94   95   96   97   98   99   100   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 304 – 
 
üzümdəki işıq olmasa, gözünüz mənim üzümü necə görə bilər? Mənim 
üzümdəki  işıq  məni  görməyinizə;  sizin  üzünüzdəki  işıq  isə  mənim  sizi 
görməyimə  imkan  verir.  Əgər  mən  zülmət  olsaydım,  gözləriniz  mənə 
baxdığında zülmət bir qaranlıq görərdi. 
Ciyərlərinizdəki nəfəsləriniz də sadəcə sizin nəfəsləriniz deyildir. 
Çünki siz daha əvvəl və ya indi havanı tənəffüs edən bütün kainatı tə-
nəffüs edirsiz. Adəmin nəfəsi hələ də ciyərlərinizə hava verirmi? Onun 
qəlbi hələ də qəlblərinizdə vururmu? 
Sizin  sandığınız  düşüncələriniz  də  sadəcə  sizin  düşüncələriniz 
deyildir. Onlar dünya düşüncə okeanının damlalarından başqa bir şey 
deyildir. Hər düşünən düşündüklərinizdə şərikdir. 
Xəyal  etdikləriniz  də  sadəcə  sizin  xəyallarınız  deyildir.  Bütün 
dünya da sizin xəyal etdiklərinizi xəyal edər. 
Qaldığınız ev də sadəcə sizin eviniz deyildir. Eyni zamanda sizin 
qonağınızın  da  evidir.  Ağcaqanadın,  siçanın,  pişiyin  və  sizinlə  evi 
bölüşən digər bütün varlıqların evidir. 
O  zaman  maneələrdən  çəkinin!  Çünki  siz  sadəcə  xəyalların  və 
batil  olanın  ətrafına  çəpər  çəkə  bilərsiz.  Həqiqəti  isə  çöldə  qoyarsız. 
Özünüzü  çəpərin  içində  axtardığınız  zaman  boş  şübhənin  digər  adı 
olan ölümdən başqa bir şey tapa bilməzsəniz. 
Ey rahiblər! Tanrıdan, insan qardaşlarından və sözdən meydana 
gələn digər bütün varlıqlardan ayrılmayan varlıq insandır. 
Siz tək hecalı olan Tanrının sözündəki hecalardan başqa bir şey 
deyilsiz. Sizin həyatınız ancaq onunla daimdir. 
Tanrının  sözü  dəniz  kimi;  siz  isə  bulud  kimisiz.  Bulud  dənizin 
ona  verdikləri  olmadan  bulud  ola  bilərmi?  Əbədiyyətə  qədər  şəklini 
qoruya bilmək üçün özünü buza həbs etməyə çalışaraq həyatını boş ke-
çirməsi, nə qədər böyük axmaqlıqdır! Bu məntiqsiz hərəkət nəticəsində 
əzab  çəkməkdən  və  məğlubiyyətə  uğramaqdan  başqa  nə  əldə  etmək 
olar ki? Əgər o bulud düşünsəydi, özünü itirmədən tapa bilməyəcəyini 
anlayardı. Bulud bir bulud kimi azalıb dağılmadığı müddətcə, özündə, 
varlığının qaynağı olan o dənizi əsla tapa bilməyəcəkdi. 
İnsan  yalnız  Tanrısını  daşıyan  bir  buluddur.  İnsan  öz  şəxsiyyə-
tindən  imtina  etmədiyi  müddətcə,  öz  əsl  şəxsiyyətini  tapa  bilməyəcək-


Mixail Nüaymə 
 
 
 
 
– 305 –  
dir. Özlərindən imtina edənlərə eşq olsun! 
Özünüzü,  sözün  içində  itirmədiyiniz  müddətcə,  həm  sizi  ifadə 
edən sözü, həm də “mən” olan sözünüzü dərk edə bilməyəcəksiniz. Öz-
lərini itirənlərə eşq olsun! 
İndi sizə ikinci dəfə deyirəm: anlayış sahibi ola bilməyiniz üçün 
dua  edin!  Müqəddəs  anlayış  qəlblərinizə  girib  “mən”  dediyi  zaman, 
Tanrının  əbədi  olan  səmasında  heç  bir  varlıq  qalmaz  və  sizi  heç  bir 
sevinc təşviq etməz. 
Bax o zaman, məhz ölüm əlinizdə ölümün öhdəsindən gələ  bilə-
cək bir silah halına gələr. Yenə o zaman həyat sizə geniş qəlbinin – qı-
zıl sevginin – açarını bəxş edər. 
− O zaman gəlib çatacaqmı? – Mirdaddan soruşdu Mikayyun. 
− Zaman nə gələr, nə də gedər Mikayyun. Zaman nə ordadır, nə 
də  burda.  Sabah  keçmişdə  yaşayanların  üstünə  olmayacaqdır.  Dünən 
də sabahın gəlişini gözləyən üçün bir ölümdür. “Mən” dediyin və bu-
nunla  da  “Neruvenda”nı  nəzərdə  tutduğun  zaman,  hədəfinə  yaxınlaş-
mış olarsan. 
Şəmadim,  bir  xidmətçi  olaraq  Mirdadın  mövqeyini  vurğulaya-
raq: 
− Bu qədər müdrikliyin qazanları təmizləyərək və ətrafı süpürə-
rək əldə edilə biləcəyini, doğrusu, mən düşünə bilmədim. – dedi. 
−  Dünyadakı  hər  şey  bir  müdrik  üçün  hikmətlə  doludur.  Cahil 
insan isə, hikməti cəhalət halına gətirir. 
−  Şübhə  yoxdur  ki,  sənin  kəskin  bir  dilin  var.  Çox  qəribədir  bu 
günə qədər ona necə möhür vura bildin. Lakin sözlərin çətin anlaşılır. 
− Mənim sözlərim asandır, Şəmadim, lakin çətinlik sənin qulaq-
larındadır.  Eşidib  hiss  etməyənlərə,  baxıb  görməyənlərə  “ey  vah”lar 
olsun! 
− Mən hiss edilə biləcək hər şeyi eşidir, görülə biləcək hər şeyi 
də  görürəm.  Lakin,  mən  Mirdadı  Şəmadimə  bənzədən  bu  cəfəngiyatı, 
yəni  xidmətçi  ilə  əfəndini  eyni  yerə  qoyan  bu  şeyləri  dinləmək  istəmi-
rəm. 
 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 306 – 
 
 
 
Xidmətçi və əfəndi 
 
Mirdad Şəmadimin yeganə xidmətçisi deyildi. Sən xidmətçilərini 
saya  bilərsənmi  Şəmadim?  Dünyada  Şəmadimə  xidmət  etməyən  bir 
quzğun, qartal, sidr ağacı, bir palıd, bir dağ, ulduz, dəniz, okean, mə-
lək və bir kral varmı? Bütün dünya Şəmadimin xidmətində deyilmi? 
Xeyir,  Mirdad  da  Şəmadimin  yeganə  əfəndisi  deyil.  Şəmadim, 
əfəndilərini saya bilərsənmi? 
Şəmadimin xidmət etmədiyi bir həşərat, bit, bir bayquş, bir tikan, 
bir  qıl,  su  çöküntüsü,  bir  odun,  bir  oğru  və  dilənçi  varmı?  Şəmadim 
dünyadakı hər şeyin qulluğunda deyilmi? 
Dünya öz işini görüncə,  sənin işini də görər.  Onda, sən öz işini 
gördüyün zaman, dünyanın işini də görmüş olmayacaqsanmı? 
Bəli,  baş  qarının  əfəndisidir.  Ancaq  qarın  da,  əfəndi  olmaqda 
başdan geri durmur. 
Bir  şeyin  ona  qulluq  etmədən  qulluğunda  durması  mümkün  de-
yildir. Özünə qulluq edənin qulluğunda durmadan qulluq etmək müm-
kün deyildir? 
Şəmadim,  sənə  və  hər  kəsə  deyirəm  ki,  xidmət  edən  əfəndinin 
əfəndisidir. Əfəndi də xidmət edənin xidmətçisidir. Xidmətçi əsla başı-
nı önünə əyməsin! Əfəndi də başını əsla yuxarı qaldırmasın! Ən yaxşı-
sı, əfəndinin içindəki öldürücü əfəndilik qürurunu əzməsi, xidmətçinin 
də etibarını zədələyən yazıqlığın köklərini özündən qoparıb atmasıdır. 
Bilin ki, söz təkdir. Siz sözdəki hecalar kimisiz. Həqiqətdə hamı-
nız  eynisiz.  Çünki,  bir  heca  digər  hecadan  daha  hörmətli  və  ya  daha 
əhəmiyyətli deyildir. Bir çox heca da tək bir hecadır ki, o da “söz”dür. 
Hər kəsi və hər şeyi sevmək və özünü sevmə xoşbəxtliyindən də uca bir 
səadəti dadmaq istəyirsizsə, tək hecanın sözləri olmalısınız. 
Sözü  tək  heca  olan  insan  əfəndi  olmağa  müvəffəq  olmuşdur. 
Çünki o, artıq özünün əfəndisidir. Yer və səma belə bir insanın əmrlə-
rini  yerinə  gətirmək  üçün  bir-birilə  yarışır.  Lakin  əfəndiliyi  belə  olan 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə