Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə98/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   94   95   96   97   98   99   100   101   ...   118

Mixail Nüaymə 
 
 
 
 
– 307 –  
insan da heç vaxt özünü əfəndi olaraq görməz. 
İndi  mən  də  səninlə,  əfəndinin  xidmətçisi  ilə  və  ya  xidmətçinin 
əfəndisi ilə danışdığı kimi danışmıram. Mən səninlə qardaşın qardaşla 
danışdığı kimi danışıram. O zaman, niyə görə mənim sözlərim sənə iz-
tirab verir? 
Əgər istəyirsən məni qəbul etməzsən. Lakin, mən səni qəbul edə-
cəyəm.  Bir  az  əvvəl  sümüklərimdəki  ətin  sənin  sümüklərindəki  ətdən 
başqa  bir  ət  olmadığını  deyən  sən  deyilmiydin?  O  zaman  mən  özümü 
yaralamadan səni necə yaralaya bilərəm? Buna görə sənə deyirəm ki; 
qanını  tökmək  istəmirsənsə,  dilinə  sahib  ol.  Qəlbini  bütün  kədərlərə 
bağlamaq istəyirsənsə, qəlbini mənə açıq tut. 
İnsan  bütün  sözləri  tələ və  tikanlı  olan  bir  dilə  sahib  olacağına 
dilsiz  olsaydı  çox  daha  yaxşı  olardı.  İnsanların  sözləri  özləri  üçün  ti-
kan  və  tələ  olmağa  davam  edəcəkdir.  Ta  ki,  anlayış,  onların  dillərini 
təmizləyib, bir neçə hecadan ibarət olan sözlərini tək bir hecaya endi-
rənə qədər. 
Ey rahiblər, qəlblərinizi araşdırın. Ordakı bütün maneə və barri-
kadaları yıxın! “Mən”inizin qundaqlanmış olduğu qundaqları atın ki, 
onu Tanrının sözünə bənzər və kainatda ondan meydana gələn hər şey-
lə əmin-amanlıq içində olacaq şəkildə tək hecalı görəsiz. 
Nuha belə öyrətmişdim. 
Sizə də belə öyrədirəm. 
 
Mirdad susdu və oradakıları son dərəcə böyük təəccüb içərisin-
də qoyaraq öz otağına getdi. Narahat edici bir səssizlikdən sonra, yol-
daşlar  da  otaqlarına  getdi  və  hamı  Mirdad  haqqında  fikirlərini  şərh 
etdilər. 
− O, krallıq tacını xəyal edən bir dilənçidir. – dedi Şəmadim. 
− Nuha öyrətmişdim demədimi? – dedi Mikayyun. 
− Düyünlü bir iplik çarxı kimidir sanki. – dedi Ebimar. 
− Bizim dünyamızın xaricində olan bir ulduzdur. – dedi Mikastər. 
− Mükəmməl fikirləri var, lakin ziddiyyətlər içində itib-batmışdır. 
– dedi Bennun 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 308 – 
 
− Bilmədiyimiz bir açarla köklənmiş bir gitar. – dedi Zemura. 
− Dost bir qulaq axtaran bomboş sözlər. – dedi Himbal. 
 
 
Tufana aid 
 
Gecə  saat  üç  idi.  Qapının  açıldığını  eşitdim.  Bir  də  gördüm  ki, 
Mikayyun fısıldayaraq mənimlə danışır. 
− Oyaqsan Neruvenda? 
− Mikayyun, bu gecə yuxum gəlmir. 
− Mənim də gözlərimdə yuxu yoxdur. Görəsən o yatır? 
− Ustadı deyirsən? 
−  Bundan  sonra  “Ustad”  deyəcəksən  ona?  Kim  bilir,  bəlkə  də 
elədir.  Mən  onun  kim  olduğunu  öyrənənə  qədər  rahat  ola  bilmərəm. 
Gəl indi onun yanına gedək. 
Yavaş-yavaş getməyə başladıq. Nəhayət Mirdadın otağına gəldik. 
Qapı  açıq  idi.  İçəri  daxil  olduğumuzda,  otağın  ortasında  düzgün  sə-
rilmiş  bir  yataqdan  başqa  heç  nə  görmədik.  Yatağın  üstündə  divarın 
üst  tərəfindəki  pəncərədən  içəri  düşən  ay  ışığından  başqa  bir  şey  yox 
idi.  O  gecə  o  yatağa  heç  kəsin  girmədiyi  bəlli  idi.  Təəccüblənmişdik. 
Bir utanc hissi yaşadıq və ümidsizliyə qapıldıq. Şirin səsini eşidib, əzə-
mətli görünüşünü qapıda gördüyümüz an geriyə dönməyə hazırlaşırdıq. 
− Narahat olmayın! Rahat olun! Gecə bitmək üzrədir. Gecə bit-
mək üzrə olduğu vaxt nə gədər də gözəl olur! 
Mikayyun tədirgin və qısıq ifadələrlə, 
− Bu üzsüzlüyümüzü bağışla. Çünki bütün gecə yuxusuz qalmışıq, 
– dedi. 
−  Yuxu  doğrudan  da,  insanın  özünü  unutduğu  kiçik  bir  zaman 
fəslidir.  Sizin  oyaq  ikən  özünüzdən  keçməniz,  kötük  kimi  yatmağınız-
dan daha yaxşıdır. Deyin görək, Mirdaddan nə istəyirsiz? 
− Sənin kim olduğunu öyrənmək üçün gəldik. − dedi Mikayyun. 
− Mən insanlar üçün bir Tanrı, Tanrı üçün də bir insanam. İndi 
kim olduğumu bildinmi, Mikayyun? 


Mixail Nüaymə 
 
 
 
 
– 309 –  
−  Mənə  elə  gəlir  ki,  danışığında  Tanrıya  qarşı  bir  üsyan  var 
sanki. 
− Mikayyunun Tanrısına qarşı bir üsyan ola bilər. Lakin Mirda-
dın Tanrısına isə əsla! 
− Məgər Tanrılar çoxdur, ya da Tanrıların sayı insanların sayı 
qədərdir ki, Mikayyunun Tanrısı və Mirdadın Tanrısı deyirsən? 
−  Mikayyun,  Tanrı  çox  deyil,  birdir.  Lakin  insanların  kölgələri 
hələ də fərqli və müxtəlif növlərdədir. İnsan yer üzünə bir kölgə saldığı 
müddətcə, Tanrısı da kölgəsinə paralel gedəcəkdir. Kim ki, parlaq bir 
işıq  olsa,  kölgəsiz  olar.  Tək  Tanrını  da  sadəcə  o  bilər.  Çünki  Tanrı 
işıqdır və işığı yalnız işıq bilər. 
− Mənimlə əsrarəngiz danışma. Çünki səni anlaya bilmirəm. 
− Yer üzündə hər şey arxasında kölgə çəkən bir insan üçün əsra-
rəngizdir. Çünki o insan borc bir işığın altında gəzir. Bunun üçün də, 
kölgəsinə ilişər. Anlayış işığı ilə tutuşan insanın heç vaxt kölgəsi olmaz. 
Mirdad yaxın zamanda kölgələrinizi toplayacaq və onları günəş-
də yandıracaq. Nə vaxt ki, haqqın işığı üstünüzə düşəcək, o zaman bü-
tün sirlər dəlilə ehtiyac hiss etmədən parlaq həqiqətlər kimi sizə görü-
nəcək. 
− Bizə özündən danış! Bəlkə sənin həqiqi adını öyrəndiyimiz za-
man,  kimin  oğlu  və  haralı  olduğunu  biləcəyik  və  bəlkə  də  indi  anla-
maqda çəkdiyimiz çətinliyi hiss etmədən səni başa düşəcəyik. 
−  Ah  Mikayyun!  Ah  Mikayyun!  Sənin  üçün  Mirdadı  insanların 
zəncirləri ilə zəncirləmək və onların örtüləri ilə örtmək, bir qartalı çıx-
dığı  yumurta  qabığına  həbsetməkdən  daha  çətindir.  Hansı  isim  “qa-
bıq”da olmayan insanı xarakterizə edə bilər? Hansı diyar, bir dünya-
ya sığan insanı içinə ala bilər? İnsanın hansı əcdadı Tanrıdan başqa-
sına dözə bilər? 
Mikayyun, əgər məni tanımaq istəyirsənsə, əvvəlcə özünü tanı! 
− Bəlkə də sən insan şəklində əfsanələrdən qalma bir xəyalsan. 
− Bəli, bir gün olacaq, insanlar “Mirdad əfsanələrdən başqa bir 
şey deyildi” deyəcəklər. Lakin siz bu əfsanənin insanların bildiyi bütün 
mühüm  həqiqətlərdən  daha  doğru  olduğunu  yaxın  zamanda  anlaya-


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə