Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə99/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   95   96   97   98   99   100   101   102   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 310 – 
 
caqsınız. 
Dünya  bu  gün  Mirdadı  düşünmür.  Ancaq  Mirdad  hər  zaman 
dünyanı fikirləşir. Çox yaxın vaxtda bütün dünya düşüncələrilə Mirda-
da doğru hərəkət edəcəkdir. 
−  Görəsən  sən  “Gəmi”yə,  aramıza  gizlicə  qatılan  doqquzuncu 
yoldaş ola bilərsənmi? 
− Mən boş şübhə zülmünə qarşı mücadilə edən hər gəmiyə sıza-
ram. Mən, məndən yardım istəyən hər kapitana kömək edər və sükanı 
əlindən alaram. Neçə dəfə qəlblərinizin, sizi tanımadığım halda, mən-
dən  kömək  istəmək  üçün  fəryad  etdiyini  eşitdim.  Mən,  Mirdad,  dünya 
tarixinin  gördüyü  ən  böyük  Tufandan  dünyanı  qurtarmanız  üçün  sizi 
qurtarmağa gəldim. 
− Başqa bir tufanmı var? 
− Xeyir, lakin dünyanı sular silib süpürəcək. Səma yerə enəcək. 
Lakin insanın əsərlərini yox etmək üçün deyil, Tanrını insanda göstər-
mək üçün. 
− Amma bir neçə gün əvvəl səmada göy qurşağını gördük. Baş-
qa bir tufandan necə danışa bilərsən bizə? 
−  Sizə  bəhs  etdiyim  və  izləri  yer  üzündə  görünən  tufan  Nuhun 
Tufanı ilə müqayisə edilməyəcək qədər qorxuncdur! 
Baharın gözəlliklərini əks etdirən yer üzünün yerinə sular altın-
da  bir  yer  üzü!  Təcrübəli  biri  tərəfindən  idarə  edilən  yer  üzü  yerinə, 
qanla qaynayan bir yer üzü! 
− O zaman demək ki, qiyaməti gözləyəcəyəm. Çünki bizə kitabla-
rımız  və  adət-ənənəmiz,  doqquzuncunun  gəlişinin  qiyamətin  xəbərçisi 
olduğunu deyir. 
−  Yer  üzünün  silinəcəyi  üçün  narahat  olmayın!  Çünki  yer  üzü 
hələ gəncliyinin baharındadır və hələ çox münbitdir. O, sizin saya bi-
ləcəyinizdən  çox nəsillər doyuracaqdır. İnsan da yox olacaq deyə na-
rahat olmayın! Çünki o, yer üzünün əfəndisidir və yox olmayacaqdır! 
Bəli. İnsan yox olmayacaq. Çünki o, tükənməyən bir qaynaqdır. 
O, qazana bir insan olaraq girəcək, bir ilah olaraq çıxacaqdır. 
Diqqətli  və  hazır  olun!  Bir  dəfə  doydurduğunuzda  sizi  sonsuza 
qədər tox tutacaq o müqəddəs aclığı qəlblərinizin tanıması üçün gözlə-


Mixail Nüaymə 
 
 
 
 
– 311 –  
rinizə, qulaqlarınıza və dillərinizə oruc tutdurun. 
Acları doydura bilməniz üçün sonsuza qədər tox olmalısınız. 
Gücsüzlərə  və  narahat  olanlara  kömək  edə  bilməniz  üçün  hər 
zaman güclü olmalısınız. 
Qasırğaların dağıtdığı insanların sığınacağı olmanız və qasırğa 
ilə mücadilə etməniz üçün lazımlı təchizata sahib olmalısınız. 
Qaranlıqda  gedənlərin  sizdən  işıq  alması  üçün  siz  hər  zaman 
aydınlıq olmalısınız. 
Zəif,  zəif  üçün  bir  yükdür.  Qüvvətli  isə  dağın  çınqılı,  dənizin  də 
suları daşıdığı kimi, zəifi çiyinlərində daşıyır. Buna görə zəifləri araş-
dırın. Çünki sizin gücünüzün qaynağı onların zəifliyidir. 
Yoxsul, yoxsulun yoxsulluğunu artırar. Lakin yaxşılıq etmək istə-
yən üçün yoxsul tapılmaz bir qaynaqdır. Buna görə yoxsulları araşdı-
rın. Sizin bolluğunuzun qaynağı onların kasıblığıdır. 
Kor, kor üçün bir əngəldir; görən biri üçün isə, yol göstərəndir. 
Buna görə kor olanları da araşdırın. Sizin aydınlığınızın qaynağı onla-
rın qaranlığıdır. 
O an Zemura qrupu səhər duasına çağırmaq üçün borunu üflədi. 
− Zemuranın borusu yeni günü elan edir. Daha doğrusu yeni bir 
möcüzəni. Siz bu möcüzədən sizdən əvvəlkilərin faydalandığından da-
ha yaxşı faydalana bilməyəcəksiniz. Siz onu oturaraq, qalxaraq, bağır-
saqlarınızı  dolduraraq,  boşaldaraq,  dillərinizi  boş  sözlərlə  yoraraq, 
edilməməsi  lazım  olan  şeyləri  edərək,  edilməsi  lazım  olanlara  da  la-
geyd yanaşaraq, nəhayət, onu əsnəyərək öldürəcəksiniz! 
− O zaman, duaya getməyək? 
−  Xeyir!  Gedin!  Öyrədildiyi  kimi  dua  edin.  Necə  lazımdırsa  və 
hansı şey üçünsə, gedin və dua edin! Gedin! Özünüzə təlimçi və əfəndi 
olana qədər; hər sözü bir duaya və hər işi də bir xeyir işə çevirincəyə 
qədər, sizə əmr olunan hər şeyi edin. Salamat qalın! İndi Mirdad sizin 
üçün yaxşı və bol bir səhər yeməyi hazırlamalıdır. 
 
 
 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 312 – 
 
 
 
Qaranlıq haqqında 
 
O səhər mən (Neruvenda) və Mikayyun dua etməyə getmədik. Əl-
bəttə ki, Şəmadim həm bundan, həm də gecə vaxtı Mirdadı ziyarət etdi-
yimizdən  xəbər  tutdu  və  çox  əsəbləşdi.  Lakin  bu  narahatlığını  özünə 
uyğun bir mühit tapana qədər gizlətdi. 
Lakin digər yoldaşlar bizim əməlimizə təəccübləndiklərini və bizi 
buna  sövq  edən  səbəbləri  öyrənmə  arzularını  gizlətmədilər.  Bəziləri 
Ustadın,  bizi  duadan  uzaqlaşdırdığını  sanmışdılar.  Bəziləri  də,  onun 
kim  olduğunu  onlara  anlatması  üçün  bizi  çağırdığını  düşündülər.  La-
kin onlardan heç kəs onun doqquzuncu yoldaş olduğuna inanmadı. Bu-
nun  əvəzinə  hamısı  onu  görmək  və  bir  çox  mövzuda  sual  vermək  is-
təyirdi. 
Ustad gəmidəki işini bitirdiyi zaman, boş vaxtını qaranlıq, dərin 
çuxurun  kənarındakı  –  biz  ona  “Qartal  yuvası”  adını  vermişdik-  ma-
ğarada keçirdirdi. Şəmadimdən başqa hamımız onu günortadan sonra 
ora çağırdıq. O, dərin düşüncələrə qərq olmuşdu. Üzü ilahi bir işıqla 
parıldayırdı.  Üzünü  bizə  doğru  çevirdiyi  zaman,  üzü  daha  da  parlaq 
bir hal aldı və: 
− Nə tez evinizə gəldiniz! Bilin ki, Mirdad bu işdən çox məmnun-
dur, dedi. 
−  Sadəcə  gəmi  bizim  evimizdir.  Bu  mağaranın  evimiz  olduğunu 
necə deyə bilərsən? – deyə Ebimar cavab verdi. 
− Gəmi də əvvəllər qartalların yuvası idi. 
− Bəs bu gün? 
− Bu gün isə, təəssüflər olsun ki, köstəbəklərin yuvası olub. 
− Səkkiz köstəbəyin doqquzuncusu Mirdaddır? 
− İnsanın anlamadığı bir şeyə lağ etməsi necə də asandır! Anla-
mağa çalışması isə nə qədər də çətindir! Bilin ki, lağ edən insan sadə-
cə özünə lağ etmiş olar. Ey Ebimar, niyə dilini səhv olan şeylərlə tərbi-
yə etməyə çalışırsan? 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə