Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə104/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   100   101   102   103   104   105   106   107   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 328 – 
 
Mənim  fikir  dünyam  ge-
nişdir,  arzularım  isə  daha 
genişdir. 
Reyhani 
liklərində imiş!  
Mütləqi də, mahiyyəti də, sonsuzluğu və əbədiyyəti də insan an-
caq ruhunun ənginliyində tapa bilər! 
İnsan dünyadan, onun nemətlərindən nə isə tapıb yeyə bilər. La-
kin nə qədər çox  yesə də yeyə bilmədikləri daha çox olacaqdır. Qarın 
doyacaq,  göz  doymayacaqdır.  Nə  qədər  pul  toplasa,  əmlak  toplasa, 
bunlar dünya müqabilində sonsuz kiçik olacaq; gözü yenə başqalarının 
əlində  qalacaqdır.  Yığdığı  əmlak,  var-dövlət  onun  özündən  daha  çox 
yaşayacaq,  özünə  qalmayacaqdır.  Müdriklərin  dediyinə  görə,  insanın 
bu dünyadan aparacağı bir kəfən olacaqdır ki, əslində heç onu da apara 
bilməyəcəkdir. 
Bəs onda insan nə üçün çalışır? 
Dini görüşlərə görə, harada isə ikinci bir dünya – «o dünya» var 
ki,  insan  məhz  onun  naminə  yaşa-
malıdır.  Həmin  «o  dünya»  sonsuz 
və  əbədidir.  İnsana  bu  fani  dünyada 
həyat ona görə verilib ki, «o dünya»-
sını  qazana  bilsin;  Ya  əbədi  məşəq-
qət,  ya  əbədi  sevinc,  şad-xürrəm  hə-
yat. 
Lakin başqa qisim müdriklər əbədi səadət naminə çağdaş səadət-
dən  imtinanı  qəbul  etmirlər.  Əgər  bu  dünyanın  əsas  fəaliyyət  kredosu 
heyvani nəfs üzərində qələbədən, naz-nemətə və ləzzətə uymamaqdan 
ibarətdirsə,  onda  bu  cür  könlü  tox,  gözü  tox  insan  üçün  əbədi  ləzzət 
idealı nə dərəcədə məqbuldur? 
Ömər  Xəyyamlar  diqqəti  məsələnin  məhz  bu  cəhətinə  yönəldir-
dilər. Mollalar isə onların «o dünya» haqqındakı dini təlimə şəkk gətir-
diklərini iddia edirdilər.  
Müdriklər  bu  dünyadakı  sevinc  və  səadəti  o  dünyadakına  qarşı 
qoymamış, sadəcə olaraq həqiqi böyük sevincin  və sevginin mənasını 
daha  düzgün  müəyyənləşdirməyə,  cənnətdə  təsvir  olunan  könül  ra-
hatlığını  da  elə  bu  dünyada  ikən  duymağa  cəhd  göstərmişdilər.  Bu 
müdriklər həyatın mənasını və dünyanın mahiyyətini də kənarda, fani 
dünyanın  naz-nemətində  deyil,  öz  mənəvi-ruhani  varlıqlarının  hikmə-


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 329 –  
Həyatın  qəlbinə  çatanda 
sən gözəlliyi hər şeydə görə-
cəksən,  hətta  gözəlliyə  kor 
olan gözlərdə belə.  
Cübran 
tində,  sirli-sehrli  aləmində  axtarmışlar.  Nüaymə  deyir:  “Biz  hamılıqla 
yeri  göyü  özümüz  və  hamımız  üçün  cənnətə  çevirməyə  can  atmalı-
yıq”.
1
  
 
«Özünü dərk et!» – deyən Sokrat da, «mənəm həqq, həqq məndə-
dir», – deyən Həllac və Nəsimi də, «quyuya su tökməklə, sulu olmaz», 
– deyən dədələr də fani dünyanın tərəf-müqabili kimi könül evini, mə-
nəvi aləmi qəbul etmişlər.  
«Bu  dünya»ya  alternativin  insanın  iç  aləmində  axtarılması  heç 
də  «o  dünya»  ideyasının  inkarı  kimi  anlaşılmamalıdır.  Sadəcə  olaraq 
sonsuz və qeyri-müəyyən olan  «o dünya»nın, əzəli-əbədi olan iç dün-
yası ilə, mənəvi aləmlə, ruhla ilişgisini anlamaq lazımdır. 
«O  dünya»nın  alternativ  fiziki 
məkan kimi başa düşülməsi səhvdir. 
Fiziki  zaman  və  məkan  mənəvi 
dünyanın,  ruh  aləminin  atributları  ola 
bilməz.  Axı,  o  dünyada  ruh  yaşaya-
caq.  
Ruh  həm  bu  dünyanın,  həm 
də  «o  dünya»nın  daşıyıcısıdır.  Gələcəkdə  sakini  olacağımız  dünyanın 
daşıyıcısı!  
Bu günlə gələcəyin eyniyyəti!  
Mənəvi,  ruhani  zamanın  ənənəvi  zaman  anlayışından  fərqi  də 
özünü burada göstərir. Mənəvi məkan  «bu dünya ilə  «o dünya»nı bir-
likdə ehtiva etdiyi kimi, mənəvi zaman da gələcəyimizi elə bu gün ya-
zır. Əlbəttə, bizim öz həyat tərzimizdən, fəaliyyətimizdən asılı olaraq.  
Ruh üçün elə bu dünyada da məkan-zaman müəyyənliyi yoxdur. 
İnsan bədəninin harada olması, onun nə fikrinin, nə də hissinin harada 
və nə ilə məşğul olmasını müəyyən etmir. Fikir dünyasında zaman fak-
toru da heç bir rol oynamır. Çünki bugünkü hadisələr və onlarla bağlı 
bilgilər, düşüncələr diqqətdən uzağa, hafizənin passiv qatına, arxa pla-
na  keçirilə  bilər,  keçmişdə  baş  verənlər  isə  fikirdə  yenidən  aktuallaşa 
                                                 
1
 Bax: A. İmanquliyeva. “Qələmlər Birliyi” və Mixail Nüaymə, səh. 120-121. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 330 – 
 
Gözəllik  –  ehtiyac  deyil, 
vəcddir,  alovlanmış  ürək  və 
sehrlənmiş qəlbdir. 
Cübran 
 
bilər. Yaxud fikirdə keçmişlə indi və hətta gələcək (gələcək haqqında 
düşüncələr, planlar, arzu, məqsəd və s.) eyni zaman müstəvisinə gəti-
rilə bilər. Yəni insan cismən bir zaman və məkanda olduğu halda, fik-
rən zaman və məkan müəyyənliyi olmayan tamamilə başqa bir aləmdə 
ola bilər.  
Əbədiyyət  təkcə  mühitdə,  təbiətdə  yox,  həm  də  insanın  içində-
dir! Sonsuzluq, tükənməzlik ideya aləminə, insanın mənəvi dünyasına 
xasdır!  Cübran  deyir:  «Gözəllik  güzgüdə  öz  əksinə  baxan  əbədiyyət-
dir».
1
 Bu fikrə istinad edən Aida İmanquliyeva  yazır: «Cübran burada 
da  gözəlliyi  «kainatin  yaradıcısı»  hesab  edən  Emersona  yaxındır».
2
 
Emerson yazır: «Qədim yunanlar kainatı «kosmos» – gözəllik adlandı-
rırdılar.  Bütün  şeylərin  quruluşu  belədir  ki,  yaxud  insan  nəzərlərinin 
yaradıcı  gücü  belədir  ki,  bütün  il-
kin  formalar  –  səma,  dağ,  ağac, 
heyvan  –  özü-özlüyündə  bizə  həzz 
verir.”
3
  
Emersonun da Şərq ruhuna bə-
lədliyi  özünü  məhz  belə  incə  mə-
qamlarda,  sonsuzluğun  gözəlliklə,  gözəlliyin  dünyanın  ahəngi  ilə  və 
nəhayət, bu ahəngin insanın daxili aləmi ilə əlaqəsini görə bilməsində 
üzə  çıxır.  Bəli,  insan  cismən  məhdud  olsa  da,  mənən  tükənməzdir  və 
bu  daxili  mənəvi  tükənməzlik  sanki  sonsuz  kainatın  proyeksiyasıdır. 
Emerson  yazır:  “Gözəlliyin  kamil  olması  üçün  daha  ali  bir  element  – 
ruhani  element  gərəkdir.  Yüksək,  ilahi  gözəlliyin  oyatdığı  məhəbbət 
insan iradəsindən ayrılmazdır. Gözəllik – Allahın fəzilət ayəsidir. Hər 
bir təbii addım gözəldir. Hər bir qəhrəmanlıq da nəcibdir; o, baş verdi-
yi yeri və onu izləyənləri nurlandırır”.
4
 
 
                                                 
1
 C.X.Cübran. Peyğəmbər // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2007, № 4, 
s. 54. 
2
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 131. 
3
 Р.У.Эмерсон.  Прекрасное  //  История  эстетики,  т.  III,  М.,  «Искусство», 
1967, с. 985. 
4
 Yenə orada, səh. 986. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə