Şə
rq ruhunun Qərb həyatı
– 328 –
Mənim fikir dünyam ge-
nişdir, arzularım isə daha
genişdir.
Reyhani
liklərində imiş!
Mütləqi də, mahiyyəti də, sonsuzluğu və əbədiyyəti də insan an-
caq ruhunun ənginliyində tapa bilər!
İnsan dünyadan, onun nemətlərindən nə isə tapıb yeyə bilər. La-
kin nə qədər çox yesə də yeyə bilmədikləri daha çox olacaqdır. Qarın
doyacaq, göz doymayacaqdır. Nə qədər pul toplasa, əmlak toplasa,
bunlar dünya müqabilində sonsuz kiçik olacaq; gözü yenə başqalarının
əlində qalacaqdır. Yığdığı əmlak, var-dövlət onun özündən daha çox
yaşayacaq, özünə qalmayacaqdır. Müdriklərin dediyinə görə, insanın
bu dünyadan aparacağı bir kəfən olacaqdır ki, əslində heç onu da apara
bilməyəcəkdir.
Bəs onda insan nə üçün çalışır?
Dini görüşlərə görə, harada isə ikinci bir dünya – «o dünya» var
ki, insan məhz onun naminə yaşa-
malıdır. Həmin «o dünya» sonsuz
və əbədidir. İnsana bu fani dünyada
həyat ona görə verilib ki, «o dünya»-
sını qazana bilsin; Ya əbədi məşəq-
qət, ya əbədi sevinc, şad-xürrəm hə-
yat.
Lakin başqa qisim müdriklər əbədi səadət naminə çağdaş səadət-
dən imtinanı qəbul etmirlər. Əgər bu dünyanın əsas fəaliyyət kredosu
heyvani nəfs üzərində qələbədən, naz-nemətə və ləzzətə uymamaqdan
ibarətdirsə, onda bu cür könlü tox, gözü tox insan üçün əbədi ləzzət
idealı nə dərəcədə məqbuldur?
Ömər Xəyyamlar diqqəti məsələnin məhz bu cəhətinə yönəldir-
dilər. Mollalar isə onların «o dünya» haqqındakı dini təlimə şəkk gətir-
diklərini iddia edirdilər.
Müdriklər bu dünyadakı sevinc və səadəti o dünyadakına qarşı
qoymamış, sadəcə olaraq həqiqi böyük sevincin və sevginin mənasını
daha düzgün müəyyənləşdirməyə, cənnətdə təsvir olunan könül ra-
hatlığını da elə bu dünyada ikən duymağa cəhd göstərmişdilər. Bu
müdriklər həyatın mənasını və dünyanın mahiyyətini də kənarda, fani
dünyanın naz-nemətində deyil, öz mənəvi-ruhani varlıqlarının hikmə-
U.Bleyk, R.Emerson, U.Uitmen
– 329 –
Həyatın qəlbinə çatanda
sən gözəlliyi hər şeydə görə-
cəksən, hətta gözəlliyə kor
olan gözlərdə belə.
Cübran
tində, sirli-sehrli aləmində axtarmışlar. Nüaymə deyir: “Biz hamılıqla
yeri göyü özümüz və hamımız üçün cənnətə çevirməyə can atmalı-
yıq”.
1
«Özünü dərk et!» – deyən Sokrat da, «mənəm həqq, həqq məndə-
dir», – deyən Həllac və Nəsimi də, «quyuya su tökməklə, sulu olmaz»,
– deyən dədələr də fani dünyanın tərəf-müqabili kimi könül evini, mə-
nəvi aləmi qəbul etmişlər.
«Bu dünya»ya alternativin insanın iç aləmində axtarılması heç
də «o dünya» ideyasının inkarı kimi anlaşılmamalıdır. Sadəcə olaraq
sonsuz və qeyri-müəyyən olan «o dünya»nın, əzəli-əbədi olan iç dün-
yası ilə, mənəvi aləmlə, ruhla ilişgisini anlamaq lazımdır.
«O dünya»nın alternativ fiziki
məkan kimi başa düşülməsi səhvdir.
Fiziki zaman və məkan mənəvi
dünyanın, ruh aləminin atributları ola
bilməz. Axı, o dünyada ruh yaşaya-
caq.
Ruh həm bu dünyanın, həm
də «o dünya»nın daşıyıcısıdır. Gələcəkdə sakini olacağımız dünyanın
daşıyıcısı!
Bu günlə gələcəyin eyniyyəti!
Mənəvi, ruhani zamanın ənənəvi zaman anlayışından fərqi də
özünü burada göstərir. Mənəvi məkan «bu dünya ilə «o dünya»nı bir-
likdə ehtiva etdiyi kimi, mənəvi zaman da gələcəyimizi elə bu gün ya-
zır. Əlbəttə, bizim öz həyat tərzimizdən, fəaliyyətimizdən asılı olaraq.
Ruh üçün elə bu dünyada da məkan-zaman müəyyənliyi yoxdur.
İnsan bədəninin harada olması, onun nə fikrinin, nə də hissinin harada
və nə ilə məşğul olmasını müəyyən etmir. Fikir dünyasında zaman fak-
toru da heç bir rol oynamır. Çünki bugünkü hadisələr və onlarla bağlı
bilgilər, düşüncələr diqqətdən uzağa, hafizənin passiv qatına, arxa pla-
na keçirilə bilər, keçmişdə baş verənlər isə fikirdə yenidən aktuallaşa
1
Bax: A. İmanquliyeva. “Qələmlər Birliyi” və Mixail Nüaymə, səh. 120-121.
Şə
rq ruhunun Qərb həyatı
– 330 –
Gözəllik – ehtiyac deyil,
vəcddir, alovlanmış ürək və
sehrlənmiş qəlbdir.
Cübran
bilər. Yaxud fikirdə keçmişlə indi və hətta gələcək (gələcək haqqında
düşüncələr, planlar, arzu, məqsəd və s.) eyni zaman müstəvisinə gəti-
rilə bilər. Yəni insan cismən bir zaman və məkanda olduğu halda, fik-
rən zaman və məkan müəyyənliyi olmayan tamamilə başqa bir aləmdə
ola bilər.
Əbədiyyət təkcə mühitdə, təbiətdə yox, həm də insanın içində-
dir! Sonsuzluq, tükənməzlik ideya aləminə, insanın mənəvi dünyasına
xasdır! Cübran deyir: «Gözəllik güzgüdə öz əksinə baxan əbədiyyət-
dir».
1
Bu fikrə istinad edən Aida İmanquliyeva yazır: «Cübran burada
da gözəlliyi «kainatin yaradıcısı» hesab edən Emersona yaxındır».
2
Emerson yazır: «Qədim yunanlar kainatı «kosmos» – gözəllik adlandı-
rırdılar. Bütün şeylərin quruluşu belədir ki, yaxud insan nəzərlərinin
yaradıcı gücü belədir ki, bütün il-
kin formalar – səma, dağ, ağac,
heyvan – özü-özlüyündə bizə həzz
verir.”
3
Emersonun da Şərq ruhuna bə-
lədliyi özünü məhz belə incə mə-
qamlarda, sonsuzluğun gözəlliklə, gözəlliyin dünyanın ahəngi ilə və
nəhayət, bu ahəngin insanın daxili aləmi ilə əlaqəsini görə bilməsində
üzə çıxır. Bəli, insan cismən məhdud olsa da, mənən tükənməzdir və
bu daxili mənəvi tükənməzlik sanki sonsuz kainatın proyeksiyasıdır.
Emerson yazır: “Gözəlliyin kamil olması üçün daha ali bir element –
ruhani element gərəkdir. Yüksək, ilahi gözəlliyin oyatdığı məhəbbət
insan iradəsindən ayrılmazdır. Gözəllik – Allahın fəzilət ayəsidir. Hər
bir təbii addım gözəldir. Hər bir qəhrəmanlıq da nəcibdir; o, baş verdi-
yi yeri və onu izləyənləri nurlandırır”.
4
1
C.X.Cübran. Peyğəmbər // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2007, № 4,
s. 54.
2
A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 131.
3
Р.У.Эмерсон. Прекрасное // История эстетики, т. III, М., «Искусство»,
1967, с. 985.
4
Yenə orada, səh. 986.
Dostları ilə paylaş: |