Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə102/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   98   99   100   101   102   103   104   105   ...   118

 
  
 
 
  
 
 
 
  
  
                   Uilyam
 
Bleyk 
(1757-1827) 
 
 
Ralf Emerson
                                  
Uolt Uitmen
 
    1803-1882
                                             
1819 – 1892 
 
 
Bütün  romantikləri  insanın  tapdanmış  ləyaqəti  uğ-
runda, onun mənəvi və ictimai azadlığı uğrunda mübari-
zə birləşdirir. 
Aida İmanquliyeva 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 322 – 
 
 
 
 
 
 
 
Qərb ədəbiyyatında əsən  
Şərq küləyi 
 
 
Aida  xanıma  qədər  nəinki  ərəb  məhcər  ədəbiyyatı,  habelə  Qərb 
romantik poeziyası Azərbaycanda geniş tədqiq olunmamışdı. U.Bleyk, 
Emerson, Uitmen kimi görkəmli şairlərin həm bədii yaradıcılıq metod-
ları,  həm  də  ideya  mövqeləri  Azərbaycan  oxucularına  ilk  dəfə  olaraq 
məhz Aida İmanquliyeva tərəfindən təqdim olunmuşdur. Lakin bir da-
ha təkrar etmək istərdik ki, Aida xanımın rolu bu ədəbi proseslər haq-
qında heç də sadəcə informasiya verməkdən ibarət deyildi. Aida xanım 
Qərb  ədəbiyyatı  tarixçisi  də  deyildi.  Lakin  onun  tədqiqatı  empirik  sə-
viyyə  ilə  məhdudlaşmayaraq  nəzəri-konseptual  dərinliklərə  endiyin-
dən, burada ədəbi-bədii məsələlər fəlsəfi məzmun kəsb edirdi ki, nəti-
cədə Şərqdə və Qərbdə  gedən ədəbi proseslərin ümumi tendensiyaları 
tapılıb üzə çıxarılırdı. Onun baxış spektri o dərəcədə zəngin idi ki, tək-
cə ərəb ədəbiyyatı ilə məhdudlaşa bilməzdi. Buraya istər-istəməz müx-
təlif coğrafi məkanlara aid olsalar da, eyni ideyanın və eyni xətti-hərə-
kətin  nümayəndələri  və  bayraqdarları  olan  fərqli  şəxsiyyətlər  daxil 
edilməli  idi.  Məhz  buna  görə  də,  Aida  xanımın  baxış  bucağında  ərəb 
ədəbiyyatı ilə bərabər Amerika, Avropa və rus ədəbiyyatını da görmək 
mümkündür. Bir tərəfdən Turgenyev, Çexov, Tolstoy, Dostoyevski ki-
mi  rus  yazıçılarının  ərəb  məhcər  ədəbiyyatına  təsirindən  bəhs  edilər-
kən bu  yazıçıların öz dünyagörüşləri haqqında da məlumat verilir, di-
gər  tərəfdən  onların  başlıca  ideyaları  diqqət  mərkəzinə  çəkilir,  söhbət 
ədəbi şəxsiyyət müstəvisindən ideya müstəvisinə keçirilir. Bleyk, Bay-
ron,  Şelli,  Emerson,  Uitmen,  Toro  və  s.  bu  kimi  görkəmli  Qərb  şair-


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 323 –  
Mütləqi də, mahiyyəti də, 
sonsuzluğu  və  əbədiyyəti  də 
insan ancaq ruhunun əngin-
liyində tapa bilər!  
Ə
bu Turxan 
lərinin timsalında isə Şərq poetik ruhunun Amerikada və Avropada ne-
cə yaşadıldığı və qayıdıb yenidən Şərq ədəbi düşüncəsinə necə təsir et-
diyi açılıb göstərilir.  
Şərq poeziyası və ümumiyyətlə Şərq düşüncə tərzi üçün səciyyə-
vi olan fikrin rəmzlərlə ifadə olunması Qərb poeziyasının bir sıra gör-
kəmli  nümayəndələrində  də  müşahidə  olunur.  Düzdür,  belə  şairlər 
Qərb  mühitində  asanlıqla  qəbul  olunmur,  amma  zaman  keçdikcə  bu 
yaradıcılığın  ümumbəşəri  dəyəri  özünü  təsdiq  edir.  Görkəmli  ingilis 
romantik şairi Uilyam Bleyk də uzun müddət Qərb ədəbi-tənqidi mü-
hitində müqavimətlə qarşılanmışdır. O, ancaq ölümündən sonra böyük 
şöhrət qazanmışdır; o vaxt ki, artıq Şərq poetik ənənəsinin təsiri kifa-
yət qədər güclənmiş və Avropada romantik poeziyanın tənətənəsi üçün 
meydan açılmışdır.  
Bəli, U.Bleyk rəmzlərlə danışır. Məsələn: 
 
Xeyir – cənnətdir, şər – cəhənnəm.
1
 
Doğurdan da, cənnət və cəhənnəmi ancaq hansı isə fərqli bir mə-
kanda axtarmaqdansa, yaşadığımız məkanın ruhani qatını iki yerə ayır-
maqla  onların  hər  ikisini  canlı  həyatla 
virtual  əlaqə  şəklində  təsəvvür  etmək 
olar.  
Eyni  dünyada,  hətta  eyni  mühit-
də  yaşayanlardan  birinin  cənnətdə,  di-
gərinin  cəhənnəmdə  olduğunu  necə 
təsəvvür  etmək  olar?  Bleyk  «Cən-
nətlə  cəhənnəmin  izdivacı»  əsərində  yazır:  «Axmağın  və  müdrikin 
gördükləri eyni bir ağac başqa-başqadır».
2
 Doğurdan da, dünyanın ey-
ni olması şərt deyil, əsas məsələ insanların fərqli olmasıdır. İçində xə-
bislik olan, hər şeydə nöqsan axtaran, həmişə narazı qalan insan üçün 
dünya necə cənnətə çevrilsin? Seçimi insan özü edir. İçində Allah nuru 
olan, insanları sevən, təbiətin, həyatın gözəlliklərini görmək iqtidarın-
                                                 
1
 W. Blake. The marriage of Heaven and Hell // Selected Verse (Избранные сти-
хи. Сборник, на англ. и рус. яз.), М.: Прогресс, 1982, с. 353. 
2
 Yenə orada, səh. 357.  


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 324 – 
 
Həqiqətən də ruhi-mənə-
vi  olan  şey  başlanğıcını  ak-
tivləşmiş,  arınmış  bir  mate-
rializmdən götürür. O, mad-
di  olanın  təbiətində  möv-
cuddur  və  onu  canlandıra, 
işıqlandıra  və  gözəlləşdirə 
bilir. 
Reyhani 
da olan insan üçün dünya elə cənnət kimi görünəcək, cənnətə çevrilə-
cəkdir.  
Sanki  insanın  içində  potensial  imkan  şəklində  həm  iblisin,  həm 
də  mələyin  bərqərar  olması  mümkündür.  Qəlbində  mələyin  məskən 
saldığı insan üçün iblis qorxulu deyil.  
M.Nüaymə «Qovğa» şeirində yazır:  
 
Qəlbimə bir şeytan girdi 
və bir mələk gördü orada. 
Göz açıb qapayıncayadək 
bir qovğa başladı aralarında.
1
 
 
U.Bleyk  də  “xeyir  və  şər”,  “mələk  və  iblis”,  “həqiqət  və  güc” 
əksliyinə müraciət edir və birinci tərəflə yanaşı, ikinci tərəfin də varlı-
ğındakı  mənanı  açmağa  çalışır. 
“Xeyir  passivdir  və  Əqlə  tabedir. 
Şər  aktivdir  və  Enerjidən  cücərir”.
2
 
U.Bleyk  hərəkətverici  qüvvənin  mə-
ləkdə  yox,  şər  tərəfdə,  iblisdə  oldu-
ğunu  qeyd  etməklə  bu  iki  tərəf  ara-
sındakı  münasibətin  dialektik  möv-
qedən ifadə edir.  
U.Bleyk  Reyhanidən,  Cübran-
dan  və  Caviddən  xeyli  əvvəl  yaşasa 
da,  onun  düşüncə  tərzindəki  ekstra-
ordinarlıq  sanki  zamanı  qabaqlamağa  və  məqamı  çatanda  daha  geniş 
və  təfərrüatlı  şəkildə  qoyulacaq  bir  problemin  bədii  eskizini  çəkməyə 
imkan verir. Görünür, məhz bu cəhətlərə görə professor Aida İmanqu-
liyeva  U.Bleyki  yeni  dövr  Şərq  romantizminin  ideya  qaynaqlarından 
biri  hesab  edirdi.  Həm  də  bu  ideya  varisliyi  kiminsə  ondan  bilavasitə 
faydalanmasını nəzərdə tutmur. Bu varislik ideyanın öz inkişaf yolun-
dan, qanunauyğunluğundan irəli gəlir. Əks təqdirdə, bu ideyanın Ame-
                                                 
1
 Halil Cibran – Mihail Nüaymə. Gözlerin fısıltısı, səh. 89.  
2
W. Blake. The marriage of Heaven and Hell, p. 353.  


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə