Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə110/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   106   107   108   109   110   111   112   113   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 348 – 
 
1.
 
İlk əvvəl qeyd edək ki, təbii formaların sadə qavrayışı – həzz-
dir. Təbiətdəki sadə forma və hadisələrin təsiri insan üçün zəruridir və 
ona  tələbat  görünür  ki, dünyanın  sadə  qavrayışı  ilə  Gözəlliyə  məhəb-
bət arasındadır. Zərərli əməyin, yaxud axmaq cəmiyyətin sarsıtdığı fi-
ziki və ruhani qüvvələri təbiət müalicə və bərpa edir. Tacir, yaxud aş-
baz küçənin səs-küyündən uzaqlaşaraq səmanı  və meşəni görəndə ye-
nidən insan olur. Onların əbədi sakitliyində o özünü tapmış olur. Göz-
lərin  sağlamlığı  üçün,  görünür,  onların  üfüqə  ehtiyacı  var.  Baxışları-
mız kifayət qədər uzaqlara dikiləndə biz heç zaman yorulmuruq.  
Bəzi saatlarda isə Təbiət bədənə heç bir xeyir gətirmədən bizi öz 
məlahəti ilə sevindirir. Evimin qarşısındakı təpənin mənzərəsini səhə-
rin ilk şəfəqlərindən günəşin çıxmasınadək müşahidə edərkən mən bəl-
kə  də  mələklərin  paylaşa  biləcəyi  hissləri  yaşayıram.  Uzun,  nazik  bu-
lud  zolaqları  qırmızı  dənizdə  balıqlar  kimi  üzürlər.  Yerdən,  sanki  sa-
hildə durmuş kimi mən bu lal dənizə baxıram. Və sanki bu sürətli çev-
rilmələrdə mən də iştirak edirəm: orda, yüksəklikdə baş verən möcüzə 
məni  burda,  yerdə  zəbt  edir  və  mən  böyüyür,  səhər  mehi  ilə  ittifaqa 
girirəm... 
Lakin  bizim  Təbiətdə  gördüyümüz  və  duyduğumuz  Gözəllik  yal-
nız kiçik bir hissədir. Günün mənzərələri, səhərin təravəti, göy qurşa-
ğı, dağlar, çiçək açmış meyvə bağları, ulduzlar, ay işığı, durğun suda-
kı kölgələr və sairəyə vardıqca bir xəyala çevrilir və bizi özlərinin qey-
ri-reallıqları  ilə  qıcıqlandırırlar.  Evdən  aya  baxmaq  üçün  çıxın  və  o 
sizə bir illüziya kimi görünəcək; o sizə, yolunuzu işıqlandırdığı zaman-
da  olduğu  kimi  həzz  verməyəcək.  Bəs,  oktyabrın  qızılı  günlərinin  gö-
zəlliyini kimsə tutub saxlaya bilərmi? Çıx, axtar onu və onun yoxa çıx-
dığını görəcəksən; bu, dilijansın pəncərəsindən müşahidə etdiyin ilğım 
kimidir. 
2.
 
Gözəlliyin  kamil  olması  üçün  daha  ali  bir  element  –  ruhani 
element gərəkdir. Yüksək, ilahi gözəlliyin oyatdığı məhəbbət insan ira-
dəsindən ayrılmazdır. Gözəllik – Allahın fəzilət ayəsidir. Hər bir təbii 
addım  gözəldir.  Hər  bir  qəhrəmanlıq  da  nəcibdir;  o,  baş  verdiyi  yeri 
və onu izləyənləri nurlandırır.
 


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 349 –  
Böyük əməllər bizə öyrədir ki, kainat hamıya məxsusdur. Təbiət 
hər bir idraklı varlığa məxsusdur. O, insana məxsusdur, əgər o ondan 
imtina etmirsə. O öz küncünə qısıla və öz çarlığından imtina da edə bi-
lər, çoxları kimi, lakin mövcudluğu etibarı ilə onun kainata haqqı ça-
tır.  Və  o,  ağlı  və  iradəsi  həddində  dünyanı  daxilinə  alır.  Sallüstiy  de-
mişdir: “O şeyin ki, naminə insanlar əkir, tikir və ya dənizlərdə üzür-
lər, insan qüdrətinə tabedir”. “Küləklər və dalğalar həmişə  yaxşı də-
nizçilərin tərəfindədirlər”, deyərdi Hibbon. Onlarla birlikdə günəş də, 
ay  da  və  göydəki  bütün  ulduzlar  da.  Bəzən  də  olur  ki,  hansısa  qəhrə-
manlıq gözəl bir təbiət fonunda baş verir. Leonid və onun üç yüz fədai 
döyüşçüsü həlak olduqları gün günəş və ay onları dərin Fermopil də-
rəsində görmək üçün çıxmışdılar; Arnold Vinkelrid özünü Avstriya ni-
zələrinin üstünə ataraq Alp yüksəkliklərində yoldaşlarına yol açmışdı. 
Məgər bu qəhrəmanlar öz hünərlərinin gözəlliyi ilə onları əhatə edən 
təbiətin gözəlliyini tamamlamadılarmı? 
Lakin  əgər  həqiqət  və  ya  hünər  uğrunda  qəhrəmanlıq  baxımsız 
mühitdə, çəlimsiz predmetlər əhatəsində baş verirsə, onda səma onun 
örtüyü, günəş isə onun çırağı olur. Təbiət qucağını insana açır , əgər 
onun fikirləri kainatın böyüklüyünə layiqdirsə. O, həvəslə insanı müşa-
yiət  edir,  böyüklüyünün  bütün  rəngləri  və  hüsnü  ilə  sevimli  övladını 
bəzəyir. Təki onun fikirləri nəcibliyinə görə böyük olsunlar, onda çər-
çivə də mənzərəyə layiq olacaqdır. Fəzilətli insan həmişə Təbiətin ya-
radıcılığı  ilə  harmoniyadadır  və  kainatda  mərkəzi  yer  tutur.  Homer, 
Pindar, Sokrat, Fokion bizim şüurumuzda Yunanıstanın coğrafiyası və 
iqlimi ilə assosiasiya təşkil edir. 
3.
 
Dünyanın  gözəlliyini  həm  də  başqa  bir  yöndən  nəzərdən  ke-
çirmək olar – onun idrak tərəfindən dərk olunduğu məqamdan. Əşya-
lar təkcə fəzilətlərlə deyil, həm də fikirlə bağlıdır. İdrak mövcudluğun 
ehtiraslarla boyanmamış, mütləq, ilahi nizamını axtarır. İntellektual və 
yaradıcı qabiliyyətlər görünür bir-birini əvəz  edir və bir qisminin xü-
susi  inkişafı  digərlərinin  xüsusi  inkişafına  səbəb  olur.  Onlar  az  qala 
bir-birlərinə  düşmən  görünürlər,  əslində  isə  onlar  heyvanlarda  qida-
lanma  ilə  iş  periodlarını  xatırladırlar:  biri  arxasınca  gələn  digərini 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 350 – 
 
hazırlayır.  Bu  səbəbdən  də  gördüyümüz  kimi  gözəllik  insan  fəaliyyəti 
ilə elə bir əlaqədədir ki, o, onu axtarmayanda aşkarlanır. Və məhz ax-
tarmadığımız  üçün  idrak  tərəfindən,  daha  sonra  isə  yaradıcı  qabiliy-
yətlərlə qavranıla və tədqiq oluna bilir. İlahi olan heç nə ölmür. Təbiə-
tin  gözəlliyi  sadəcə  fəaliyyətsiz  seyr  üçün  yox,  yeni  yaradıcılıq  üçün 
şüurda emal olunur.  
 Məlum həddə kainatın görüntüsü bütün insanlara təsir edir; bə-
ziləri  hətta  bundan  həzz də  alırlar.  Gözəlliyə  bu məhəbbət  zövq  adla-
nır.  Bəzilərində  bu  məhəbbət  o  qədər  böyükdür  ki,  onlar  heyranlıqla 
kifayətlənməyərək  onu  yeni-yeni  formalara  salmağa  çalışırlar.  Gözəl-
liyin yaradılması – sənətdir. Sənət əsərinin yaradılması insanın təbiəti-
nə  işıq  salır.  Sənət  əsəri  –  təbiətin  miniatürdə  əksi,  yaxud  təcəssümü-
dür.  Ona  görə  ki,  təbiətin  yaratdıqları  sonsuz  və  müxtəlif  olmasına 
baxmayaraq onların bir-birinə bənzəyişləri də var və hər biri də özünə 
görə  unikaldır.  Təbiət  bir-birinə  oxşar  və  eyni  zamanda  qeyri-adi  də-
rəcədə bənzərsiz formalar dənizidir. Ağac yarpağı, gün şüası, landşaft, 
okean  şüura  göstərdikləri  təsirə  görə  oxşardırlar.  Onların  hamısına 
kamillik  və  harmoniya,  yəni  gözəllik  xasdır.  Gözəlliyin  –  bütün  təbii 
formaların  vəhdətinin  –  meyarı  bütün  təbiətdir,  gözəlliyin  il  piu 
nell’uno

 kimi təyinini verərkən italyanlar məhz bunu nəzərdə tuturdu-
lar. Heç nə öz-özünə gözəl ola bilməz; o, bütövün hissəsi olaraq gözəl-
dir. Ayrıca götürülmüş əşya kainatın gözəlliyi onda əks olunduğu dərə-
cədə gözəldir. Hər bir rəssam, heykəltaraş, musiqiçi, memar dünyanın 
bu  nurunu  bir  fokusda  cəmləyərək  öz  əsərində  onu  yaratmağa  sövq 
edən  gözəllik  eşqini  təcəssüm  etdirir.  Beləliklə,  incəsənət  insanın  də-
yişdirdiyi təbiətdir. Təbiət incəsənəti onun əzəli yaratdıqlarının gözəl-
liklərindən vəcdə gəlmiş insanın iradəsi vasitəsi ilə yaradır.  
Deməli, dünya onunçün mövcuddur ki, bizim nəfslərimizin gözəl-
liyə olan ehtiyacı ödənsin. Məhz bunu mən son məqsəd adlandırıram. 
Heç  nə  ilə  izah  etmək  mümkün  deyil  ki,  niyə  nəfs  gözəlliyə  can  atır. 
Gözəllik,  bu  sözün  ən  geniş  və  dərin  mənasında,  kainatın  ifadəsidir. 
Allah  mövcudatın  hamısıdır.  Həqiqət,  xeyirxahlıq  və  gözəllik  –  bu 
                                                 

 Vahid olanda ən böyük olan (ital.) 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə