Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə107/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   103   104   105   106   107   108   109   110   ...   118

U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 337 –  
Təlimlər pəncərə şüşəsinə 
bənzəyir.  Biz  həqiqəti  onun 
arxasından görürük və elə o 
da bizi həqiqətdən aralayır.  
Cübran 
şulsa da, əslində quldurlarla əməkdaşlıq etdiyi məlum olur. Yəni insan 
böyük ideallarla yaşasa da, bu idealları bölüşmək üçün həmfikirlər tap-
maq  bəzən  çətin  olur.  Əmin  ər-Reyhaninin  «Xalidin  kitabı»  əsərində 
də qəhrəman milli istiqlal haqqında düşünür və  yenə də mübarizə ob-
yektinin «istilaçı türklər» olduğu aşkara çıxır.  
Bir çox tənqidçilər «Xalidin kitabı» əsərini də «Çayld Harold»la 
müqayisə edir və bir sıra uyğun cəhətlər görürlər. Amma tarixdən gə-
lən bir ümumi cəhət də vardır ki, yunan da, ərəb də məhz «türk istila-
sı»ndan  xilas  olmaq  haqqında  düşünür.  Daha  doğrusu,  bu  düşüncələr 
yunanların özündən və ərəb xalqından fərqli olaraq, üç böyük romantik 
şair:  Hölderlin,  Bayron  və  Əmin  ər-
Reyhani  tərəfindən  dilə  gətirilir.  Yəni 
romantizmin Böyük Fransız İnqilabın-
dan  qaynaqlanan  mübarizə  ruhu  sanki 
özünə yeni bir döyüş səhnəsi axtarırdı. 
Və  XIX  əsrin  coğrafi  məkanında 
Osmanlı  imperiyası  ən  geniş  ərazi 
əhatə etdiyindən, istilaçı obrazına da ən çox türklər uyğun gəlirdi.  
Coğrafi-siyasi baxımdan bu, doğrudan da, belə idi. Kənardan ba-
xanda “istila” faktı, bir xalqın mədəniyyətinin başqası tərəfindən sıxış-
dırılmasını da ehtiva  etdiyindən milli mənlik uğrunda mücadilə qaçıl-
maz  olmalıdır.  Bayron  da  kənardan  gəldiyi  üçün  belə  düşünür  və  yu-
nanların dincliyinə təəccüblənir. Amma əslində yerli yunanlar ona gö-
rə dinc  yaşayırdılar ki, siyasi hakimiyyət mədəni-mənəvi hakimiyyətə 
çevrilməmişdi  və  yunanlar  özlərini  məhz  yunan  diyarında,  ərəblər  də 
məhz ərəb ölkəsində hiss edirdilər. Osmanlı imperiyası müxtəlif xalq-
ların coğrafi-siyasi birliyi olmaqla əslində həmin xalqları hərbi
 
mükəl-
ləfiyyətdən azad etmiş, xarici təcavüzlərdən qorumaq yükünü öz üzəri-
nə götürmüşdü. Amma bu xalqların mədəniyyətini mənimsəmək və ya 
öz dinini, dilini, mədəniyyətini onlara zorla mənimsətmək siyasəti yü-
rüdülməmişdi. Əksinə, türk milli kimlik məfkurəsi yetərincə formalaş-
madığına görə, Osmanlı imperiyasında milli mədəniyyətlərinin bir sin-
kretizmi var idi. Sadəcə kənardan baxanda mənzərə başqa cür görünür. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 338 – 
 
Şərqi  geri  qoyan  ətalət 
qüvvəsinin  böyüklüyü  yox,  
hərəkətverici  qüvvənin  ki-
çikliyidir;  mənəvi  sədlərin 
yüksəkliyi  yox,  intellektual 
cəhdlərin zəifliyidir.  
Ə
bu Turxan 
Həm  kənardan,  həm  də  uzaq  zaman  məsafəsindən  baxanda,  hər  şey 
ikiqat təhrif olunur. Ona görə də Almaniyadan gəlmiş Hölderlin, İngil-
tərədən  gəlmiş  Bayron  yunanların  rahatlığını  başa  düşə  bilmir  və  on-
ları acizlikdə təqsirləndirirdi. Amerikadan qayıtmış Əmin ər-Reyhani-
nin arzuları və idealı da  daha  çox xaricdə kökləndiyi romantik ab-ha-
vadan  qaynaqlanırdı.  Digər  tərəfdən,  o,  imperiya  əsarətindən  xilas  ol-
maqla,  görəsən,  nəyin  yaradılmasını  arzulayırdı?  «Şərq  ilə  Qərb  ara-
sında  bütün  coğrafi  məkanı  əhatə  edən  böyük  bir  ərəb  imperiyası!»
1
 
Bu  iddia  ər-Reyhaninin  ümumiy-
yətlə  ərəb  dünyasının  keçmişi  ilə 
bağlı  nostalji  hisslərindən  irəli  gəlir-
di.  Halbuki,  “bu  keçmiş”  çoxdan  tə-
nəzzüllə  əvəz  olunmuşdu.  Bütövlük-
də Şərqə məxsus olan ətalət ərəb dün-
yasını  da  inkişafdan  geri  qoymuşdu. 
Təsadüfi  deyil  ki,  Əmin  ər-Reyhani-
nin müasiri Cübran Xəlil Cübran ərəb 
ölkələrindəki  vəziyyəti,  ərəb  dili  və  mədəniyyəti  ilə  bağlı  problemləri 
Şərq-Qərb  münasibətləri  kontekstində,  Qərbin  kor-koranə  təqlidi  ilə 
əlaqələndirir: “Ərəb dili hər yerdə tədris dili deyil, onun daxil edildiyi 
məktəblər  isə  sırf  milli  xarakter  daşıyır.  Məktəblər  xeyriyyəçi  cəmiy-
yətlərin, konfessional komitələrin və dini missiyaların əlindən dövlətin 
əlinə  keçməyənə  qədər  o,  heç  vaxt  bütün  elmlərin  dilinə  çevrilmə-
yəcək.  
Suriyada, məsələn, bütün təhsil sədəqə kimi Qərbdən alınıb, biz 
hələ də ac və acgöz kimi bu dilənçi payının çörəyini yeyirik. Bu çörək 
bizi yaşadır, amma həyat verməklə  yanaşı həm də ölüm gətirir. Həyat 
verir, çünki bizim mənəvi qüvvələrimizi oyadır və ağlımızı təravətlən-
dirir;  öldürür  ona  görə  ki,  düşüncələrimizi  ayırır,  birliyimizi  zəiflədir, 
ittifaqımızı  pozur,  icmamızı  parçalayır.  Belə  ki,  bizim  böyük  ölkəmiz 
                                                 
1
 Bax:  Walter  Edward  Dunnavent  III.  Rihani,  Emerson  and  Toreau  //  Ameen 
Rihani:  Bridging  East  and  West,  New-York,  University  Press  of  America,  2004,  p. 
55. 


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 339 –  
Romantik  rəmzlər  siste-
mində  azadlıq  anlayışı  bə-
dii şüurun ən mühüm cizgi-
lərindən birini təşkil edir.  
Aida İmanquliyeva 
xarakterinə və meyllərinə görə müxtəlif olan kiçik müstəmləkə ərazilə-
rinə  çevrilmişdir.  Hər  müstəmləkə  bir  Qərb  millətinə  təhkim  olunub, 
onun bayrağı altında yaşayır və onun şərəf və şöhrətini tərənnüm edir. 
Amerika  məktəbində  elmə  yüngülcə  yiyələnən  gənc  asanlıqla  Ameri-
kanın  nümayəndəsinə  çevrilir.  İezuit  məktəbində  elmdən  halı  olan 
gənc  sanki  Fransanın  elçisi  olur.  Rus  məktəbinin  parçasından  tikilmiş 
köynək geyinən gənc artıq Rusiyanı təmsil edir.”
1
  
Bəli,  Qərb  istilası  daha  məqsəd-
yönlü  və  ideoloji  qata  malik  bir  istila 
idi.  Lakin  Avropada  tarixi  yazanlar 
da,  onların  təsiri  altına  düşən  şairlər 
də istilaçı kimi daha çox türk obrazını 
görməyə meyilli olmuşlar.   
Bayron  böyük  tarixi  keçmişi 
olan  yunanlarda  indi  daha  əvvəlki 
qüdrətdən əsər-əlamət qalmadığını görüb, bunu qeyd-şərtsiz «türk isti-
lası» ilə izah edir. Halbuki, yunanlar əvvəlki əzəmətini çoxdan itirmiş-
di və Çayld Haroldun seyr etdiyi qədim sarayların xarabalıqları da Os-
manlı  imperiyasının  yaranmasından  çox-çox  əvvəl  elə  xaraba  idi.  Əs-
lində  orta  əsrlərdə  böyük  sivilizasiya  yaratmış  ərəblərin  də  XX  əsrin 
əvvəllərində  cəhalət  və  mövhumatdan  əziyyət  çəkməsi  heç  də  “türk 
əsarəti” ilə izah edilə bilməz. Ən azı, ona görə ki, ərəblər də yunanlar 
kimi, öz əvvəlki qüdrətlərini Osmanlı imperiyasından xeyli əvvəl itir-
mişdilər.  İkincisi,  bu  imperiya  əslində  Ərəb  Xilafətinin  varisi  idi  və 
burada bütün əvvəlki dəyərlər sistemi qorunub saxlanırdı.  
Görünür,  romantizmin  realizmdən  bir  fərqi  də  budur  ki,  onun 
üçün  gerçək  tarixi  faktlardan  daha  çox,  ümumiyyətlə  azadlıq  ideyası-
nın  tərənnümü,  onunla  bağlı  hər  hansı  hissiyyatın,  təəssüratın  mahiy-
yətini  gücləndirilmiş  surətdə  ifadə  etmək  daha  vacibdir.  Burada  za-
man-məkan  müəyyənliyi  önəmli  rol  oynamır.  Lakin  təəssüf  ki,  bunu 
hər dəfə oxucuların yadına salmaq çətin olur. Məsələn, tarixi yaxşı bil-
                                                 
1
 C.X.Cübran.  Ərəb  dilinin  gələcəyi  //  “Fəlsəfə  və  sosial-siyasi  elmlər”  jurnalı, 
2008, № 1, səh. 167. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə