Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə103/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   99   100   101   102   103   104   105   106   ...   118

U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 325 –  
Mən  gecə  kimi  sükutla 
doluyam,  ucsuz-bucaqsız  və 
hüdudsuzam, mənim qaran-
lığımın  əvvəli,  dərinliyimin 
sonu yoxdur. 
Cübran 
rikada  yaşayan  və  ingilis  ədəbiyyatını  mütaliə  edən  ərəb  romantikləri 
ilə  yanaşı,  heç  şübhəsiz,  Bleykin  əsərlərindən  xəbərsiz  olan  Hüseyn 
Cavid romantizmində də gündəmə gəlməsini izah etmək çətin olardı.  
«Mənim  tanrım  gözəllikdir,  sevgidir»,  –  deyən  Cavid,  eyni  za-
manda  hərəkətverici  qüvvələri  unutmur,  gözəlliyə  və  həqiqətə  aparan 
yolun gücdən və qüvvətdən keçdiyini vurğulayır:  
 
Yaşadan kainatı qüvvətdir, 
Gücsüzün hər nəsibi zillətdir.
1
 
 
Sadəcə  güc  yox,  gücə  qarşı  güc!  Öz  haqqını  müdafiə  etmək 
üçün,  güclü  olmaqdan  başqa  çarə  yoxdur.  Məqsəd  haqqa  çatmaqdır. 
Lakin haqqa çatmağın yolu güclü olmaqdan keçir.  
«Kim güclüdürsə, o da haqlıdır», – deyən fəlsəfə nə qədər iblisa-
nə  olsa  da,  reallığın  fəlsəfəsidir.  Çünki  bu  fani  dünyanın,  cismani  hə-
yatın reallıqları güc üzərində qərar tutur.  
 
Yaşamaq istəyirmisən, çarpış, 
Hərbə qoş, həp vuruş, ya əz, ya əzil! 
Onsuz irmək murada çox müşkül.
2
 
 
Bəli,  güc  heç  də  yalnız  şəri 
simvolizə  etmir.  Lakin  bizi  maraqlan-
dıran  məhz  şərin  də  gücə  malik  olma-
sı,  onun  özündə  gəzdirdiyi  potensial, 
neqativə çevrilmiş pozitivdir.  
Ruhun  qanadlarında  uzaqlara 
uçaraq  bədəndən  və  maddi  gerçək-
likdən  ayrılmaq  cəhdlərindən  fərqli 
olaraq, bu maddiyyatın potensial şəkildə özündə saxladığı daxili güçü, 
onun  öz  romantizmini  üzə  çıxarmaq  cəhdləri  amerikan  romantik  şairi 
Uolt Uitmenin poeziyasını səciyyələndirən ən mühüm amillərdən biri-
dir:  
 
                                                 
1
 H. Cavid. Əsərləri 5 cilddə, I cild, Bakı, Elm, 2005, s. 95. 
2
 H. Cavid. Əsərləri 4 cilddə, II cild, Bakı, «Yazıçı», 1982, s. 262. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 326 – 
 
Mən materiya haqqında poema qoşacağam, 
 çünki məncə, bu poemalar ruhla doludur. 
Mən öz bədənim və ölümüm haqqında poema qoşacağam. 
 çünki məncə, ruh və ölməzlik haqqında 
 əsl şeir ancaq belə yarana bilər.
1
 
 
Əsas vəzifə gücün məqsəd kimi deyil, vasitə kimi istifadə olun-
masıdır. Bu, məsələnin əxlaqi-etik müstəvidə qoyuluşudur. Lakin mə-
sələnin ontoloji aspekti də vardır. Şər nə vaxtsa pozitiv üçün başlanğıc 
ola bilərmi?  
Şərin pozitiv baxımdan vəsfini adətən F.Nitsşenin adıyla bağla-
yırlar. Amma məsələnin ontoloji planda qoyuluşu ilə biz Nitsşedən ön-
cə  Uitmendə  rastlaşırıq.  O,  1860-cı  ildə  (onda  Nitsşenin  20  yaşı  var 
idi) yazdığı «Pomanokada doğulmuş» adlı poemasında deyir:  
 
Mən şər haqqında şeir qoşuram, 
şərdən də danışmaq borcumdur mənim. 
…Əgər o varsa, deməli, sənin də, mənim də, mənim ölkəmin də 
varlığının ayrılmaz hissəsidir.
2
 
  
Poemanın  konteksti  və  şairin  başqa  şeirləri  ilə  tanışlıq  göstərir 
ki, o, şər anlayışına ancaq əxlaqi müstəvidə yanaşmır, ona güc və iradə 
daşıyıcısı  kimi  də  baxdığından  onu  vəsf  edir.  Uitmendə  romantizm 
konkretləşir, reallıqla üzvi vəhdətdə tərənnüm olunur.  
Məsələnin bu cür qoyuluşu Cavidi də daha düzgün başa düşməyə 
imkan  verir.  Cavidi  ümumiyyətlə  hər  cür  müharibənin  əleyhinə  olan 
şair kimi təqdim edənlər yanılırlar. Hətta onun  
 
Kəssə hər kim tökülən qan izini,  
Qurtaran dahi odur yer üzünü  
 
deyən məşhur misraları da hər cür müharibənin rədd edilməsi kimi ba-
şa düşülə bilməz. Həyatın dialektikası məhz bundan ibarətdir ki, bəzən 
qan  izinin  kəsilməsi  naminə  də  öncə  qan  tökmək  lazım  gəlir.  Haqqın 
                                                 
1
 Г.У.Лонгфелло.  Уолт  Уитмен.  Стихотворения  и  поэмы.  М.,  Худож.лит., 
1986, c. 312 
2
 Yenə orada, с. 313. 


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 327 –  
Yer özü də göyün ənginli-
yindədir,  göydən  yerə  baxa 
bilsən.  
Ə
bu Turxan 
qoruna  bilməsi  üçün  hərbə  hazır  olmaq  lazımdır.  Lakin  əsas  məsələ 
hansı  müharibənin  haqqa  xidmət  etdiyini  bilməkdir.  Bayron  da  “Don 
Juan” mənzum romanında bu iki hərb formasını fərqləndirməyə çalışır: 
 
Ancaq azadlıq hərbi müqəddəsdir; 
Şan- şöhrət üçün savaş bil ki, əbəsdir, 
Çün, bunlar hərb deyil, qırğındır yalnız...
1
 
 
U.Uitmen digər bir şeirində məhz müharibəni də vəsf etməkdən 
çəkinmir.  O  özünün  «Nə  zaman  sakitlikdə  düşünürdüm»  adlı  şeirində 
azad  Amerika,  bütöv  Amerika  uğrunda  müharibəni  tərənnüm  edir.
2
 
Beləliklə, biz burada Uitmendə «həqiqət və güc» ideyasının materialist 
versiyası ilə tanış oluruq.  
İnsan  ancaq  bədəninin  istəklərini,  instinktlərini  deyil,  könlünün 
istəklərini, ali və nəcib hissləri, mərhə-
mət  və  məhəbbət  duyğularını  dinləsə, 
qəlbinin  dərinliklərindəki  işığı  üzə  çı-
xara bilsə, dünya da gözəlləşəcəkdir.  
Dünyadakı  gözəllikləri  görən 
insanın  yaratdıqları  da  gözəl  olur. 
Rəssam da başqalarına göstərmək üçün çəkdiyini əvvəlcə öz təxəyyül 
dünyasında görməlidir. Bəstəkar da öncə haradansa qulağına gələn gö-
zəl  səsləri  özü  eşitməsə  onları  səsləndirə  bilməz.  Başqa  sözlə,  sənət 
əsərləri sınaq-səhv metodu ilə yaradıla bilməz.  
İnsan bədəni dünyanın, kainatın bir zərrəsi, insan ruhu isə dünya-
nı, kainatı ehtiva etmək qüdrətində imiş! Bunu bədənə  yox, ruha tapı-
nanlar, cismani ehtiyac üçün yox, ruhani ehtiyac üçün yaşayanlar, dün-
yanı ruhun işığında seyr edənlər daha yaxşı bilirlər! 
Kimsə deyib ki,  «çox oxuyan çox bilməz, çox gəzən çox bilər». 
Lakin  çox gəzənlərin çoxu könül evindən bixəbər qalıblar. Gəzdikləri 
və  gördükləri  dünya  yox,  dünyanın  görüntüsü  olub.  Əsl  dünya,  ma-
hiyyət isə kənarda deyil, içəridə, qəlb aləminin, ruhani dünyanın dərin-
                                                 
1
 Дж.Г.Байрон.  Дон  Жуан  //  Собрание  сочинений  в  4-х  томах,  т.1,  М., 
«Правда», 1981, стр. 118. 
2
 Г.У.Лонгфелло. Уолт Уитмен. Стихотворения и поэмы, səh. 306. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə