Aida xanım İmanquliyevanın


U.Bleyk, R.Emerson, U.Uitmen



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə111/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   107   108   109   110   111   112   113   114   ...   118

U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 351 –  
mövcudluğun  müxtəlif  tərəflərindən  başqa  bir  şey  deyil.  Lakin  təbiət-
dəki gözəllik gözəlliyin ifadəsinin yekunu deyil. O, daxili, ruhani gözəl-
liyin yalnız carçısıdır və öz-özlüyündə əbədi dəyər deyildir. O, təbiətin 
ali təyinatının bir hissəsidir, təcəssümü deyil. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 352 – 
 
 
 
 
Dostluq
 
 
Biz nə özümüzə, nə də başqalarına bağlılıqlarımızdan nə dərəcə-
də asılı olduğumuzu etiraf etmirik. Yer üzünü soyuq şimal küləkləri tək 
soyudan eqoizmin əksinə olaraq məhəbbət öz ilahi atmosferi ilə bütün 
bəşər övladını isidir. Yaddaşımızda bir çox şəxsiyyətlər var ki, onlarla 
qısa söhbətdən sonra anlayırsan ki, sən onları sevirsən, onlar da səni. 
Küçədə, ya kilsədə qarşımıza çıxdıqları zaman onlarla lal görüşün tə-
sirindən qəfildən qəlbimiz yenidən sevinir. Bir çox təsadüfi baxışların 
mənasına varmağa çalışın: bu mənanı ürək tanıyır.  
İnsani həmrəylik toxunacaq sizə və ətrafda hər şey üzünüzə gül-
məyə başlayacaq. Poeziyanın, dostyana söhbətin yaxud xeyirxahlıq və 
dərdə şərik olmağın bizdə yaratdığı təəssüratı istinin və odun təsiri ilə 
müqayisə etmək olar. Lakin qəlbimizi daha da işıqlandıran, canlandı-
ran və bizi hünərlərə, fəaliyyətə səsləyən bizim duymaq qabiliyyətimiz-
dir, sadə mehrdən ən ali və alovlu məhəbbətə qədər. 
Bizim  əqli  imkanlarımız  da  bağlılıq  ölçüsündən  asılı  olaraq  ar-
tır. Yazıçı yazmaq üçün oturur, nədən yazacağını çox götür-qoy etmiş 
olsa  da,  gözəl  fikirlər  gəlmək  istəmir  ki,  istəmir;  nə  qədər  çalışsa  da 
ifadələr  yerinə  düşmür;  və  budur  o,  dostuna  məktub  yazmaq  fikrinə 
düşür  və  ən  gözəl  fikirlər,  surətlər  öz-özünə  ən  gözəl  sözləri  seçərək 
hər yandan axmağa başlayır. Baxın, insana hörmət və qonaqpərvərlik 
olan o evdə ilk dəfə məşhur bir qonağı qarşılamağa hazırlaşırlar. Xe-
yirxah  ürəklərdəki  həyəcan  və  narahatlığa  fikir  verin!  “Bu  naməlum 
insan haqqında bizə o da danışıb, bu da. Lakin onun gözəl, nadir key-
fiyyətlərini yalnız biz qiymətləndirə biləcəyik. O bizim üçün bəşəri təm-
sil  edəcək,  son  nəticədə...  Bəs,  biz  nə  edəcəyik?  Onunla  söhbətə  necə 
başlayacaq, necə ünsiyyət quracağıq?” Biz az qala qorxu və narahat-
lıq  alovuna  düşürük.  Lakin  xoşbəxtlikdən  onlar  bizi  ürəkləndirir,  il-
hamlandırırlar. Sükutun sevimli ruhu bizi tərk edir: biz heç zaman da-


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 353 –  
nışmadığımız kimi gözəl danışırıq, təcrübəmizin xəzinələrindən ən zən-
gin, ən ruhani, ən zəkalı ifadələri dartıb çıxarırıq; tanışlarımız və qo-
humlarımızın  təəccübdən  ağızları  açıla  qalır:  hardan  yığılıb  bütün 
bunlar  bizim  daxilimizə?  Saatlarla  susmadan  danışmağa  hazırıq.  La-
kin məşhur qonağımız orda-burda zəifliklərini, qüsurlarını, pedantlığı-
nı aşkarladıqca bizim heyranlığımız getdikcə sönür, yox olur. 
Birinci və artıq sonuncu dəfədir ki, o bizdən bizim ən gözəl nitq-
lərimizi eşidir. Heyf! O daha bizimçün böyük Naməlum deyil: məhdud-
luq,  anlaşılmazlıq,  kobud  tərbiyəsizlik  –  necə  də  tanışdır  bizə!  İndi  o, 
bir də gəlsə, onu yenə mənim səliqəli və bəzəkli şəraitim, mənim bay-
ram paltarım, mənim yaxşı naharım qarşılayacaq; lakin qəlbin titrəyi-
şini, ürəyin açılmasını – bunları bir daha görməyəcək. 
Dostluğa  gəldikdə,  boynuma  almalıyam,  təbiət  etibarı  ilə  şişirt-
mələrə  meylliyəm.  Yeni  insan  mənim  üçün  həmişə  böyük  əhəmiyyətə 
malik  hadisəyə  çevrilir  və  mənə  bütün  gecəni  yatmağa  imkan  vermir. 
Lap bu yaxınlarda iki-üç yaxşı oğlanla görüşdən sonra xəyalım yüz ye-
rə gedib çıxdı, lakin səhərə sakitləşdim və heç bir nəticənin olmadığını 
anladım: mənim həvəsim mənə yeni heç bir fikir vermədi, davranışım-
da  yaxşılaşma  yaratmadı.  Bu  cür  davamlı  olmayan  həvəslər  maraq 
üçün yaxşıdır, amma həyat üçün yox; onlara uymaq olmaz: bu hörüm-
çək torudur, etibarlı paltar deyil.  
Bəzən  mən  cəmiyyətdən  küsəndə  tənhalığa  qaçıram;  lakin  mən 
hələ ədalət hissimi itirməmişəm və qapılarımı təbiət etibarı ilə mehri-
ban, müdrik və alicənab insanlar üçün bağlamaram; və məni dinləyən 
və anlayan insan həmişəlik olur mənimçün. Təbiət yoxsul deyil! Vaxt-
aşırı o, mənə bu həzzi göndərir və biz ictimai parçanı öz meyarlarımız 
əsasında, yeni münasibətlərə görə biçməyə girişirik. Ən müxtəlif fikir-
lər  bəndlər  kimi  bir-birinə  calanır  və  öz-özünə  tamlıq  yaradırlar:  bir 
də görürsən biz özümüz də onların arxasınca yeni, özümüzün yaratdı-
ğımız  dünyaya  düşmüş  oluruq;  biz  artıq  əcnəbi  deyilik,  bizə  yad  və 
çağdaş  olmayan  yazılar  əsasında  yaşayan  planetin  səfilləri  kimi  hiss 
eləmirik özümüzü... 
Öz  köhnə  və  yeni  dostlarım  üçün  Allahı  hər  cürə  alqışlayıram, 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 354 – 
 
mənim  həyatımı  yeni  hədiyyələrlə  bəzədiyi  üçün  Onu  ali  Gözəllik  ad-
landırıram. Dostlarımı axtarmadan tapmış oluram: onları mənə qadir 
Allah  gətirir.  Mən  onlarla  bütün  fəzilətlərin  bir-birinə  qohum  olması 
səbəbindən yaxınlaşıram; yaxud daha yaxşı desəm, mən onlara yaxın-
laşmıram,  onlarda  və  məndə  olan  ilahi  başlanğıc  bizi  ayıran  şərait, 
yaş, cins, əxlaq, ictimai status maneələrini dəf edərək bir anda bizi bir-
ləşdirir. Necə bir heyrətlə sizi öyürəm, mənim gözəl dostlarım! Siz mə-
nə  həyatın  yeni  və  dərin  mənasını  açdınız  və  ağlımı  ali  anlayışlarla 
zənginləşdirdiniz! 
Dost? Bu elə-belə quru, özünü dartan adam deyil; bu, İlahi mən-
bədən axan poeziyadır; bulaq kimi təmiz, ilham kimi azad poeziya; bu 
bir himndir, odadır, epopeyadır. 
Dostlarımdan ayrılacammı – bilmirəm, lakin  mən bundan qorx-
muram, zira bizim əlaqələrimiz sadə və təmiz şəkildə nəfslərin yaxınlı-
ğı əsasında qurulmuşdur; və mən bilirəm ki, elə bu yaxınlıq harda olu-
ramsa olum, mənim ilk dostlarım qədər gözəl olan digər kişi və qadın-
lara münasibətdə də gerçəkləşəcəkdir.  
Bizim dostluqlarımız xırdaçı və acınacaqlı sonluqla ona görə bi-
tir ki, o bizə bir arzu, bir həzz kimi gəlir, insan qəlbinin ən yetkin sim-
lərinə  toxunmur.  Dostluğun  qanunları  möhtəşəmdir,  möhkəmdir  və 
əbədidir  –  mənəviyyatın  və  təbiətin  qanunları  kimi.  Biz  isə  dostluqda 
balaca,  qısamüddətli  faydalar  gəzir  və  təzəcə  təqdim  olunmuş  neməti 
həmən  yeməyə  hazırıq.  Necə  bir  yüngüllüklə  biz  yenicə  bağlanmış 
meyvəni dərməyə atılırıq. Halbuki o, Allahın dərgahında hamıdan gec 
yetişən  meyvədir.  Və  yalnız  illər  keçəndən  sonra  dərilə  bilər.  Biz  öz 
dostlarımıza müqəddəs hörmətlə deyil, bir zinakar həvəsi ilə yanaşırıq, 
təki hər şeyi tez əldə edək. Ona görədir ki, biz zəif müxaliflərlə əhatə-
lənmişik,  yaxınlaşdıqca  yox  olarlar  və  poeziya  yerinə  bizə  ölgün  nəsr 
təklif  edərlər.  Ona  görədir  ki,  tez-tez  görüşdükdə  insanlar  dəyərdən 
düşərlər.  Onların  bir  çoxu  zamanla  aşılanır  və  ən  kədərlisi  odur  ki, 
başqa  insanlarla  tez-tez  toqquşduqca  onların  gözəl  təbiətinin  özünün 
də  hüsnü,  təravəti  uçub  gedir.  Cəmiyyətimizin  indiki  quruluşunda  biz 
insanlarla  (hətta  ən  istedadlı  və  ən  xeyirxahları  ilə)  yaxınlaşma  za-
manı, demək olar ki, daima bir çatışmazlıq hiss edirik. Əvvəlcə ehtiyat 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə