Aida xanım İmanquliyevanın


U.Bleyk, R.Emerson, U.Uitmen



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə114/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   110   111   112   113   114   115   116   117   118

U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 361 –  
yağdan,  ən  yüksək  keyfiyyətli  olsa  belə,  başqa  şey  yeməmək!)  Müəllif 
daim  sərbəstlikdən,  vəhşilikdən,  sadəlikdən,  ruhun  sərbəst  ifadə  olun-
masından danışır, amma hər sətiri üç-dörd yad qavrayışlardan bir dü-
zülmüş  süni  professorluq  incəlikləri,  alimlik  mərasimçiliyi  üzərində 
qurulub. O, buna mədəniyyət deyir. Bu, onun üzərində durduğu bünöv-
rədir. O, öz kitablarını düzəldir, quraşdırır, onda heç nə öz-özünə bö-
yümür. Bu, kiçik çini heykəlciklər, fiqurlardır: şir, maral, qırmızı dərili 
ovçu fiquru – incə işli zərif fiqurlar. Onları elə qoyasan mərmər rəflə-
rə,  ya  da  kabinetdəki,  qonaq  otağındakı  qırmızı  taxtadan  düzəldilmiş 
taxçalara!  Heyvanın  fiquru,  özü  yox,  heyvan  ovçusunun  fiquru,  özü 
yox. Bir də, əsl ovçu, əsl heyvan kimə lazımdır ki! Pərdələrin, sancaq-
muncuqların,  masaüstü  lampaların,  astadan  incəsənət,  Lonqfello  və 
Robert  Brauninq  barədə  danışan  centlmenlərin  və  xanımların  arasın-
da əsl heyvanın nə işi var? Onlara sadəcə işarə etsən ki, bu, əsl öküz-
dür, əsl qırmızı dərilidir, Təbiətin həqiqi hadisəsidir, – bütün bu meh-
riban insanlar dəhşət içində hərəsi bir tərəfə qaçmağa üz tutacaq. 
Emerson,  məncə,  öz  bacarıqlarını  heç  də  rəssam,  şair,  müəllim 
kimi üzə çıxartmır. Halbuki, burada da onun xidmətləri az deyil. Onun 
əsas  gücü  tənqid,  ədəbi  təhlildir.  Onu  idarə  edən  ehtiras,  mübtəlalıq, 
zəiflik,  fantaziya,  hər  hansı  bir  ideyaya  sadiqlik,  yanılma  deyil.  Onu 
idarə  edən  soyuq  və  rəngsiz  intellektdir.  (Mən  bilirəm  ki,  bütün  Yeni 
İngiltərəlilər  kimi,  onun  da  içində,  haralardasa  gizlində  qaynar  mə-
həbbətin,  eqoizmin  sönməz  odu  yanır.  Ancaq  bu  od  soyuq  və  laqeyd 
görkəmin arxasında baxışlardan gizlənib və özünü heç cür göstərmir). 
Emerson heç vaxt mübtəla, birtərəfli olmur (adətən bütün şairlər, hər 
halda ən yaxşıları məhz belə olur). O, hər tərəfə baxır, hamının halına 
yanır. Onun əsərlərinin təsiri ilə siz əvvəl-axır heç bir şeyə səcdə etmə-
yəcəksiniz,  özünüzdən  başqa  heç  nəyə  inanmayacaqsınız.  Bu  kitablar 
sizin həyatınızın bir dövrünü, sizin mənəvi inkişafınızın bir mərhələsini 
doldurur – həm də gözəl doldurur. Bu baxımdan onlar olduqca xeyirli-
dir (Emersonun cavanlıqda təbliğ etdiyi dini doqmalar kimi). Bu kitab-
lar yalnız mərhələdir. Qocalığında, həyatınızın gərgin, yaxud təntənəli 
saatlarında və ya ölüm ayağında, ruhunuz sonsuz Təbiətin sakitləşdiri-


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 362 – 
 
ci  və  canlandırıcı  təsirini,  yaxud  onun  ədəbiyyatda  və  insanlarda  ini-
kasının  həsrətini  çəkəndə,  nə  qədər  iti  olsa  da,  quru  olan  ağıldan  üz 
döndərəndə, bu kitablar sizə heç lazım olmayacaq.  
Filosofluq üçün Emerson çox zərifdir. O, rəssamdan ədəbli, incə 
tərzlər  tələb  edir.  O,  sanki  bilmir  ki,  bizim  tərzlərimiz  metallurqun  və 
ya kimyaçının metalları bir-birindən fərqləndirdiyi zahiri keyfiyyətlər-
dir.  Yaxşı  kimyaçı  üçün  bütün  metallar  eyni  dərəcədə  yaxşıdır,  çünki 
doğurdan da belədir. Üzdən gedən, kütlənin düşüncələrini bölüşən bi-
risi isə qızıl və gümüşü digərlərindən yaxşı hesab edər. Həqiqi rəssam 
üçün  də  pis  tərz  hesab  edilən  şeylər  bəzən  daha  dəyərli  və  mənzərəli 
görünə  bilər.  Təsəvvür  edin  ki,  Emersonun  kitabları  bizim  canımıza, 
qanımıza  işləyib,  amerikan  ruhunun  təməlinə,  qidasına  çevrilib.  Biz 
necə də sığallanmış, qrammatik baxımdan düzgün, ancaq köməksiz və 
ifadəsiz adam olardıq. Yox, yox, əziz dost! Ştatlara alim lazım olsa da, 
ola  bilsin,  onlara  həm  tez-tez  vanna  qəbul  edən,  bərkdən  gülməyən, 
danışıqlarında  səhv  buraxmayan  centlmen  və  xanımlar  da  lazımdır. 
Amma  əgər  biz  hamımız  bir  nəfər  kimi  qalan  hər  şeyi  itirərək,  belə 
professorlara, centlmenlərə və xanımlara çevrilsəydik bu dəhşət olar-
dı. Ştatlara əla işgüzar və sosial əlaqələr, əla fermerlər, dənizçilər, us-
talar, xidmətçilər, əla atalar və analar lazımdır. Belələri çox olsa yax-
şıdır – qoçaq, sağlam, xeyirxah, vətənpərvər. Qoy, onların xəbəri müb-
tədası ilə uzlaşmasın, gülüşləri silahdan açılan atəş kimi partlasın! Əl-
bəttə,  Amerika  üçün  bu  azdır.  Amma  əsas  lazım  olan  şey  budur,  həm 
də  çoxlu  sayda.  Həm  də  deyəsən,  Amerika  qorxunc  səhvlərə  və  düz 
yoldan sapmalarına baxmayaraq intuisiya ilə, şüursur olaraq, əl hava-
sına,  məhz  bu  məqsədə  doğru  gedir.  Nə  isə  xüsusi  (Avropadakı  kimi) 
ifrat incə, cilalanmış insanlar (bütün insanlıqdan təcrid olunmuş) özü- 
özlüyündə pis şey deyil, amma Birləşmiş Ştatlar üçün bu, uyğun deyil. 
Bu,  bizim  amerikan  ideyasının  məhvi,  real  ölümüdür.  Bundan  başqa, 
Birləşmiş Ştatlar əsas avropa millətlərinin keçmişlərdə və indi yaratdı-
ğı xüsusi, spesifik təbəqə ilə öz möhtəşəmliyi və mənəvi zərifliyi ilə ya-
rışa  və  ya  heç  olmazsa  müqayisə  oluna  biləcək  bir  təbəqə  yaratmaq 
qüdrətində  deyil.  Yox,  Amerikanın  məqsədi  bu  deyil.  Məqsəd  ilk  dəfə 
dünya  tarixində,  Yerin  nəhəng  və  müxtəlif  məkanlarında  –  qərbdə, 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə