Aida xanım İmanquliyevanın


U.Bleyk, R.Emerson, U.Uitmen



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə112/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   108   109   110   111   112   113   114   115   ...   118

U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 355 –  
və diqqət bizim söhbətlərimizin sülhünü qoruyur; və budur qəfildən bi-
zi atmacalarla sancmağa başlayırlar; gah yersiz soyuqluqla “sevindi-
rər”, gah da ağıl və həssaslıqları ilə təəccübləndirərlər və bütün bun-
lara  fikir  və  hissin  alovu  naminə  dözmək  lazım  gəlir.  Əgər  belə  bir 
qayda qəbul olunubsa ki, öz qabiliyyətlərini bütün dolğunluğu və həqi-
qəti ilə ifadə etmək olmaz, onda yaxşısı budur ayrılıb tənhalıqda sakit-
lik  axtarasınız.  Bütün  insani  münasibətlərdə  bərabərlik  gərəkdir.  Ca-
maat içində uzun-uzadı söhbətlərdən mənə nə, əgər orda mənə bərabər 
olan yoxdursa? 
Amma bu da bizim tələskənliyimizdən bizi qoruya bilər. İtələyici 
soyuqluq özü də bilmədən incə quruluşları vaxtından qabaq yetişkənli-
yə sürüklənmədən qorumuş olar. Əks təqdirdə onları anlayacaq və təs-
diq edəcək gözəl nəfslər yetkinləşməmiş, onlar erkən dərk olunaraq öz-
lərini xərcləmiş olardılar.  
Təbiətin rəvan dəyişməsini dəyərləndirin: bir almazın yaranması 
və  bərkiməsinə  o,  min  illər  sərf  edir.  Həyatımızın  səma  qoruyucuları 
ram  edilməmiş  cəsarəti  öz  cənnətlərinə  buraxmırlar.  Məhəbbət,  Alla-
hın  xassəsidir  və  insanın  bütün  məziyyətlərinin  mükafatlandırılması 
üçün  yaranmışdır,  tələskənlər  üçün  deyil.  Ürəyin  narahatlığını  təmin 
etmək üçün uşaq həvəslərinə qapılmayaq, gəlin onu müdrikliklə idarə 
edək:  bir-birimizin  qarşısına  onun  qəlbinin  həqiqətinə,  mövcudluğu-
nun dərinliyinə inamla çataq, axmaqcasına düşünməyək ki, istəsək onu 
həyəcanlara qərq edərik... 
İstəməzdim ki, dostlar bir-biri ilə rəsmi həssaslıq əsasında ünsiy-
yət  qursunlar,  cəsarətli  səmimiyyətin  olmasını  istəyirəm  aralarında. 
Duyğu həqiqi olduqda o, zərif şüşə, əriyən buz deyil; o, dünyada olan 
şeylərdən ən möhkəmidir. .. 
Dostluğun  tərkibinə  bir-birinə  bərabər  olan  və  aralarında  fərqi 
müəyyənləşdirmək  çətin  olan  iki  element  daxildir.  Birinci  element  – 
həqiqət, ikinci – zərif və vəfalı məhəbbətdir. Kimdir dost? Bu o şəxsdir 
ki,  onunla  mən  tam  səmimi  ola  bilirəm;  dərinin  səthindən  qəlbin  sirli 
dərinliyinə qədər. Onun  yanında mən ucadan düşünür, onun şəxsində 
mən  özümə  o  dərəcədə  bərabər  və  o  dərəcədə  həqiqi  insanı  görürəm 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 356 – 
 
ki, bu zəli kimi insanlardan ayrılmaz olan arxa fikri nəhayət ki, bir tə-
rəfə  ata  bilirəm.  Onunla  mən  digər  eyni  cinsli  kimyəvi  atomla  birləş-
miş atom təbiiliyi və sadəliyi ilə ünsiyyət qururam... 
Bəzən ən əziz dostlara belə “bağışla” demək lazımdır: “Ayrılaq, 
mən daha əsarətdə qala bilmirəm. Lakin, qardaşım, məgər görmürsən-
mi ki, biz ona görə ayrılırıq ki, bizim bir-birimizə qarşı məhəbbətimiz 
hələ də çox böyükdür; bu ayrılıqdan sonra biz yenə də yüksəkliklərdə 
görüşəcək  və  bir-birimizə  daha  dolğun  şəkildə  məxsus  olacağıq.” 
Həqiqi dostda Yanusda olduğu kimi iki sifət birləşmişdir. O bizim keç-
mişimizi görür; keçmişdə o hələ tanınmamışdır və bizim arzumuz ola-
raq qalırdı; o həm də gələcək günlərin carçısıdır. O ondan daha yük-
sək dostların elçisidir. Zira saysız-hesabsız olaraq təkrarlanmaq bütün 
ilahi nemətlərin xüsusiyyətidir. 
 
 


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 357 –  
 
 
 
U.Uitmendən seçmələr
 
 
 
 
«Müasir Amerikada poeziya»  
məqaləsindən  
Şekspir – gələcək», 1881.
 
 
 
Nə qədər təəccüblü olsa  da, xalqın ən ali meyarı  poeziya hesab 
edilir.  Onun  varlığı,  yaxud  yoxluğu  –  hər  ikisi  eyni  dərəcədə  əhəmiy-
yətlidir. Bu yeganə, həm də zəruri meyar qızıl gülün və ya su zanbağı-
nın  saplağında  açılmış  çiçək  kimi,  ağacın  (çox  qamətli  gövdəsi  və  ya 
budaqları olsa belə) dəymiş meyvəsi – alma və ya ərik kimidir. Heç bir 
ölkəni, Amerika Respublikasını da, o cümlədən, orada möhtəşəm, özü-
nəməxsus poeziyanın çiçəkləri açmayana qədər böyük adlandırmaq ol-
maz. Heç bir təqlid, saxtalıq onları əvəz edə bilməz.  
Düzdür,  göründüyü  kimi,  Yeni  Dünyanın  müasir  vəziyyətinə  və 
gələcək yollarına uyğun estetik meyarların hansı olması barədə ümumi 
bir təsəvvür yoxdur, belə meyarlara hələ ümumi bir tələbat da yoxdur 
və  bəlkə  də  onlar  hələ  heç  kimi  düşündürmür.  Lakin  mən  əminəm  ki, 
bizim  ölkənin  yüksək  sənətdə  öz  inkaredilməz  ustadları  olmayana  qə-
dər, o, siyasi, coğrafi, iqtisadi, hətta intellektual sahədə ən gözəl nai-
liyyətlərə sahib olsa belə, yenə də inkişaf etmiş və işgüzar, ancaq tam 
və ya qismən ruhdan məhrum bir bədən (lap beyin) olaraq qalacaq. Bu 
kədərli həqiqəti nə qədər rəngləsək də, ilk baxışda inandırıcı səslənən 
sözlərlə,  təkziblərlə,  şərhlərlə  maskalasaq  da,  diqqətli  bir  göz  mütləq 
bu boşluğu, aşkar uçurumu görəcək. Çünki bizim Ştatların əsl mənası 
və məqsədi yalnız yeni siyasi sistem yaratmaq və milyonları maddi ne-


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə