Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə113/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   110   111   112   113   114   115   116   117   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 358 – 
 
mətlərlə  təmin  etmək  deyil,  həm  də,  daha  vacibi, yeni  elm  və  yeni  za-
man  səviyyəsində  yeni  demokratik  sosiologiya  və  bədii  ədəbiyyat  ya-
ratmaqdır. Əgər bu sonuncu Birləşmiş Ştatlarda həyata keçməsə – ki, 
yalnız bu, onları sıx birləşdirə bilər – onda, birincidən də bir xeyir ol-
mayacaq.  
Bizim  şairlərin  ən  ciddi  nöqsanı  ruhi  qorxaqlıq, reallıq  hissinin 
və  həqiqi  vətənpərvərliyin  olmaması,  eyni  zamanda,  mənim  bir  zara-
fatcıl dostumun «gözəllik düşkünlüyü» adlandırdığı özünəməxsus este-
tik xəstəlikdir. Şarl Bodler deyir: «Gözəllik və incəsənətə ifrat aludəçi-
lik insanları vəhşi pozuntulara gətirir. Gözəllik hərisliyinə mübtəla ol-
muş insanın həqiqət və ədalət hissi korşalır. Bu, xəstə ehtirasdır, este-
tik naqislikdir və xərçəng kimi mənəvi təməlləri yeyir bitirir».  
Əlbəttə, bizim çoxsaylı şeir yazanlarımız da bir növ xeyirli iş gö-
rürlər. Nümunə üçün uzağa getmək lazım deyil. Yüksək təbəqənin top-
laşdığı hər yerdə dilli-dilavər, bacarıqdan məhrum olmayan insancıq-
lar  həmişə  tapılır  («cəmiyyət»  onlarsız  sadəcə  ötüşə  bilməz).  Onlar 
müəyyən işlər üçün çox əlverişlidirlər – bir içki hazırlamaq, sınmış ey-
nəkləri  təmir  etmək,  soyutma  balığınmı,  yoxsa  ağ  şərabınmı  masaya 
birinci verilməsini həll etmək, xanım A.B.-nin qonaq otağında monar-
xın, yəhudinin, aşiqin, Pekin, Prosperonun, Kalibanın və s. zəruri çe-
şidlərin  də  olduğu  canlı  şəkillərin  sərgisini  düzəltmək  –  bir  sözlə,  öz 
kiçik  istedadını  yaxınının  xidmətinə  həsr  etmək  üçün.  Ancaq  həqiqi 
böhran,  böyük  bədbəxtliklər  və  iri  qarışıqlıqlar  zamanı  –  fiziki  və  ya 
mənəvi – belə insanlar tamamilə yararsızdırlar.  
Ümumi qəbul olunmuş anlama görə, şair nə isə kişi cinsli bir hu-
ridir. O, oxuyur və ya royalda incə pyeslər çalır, başqalarının xatirələ-
ri  ilə  bölüşür  və  ya  gec  saatlara  qədər  dəbli  ətirlərlə  dolu  otaqlarda 
insanları  əyləndirir.  Mən  xatırlamıram  ki,  son  10  ildə  mətbuatda  heç 
olmasa  bir  dəfə  sadə,  sağlam,  gümrah  ruhlu  şeirlər  çap  olunsun.  Bu 
yaxınlarda üç dənə aylıq dərgilərin yeni saylarında bizim aparıcı şair-
lərin şeirləri nəşr olunmuşdu. Bunların hamısında əsas mövzu (həm də 
tam  ciddi  bir  təqdimatla)  qismətinə  varlı  deyil,  kasıb  ər  çıxan  cavan 
gözəl qadının acı taleyi idi! 
 


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 359 –  
Poeziyanın sahəsi həmişə zahiri dünya deyil, daxili aləm olacaq, 
makrokosm deyil, mikrokosm; Təbiət deyil, İnsan. Mən hələ o zərurət-
dən danışmadım ki, bizdə böyük nəğməkarlar ordusu olmalıdır ki, bü-
tün ölkə qarşısında əbədi, sağlamlaşdırıcı nümunələri yüksəyə qaldır-
sınlar, acgözlüklə, ədalətsizliklə, tükənməz xainliklə və tiranlığın bütün 
növləri ilə cəsarətlə mübarizəyə qalxsınlar. (Məncə, bütün digər məsə-
lələrdə  müəyyən  inkişaf  səviyyəsinə  nail  olan  ölkədə  birinci  dərəcəli 
şairlərin  borcu  bu  olmalıdır;  başqa  zamanlarda  və  başqa  şəraitlərdə 
qədim yəhudi dini müğənnilər, romalı Yuvenal, Qədim Hindistanın xa-
nəndələri, britaniya druidləri də bunu etmişdirlər.) Həqiqi nəhəng şai-
rin borcu artıq Amerikanın üzərini almış qorxunc təhlükəyə qarşı çıx-
maqdır. Bu təhlükə – siyasətdə davamlı satqınlıq, əslində mum və mas-
kalardan ibarət olan bizim tərifli dinimizdir, ümumilikdə isə yer üzün-
də yarana biləcək  ən iyrənc, ziyanlı bir şeydir: böyük, müxtəlif cinsli, 
pulun  çoxluğundan,  maldan,  işgüzar  avantüralardan  piylənmiş,  intel-
lektual baxımdan inkişaf etsə də, dünyada bütün pullardan və intellek-
tual dəyərlərdən daha vacib olan sağlam mənəvi və estetik təməllərdən 
tamamilə məhrum olan bir cəmiyyətdir.  
Doğurdanmı,  bu,  yalnız  mənim  arzumdur  ki,  gələcəkdə  bizim 
Qərbdə, şərqdə, cənubda və şimalda belə nəhəng, təmkinli şairlərin bir 
ordusu  yaransın.  Fərqli,  ancaq  ruhən  bərabər.  Yalnız  ən  mükəmməl 
şairlərin deyil, həm də yeni, İudeylərdəkindən daha böyük, daha atəşli 
böyük  peyğəmbərlərin  ordusu  ki,  bu  şərlə  müharibəyə  qalxsın  və  işıq 
zülməti yaran kimi onu yarıb keçsin.  
 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 360 – 
 
 
 
 
Emersonun kitabları 
(onların kölgəli tərəfləri) 
 
  
Bizim  Təbiət  adlandırdığımız  sahənin  zirvələri  ölçüyə  gəlməz, 
çölləri  və  dərinlikləri  sonsuzdur.  Bura  ona  təsir  edən  bütün  mənəvi-
emosional  faktorlarla  bərabər  insanı  bir  də  sosial-tarixi  hadisə  kimi 
daxil edirik. Ədəbiyyat bu sahənin həqiqətdə olduğu kimi yalnız çox ki-
çik bir hissəsini təsvir edir (bu gün mən belə düşündüm). Hətta ədəbiy-
yatı bütün əsrlər boyu olan həcmində götürsək belə. Ən yaxşı halda o 
bizə sahilsiz bir dəryanın düz sahillərində vurnuxan gəmiciklərin kiçik 
donanması təsiri bağışlayar. Onlar heç  vaxt Kolumb kimi xəritəsiz-fi-
lansız Yeni Dünya axtarışlarına çıxmağa və planetimizin ətrafında tam 
bir  dövrə  vurmağa  ürək  eləmirlər.  Belə  ürəkli  ideyaların  atmosferi 
Emersona yad deyil və onun kitablarının bəzi yerlərində həm okeanın, 
həm  də  okeanın  özünün  ab-havası  duyulur.  Bu  kitablar  hər  hansı  bir 
başqa  yazıçının  kitablarından  daha  çox  bilavasitə  bizim  əsrimizə,  bi-
zim amerikan gerçəkliyinə üz tutur. Ancaq mən onların üzərindəki za-
hiri  pərdəni  bir  az  qaldırmaqdan  başlayacam.  Yeri  gəlmişkən,  mən 
onun görüşlərinin bütün dərinliyini duymağı bacarıram. Mən onun ki-
tablarını  demokratik  və  qərb  nöqteyi  nəzərdən  şərh  edəcəm.  Mən  bu 
günəş şüaları səpələnmiş çöllərin kölgələrini qeyd edəcəm. Birisi qəh-
rəman ruhlar haqqında demişdir: «Yüksək zirvələrin olduğu yerdə də-
rələr  və  dərin  uçurumlar  qaçılmazdır».  Mənim  işim  nankorluqdur: 
mən  göylərə  ucalan  zirvələr,  günəş  səpələnmiş  çöllər  barədə  susub, 
yalnız çılpaq səhralar və qaranlıq kölgələr barədə danışmaq istəyirəm. 
Mən  əminəm  ki,  heç  bir  birinci  dərəcəli  rəssam,  heç  bir  böyük  sənət 
əsəri bunlarsız ötüşə bilməz.  
Əvvəla, Emersonun səhifələri, belə deyək, çox yaxşı, çox qatıdır. 
(Axı yaxşı yağ da, yaxşı qənd də əla şeydir, ancaq ömrü boyu qənd və 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə