Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə116/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   110   111   112   113   114   115   116   117   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 366 – 
 
seçilmişlərin, ali təhsilli kəslərin, 
é
tat-major

 yüksək mənəviyyatını və 
xoş  məramlarını  kifayət  qədər  dəyərləndirmirəm.  Mən  doğurdan  da, 
estetika  və  əxlaq  sahəsində  demokratik  kütlədən,  Birləşmiş  Ştatların 
«gövdəsindən»  ciddi  nailiyyətlər  gözləmişəm  və  hələ  də  gözləyirəm. 
Başqa heç nə istəməmişəm və razı qalmamışam. Əgər Amerikaya yal-
nız  nümunələr,  dəb  və  başqa  dövlətlərin  kiçik  meyarları  lazımdırsa, 
əgər o, 
é
tat-majorun hökmranlığı ilə razılaşırsa, onda o, mənim qəbul 
etdiyim ölkə deyil və mən bu gün o nəticəyə gəlməliyəm ki, mənim bü-
tün  ədəbi  yaradıcılığım  və  ədəbi  nəzəriyyələrim  mənasız  imiş  və 
özlərini  doğrultmadılar.  Vicdanla  desək,  müasir  poeziya  nümunələri-
nin  əksəriyyəti  böyük  və  ya  kiçik  qənd  parçalarıdır,  yaxud  dadlı  şirin 
tortun  tikələridir  –  hətta  qurmanlar  da  bu  ifrat  şirinlikdən  doyurlar. 
Bu, belə bir nəticəyə gətirir: böyük qəhrəmanlıq poeziyası olması üçün 
bizə  qəhrəman  oxucular  lazımdır  –  auditoriya  qəhrəmanlığa  susamış 
olmalıdır.  
Bizdə nə isə oxşar bir şey varmı?  
Əsas  şeyi  unutmaq  olmaz  və  bu  fikri  dəfələrlə  təkrarlamaq  la-
zımdır: saysız maddi nemətlər, siyasi azadlıq, nəhəng torpaq sahələri, 
«biznesin»  və  istehsalatın  görünməmiş  inkişafı,  hətta  bulaq  kimi  qay-
nayan  intellekt  və  «mədəniyət»  də  bizim  respublikanı  bəşəriyyətin  və 
tarixin  önünə  qoymayacaq,  onu  «demokratik  incəsənət»  sahəsində 
yüksək nailiyyətlərə, heç zirvəsini demirəm, gətirməyəcək. Yalnız yük-
sək mənəvi, ruhani və qəhrəman surətlərin – başında qüdrətli və gözəl 
Poeziya olmaqla dünyanın nə vaxtsa görə bildiyi möhtəşəm milli Ədə-
biyyatın – yaradılması (həm də geniş miqyasda) bizə bu məqsədə çat-
mağa imkan verəcək. Müasir orijinal kosmik poema kimi belə bir əsər 
yaratmaq  mümkündürsə,  onda  Amerikanın  ona  ehtiyacı  var  və  ona 
layiqdir.  
Mənim  fikrimə  görə,  bizim  günlərimizdə  (bunu  qəbul  etmək  nə 
qədər acı olsa da) sivil millətlərin ədəbiyyat, incəsənt, din və s. sahə-
sində  qürur  duyduqları  hər  şey,  onların  qəbul  olunmuş  xadimlərinin 
həyata  keçirdikləri  hər  şey  həm  ədəbiyyatın,  həm  incəsənətin,  həm  də 
                                                 

 Zirvə (fr. dilində). 


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 367 –  
dinin tam inkişafına mane olur və gələcək məhsul üçün heç bir zəmin 
hazırlamır.  Mən  çoxdan  belə  bir  qənaətə  gəlmişəm  ki,  Yeni  Dünya 
üçün gözəllik haqqında təsəvvürlərimiz (yunanlardan miras aldığımız, 
Şekspirə ötürülən və sonra təhrif olunan) köklü surətdə dəyişdirilməli 
və  yenilənməlidir  ki,  müasir  məqsədlərə  və  daha  yüksək  tələblərə  ca-
vab verə bilsin. Əgər bu belədirsə, onda nailiyyətlərin zamanı gələcək, 
yeniliyi öz içindən gələcək, üzvi, yerli koloritlə dolu olacaq, özününkü-
ləşəcək  və  bizim  gözəllik  haqqında  anlayışlarımız  bundan  çıxacaq 
(unutmaq olmaz ki, xətlər və rənglər gözəldir, amma insan surətindən 
yüksək heç nə yoxdur).  
Mən öz qocalıq çərənçiliyimlə elə çox danışdım ki, əsas və əhə-
miyyətli prinsipin izahına yer saxlamadım,  yəni incəsənət  vahiddir, o, 
dar sahə ilə məhdudlaşmır, o, bütün dövrləri, həyatın bütün tərəflərini 
əhatə  edir.  O,  yalnız  aristokratik  və  ya  yalnız  demokratik  ola  bilməz, 
eləcə də yalnız şərqə, yaxud yalnız qərbə aid ola bilməz. Mən incəsə-
nəti  yaxşı  bir  mətbəə  şriftlərinin  dəstinə  bənzədərdim  ki,  burada  hər 
hərf eyni dərəcədə lazımdır. Ya da bir vaxtlar mənə: «Mənim üçün fər-
qi  yoxdur,  fermerlər  mənim  yanıma  hardan  gəlir,  təki  yaxşı  buğda  və 
yaxşı  arpa  gətirsinlər»,  –  deyən  qoca  hollandiyalı  dəyirmançıya  bən-
zədərdim.  
Hərflərin  dəsti  həmişə  bu  və  ya  digər  dərəcədə  eynidir.  Demo-
kratik  incəsənət  demokratik  inkişafın,  parlaq,  həqiqi  milli  özünəməx-
susluğun və həmin səhifəni yığan kəsin inamının nəticəsidir.  
  
 


 
 
 
İstifadə olunmuş  
ədəbiyyat 
 
 
Azərbaycan dilində 
 
1.
 
Aida İmanquliyeva.  «Qələmlər birliyi» və Mixail Nüaymə. Bakı, 
Elm, 2002. 
2.
 
Aida İmanquliyeva. Cübran Xəlil Cübran. Bakı. 1975.  
3.
 
Aida  İmanquliyeva.  Yeni  ərəb  ədəbiyyatı  korifeyləri.  (XX  əsrin 
əvvəllərində  Şərq  və  Qərb  ədəbiyyatlarının  qarşılıqlı  əlaqəsi  probleminə 
dair). Bakı., Elm, 2003. 
4.
 
Aristotel.  Poetika.  Tərc.,  məqalələr  və  şərhlər  A.Aslanovundur. 
Bakı, 1974. 
5.
 
Bünyadzadə  K.  Şərq  və  Qərb.  İlahi  vəhdətdən  keçən  özünüdərk. 
Bakı, Nurlan, 2007. 
6.
 
Cabbarlı C. Aydın // Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu,  2004. 
7.
 
Cavid H. Əsərləri 4 cilddə, I-II cild. Bakı, «Yazıçı», 1982. 
8.
 
Cavid H. Əsərləri 5 cilddə, 3-cü cild. Bakı, “Lider”, 2005. 
9.
 
Cavid H. Əsərləri 5 cilddə, I cild. Bakı, Elm, 2005. 
10.
 
Cübran  C.X.  Ərəb  dilinin  gələcəyi  //  “Fəlsəfə  və  sosial-siyasi 
elmlər” jurnalı, 2008, № 1. 
11.
 
Cübran  C.X.  İblis  //  “Fəlsəfə  və  sosial-siyasi  elmlər”  jurnalı, 
2007, № 3. 
12.
 
Cübran  C.X. Millətlər və onların mahiyyəti // “Fəlsəfə və sosial-
siyasi elmlər” jurnalı, 2008, № 1. 
13.
 
Cübran  C.X.  Peyğəmbər  //  “Fəlsəfə  və  sosial-siyasi  elmlər” 
jurnalı, 2007, № 4. 
14.
 
Cübran C.X. Seçilmiş kəlamlar // “Fəlsəfə və sosial-siyasi elmlər” 
jurnalı, 2007, № 4. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə