Aida xanım İmanquliyevanın


U.Bleyk, R.Emerson, U.Uitmen



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə115/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   110   111   112   113   114   115   116   117   118

U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 363 –  
şərqdə, şimalda, cənubda – böyük, çoxqəbiləli həqiqi Xalq yaratmaq-
dır. Bu ada layiq, qəhrəman şəxsiyyətlərdən, qadın və kişilərdən ibarət 
Xalq  –  bax,  Amerika  bunun  naminə  yaşayır.  Reallaşarsa,  bu,  həm 
(bəlkə  də  son  vaxtlar  ikiqat  şəkildə)  müvafiq  sosial  təlimlərin,  ədə-
biyyatın, incəsənətin – əgər onlar bizdə nə vaxtsa yaranarsa, – həm də 
bizim demokratik siyasətin nəticəsi olar.  
Bəzən mənə elə gəlirdi ki, Emerson çətin ki, poeziyanın, sözün ən 
ali mənasında, – Bibliyanın, Homerin, Şekspirin poeziyasının – nə ol-
duğunu anlayır, hiss edir. Mahiyyətcə, onun xoşuna daha çox cilalan-
mış  söz  birləşmələri  və  ya  nə  isə  qədim  yaxud  qəribə  misralar  gəlir, 
məsələn Uollerin: «Sən, gözəl gül!» yaxud Lovlesin «Lukastaya» şeiri, 
köhnə fransız şairlərinin və s.-lərin gülməli qəribəliklər. Əlbəttə, o, gü-
cə  heyrandır,  lakin  öz  heyranlığını  centlmen  kimi  bildirir  və  qəlbinin 
dərinliyində belə güman edir ki, Allahın və şairlərin bu möhtəşəm key-
fiyyəti həmişə oktavalara, incə üsullara, səslərin və sözlərin zərif səs-
lənməsinə tabe olmalıdır.  
Yadıma düşəndə ki, mən nə vaxtsa, çox illər əvvəl, bir çox gənc 
kimi Emersonun təsir dairəsində olmuşam (bu, səthi və son dövrlər ol-
sa belə), onun kitablarını heyranlıqla oxumuşam, mətbuatda ona «Mü-
əllim» deyə müraciət etmişəm və bir aya yaxın inanmışam ki, mən hə-
qiqətən də onun tələbəsiyəm – mən heç bir xoş olmayan hiss keçirmi-
rəm, əksinə, bundan razıyam. Mən gördüm ki, odlu düşüncəsi olan ək-
sər cavanlar mütləq mənəvi gimnastikanın bu mərhələsini keçirlər.  
Emerson  doktrininin  əsas  üstünlüyü  ondadır  ki,  o,  onu  məhv 
edən  nəhəng  yetişdirir. Onun  hər  səhifəsində  eşidilir:  «Kim  yalnız  tə-
ləbə  və  davamçı  olmaq  istəyər?».  Heç  vaxt  öz  tələbələrinə  müstəqil 
yolla getmək üçün belə sonsuz azadlıq verən müəllim olmayıb. Bu mə-
sələdə o, əsl təkamülçüdür.  


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 364 – 
 
 
 
Qocanın cavabı 
 
Ədəbiyyat  sahəsində,  ona  ən  yüksək  meyarlarla  yanaşsaq  (bir 
oxumuş və çox təcrübəli bir ədəbiyyatçı yenicə çıxmış bir yazışında be-
lə deyir), «atanın səltənəti bitib, oğulun səltənəti bitmək üzrədir və ru-
hun səltənəti gəlir». Bu sözlərin mənasını anlamağı oxucunun öz öhdə-
sinə buraxıb, mən qarışıq şəkildə olsa da, ingilis tənqidçisinin mənim 
həm  həqiqi,  həm  də  onun  güman  etdiyi  görüşlərim  və  məqsədlərim 
haqqında sözlərini (onlar əsasən poeziya sənətinə aiddir) başa düşdü-
yüm kimi izah etməyə çalışacam. Mən ona cavab verməyə, yaxud ona 
öz kitablarımın məqsədlərini izah etməyə başlasam, bunu birbaşa yox, 
dolayısı ilə, yardımçı qeydlər vasitəsilə edəcəm. Əlbəttə bu qeydlər sırf 
şəxsi xarakterlidir. Nə qədər olmasa da, bəzən mənim deyingən eqoiz-
mim  boylanacaq,  mızıldanmalar  üzə  çıxacaq  –  axı  məni  bütün  böyük 
tanınmış jurnalistlər inkar ediblər və etməkdədirlər. Özüm artıq yetmiş 
iki  ilin  yükünü  daşıyıram  ki,  bunun  son  18  ilini  ifliclə  məhv  olunmu-
şam.  
Heç bir böyük poemanı, heç bir ədəbiyyat və ya incəsənət əsərini 
müəllifin  dövrünü,  siyasi  görüşlərini  (varlığını,  yaxud  yoxluğunu)  və 
məqsədlərini,  onun  zahirini  və  onun  arxasında  gizlənən  ruhunu,  eyni 
zamanda  bu  əsəri  yaradan  və  ona  forma  verən  həmin  vaxtların  həyat 
şəraitini  nəzərə  almadan  dəyərləndirmək  olmaz.  Bibliya  himnləri  öz 
zamanının  ruhunu  əks  etdirir.  Homerin,  Dantenin,  Şekspirin,  köhnə 
şotland  və  irland  balladaları,  Ossian  və  Ömər  Xəyyamın  yaradıcılığı 
da belə. Beləcə, üzərində uzun illər işlədiyim «Otun yarpaqları»nı ya-
ratmağı düşünəndə, mən elə bil ki, ancaq öz hisslərimi ifadə edirdim, 
əslində isə onlarda xüsusi bir qüvvə ilə reallıq, XIX əsrin ruhu, düşün-
cələr, real həyat, şəxsiyyətin çox tərəfliliyi, Amerika, Vətəndaş mühari-
bəsi,  demokratik  qüvvələrin  ona  düşmən  olan  hər  şeylə  mübarizədə 
nailiyyətləri  əks  olunmuşdu.  Şübhəsiz  ki,  mənim  şeirlərim  (uzun  illər 
ərzində  yaranacaq  minlərlə  şeirlərin  bir  hissəsi)  həyatın  gerçək  şə-


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 365 –  
raitinə işıq salır, ancaq «demokratik incəsənət» hələ bu tezlikdə öz la-
yiqli  ifadəsini  və  formasını  tapa  bilməyəcək  –  əgər  bu,  ümumiyyətlə 
mümkündürsə. 
İndi isə mən çoxlarının vacib hesab etdiyi bir şey haqqında mü-
bahisə etmək istəyirəm – incəsənət problemi haqqında. Mənə də xeyirli 
olan belə bir müşahidə etmişəm: bütün müasir şairlər, kiçik istisnalar 
olmaqla, öz vaxtlarını bütünlüklə, ya da çox qismini təmtəraqlı qafiyə-
lərə, qəribə söz birləşmələrinə ayırırlar, onlar paltarın parçası və üst-
başı, bər-bəzəyinin, hazırcavablığının, üsul və ustalığın qayğısına da-
ha çox qalırlar. Bütün bu ikinci dərəcəli şeylər bizim günlərdə ön pla-
na keçir. Halbuki Təbiət açıq-aşkar bizə zamanı yetişəndə qəti və dön-
məz şəkildə bir məqsədə irəliləməyi öyrədir, zahiri görkəmin, tənqidin 
qayğısını  çəkmədən  –  qoy,  bunlar  öz-özünə  getsin.  Mən  nəinki  üslub, 
forma,  ədəbi  üsullar  məsələsinə  diqqət  ayırmışam,  boynuma  alım  ki, 
onlara qarşı bir az laqeyd olmuşam, bəzən hətta onlara ikrah hiss et-
mişəm. Mən onlardan «neqativ xeyir»dən başqa heç nə tələb etməmi-
şəm, yəni onlar mənim məqsədim olmayıb, heç bir şəraitdə mənə ma-
neçilik törətməsinlər və mənim yaradıcılığıma sahib olmasınlar.  
Mənim  ədəbi  yaradıcılığımın  lap  əvvəlindən  məni  kəskin,  bəzən 
hətta  kobud  və  amansızca  tənqid  edib.  Mən  isə  tənqidi  dinləməkdən 
imtina etməmişəm. (Belə ki, mənim bir üstünlüyüm olub: mən şeirləri-
mi  özümün  əsas  yeganə  prinsipimə  sadiq  qalaraq  yaratmışam;  ancaq 
mənim işlərimdə uzunmüddətli fasilələr olub, bəzən 5-6 il, həm müha-
ribə zamanı, həm də sülh şəraitində). İngilis Reskin məni ciddi və qor-
xunc bir şeydə günahlandırır: mənim şeirlərim yumor hissindən məh-
rumdur. Bir dərin düşüncəli alman tənqidçi ondan narazıdır ki, ümumi 
qəbul olunan zərif dünya poeziyası ilə müqayisədə mənim şeirlərim so-
yuqdur, sərtdir, onlarda ekzotika, parlaqlıq, süjet və mövzu ardıcıllığı 
yoxdur.  (Mənim  kitabım  əslində  avtobioqrafikdir.  Bəlkə  mən  kvaker 
(protestant  sektası–  tərc.)  əsilli  olduğuma  görə  səthi  ehtiraslara  görə 
boş hay-küy qaldırmaq həvəsim də yoxdur). E.-K. Stedmen də məndən 
çox narazıdır ki, sadə xalqı «kütlədə» tərənnüm edəndə qəhrəmanlığı, 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə