Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə108/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   104   105   106   107   108   109   110   111   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 340 – 
 
məyən  oxucu  Çayld  Haroldun  «izahını»  gerçək  kimi  qəbul  edə  bilər. 
Nəzərə alsaq ki, bədii ədəbiyyatın oxucuları tarixi faktların oxucuların-
dan qat-qat çox olur, onda bu cür təhriflərin ictimai şüura mənfi təsiri 
qaçılmazdır.  Bu  məqamda  reallığa  söykənən  romantizmin  mücərrəd 
inqilabi romantizmə nəzərən üstünlükləri ortaya çıxır.  
Aida İmanquliyeva yaradıcılığında poeziya kontekstində qaldırı-
lan Şərq-Qərb münasibətləri məsələsi, Şərq xalqlarının siyasi-iqtisadi, 
habelə mədəni-mənəvi  azadlıq uğrundakı səylərini, arzu və ideallarını 
da əhatə edir. Onun apardığı müqayisəli təhlillər Azərbaycanın çağdaş 
ədəbi  prosesi  üçün  də  çox  önəmlidir.  Lakin  Qərb  təcrübəsi  poeziya 
timsalındakı  əlaqələrlə  yanaşı,  ümumiyyətlə  düşüncə  tərzlərinin 
yaxınlaşması  yönümündəki  tədqiqatlar  üçün  də  xüsusi  əhəmiyyətə 
malikdir.  


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 341 –  
 
  
 
Ə L A V Ə 
U.Bleykdən seçmələr 
 
 
 
Cənnətlə cəhənnəmin izdivacı 
 
 
Yeni  cənnətin  başlanmasından  otuz  üç  il  keçmişdi  ki,  əbədi  cə-
hənnəm də yarandı. Və budur, Svedenborq – məzarın üstündə oturmuş 
bir  mələk,  sətirləri  də  paltarın  qatlarında.  İndi  Edomun  hökmranlığı 
və insanın Cənnətə qayıtma zamanıdır. Bax, İsaya, XXIV və XXXV fə-
sillər. 
Ziddiyyətsiz inkişaf yoxdur. Cazibə və İkrah, Ağıl və Enerji, Mə-
həbbət və Nifrət İnsan ekzistensiyası üçün vacibdir. 
Bu  ziddiyyətlərdən  imanlıların  Xeyir  və  Şər  dedikləri  yaranır. 
Xeyir passivdir və Ağla tabedir. Şər aktivdir və Enerjidən cücərir. 
Xeyir – Cənnətdir. Şər – Cəhənnəm. 
 
 
İblisin səsi 
 
Bütün Bibliyalar, yaxud müqəddəs qanunlar aşağıdakı Yalnışlıq-
ların yaranmasına səbəb olmuşlar: 
1.
 
Guya insan iki başlanğıca malikdir: Bədənə və Cana. 
2.
 
Guya  Şər  adlandırılan  Enerji  yalnız  Bədəndəndir;  və  Xeyir 
adlandırılan Ağıl da yalnız Candan. 
3.
 
Guya Allah insana öz qüvvələrinin əsiri olduğuna görə əbədi 
işgəncə verəcəkdir. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 342 – 
 
 
Lakin bunların əski olanlar isə Həqiqətdir: 
 
1.
 
İnsanın Candan ayrı Bədəni yoxdur, zira Bədən Canın bir 
hissəsi və beş duyğu da Canın gözləridir. 
2.
 
 Enerji – həyatdır və Bədəndən gəlir; Ağıl isə Enerjinin həddi 
və ya xarici qılafıdır.  
3.
 
Enerji – Əbədi Həzzdir. 
 
İstəkləri ram edə bilənlər bunu onların zəif olduqları zaman edə 
bilirlər; ram edən Ağıl onun yerini tutaraq həvəsə hakim olur. 
Ram edilən İstək tədricən passivləşir və özünün kölgəsinə çevri-
lir. 
Bu  barədə  “İtirilmiş  Cənnət”də  yazılmışdır  və  İdarəçi  yaxud 
Ağıl orada Məsih adlandırılır. 
Göy  ordusunun  komandanı  və  ya  əzəli  Arxangel  –  İblis  və  Şey-
tan, onun övladları isə Günah və Ölüm adlandırılır. 
Miltonun Məsih hesab etdiyi, İovun Kitabında Şeytan çağrılır. 
Zira bu hekayəti vuruşan tərəflərin heç biri inkar etmir. 
Ağıl İstəyin dəf olunmasını istərdi; İblisə isə elə gəlir ki, yıxılan 
o  yox,  məhz  Məsihdir;  yıxılıb  və  Cənnəti  Cəhənnəmdən  oğurladıqları 
ilə bəzəyib. 
Məsihin Ataya dua edərək ağlının söykənməyə bir İdeya tapması 
üçün ona Təskinlikverənin, yəni İstəyin göndərilməsini xahiş etməsi İn-
cildə göstərilməyibmi? Bibliyadakı Yehova yanar alovların içində  ya-
şayandan başqası deyil. 
Bil ki, Məsihin ölümündən sonra o, Yehova oldu. 
Lakin Miltona görə Ata – Tale, Oğul – yeddi hissin Nisbəti, Mü-
qəddəs Ruh isə – Vakuumdur. 
Qeyd. Milton Mələklər və Allah haqqında həbsdə olanda, İblis və 
Cəhənnəm haqqında isə azadlıqda yazmışdır, zira o əsl Şair idi və özü 
də bilmədən İblisin tərəfində idi. 
 
 


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 343 –  
 
 
Unudulmaz yuxu 
 
Cəhənnəmin alovları arasında gəzişərkən, Mələklərə əzab və də-
lilik kimi gələn Dahiliyin oyununa heyran olduğum zaman onların bəzi 
deyimlərini  topladım;  zira  atalar  misallarında  millətin  xarakteri  əks 
olunduğu kimi, Cəhənnəmin deyimlərində də Göylərin müdrikliyi bina 
və geyimlərin təsvirindən daha yaxşı əks olunur. 
Beş duyğunun xaosunda evə qayıdarkən müasir dünyanın üzəri-
nə kölgə salan qayanın üstündə qara buludlara bürünmüş qüdrətli İb-
lisi gördüm. Qayanı odla çaparaq üzərində bu gün insan ağlına açılan 
aşağıdakı sətirləri yazmaqda idi: 
Beş duyğunuzun üzünə qapanmış, lakin göydə süzən hər bir quşa 
məlum Sonsuz Heyrət dünyasından xəbəriniz varmı? 
 
 
Cəhənnəmin deyimləri 
 
 Səpində öyrən, biçində öyrət, qışda çal-oyna. 
Arabanı və kotanını ölülərin sümükləri üzərindən sür. 
İfrata varmaq yolu ilə müdriklik sarayına çatmaq olar. 
Ehtiyat – var-dövlətdir; İqtidarsızlıq qarımış eybəcər qızı yoldan 
çıxarmaq istəyir. 
Yalnız arzulayan və heç bir iş görməyən, taun yetişdirir. 
Kəsilmiş soxulcan kotanı əfv edir. 
Su içməyi sevəni çayda batır. 
Axmağın və müdrikin gördüyü eyni ağac başqa-başqadır. 
Üzündə nur olmayan heç zaman ulduz olmayacaq. 
Əbədiyyət zamanın yaratdıqları ilə eşqbazlıqdadır. 
İşgüzar arının dərd çəkməyə vaxtı yoxdur. 
Səfehliyin vaxtını saatlar göstərir, müdrikliksə – ölçüsüzdür. 
Ən sağlam qidanı tor və tələlərlə tutmurlar. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə