Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə109/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   105   106   107   108   109   110   111   112   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 344 – 
 
Aclıq ilində saya, çəkiyə və ölçüyə arxalan. 
Heç bir quş öz qanadları üzərində çox yuxarı yüksələ bilməz. 
Meyid ona vurulan zərbələrə görə qisas almır. 
Alicənablıq qonşunu özündən üstün saymaqdır. 
Səfeh öz səfehliyində israrlı olsa, müdrikləşəcək. 
Səfehlik dələduzluğun geyimidir. 
Rüsvayçılıq Qürurun geyimidir. 
Həbsxanalar Qanunun, Meyxanələr – Dinin daşlarından 
ucaldılır. 
Tovuz quşunun qüruru – Allahın şənidir. 
Keçinin həvəsi – Allahın səxavətidir. 
Aslanın qəzəbi – Allahın müdrikliyidir. 
Qadının çılpaqlığı – Allahın əsəridir. 
Dərdin çoxluğundandır gülüş. Sevincin çoxluğundan da 
ağlayırlar. 
Aslanın nərəsi, canavarın ulaması, tufanın qəzəbi və qılıncın 
tiyəsi əbədiyyətin hissələridir. Və insan gözü üçün deyil. 
Tülkü özünü yox, tələni günahlandırır. 
Sevinc hamilə qoyur. Dərd azad edir. 
Kişiyə – aslan, qadına – qoyun dərisi yaraşır. 
Quşa – yuvası, hörümçəyə – toru, insana – dostluq. 
Özünə vurğun, gülən səfehlə acıqlı, küskün səfeh əllərində qamçı 
tutarlarsa, hər ikisi müdrik görünə bilər. 
Bu gün isbat edilən dünən yalnız təsəvvür olunurdu. 
Siçovul, siçan, tülkü və dovşan kökləri, aslan, pələng, at və fil isə 
meyvələri görürlər. 
Göl suyu toplayır, bulaq paylayır. 
Tək fikir sonsuzluğu zəbt edir. 
Həmişə  öz  fikrini  söyləməyə  hazır  ol,  onda  alçaq  adamlar  da 
səndən uzaq duracaqlar. 
İnama layiq hər bir şey Həqiqətin görüntüsüdür. 
Qarğadan  uçmaq  öyrənməyə  razılıq  verən  qartal,  yalnız  vaxtını 
öldürür. 
Tülkü özü-özünü dolandırır, aslanı isə Allah dolandırır. 


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 345 –  
Səhər düşün. Gündüz işlə. Axşam ye. Gecəni yat. 
Sənə tabe olan səni dərk etdi. 
Kotan sözlərə tabe olan təki, Allah da duaları eşidəndir. 
Hiddət pələngləri təlim atlarından daha müdrikdirlər. 
Durğun sudan zəhər gözlə. 
Kifayətin nə olduğunu bilməzsən, kifayətdən artığını görməsən. 
 Axmağın qınağına əhəmiyyət vermək! Şahlara yaraşan hərəkət-
dir! 
Alovun gözləri, havanın burun pərələri, suyun ağzı, yerin saqqa-
lı. 
Cəsarətdə zəif olan, məkrdə güclü olar. 
Alma fıstıqdan böyümək öyrənmir heç zaman; aslan da atdan ov 
eləməyi öyrənməz. 
Şükr edən bol məhsul götürər. 
Əgər kimsə axmaq olmaya bilibsə, biz də bacararıq. 
Nəfsin işığını qapaya bilməzlər. 
Qartalı görüncə, Dahiliyin zərrəsini görmüş olursan. Başını dik 
tut! 
Tırtıl ən yaxşı yarpaqları yumurta qoymaq üçün seçdiyi təki, ke-
şiş də ən təmiz sevincləri lənətləyir. 
Balaca bir gülü yaratmaq üçün əsrlərin işi tələb olunur. 
Lənət bağlayır, Xeyir-dua azad edir. 
Şərabın köhnəsi, suyun təzəsi. 
Duaları əkmirlər! Alqışları biçmirlər! 
Sevinci gülmürlər! Dərdi ağlamırlar! 
Başda  Qürur,  ürəkdə  Hissiyyat,  cinsiyyətdə  Gözəllik,  əl-ayaqda 
Ölçü. 
Quşa – göy, balığa – dəniz, rəzalətə – ikrah. 
Qarğa dünyanın – qara, bayquş – ağ olmasını istərdi. 
Bolluq – Gözəllikdir. 
Aslanın müəllimi tülkü olsa idi, o, hiyləgər olardı. 
Təkmilləşmə yolları düzəldir; əyri yollar isə Dahilər üçündür. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 346 – 
 
Uşağı bələkdə öldürmək daha insaflıdır, nəinki arzuların qarşısı-
nı almaq. 
İnsan olmayan yerdə təbiət yoxsuldur. 
Həqiqəti elə demək mümkün deyil ki, o anlaşıldığı dərəcədə ina-
ma layiq olmasın. 
Kifayətdir! – Lazım olduğundan çoxdur deməkdir! 
 
Qədim  şairlər  ətraflarındakı  əşyaların  hamısını  canlandırar  və 
onlarda Allahları və ya Ruhları görərdilər, onları adla çağırar, dağla-
rın,  meşələrin,  göllərin,  şəhərlərin,  xalqların  xüsusiyyətləri  ilə  bəzə-
yərdilər  onları.  Zira  onların  qavrayışları  bizimkindən  daha  geniş  və 
daha dərin idi. 
Onlar hər bir şəhərin və ölkənin ruhunu diqqətlə öyrənir və ağıl-
dakı Allahın əhatəsində ona yer tapırdılar. 
Ta  ki,  dünyanın  bitkin  mənzərəsi  formalaşanadək;  lakin  həris 
adamlar  ağıldakı  allahları  öz  obyektlərindən  ayırmaq,  mücərrədləş-
dirməklə avam camaatı qul etmək fikrinə düşdülər; və beləliklə kahin-
lər yarandı.  
İbadət formalarını onlar şairlərin dastanlarından götürürdülər. 
Və sonda bütün bunları allahların əmr etdiyini elan etdilər. 
Beləcə insanlar bütün allahların insan qəlbində yaşadığını unut-
dular. 


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 347 –  
 
 
 
R.Emersondan seçmələr
 
 
 
Gözəllik
 
 
...İnsanda daha nəcib bir tələbat da mövcuddur  – gözəlliyə eşq. 
Bu tələbatı təbiət ödəyir. 
Qədim yunanlar kainatı “kosmos”- gözəllik adlandırırdılar. Əş-
yaların quruluşu və insan baxışının yaradıcı qüvvəsindəndir ki, bütün 
ilkin formalar – göy, dağ, ağac, heyvan – öz-özlüyündə bizə xoş gəlir-
lər  və  onların  cizgilərindən,  rənglərindən,  hərəkət  və  mütənasibliklə-
rindən həzz yaranır. Ehtimal ki, buna görə biz gözlərimizə borcluyuq. 
Göz  –  ən  yaxşı  rəssamdır.  Onun  strukturundan  və  işıq  qanunlarının 
qarşılıqlı vəhdətindən perspektiv yaranır və bununla da müxtəlif əşya-
lar  xoş  rənglərlə  boyanmış  və  hər  hansı  dairəvi  fəzada  birləşdirilmiş 
olur.  Belə  ki,  bəzi  əşyaların  köntöy  və  yapışıqsız  olmasına  baxmaya-
raq,  onların  yaratdıqları  landşaft  bitkin  formaya  malikdir  və  simmet-
rikdir. Və əgər göz – ən yaxşı kompozisiya ustasıdırsa, işıq – əzəli rəs-
samdır. Elə bir xoşagəlməz əşya yoxdur ki, parlaq işıq onu gözəl elə-
məsin. İşıq bizim hisslərimizi oyadır, o, fəza və zaman kimi sonsuzdur 
və bununla da bütün əşyaları canlandırır. Hətta meyidin belə öz gözəl-
liyi vardır. Bütün təbiətə xas ümumi gözəllikdən savayı bütün ayrılıqda 
götürülmüş formalar da göz oxşayırlar. Onlardan bəzilərini biz sonsuz 
olaraq  təkrarlayırıq:  palıd  qozası,  üzüm,  küknar  qozası,  sünbül,  yu-
murta,  əksər  quşların  qanadları  və  formaları,  şir  pəncəsi,  ilan,  kəpə-
nək,  balıqqulaqları,  od,  buludlar,  tumurcuqlar,  yarpaqlar  və  bir  çox 
ağacların formaları, məsələn, palma... 
Gözəlliyin  xüsusiyyətlərini  daha  yaxşı  tədqiq  etmək  üçün  onları 
uç qrupa bölmək olar. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə